Suriyada axan qanlar inananların birliyi ilə dayanacaq

Hazırda Suriyada davam edən vətəndaş müharibəsinin sona çatdırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Məsələn, bəziləri Suriyada baş verənləri ölkənin daxili problemi adlandıraraq  hadisələri biganəliklə seyr etməyi üstün tutur. Böyük əksəriyyət isə ABŞ-ın müdaxiləsini ən yaxşı həll yolu hesab edir. Halbuki, bu, yenə də günahsız xalqın zərər görməsi ilə nəticələnəcəkdir. Bu zülmün birdəfəlik həlli isə İslam ölkələrinin birləşməsi və qan tökmədən bu zülmün dayandırılmasıdır.

Suriyada Əsəd rejimi öz xalqına qarşı qırğın siyasəti yürüdür. Bu rejimin həyata keçirdiyi ən dəhşətli qırğın isə kimyəvi silahlardan istifadə edilməsi və bunun nəticəsində 1300 insanın şəhid edilməsi oldu. Şəhid olan günahsız insanlar arasında yüzlərlə uşaq vardı. Qərb dünyası kimyəvi silah qırğınını yüngül tənqid etməklə kifayətləndi. Nəzərə alaq ki, qərb dünyası 2011-ci ildən bəri davam edən  şiddətli müharibəyə yalnız susmaqla münasibət bildirir. Suriyada həyata keçirilən soyqırım, demək olar ki, onları maraqlandırmır, hətta müsəlmanların bir-birlərini qırması sanki onların mənfəətlərinə uyğun gəlir. Bir çox müsəlman ölkələri isə "mənə toxunmayan ilan min il yaşasın" deyərək Suriya kimi bir ölkə yoxmuş kimi davranırlar. Kiçik bir kütlə xaricində nə Amerika, nə Avropa, nə də bəzi müsəlman ölkələri Suriyadakı hadisələrlə, sözün əsl mənasında, maraqlanmırlar.

Hərbi müdaxilə həll yolu deyil

Suriyadakı vəziyyətlə bağlı son  günlər müəyyən qərarlar qəbul edilmişdir. ABŞ Senatı tərəfindən Suriyaya hərbi müdaxilə planı təsdiqlənmişdir. "Muştuluq" kimi təqdim edilən bu xəbər, əslində, Suriyaya növbəti zərbə deməkdir. Zərərçəkən yeganə tərəf yenə Suriyanın məzlum xalqı olacaq.

Əslində, Suriya xalqı ilə Suriyanı bir-birindən fərqləndirmək lazımdır. Suriyada yaşayan vətəndaşlar ətrafımızda gördüyümüz, hər gün qarşılaşdığımız, danışdığımız, salamlaşdığımız, eyni avtobusu, işi yerini və ya binanı paylaşdığımız  insanlar kimi adi insandırlar. Hər birinin  işi, ailəsi, yoldaşları sevdikləri və sosial həyatı var. Daha doğrusu, var idi. Çünki onlar hər şeylərini itiriblər və itirməyə davam edirlər.

Hazırda Suriyada milyonlarla məzlum insan qorxu içində öz dəhşətli aqibətini gözləyir. Bəs "divara sıxışdırılmış" bu insanlar nə etməlidirlər? Özlərini diri-diri basdırmalı, yoxsa dənizə atıb zülm onları haqlamadan intihar etməlidirlər? Qaçıb canlarını qurtarmağa, sığınmağa heç bir qapıları yoxdur. Dəccal rejimin əsarətində, əlləri, qolları bağlı ölümü gözləyirlər. Mövcud təkliflər isə bu insanların həyatlarını xilas etməyə yönəlmir.

Suriyaya müdaxilə zamanı qan tökməyin qarşısını necə almaq olar?

