İslamın mənfəətlərini önəmli görməyən, qorxaq, öz mənfəətini düşünən və çətinliyə girməyən müsəlmanlar

 

Səmimi olaraq vicdanınızın səsinə qulaq asın və düşünün.

İnsanlar doğulur, böyüyür, təhsil alır, iş həyatına atılır, evlənir, oğul-uşaq sahibi olur, bu arada gücü çatdığı qədər pul və nüfuz qazanmağa çalışır, sonra uşaqlarını evləndirir, nəvə sahibi olur, ölür. Daha sonra uşaqları, nəvələri də oxşar həyatı yaşayır və ölür. Sizcə dünyaya gəliş məqsədimiz budur?

Təbii ki, deyil. Ancaq din əxlaqından uzaq yaşayan insanların böyük bir qisminin həyat anlayışları bununla məhduddur. Hər kəs üçün həyat şərtləri dəyişsə də, bu əzbərlənmiş sıralamanı yaşayır və ölür. Bu zaman həyatlarındakı ən böyük nöqsanı görmür, dünyaya gəliş məqsədlərini düşünmürlər. Bu ən böyük çatışmazlığı görə bilmədiklərinə görə, iş yerlərində, təhsildə uğurlu olsalar belə, çətinliklərinə, əzablarına nəyin səbəb olduğunu da dərk etmirlər.

İman gətirənlər üçün isə həyat tamamilə başqadır. Ticarət, məktəb, ailə təbii ki, həyatlarında var. Ancaq həyatlarının tamamilə başqa olmasının səbəbi, bütün bunlarla məşğul olarkən dünyaya gəliş məqsədlərini unutmadan hərəkət etmələridir. Səmimi qəlblə iman edənlər dünyaya Allaha ibadət etmək, qulluq etmək üçün gəldiklərini, dünyanın bir imtahan yeri, axirət üçün hazırlıq yeri olduğunu bilərək hərəkət edirlər.

 

… insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)

 

Bunlar Allahın razılığını hər şeyin üstündə tutan müsəlmanlardır. Dünyada  etdikləri hər şey Allahın razılığının ən çoxuna əsaslanır. Dünyada məqsədləri maddi imkanlarını artırmaq deyil. Karyera, vəzifə sahibi olmaq, şöhrətli olmaq həvəsində deyillər. Allah üçün, dünyada zülm görən milyonlarla müsəlmanı çəkdikləri əziyyətlərdən xilas etmək üçün səy göstərmək varkən evlənib, oğul-uşaq sahibi olmaq həvəsində deyillər. Nümunə götürdükləri insanlar, həyatları çətin imtahanlarla keçmiş peyğəmbərlər və saleh müsəlmanlardır.

 

Bir də müsəlman kimi tanıdığımız, yalnız həccə getmək, namaz qılmaq, kəlməyi-şəhadət gətirmək, oruc tutmaq, zəkat vermək kimi İslamın 5 şərti  deyə bilinən ibadətləri kifayət görən bir qrup insan var. Bu insanlar dünyada zülm görən müsəlmanların vəziyyətini düşünmürlər. Dünyanı bürüyən imansızlıq bəlasına qarşı elmi mübarizə aparmırlar. Allahın dinini anladıb yaymırlar. Müsəlmanların ortaq məxrəcə gəlməsinə çalışmırlar. Saydığımız misallardakı kimi saysız-hesabsız ibadətlə heç maraqlanmırlar. Bütün dünyaları öz evləri, iş yerləri, qonşuları ətrafında cərayan edir.

Namaz 5 vaxtdır, ancaq Quran əxlaqını yaşamaq, Allah üçün mübarizə aparmaq 24 saatdır. Beləliklə, din bizim həyatımızın hər anını əhatə edir. Hər bir müsəlman ilk növbədə Quranın hamısını oxuyub Allahın bizdən istədiyi əxlaqı anlamaq və hər dəqiqəsində Allahın razılığının ən çoxunu seçərək həyatına tətbiq etməklə mükəlləfdir.

 

Quran əxlaqında yuxarıda sadaladığımız kimi, müsəlmanların birliyi, yaxşılığı əmr etmək, pislikdən çəkindirmə, İslamın dünya hakimiyyəti üçün cəhd etmə, Allah üçün cəsarətli olmaq, Allah üçün qınayanın qınamasından, böhtana məruz qalmaqdan çəkinməmək kimi Allahın fərz etdiyi daha saysız-hesabsız ibadətlər var. Axirətdə bütün müsəlmanlar bu ibadətlərdən də sorğuya çəkiləcəklər. Allahın ayələrinin çox az bir qismini tətbiq edib, namaz kimi vacib olan digər ibadətləri yerinə yetirməyən, həyatlarını tam bir itaətlə Allaha həsr etmək əvəzinə həm dünyanı, həm də axirəti balansda saxladığını zənn edən müsəlmanlar Allah qorusun axirətdə böyük bir itkiyə məruz qalmaqdan çəkinməlidirlər. Səmimi müsəlmanlarla səmimiyyətsiz olanların fərqi məhz buradadır. Qurana görə insan ya dünya, ya da axirəti seçə bilər, hər ikisini balansda saxlamaq deyə bir şey yoxdur. Məhz bu qeyri-səmimilik, hər cür riskdən qaçmaq, qorxaqlıq və çəkingənlik İslam dünyasının bu gün içində olduğu vəziyyətin, İslam əxlaqının dünyaya hakim olmamasının səbəbidir. Bu laqeyd, yalnız öz mənfəətini düşünən insanlara görə İslam aləmi dağınıqdır. Bu insanlara görə müsəlmanların gördüyü əziyyət, zülm hər keçən gün artır.

