İslam birliyini istəməyənlər İslam dünyasında tökülən qandan məsuldurlar

Qurani-kərimdə, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və İslam alimlərinin əsərlərində Quran əxlaqının dünyaya hakim olacağı bildirilmişdir. Ancaq bəzi insanlara İslam birliyi uğrunda mübarizə aparmaq, həyatını həsr etmək çətin gəlir, bu səbəbdən, İslam birliyinin əhəmiyyətini izah etməkdən və bu yolda səy göstərməkdən çox çəkinirlər. Halbuki İslam birliyini istəmək və bu mövzuda fikri mübarizə aparmaq hər müsəlmanın borcu və fərz olan ibadətdir.

 İslam dünyasında davam edən müharibə və qarşıdurmalar ilk zamanlar hər kəsin diqqətini özünə cəlb etmiş, işgəncəyə məruz qalan, öldürülən qadınların, uşaqların və yaşlıların görüntüləri insanlarda yardım etmək istəyi yaratmışdır. Ancaq hər gün ölüm xəbərinin eşidilməsi, qadınların təcavüzə uğraması, uşaqların güllələrə hədəf olması, minalara düşən insanların qolunu və ya ayağını itirərək şikəst qalması bir müddətdən sonra normal qarşılanmağa başlanmışdır. Bu insanların ilk günlərdəki reaksiyaları öz yerini laqeydliyə vermişdir. Bəzi insanlar qəzetləri alanda müharibə xəbərlərindən çox şou-biznez məzmunlu xəbərlərlə maraqlanmağa başlamışdır. Fələstində, Əfqanıstanda, İraqda, Kəşmirdə, Şərqi Türküstanda, Suriyada və ya Patanidə hər gün onlarla insanın ölməsi demək olar ki, “adi xəbərə” çevrilmişdir.

 Digər tərəfdən, bu vəhşilikləri məqbul göstərən təbliğat da aparılır. Bu səbəbdən, bir çox insan Suriyada yaşanan böyük qırğınları ölkənin daxili problemi, Fələstin və İsrail arasında yaşananları torpaq mübarizəsi kimi görür, Kəşmir xalqına qarşı hind zülmünü və ya Şərqi Türküstanda Çin zülmünü və ya Taylandın patanili müsəlmanlara qarşı tətbiq etdiyi zülmü bölgənin strateji mövqeyindən qaynaqlandığını düşünür. İraq, Əfqanıstan kimi ölkələrə qarşı işğalları isə beynəlxalq siyasi zərurət kimi qiymətləndirir. Doğrudur, tarixi və iqtisadi səbəblər də qarşıdurmaların meydana gəlməsinə böyük təsir edir. Ancaq indiki vaxtda yaşanan qarşıdurmaların əsas səbəbi yuxarıda sadalanan ölkələrin əhalisinin müsəlman olmasıdır. Bu səbəbdən, əzilən müsəlmanlara kömək etmək və İslam birliyi üçün səy göstərmək böyük ibadətdir. Rəbbimizin əmri bu istiqamətdədir.

İslam aləmində bir müsəlman ölkəsinin işğal və təzyiqlərdən xilas olması isə kifayət deyil. Çünki bir ölkənin qurtulması ilə İslam aləmi təzyiq və zülmdən qurtulmaz, bütün İslam aləminin qurtulması vacibdir.

 İslam birliyi Allahın əmri, Peyğəmbərimiz (s.ə.v)-in vəsiyyətidir

Quran – möminlərin həyatının bütün sahələrini əhatə edən, Rəbbimizin hökmlərini özündə əks etdirən və qiyamətə qədər qüvvədə olan mübarək kitabdır. Hədislərdə bildirildiyi kimi, İslam əxlaqının dünyaya hakim olması Peyğəmbərimizin (s.ə.v) vəfatından sonra qiyamətə qədər reallaşan əlamətlərin ən əhəmiyyətlisidir. Quranın “Nur” surəsinin 55-ci ayəsində də İslam əxlaqının yer üzünə hakim olacağı xəbər verilir: 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi,  55)

 İslam birliyi hər müsəlmanın ən böyük vəzifəsidir

 İman gətirən bir insan eşitdiyi və gördüyü hər şeydən məsuldur. Müsəlman xalqların çoxu işgəncə, zülm və təzyiq altında olduğu halda, bəzi müsəlmanların bu mövzunu görməməzlikdən gəlməsi böyük  səhvdir. Çünki Allahın bu mövzudakı əmri açıqdır və Allah Quranda müsəlmanlara belə əmr edir:

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

 Quranda bir çox ayədə İslam birliyinin fərz vəzifə olduğu müsəlmanlara bildirilir. Allahın İslam birliyini əmr etdiyi ayələrdən biri də belədir:

 Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür. (Ənfal surəsi, 39)

Ayədə İslam bütün dünyaya hakim olana, Quran əxlaqı bütün dünyada yaşanmağa başlayana, müharibə, zülm, fitnə aradan qalxana qədər müsəlmanlara mübarizə aparmaq əmr edilmişdir. Ayədəki “din tamamilə Allaha həsr edilənədək” əmri İslam birliyinə və Mehdiyyətə işarə edir (Doğrusunu Allah bilir). Allahın əmri bu qədər açıq olduğu halda, ağıl, bəsirət və fərasət gözü ilə baxan səmimi bir müsəlman bu həqiqəti görüb dərhal anlayar.