Suriyada hər gün yüzdən çox insan şəhid edilir. Xəbər agentlikləri şəhidlərin sayının 100 mini ötdüyünü bildirilər. Qətlə yetirilən insanların 88 faizi əksəriyyəti qadın və uşaqlardan ibarət olan dinc əhalidir. Saatda 6 adamın şəhid edildiyi Suriyada hər gün təxminən 135 nəfər öldürülür. Orta hesabla hər iki saatda bir uşaq, hər üç saatda isə bir qadın şəhid edilir. Zülmün qarşısını zülmlə almaq, yəni Amerikanın müdaxiləsini dəstəkləmək isə günahsız xalqa ikiqat zərbədir. Çünki bu müdaxilə baş tutarsa, Allah qorusun, can itkisi qaçılmazdır və insanları xilas etmək mümkün olmayacaq. Bu cür qanlı müdaxilələr əvəzinə Suriyaya hər iki tərəfin təhlükəsizliyini təmin edən, sevgi dolu, sülhə dəvət edən bir üslubla yanaşılmalı, yəni hadisələrə Qurana uyğun şəkildə müdaxilə edilməlidir.

Amerikanın Suriyanı bombalaması ikiqat zərbə olar

Amerikadan mədət ummaq, hadisələrin həllini Amerikanın hərbi müdaxiləsində axtarmaq məntiqsiz yanaşmadır. Nəticədə tarix təkrarlanacaq, İraqdakı kimi, Suriyada da hava hücumları tarixi sərvətləri, ölkənin sənaye müəssisələrini və infrastrukturunu tamamilə yerlə yeksan edəcəkdir. Zərərçəkən tərəf yenə də Suriyanın məzlum xalqı olacaqdır. Məsələn, anbarların bombalanması nəticəsində elektrik enerjisi kəsiləcək, ölkədə həyat daha da iflic vəziyyətə düşəcəkdir. Yol və körpülərin bombalanması isə canlarını qurtarmağa çalışanlara maneçilik törədəcəkdir. Əsəd rejimi və tərəfdarları isə bu hücumlarda zərər çəkməyəcəklər. Digər tərəfdən Amerikanın Suriyanı bombalaması məzlum insanların yaralanmalarına, ölmələrinə, yaxınlarını, sevdiklərini itirmələrinə, daha da yoxsullaşmalarına, qısaca ağrı-acılarının daha da şiddətlənməsinə səbəb olacaq. Yəni zərbə üstünə zərbə alacaqlar. Məhz buna görə də hərbi müdaxilə problemin həllinə deyil, əksinə daha da böyüməsinə səbəb olacaqdır. 

Amerikanın Suriyanı bombalaması Əsədi narahat etmir

Əsəd özü xalqına görülməmiş zülmlər yaşadır. Dinc əhalinin üzərinə bomba yağdırır, kimyəvi silahlardan, Napalm bombalarından, avtomatik silahlardan istifadə edərək yüz minlərlə suriyalını şəhid edir. Bütün bunları nəzərə aldıqda Amerikanın hərbi müdaxiləsinin Əsədi narahat etməyəcəyi, əksinə xoşuna gələcəyi, bir növ planlarına dəstək olacağı aydın görünür. Nəticədə, Amerika da Əsədə xidmət etmiş olacaq. Əsəd  Lazkiyədəki  kiçik bir bölgədə tərəfdarları ilə rifah içində yaşayır. Xarabalığa çevirdiyi, darmadağın etdiyi Suriyanın daha ağır vəziyyətə düşməsi, xalqın əzabının artması onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Amerika əsgərlərinin Suriyaya hərbi müdaxiləyə cəlb edilməsi onları narahat edəcəkdir

Amerika əsgərləri də eynilə Suriya xalqı və bizim kimi insandırlar. Onların da hiss və duyğuları, sevdikləri, ailələri, uşaqları var. Vəzifələri ucbatından Suriyaya hərbi müdaxilədə iştirak etməli olacaqlar. Şübhə yoxdur ki, bu, onların həm mənəvi, həm də fiziki dincliyini əllərindən alacaq, ailələrindən, sevdiklərindən uzaq salacaq, əllərini günahsız insanların qanına bulamaqlarına məcbur edəcəkdir. Əgər İslam Birliyi qurulsa, inananlar birləşsə, onlar da günahsız Suriya xalqına qarşı döyüşməyin vicdan əzabını yaşamaz, əmrləri könülsüz yerinə yetirmək məcburiyyətində qalmazlar. Çünki heç bir vicdan sahibi insan  başqa bir insanı öldürməkdən, onun ev-eşiyini dağıtmaqdan həzz duymaz. Heç kim evini, ailəsini, vətənini tərk edib, bəlkə də heç vaxt dönməyəcəyi qanlı döyüşlərə atılmaq istəməz.

