< <
1 / total: 24

Ön Söz

Bəşər oğlunun ilk yaradıldığı gündən bəri ikiüzlü, pislik arxasınca qaçan, narahatçılıq törədənlər həmişə mövcud olmuşdur. Məhz bu cür münafiqlik edən hər insan, “əxlaqsızlıqları və alçaqlıqları ilə” tarixə keçmişdir. Bu insanlar nəsildən-nəslə, həyatları boyu iman gətirənlərə qarşı apardıqları xain mübarizə ilə xatırlanmış və hər dövrdə “alçaldılmış” kəslər kimi tanınmışlar. Kiçik-böyük etdikləri hər alçaqlıq, tarixin bir hissəsi olaraq yaddaşlara həkk olunmuşdur.

Tarixdəki tanınmış münafiqlərin hər biri necə kitablara və ya tarixi qeydlərə düşdüsə; fironlar, nəmrudlar, Qarun, Samiri, hz. Lut (ə.s)-ın və hz. Nuh (ə.s)-ın həyat yoldaşları necə etdikləri alçaqlıqlarla Quran hekayələrində xatırlandılarsa, hazırkı münafiqlərdə eyni şəkildə kitablara mövzu olacaqlar. Necə ki, o dövrlərin münafiqləri əxlaqsızlarıyla tanınırlarsa, Axırzamanın münafiqləri də eyni şəkildə şeytanlıqlarıyla tanınacaqlar. Onların adları da nəsildən-nəslə ötürüləcək, onların xainlikləri və əxlaqsızlıqları da digərləri kimi tarixə keçəcək.

Həmçinin bu alçaldılma təkcə dünya həyatı ilə məhdudlaşmayacaq. Qiyamətə qədər hər biri “dövrünün tanınmış münafiqi” kimi tanınacaq bu şeytani varlıqlar, axirətdə də yenə əxlaqsızlıqlarıyla tanınacaq və əbədiyyən yenə həmişə alçaldılaraq yaşayacaqlar.

Eləcə də, orada, münafiqlərin alçaqlıqlarına səbir etmələri və gözəl əxlaq göstərmələrindən ötrü cənnətlərlə və nemətlərlə mükafatlandırılan müsəlmanları görməyin əzabını da dadacaqlar. Həmçinin əbədiyyən, müsəlmanlara qarşı etdikləri hər şeytanlığın, onların cənnətdəki mövqeyini, şanını, şərəfini daha da artırmış olduğunu görməyin əzabını yaşayacaqlar. Bütün ömürlərini müsəlmanlara əziyyət verib zərər verə bilmək üçün keçirən münafiqlər, əslində bütün etdikləriylə, təkcə öz əzablı aqibətlərini hazırlamış olduqlarını görəcəklər. Dünyada müsəlmanlara qarşı bəslədikləri kin və qəzəb, axirətdə əbədi olaraq heç vaxt bitməyəcək əlacı olmayan əzaba çevrilərək onları bürüyəcək.

Onlar bu əzabı yaşayarkən, bütün həyatlarını zərər verməyə həsr etdikləri müsəlmanlar isə, bənzərsiz nemətlərlə dolu cənnət köşklərində, əbədiyyən xoşbəxtliyin ən gözəlini dadacaqlar. Allahın sevgisini, dostluğunu qazana bilmiş olmağın sevincini yaşayacaqlar.

Bu kitabın məqsədi, “hələ tövbə etmə imkanı varkən; bütün münafiqlərə və münafiq əxlaqına bənzər rəftarlar göstərən insanlara bu mühüm həqiqətləri xatırlada bilmək”dir. Bu insanların, “axirətdə geri dönüşü olmayan bir əzabla qarşılaşmadan əvvəl, düşünüb öyüd almalarına və Allaha səmimi-qəlbdən iman gətirmələrinə vəsilə ola bilmək”dir. Əxlaqsızlıqla, hiyləgər oyunlarla, şeytani əməkdaşlıqlarıyla, alçaqca tələlərlə heç nə əldə edə bilməyəcəklərini və bütün bunların sonunda əllərinə keçəcək yeganə şeyin, cəhənnəm əzabıyla qarşılaşmaq olduğunu bildirərək onları xəbərdar etməkdir. Həmçinin onlara, “əgər tövbə edərək Allahı çox böyük sevgi ilə sevəcəkləri və Allahın bəyəndiyi əxlaqı yaşayacaqları təqdirdə, dünyada və axirətdə, istədikləri, həsrət duyduqları hər şeyin ən gözəlini tapacaqlarını onlara xatırlatmaq”dır.

Lakin bunu da unutmamaq lazımdır ki, Allah Quranda; “...təkcə təmiz ağıl sahibləri öyüd alıb düşünər” (Bəqərə surəsi, 269) deyə buyurmuşdur. Bütün Quran ayələrində olduğu kimi, münafiq ayələrinin deyilməsindən, “münafiqlik təhlükəsinə qarşı edilən xəbərdarlıq və xatırlatmalardan da tək istifadə edə biləcək kəslər təkcə həqiqi müsəlmanlar”dır. Dolayısilə bu kitabda bütün qeyd edilənlər (Allahın icazəsi ilə) müsəlmanların Allaha olan bağlılıqlarının və imanlarının artmasına, əxlaqlarının daha da gözəlləşməsinə vəsilə olacaq.

Münafiqlikdə israr edib qətiyyət göstərən; öyüd alıb düşünmək və tövbə edərək doğru yola dönmək istəməyən kəslər isə, bunu heç vaxt unutmamalıdırlar:

Onların bilmədikləri və ya anlamaq istəmədikləri qəti bir həqiqət var. Rəbbimiz bu həqiqəti Quranda; “...Allah kafirlərə, möminlərin əleyhinə nə isə  etmələrinə qətiyyən imkan verməz” (Nisa surəsi, 141) sözləriylə xəbər vermişdir. Küfr əhlindən biri və ya münafiq, hər kim müsəlmanların əleyhinə nə isə  etməyə çalışsa; onlara qarşı alçaqcasına və namərdcəsinə oyunlar oynamaq istəsə, Allah bu kəslərə heç vaxt müvəffəqiyyət verməyəcək. Bu, Allahın qəti dəyişməz vədidir. Həmçinin Allah, vədindən heç vaxt dönməyəndir.

Məhz münafiqlərin unutduqları böyük həqiqət budur. Onlar ən alçaqca üsullarla səy göstərəcək; zərər vermək üçün əllərindən gələni edəcəklər. Bəlkə də bəzən, zahirən zəfər kimi görünən bəzi uğurlar və bəzi kiçik mənfəətlər qazanacaqlar. Lakin bütün bunlar müvəqqəti və zahiri qazanclar olacaq. Nə vaxtsa mütləq “qalib gələcək olanlar Allahın tərəfdarları olan səmimi müsəlmanlar”dır. Çünki Allahın Quranda bildirdiyi kimi; “...şübhəsiz ki, bütün “izzət və güc” bütövlükdə yalnız Allaha məxsusdur” (Yunis surəsi, 65). Dolayısilə dünyada və axirətdə, məğlub olanlar həmişə, mütləq münafiqlər olacaq.

 

1 / total 24
"Harun Yəhyanın Münafiqin Dərin Qaranlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com