Allahın ayələrini bilən imanlı və vicdanlı insanların baş verən hadisələrə laqeyd olması, onları görməzlikdən gəlməsi qeyri-mümkündür. Bir müsəlmanın dünyada bu cür şiddətli zülm davam edərkən yatağında rahat yatması, boş işlərlə məşğul olması, yalnız öz əyləncəsini və mənfəətlərini düşünməsi mümkün deyil. Çünki iman gətirən bir insan haqsız müharibələrin, qırğınların, zülmün, aclığın, əxlaqi degenerasiyanın, qısaca desək, dünyadakı bütün problemlərin həllinin Quran əxlaqının insanlar arasında yayılması olduğunu bildiyi üçün bu məlumat ona böyük məsuliyyət yükləmişdir: dünyaya İslam dinini və dinin gətirdiyi gözəllikləri izah etmək, Quran əxlaqını yaymaq və dinsizliyə qarşı fikri mübarizə aparmaq…

 İslam birliyi Peyğəmbərimiz (s.ə.v)-in ən böyük hədəflərindəndir

Peyğəmbərimiz (s.ə.v.) də ən böyük hədəfin İslam birliyi olduğunu xəbər vermiş, bu hədəfin reallaşması vəzifəsini isə Allahın hz. Mehdiyə (ə.s.) verdiyini bildirmişdir. Rəsulullah (s.ə.v.) hədislərində hz. Mehdinin (ə.s.) öndərliyi ilə İslam dünyasındakı dağınıqlığın sona çatacağını xəbər vermişdir. O, müsəlmanların Quran əxlaqında birləşəcəyini bildirmiş və bütün müsəlmanları hz. Mehdinin (ə.s.) rəhbərliyi altında İslam birliyinin mövcudluğu üçün birliyə dəvət etmişdir. Peyğəmbərimizin (s.ə.v) bu mövzudakı vəsiyyəti çox açıqdır:

 ”SİZDƏN ONA KİM ÇATSA, QAR ÜZƏRİNDƏ SÜRÜNƏRƏK DƏ OLSA, ONA GƏLSİN. ONA QATILSIN. ÇÜNKİ O, MEHDİdir. (İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe,  VII cild, s. 527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14)

 Müsəlmanlar İslam birliyi üçün yarışmalıdır

Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48) ayəsində Allah ölkələrə, məzhəblərə, təriqətlərə ayrılan, bir-birləri ilə çəkişən birlik istəmədiyinə, birləşmiş müsəlman birliyi istədiyinə diqqət çəkmiş və müsəlmanların İslam birliyi üçün yarışmalarının vacib olduğunu buyurmuşdur.

İslam əxlaqının hakim olması Rəbbimizin hökmüdür, səmimi və şirk qoşmadan iman gətirən qullarına verdiyi vəddir. Allahın iznilə bu hökm axırzamanda hz. Mehdinin (ə.s.) vasitəsilə reallaşacaq. “Nəsr” surəsində Rəbbimiz bu həqiqəti belə müjdələmişdir:

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1- 3)

Adnan Oktarın 15 iyun, 2011-ci il tarixli A9 TV müsahibəsində müsəlmanların qanının İslam birliyini istəməyənlərin boynunda olduğunu belə açıqlamışdır:

Adnan Oktar: Əfqanıstanda demək olar ki, iki milyonu keçdi, şəhid edilənlərin sayı. Qatillər onların qulaqlarını kəsib, qurudub Amerikaya aparırlar, dişlərini çıxarıb Amerikaya aparırlar, barmağını kəsib, qurudub Amerikaya aparırlar xatirə kimi. Onların mühakimə olunması lazım deyilmi? Lazımdır. Maraqlandırırmı bu, yoldaşları? Maraqlandırmır. Çünki İslam birliyinə qarşıdırlar, çünki Mehdiyyətə qarşıdırlar. Sırf “Mehdiyyətə qarşı olacağam” deyə, İslam birliyinə də qarşı oldular. İsrailin on əsgərini həbs etdin, bunlar nə olacaq? Bunlar maraqlandırmır onları. Belə olmaz. Türk-İslam Birliyi olsa, İslam birliyi olsa, bu hadisələr meydana gəlməz.

Siz, günahı İslam birliyini axtarmayanlarda görün. Bu qədər müsəlmanın qanı onların boynundadır. Hz. Mehdini (a.s) axtarmayanlar məsuldur, İslam birliyini istəməyənlər məsuldur, Türk-İslam Birliyini istəməyənlər məsuldur. Onları mühakimə etməkdənsə, özünü mühakimə et əvvəlcə. Çünki bunun səbəbi sənsən, sən səbəb olmusan. İslam birliyi olsa, doqquz qardaşı şəhid edə bilərdilərmi? Mümkündürmü? “Xoş gəldiniz, buyurun”, – deyərdilər, alqışlarla qarşılayardılar. Alnına güllə sıxırlarsa, bu, İslam birliyinin olmamasındandır. İslam birliyinin olmaması nədir?

Siz gedirsiniz, orda-burda yayılıb oturursunuz. Ondan sonra da: “O mühakimə olunsun, bu mühakimə olunsun”, – deməklə internet saytlarında dedi-qodu edirsiniz. Elə olmaz. Əslində, siz Allah qatında mühakimə olunacaqsınız. İslam birliyini istəmədiyiniz üçün, Türk-İslam Birliyini istəmədiyiniz üçün, Mehdiyyəti istəmədiyiniz üçün mühakimə olunacaqsınız axirətdə. Bunu düşünün.

2013-11-27 21:45:08

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top