Bəzi müsəlmanlar hz. Mehdinin (ə.s)  zühuruna və hz. İsanın (ə.s) nüzuluna inanmır, bu mübarək zatların gəlişinə ümid bəsləmir, bunun üçün Allah`a dua etmir, hətta yüzlərlə əlaməti möcüzəvi şəkildə gerçəkləşən bu həqiqətləri qəbul etmir, qarşı çıxırlar. Bu, (haşa) Allah`a, Onun qədərinə qarşı çıxmaqdır. Hz. Mehdinin və hz. İsanın zühurunu danmaqda israr etmələri müsəlman dünyasında tüğyan edən zülmlərin, əzab və bəlaların səngimək əvəzinə daha da şiddətlənməsinə səbəb olur.

İnsanlar Mehdiyyəti inkar etməyib böyük həyəcan və sevinclə hz. Mehdinin (ə.s) zühurunu gözlədikləri və ona qovuşmaq üçün Allah`a dua etdiklərində uca Allah hz. Mehdini (ə.s)  göndərəcək və onun vəsiləsi ilə dünyanı zülmətdən nura, müharibələrdən sülhə, qorxu, əzab və yoxsulluqdan əmin-amanlığa, xoşbəxtlik və nemətə qovuşduracaqdır.

Amerikanın hərbi müdaxiləsi Əsədin sahib olduğu silahlardan ən yüksək səviyyədə istifadəsinə və misli-bərabəri görülməmiş vəhşətin yaşanmasına səbəb olar

Əsəd rejiminin silah bazası haqda heç kim dəqiq məlumata sahib deyil. Bundan əlavə, İranın Suriyaya silah yardımı etdiyi də ehtimal olunur. Hər hansı hərbi müdaxilə Əsədin müdafiə mövqeyinə keçməsi və böyük bir qətliamın yaşanması ilə nəticələnəcəkdir. Xalqına qarşı istifadə etdiyi kimyəvi silahı yenidən müdafiə üçün istifadə etsə Türkiyə də daxil olmaqla bütün qonşu ölkələr üçün təhlükəli vəziyyət yaranacaq.

Hərbi müdaxilə bütün dünya üçün fəlakətlə nəticələnə bilər

Müsəlman dövlətlərinin, Ərəb ölkələrinin və Böyük 20-liyə daxil olan dövlətlərin iğtişaşlara son verilməsi istiqamətində danışıqlar aparmamaqları, sünni və şiə təriqətlərini  barışdırmağa cəhd etməməkləri,  hərbi müdaxiləni tək həll yolu hesab etmələri müəmmalı yanaşmadır. Bu “həll yolu” sülhü bərqərar etməyəcək, əksinə problemi daha da böyüdəcək, maddi və mənəvi itkiləri artıracaqdır. Suriyaya hər hansı hərbi müdaxilənin ümumilikdə xərci 300 milyard dollardan çoxdur. Halbuki, bu məbləğ qısa müddət ərzində Afrikada aclığa məhkum olan 18 milyon insanın və dünyada milyonlarla qaçqının bütün problemlərini həll etmək üçün kifayətdir. Nəinki  300 milyard, tək bir raketin qiyməti olan 4 milyard dollar Suriya xalqını ən etibarlı şəkildə İraq, İordaniya kimi  qonşu ölkələrdə yerləşdirməyə, burada onların normal şəraitini təmin etməyə kifayətdir. 