 

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)

 

Səmimi iman edənlərin həyatları isə Bədiüzzaman Səid Nursi nümunəsində olduğu kimi şanlı və şərəflidir. Bədiüzzaman Səid Nursi dünyadan imtina etmiş, Allah yolunda mübarizə aparmış, çətin imtahanlardan keçərək 30 il həbsdə qalmış və Allahın rizasını qazanmağı ummuştur. Bədiüzzaman Səid Nursi də o əziyyətləri çəkmək əvəzinə istəsə özünə ailə qurar, yaxın ətrafı, qonşuları, ticarətlə məşğul ola bilərdi. İllərlə həbs, sürgün həyatı yaşamaz, dünyada rahat olardı. Amma Allah üçün 30 il həbsdə qalmaq onun üçün bütün bunlardan daha dəyərli idi.

Peyğəmbərimiz (səv) dövründə yaşayan, rahatlığını düşünən bəzi müsəlmanlar oyanıqlıq etdiklərini zənn edərək istini, evlərinin açıqda olduğunu bəhanə edib Peyğəmbərimizlə (səv), əshabələrlə birlikdə müharibəyə getməmiş, axirətlərini itirmişlər. Hava Peyğəmbərimiz (səv) və əshabələri üçün də isti idi, amma bu onları Allah yolunda mübarizə aparmaqdan saxlamamışdır. Peyğəmbərimizin (səv) və əshabələrin də evləri vardı, amma Allah üçün əlləri, qolları, ayaqları qopub. Bəlkə tək gözləri ilə müharibəyə getmək, Allah üçün mübarizə aparmağı seçmək onlar üçün hər şeydən vacib idi:

 

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.

(Tövbə surəsi, 24)

 

Dolayısilə Allah üçün hər cür çətinliyə girən və rahatlıqları pozulmasın deyə heç bir çətinliyə girməyən müsəlmanların vəziyyəti dünyada eyni olmadığı kimi, axirətdə də eyni olmayacaq. Ehtiyatlılıq həbsdən, mübarizədən, yorulmaqdan, yuxusuz qalmaqdan, böhtan atmaqdan qaçacaq şəkildə hər cür tədbiri alaraq mübarizəyə qoşulmamaq deyil. Ehtiyatlılıq bu dünyada Allaha tam təslim olaraq hər cür çətinliyə girmək, Allahın rizasını qazanmaq üçün hər dəqiqə bu dünyadakı son dəqiqə kimi mübarizə aparan müsəlmanlarla birlikdə hərəkət etməkdir.

Müsəlmanlara edilən zülmün, əziyyətlərin səbəbinin dinsiz ideologiyalar olduğu ortadadır. Zülmə qarşı yeganə həll yolunun müsəlmanların ittifaqı ilə dinsiz ideologiyalara qarşı elmi mübarizə, İslam əxlaqının dünyaya yayılması olduğu da ortadadır. Bu mühüm mübarizə İslamın mənfəətlərini vacib görməyib, təkcə qohum münasibətləri, ticarət kimi məsələlərlə məşğul olmaq Allah qorusun bu insanları axirətdə böyük bir rüsvayçılığa, peşmançılığa sala bilər. Ümməti hər cür fəsaddan salamatlığa çıxarmaq hər müsəlmanın borcu, fərz ibadətdir. Hər bir müsəlman bir-birinin vəlisidir. (Mömin kişilər və mömin qadınlar bir-birlərinin dostlarıdırlar… Tövbə surəsi, 71) Allah möminlərin bir-birini qorumalarını əmr etdiyi halda, bu fərzi etməmək müsəlmana yaraşmaz. Gözlərinin önündə vəlisi olduğu müsəlman qardaşının ölümünü seyr etmək müsəlmana yaraşmaz. Dünyanı imansızlıq bəlası əhatə etmişkən, dinsizliyə qarşı fikirlə, elmlə mübarizə aparmaq əvəzinə, kefinin arxasınca getmək müsəlmana yaraşmaz.

 

Yenə burada vəzifə səmimi müsəlmanların üzərindədir. Müsəlmanları laqeydlik, eqoizm bəlasından xilas etməyin, zülmün, ayrılıb dağılmışlığın yeganə həllinin Quran ayələrinin hər birini həyatımıza keçirmək olduğunu xatırlatmaq, birlik və bərabərliyimiz üçün səy göstərmək, müsəlman qardaşlarımıza yaxşılığı əmr edib pislikdən çəkindirmək hər birimizin məsuliyyətidir.

 

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.

(Tövbə surəsi, 71)

 

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)

 

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali İmran surəsi, 105)

 

 

2016-01-28 22:42:39

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
CAMİAMIZA YÖNELTİLEN CİNSELLİK KONULU İFTİRALAR TÜMÜYLE UYDURMA VE GERÇEK...
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.