Elm ədəbiyyatına ara-fosil yalanı da əlavə olundu

Təkamülçü elm adamları ötən günlərdə ictimaiyyətə guya yeni ara-fosil tanıtdılar: Archicebus achilles

1(49)

Çində olan sincab böyüklüyündəki 55 milyon illik bu tarsiyer fosili indiki vaxtda yaşayan uzuntopuqlar fəsiləsinə aiddir. 10 il boyunca bu fosili araşdıran təkamülçü elm adamları fosilin topuq və ayaq sümüklərindəki kiçik fərq səbəbiylə bu canlını, insanlarla primatlar arasındakı sözdə ara-keçid forması olaraq ötən günlərdə ictimaiyyətə tanıtdılar. Halbuki, bu fosil indiki vaxtda Cənub-Şərqi Asiyada yaşayan uzuntopuq primatlarıyla eyni xüsusiyyətləri daşımaqdadır. Fosilin kəllə, dişləri, oynaqlı sümükləri, skelet quruluşu indiki vaxtda yaşayan uzuntopuqla eynidir.

2(33)

55 milyon illik bu fosildəki tək fərq topuq və ayaq sümükləridir. Ayaq və topuq sümükləri də indiki vaxtda yaşayan barmaq meymunu ilə eynidir.

3(36)

Fosili araşdırdığımızda kəllədən ayağına qədər mükəmməl bir canlı ilə qarşılaşırıq. Necə ki, 10 il boyunca davam edən araşdırmalarda elm adamları inkişaf etmiş göstərmə texnikalarından istifadə edərək daş fosilin içində olan skelet quruluşunu da detallı olaraq araşdırdılar. Araşdırma nəticəsində bu canlının hər parçasının mükəmməl şəkildə funksiya gördüyü aydın oldu. Heyvana aid funksiyasız ya da yarı funksional hər hansı parçaya rast gəlinmədi. Tamamilə çox yaxşı olaraq qorunmuş olan bu fosilin kəllədən ayaq sümüklərinə qədər hər parçası qüsursuz idi. Ancaq təkamülçü elm adamları hər zaman klassik üsullarına müraciət edib, bu fosilin iki fərqli canlıya aid xüsusiyyətlər daşımasını təkamülləşməyə dəlil olaraq istifadə etdilər. Halbuki, bu tamamilə aldatmadır. Çünki indiki vaxtda da həm sürünən, həm məməli xüsusiyyətləri daşıyan Platypus kimi mozaika canlılar yaşamaqdadır. Bunlar heç bir şəkildə ara-keçid forması deyil, özlərinə xas növlərdir.

4(29)

Şəkil: Həm sürünən, həm məməli xüsusiyyətləri daşıyan Platypus bir mozaika canlıdır.

 

Archicebus Achilles isə mozaika canlı deyil, çünki bu qalıq başdan aşağı məməli heyvanlara aid xüsusiyyətlər daşımaqdadır. Yəni təkamülçülərin iddia etdiyi kimi sözdə ara-keçid forması olmaqla heç bir əlaqəsi yoxdur.

Bu günə qədər yer üzündə yaşamış, ancaq sonradan soyu tükənmiş milyonlarla canlı vardır. Elm adamlarının təxminlərinə görə yer üzündə bu günə qədər var olan növlərin 99.9%-in soyu tükənmişdir. Soyu tükənən canlıların nisbəti haradasa yüz ikən elm adamlarının tapdıqları fosilləri soyu tükənmiş canlılar təsnif etməsinə aid etməyib sözdə ara-keçid forması olaraq xarakterizə etmələri tamamilə bir oyundur.

Archicebus Achilles də mükəmməl işləyən bədən quruluşuna sahib, keçmişdə yaşamış ancaq bu gün soyu tükənmiş canlı növüdür. Fosilləri olan, ancaq indiki vaxtda yaşayan nümunəsi tapılmayan bütün canlılar, soyu tükənmiş növlərə aiddir. Məsələn, Yeni Zelandiyaya xas Moa quşlarının soyu 1400-cü illərdə tükənmişdir. Ancaq təkamülçülər bu quşun fosilini tapsaydılar, indi tapdıqları hər soyu tükənmiş canlı fosilində etdikləri kimi böyük ehtimalla Moanı da dinozavrlarla quşlar arası sözdə ara-keçid forması olaraq adlandırardılar. Çünki Moa uçucu qanadları olmayan bir quşdur.

5(25)

Şəkil: Moa quşu canlandırma

 

Necə ki, təkamülçülər Coelecanth fosilində də bu oyunu oynadılar. Coelecanth fosilini tapdıqlarında üzgəclərindəki sümüyə görə balıqlarla sürünənlər arasında ara-keçid forması olduğunu dedilər. Ancaq soyu tükəndiyi zənn edilən Coelecanthın yaşayan nümunəsi Cənub Afrikada tapılanda təkamülçülərin oyunu pozuldu. Coelecanth ara-keçid forması deyildi, hər şeyi ilə mükəmməl dərin su balığı idi.

coelacanth

Hər ara-keçid forması iddiasında olduğu kimi, təkamülçülər insanlarla primatlar arasında sözdə ara-keçid forması olduğunu iddia etdikləri Archicebus Achilles fosili üçün də üzr istəməyə məcburdurlar.

Çünki bir daha gördük ki, elmi tapıntılar təkamülçülər tərəfindən tək yanlı olaraq qiymətləndirilməkdə və xalqa təkamül fikri təlqin edilməkdədir.

CNN Int, The Telegraph və Los Angeles Times, illüstrasiya şəkillərlə bəzədikləri, tək tərəfli, təkamülçü yayım siyasətlərini bir daha göstərdilər.

CNN International: Qədim primat, itkin halqa ola bilər.

İngilis The Telegraph: Archicebus Achilles insanın ilk primat qohumu ola bilər.

Los Angeles Times: Elm adamları, bu fosilin ən qədim primat qohumu olduğunu söyləyir.

cnn

the%20telegraph

latimes

 

2018-07-09 00:45:18

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top