Müsəlman ölkələri Suriyaya xilasetmə əməliyyatı təşkil etməlidirlər

Amerika Suriyaya müdaxilə etmək üçün müsəlman ölkələrinin dəstəyinə ehtiyac duyur. Belə ki, əməliyyat tədbirləri üçün ərəb ölkələrindən maliyyə dəstəyi alır. Halbuki, ərəb ölkələri belə böyük məbləği qan tökülməsi üçün deyil, müsəlman birliyinin təmin olunması üçün sərf etməlidir. Əsəd rejimini zərərsizləşdirmək, axan qanı dayandırmaq üçün  bütün İslam ölkələri birləşib Suriyadakı atəşkəsi qan tökmədən bərpa etməlidirlər. Bunun üçün Türkiyə, İran, Misir, Mərakeş, Tunis, Əlcəzair, Liviya, İordaniya, Malaziya və digər İslam ölkələrinin sadəcə bir diviziya və ya bir briqada əsgər səfərbər etməkləri kifayətdir.  İslam ölkələrinin Baş Qərargah rəisləri toplanıb, komanda heyəti yarada bilər və ümumi məxrəcə gələ bilərlər. Birləşmiş İslam Sülh Ordusu səhər azanından sonra "Ya Allah, Bismillah" deyərək qurudan və dənizdən Suriyaya daxil ola bilər. Quranda hz. Yaqubun (ə.s) övladlarına “şəhərə fərqli qapılardan girmə tövsiyəsinə" uyğun olaraq heç kimə zərər vermədən 70 fərqli ərazidən Suriyaya daxil ola bilər və Suriya ordusunu təslim olmağa məcbur edə bilərlər. Suriya xalqı onlara müqavimət göstərməz. Çünki bu ordu döyüşmək deyil, xilas etmək üçün gələcək və düşmən kimi qəbul edilməyəcək. Xalqın, müxaliflərin, şiələrin, nüseyrilərin can və mal təhlükəsizliyini təmin edəcəklərinə təminat verəcəklər. Polis qüvvəsi kimi bircə silah belə istifadə etmədən nizamı yenidən bərpa edəcəklər.

Xüsusilə, İran və Türkiyənin birgə hərəkət etməsi və hərbi qüvvə göndərməsi digər İslam ölkələrinin də əməliyyata qoşulmasını və axan qanın tezliklə dayandırılmasını sürətləndirər. Çünki bu iki ölkənin bu istiqamətdə əməkdaşlığı şiə və sünni məzhəbləri arasındakı münqişələrin nəhayətlənməsinə, bölgədəki bütün İslam dövlətlərinin tək ümmətə çevrilməsinə vəsilə olacaq.

Rusiya da bu birliyə dəstək olacaqdır. Rusiya prezidenti Putin bu birliyi yaradan İslam ölkələri ilə münaqişəyə girməz. Bu birliyin Suriyadakı hadisələri yatışdıracağını mətbuatda  açıqlayaraq dəstək ola bilər.

Suriyada axan qandan birləşməyən müsəlmanlar məsuldur

Suriyadakı iğtişaşlar yalnız müsəlmanların birləşməsi ilə səngiyəcək. İslam ölkələri mənəvi birlik qurmadan zülm dayanmaz. İnananlar bu mənəvi birliyin təmsilçisi olan ixlaslı bir lider seçməli, güclərini birləşdirməlidirlər. İslam Birliyi sevgi, qardaşlıq, şəfqət, mərhəmət və güclü Allah qorxusu üzərində qurulacaqdır.

Çünki Allah belə buyurur:

“Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 73)
"Hamınız Allah`ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah`ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz." (Ali-İmran surəsi, 103)
"Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah`dan qorxun ki, sizə rəhm edilsin." (Hucurat surəsi, 10)
"Və onlar zülmə  məruz qaldıqlarında, birlik olub müqavimət göstərənlərdir." (Şura surəsi, 39)
"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir." (Saff surəsi, 4)

Ayələrdən də aydın olur ki, bu zülmə yalnız inananların birləşməsi ilə son qoyulacaqdır.

Unudulmamalıdır ki, tarixi müharibələr, qırğınlar, fəlakətlər nəticəsində əsrlərdir dünyada qan su yeinə axır. Ancaq Rəbbimiz, şübhəsiz, gözəl əxlaqı yer üzünə hakim edəcək. Bu, Allah`ın vədidir və Allah vədindən əsla dönməz.

Allah`ın "Biz Zikrdən sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar" (Ənbiya surəsi, 105) ayəsində bildirdiyi kimi, Quran əxlaqı bütün dünyanı zülmətdən nura çıxaracaqdır.  

İnsanlar qəlbən dinə yönələcək, əmin-amanlıq və bolluq içində yaşayacaqlar. Buna görə də, hər birimiz  əlimizdəki bütün imkanlardan istifadə edərək Türk İslam Birliyinin tək həll yolu olduğunu geniş kütlələrə çatdırmalıyıq. İnşaAllah, Rəbbimiz dualarımızı qarşılıqsız qoymayacaq və bu birliyin qurulmasını tezləşdirəcəkdir.

2014-02-04 22:57:52

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top