İslam dünyasında qəbilə mədəniyyəti altında əzilən qadın

Qəbilə ənənəsi Yaxın Şərq mədəniyyətlərinin yüzlərlə, hətta minlərlə illik ictimai quruluş və mədəniyyətinin əsasını təşkil edir. Bu gün Şimali Afrika, ərəb dünyası və Orta Asiya cəmiyyətləri nə qədər müasir dövlət statusuna keçsələr də qəbilə məntiqi heç vaxt tərk edilməmiş, yalnız forma dəyişdirmişdir.

 

Dövrümüzdə bir çox Şərq ölkəsində nəsildən-nəslə ailədaxili hökmdarlıqlar, bu ailələrin mənsub olduqları qəbilə və tayfaların gücü ilə hakimiyyətlərini qoruyur. Bu səbəbdən qəbilə məntiqini təkcə keçmiş feodal dövrlərə xas tarixi mövzu kimi qiymətləndirmək çox yanlış olar. ABŞ-ın Müdafiə Nazirliyindən tədqiqatçı-yazar Rik Doksey (Rick Docksai) bu həqiqətə belə diqqət çəkir:

 

"Qəbilə məntiqinin geniş yayıldığı Yəmən, Əfqanıstan və Liviya cəmiyyətləri klan hakimiyyətlərinin açıq və konkret nümunələridir. Pakistan, Keniya və Cənubi Sudan kimi digər ölkələrdə isə qəbilələr sonu gəlməyən tələb çəkişmələrində mərkəzi rəhbərliklə yarışırlar".[i]

 

Əsrlərdir qəbilə mədəniyyətinə xas dəyər mühakimələri, əxlaq normaları, adət və ənənələrlə yoğrulmuş Yaxın Şərq cəmiyyətində fərdlərin status, mənsubiyyət, əhəmiyyət və iyerarxiyaları də yenə bu mədəniyyət çərçivəsində müəyyən olunur. Doksey bu vəziyyəti belə təsvir edir:

 

"Əslində qəbilələr daxilindəki mənsubiyyət ərəb dünyasında hələ də arxa planda güclü bir amil kimi varlığını qoruyur və bu vəziyyət Yaxın Şərq cəmiyyətlərində fərdi azadlığın inkişafında güclü əngəl olacaq". [ii]

 

Qəbilə mədəniyyətinin yanlış dəyər mühakimələrindən ən çox zərər görən təbəqə həqiqətən qadınlardır. Müxtəlif İslam cəmiyyətlərində qızlar və qadınlar "namus qoruma" adı altında ailələri tərəfindən cinsi istismara, istəmədikləri insanlarla evlənməyə məcbur edilir, ərlərinin köləsinə çevrilərək onlardan icazəsiz nəinki səyahətə, alış-verişə belə çıxa bilmir, hər cür zorakılığa məruz qalır. Nəqliyyat vasitəsindən istifadə edə bilmir, seçmək və seçilmək hüququna malik ola bilmir, təhsildən, iqtisadi həyatdan uzaq tutulur.

 

Bunlar təkcə qəbilə mədəniyyətindəki kişilərin hakim olduğu mentalitetin fayda və maraqlarını güdmək, onların kompleks və qısqanclıq meyillərini yatışdırmaq məqsədilə ortaya atılmış uydurma qaydalardır. Bu cəfəngiyyatlar zaman keçdikcə ictimai və dini qaydalara, hətta dövlət qanunlarına çevrilib.

 

Təəssüf ki, bu gün geniş miqyasda İslam dünyasını bu primitiv və vəhşi mentalitet təmsil edir. Bu mentalitetin ortaya qoyduğu çirkin mənzərə də böyük haqsızlıq olaraq İslama və Qurana aid edilir. İslam aləmini əhatə edən bu utanc mənzərəsi 2016-cı ilin ən yaxşı qısametrajlı sənədli filmi üzrə Oskar mükafatına layiq görülən "A Girl in the River" adlı filmlə bir daha dünya gündəminə gəldi.

 

Sənədli filmdə hər il 1000-dən çox namus cinayətinin baş verdiyi və çoxunun cəzasız qaldığı Pakistanda yaşayan Saba Qaiserin gerçək həyat hekayəsindən bəhs edilir. Ailəsinin istəmədiyi bir insanla ailə quran Saba atası və əmisi tərəfindən danışmaq bəhanəsi ilə avtomobilə mindirilib əvvəl döyülür, sonra başından güllələnərək çaya atılır. Ancaq möcüzəvi şəkildə xilas olaraq həyata qayıdır. [iii]

 

Hər 90 dəqiqədən bir namus cinayətinin baş verdiyi İslam ölkələrində din adına namus qoruyuculuğu edənlərin İslamın ən böyük haramlarından biri olan adam öldürmək cinayətini tərəddüdsüz həyata keçirmələri Allah qorxusundan uzaq instinktiv qəbilə məntiqinin qəribə ziddiyyətlərindəndir. Quranda buna müvafiq heç bir müddəa olmadığı, hətta tam əksinə, müşriklərə aid bir əməl olaraq bildirildiyi halda (Hud surəsi, 91), insanları cəzalandırmaq üçün İslam adı altında daş ataraq öldürmə vəhşiliyi də oxşar ziddiyyətlərdən biridir.

 

Dünya İqtisadi Forumunun hər il təzələdiyi "The Global Gender Gap Report"da qadın-kişi bərabərsizliyinin dərəcələri ölkələrə görə statistik olaraq hesablanır. Hesablama təhsil almaq, səhiyyə, iqtisadiyyatda iştirak və siyasi təmsil gücü olaraq dörd əsas meyar üzrə aparılır. Bu hesablama nəticəsində ölkələr qadın-kişi bərabərliyinə verdikləri əhəmiyyət baxımından siyahı şəklində sıralanır.

 

2015-ci ilin hesabatında 145 ölkəlik siyahının ilk 100-nün içində yalnız bir neçə müsəlman ölkəsi olduğu halda, 100-cü sıradan sonrakı ölkələrin böyük əksəriyyətini İslam ölkələri təşkil edir. Düşündürücü olan isə siyahının ən sonundakı 15 ölkənin (ikisi xaric olmaqla) hamısının müsəlman ölkələr olmasıdır. Qadın ayrı-seçkiliyinin ən yüksək səviyyədə olduğu bu ölkələr sondan əvvələ doğru Yəmən, Pakistan, Suriya, İran, İordaniya, Mərakeş, Livan, Mali, Misir, Oman, Səudiyyə Ərəbistanı, Mavritaniya və Türkiyə... [iv]

 

Bu gün ildə 1 milyon qız uşağının anadan olan kimi qətl edildiyi Çin və hər 20 dəqiqədə bir qadının təcavüzə məruz qaldığı Hindistan belə siyahıda daha üst sıralarda yer alır.

 

Keçmiş Pakistan Baş nazirinin köməkçisi Şahid Zülfikar əl Buhutto (Shaheed Zulfikar Əli Buhutto), Elm və Texnologiya İnstitutunun rəhbəri Şahnaz Vəzir Əli (Shahnaz Wazir Ali) İslam dünyasındakı qadınların acınacaqlı halını belə təsvir edir:

 

"Əksəriyyəti kasıb və təcrid olunmuşdur, normal qidalanmır və hüquqlarından məhrum edilmişdir. 30-40%-i gündəlik həyatını davam etdirə bilmək üçün mübarizə aparır. Bir çox qadın bütün həyatını kiçik kəndlərdə keçirir. 13 yaşında evlənir və 30 yaşına gəldikdə 60 yaşında görünür. Bu qadınlar Quranı, bəlkə də heç bir kitabı oxumur. Əzbərdən bildikləri ilə ibadət edir. Qadınların oxuma-yazma nisbəti kişilərin üçdə ikisindən azdır ". [v]

 

Qadının müasir həyatdan bu dərəcədə təcrid olunması Yaxın Şərq və İslam dünyasının bugünkü geridəqalmışlığının, inkişaf və məhsuldarlığa qapalı olmasının ən əsas səbəblərindəndir. İslam aləminin və müsəlman qadının xilası üçün yeganə həll yolu Quranda "nəsil qoruyuculuğu", "ataların dini" kimi anlayışlarla diqqət çəkilən qəbilə mədəniyyətinin ibtidai, vəhşi, mühafizəkar və qaranlıq halından çıxaraq bu mədəniyyətin "zəncirlərini qıran və ağır yüklərini buraxan" Quranın əslinə qayıtmaqdır. Bu zehniyyət dəyişikliyi təmin edilmədikcə səthi tədbir və üsullar heç vaxt həqiqi həll yolu gətirməyəcək.

 

[i] Book Reviews, Mark Weiner. The Rule of the Clan: What an Ancient Form of Social Organization Reveals about the Future of Individual Freedom, Reviewed by: Rick Docksai, World Future Review, Bethesda, MD, USA 
[ii] Book Reviews, Mark Weiner. The Rule of the Clan: What an Ancient Form of Social Organization Reveals about the Future of Individual Freedom, Reviewed by: Rick Docksai, World Future Review, Bethesda, MD, USA
 
[iii] http://www.nytimes.com/2016/01/31/opinion/sunday/her-father-shot-her-in-the-head-as-an-honor-killing.html?_r=1
[iv] http://www3.weforum.org/docs/GGGR2015/cover.pdf
[v] Woman, Man, and God in Modern Islam"Theodore Friend, Published 2012 by Wm. B. Eerdmans Publishing Co.

Adnan Oktarın « The Jakarta Post& The Hans India»da dərc olunan məqaləsi: 

http://www.thejakartapost.com/news/2016/03/11/how-tribal-culture-crushes-women-islamic-world.html

http://www.thehansindia.com/posts/index/News-Analysis/2016-03-22/How-tribal-culture-crushes-women-in-Islamic-world/215449

 

​​​​​​​

 

2016-04-01 22:58:27

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
CAMİAMIZA YÖNELTİLEN CİNSELLİK KONULU İFTİRALAR TÜMÜYLE UYDURMA VE GERÇEK...
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.