< <
1 / total: 5

01-20: Sorular ve Cevaplar

1. Möminlərin təvazökarlığı necə olur?

Təvazökar olmaq Quranda mühüm mömin əxlaqı olaraq bildirilmişdir. Allah ayələrində möminlərə təvazökar olmağı əmr edir. Allahın təkəbbürlənən və öyünüb azğınlıq edənləri sevmədiyi də ayələrdə xəbər verilir.

Möminlər, Allahın hər şeyi yaratdığını, hər şeyin tək sahibi olduğunu və insanlara bütün nemətləri verənin O olduğunu bilən insanlardır. Buna görə mömin Allahın qarşısında acizliyinin fərqində olduğu üçün yersiz təkəbbür və qürur göstərməz. Nə qədər gözəl, zəngin, zəkalı və ya etibarlı olsalar da, bunlardan ötrü təkəbbürlənməz, çünki bunları ona Allahın verdiyini bilir. Buna görə möminlərə qarşı münasibəti də həmişə təvazökar olar. Öz xüsusiyyətlərini ön plana çıxarmağa, daima gözəl cəhətlərini vurğulamağa çalışmaz. Çünki, etdiyi hər şeyin qarşılığını yalnız Allahdan gözləyər.

Yer üzündə inkarçıların təkəbbürlənməsinin əksinə, təvazökar möminlər təvazökar davranar və bu təvazökarlıqları onların xarici görünüşlərində də əks olunar. Allah, möminlərin təvazökarlığına ayəsində belə diqqət çəkmişdir:

Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər. (Furqan surəsi, 63)

Bu əxlaqlarının nəticəsində Allah möminləri cənnətlə müjdələmişdir:

... Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver. (Həcc surəsi, 34)

2. Boş və faydasız şeylərdən uzaqlaşmaq necə olur?  Nələr “Boş və faydasız”dır?

"Boş və faydasız şeylərdən uzaqlaşmaq" insanın sadəcə Allahın razılığını qazanacağı davranışlar göstərməsilə mümkün olar. Mömin dünyada ona verilən zamanı çox yaxşı dəyərləndirməli olduğunu bilir. Çünki bu dünyada etdiyi işlərin nəticəsində, axirətdə sonsuza qədər yaşayacağı yer müəyyən olacaqdır. Buna görə, hər etdiyi işlə axirətə istiqamətli xeyir qazanmağa çalışır. Əlbəttə, hər insan kimi danışır, əylənir, yemək yeyir, gülür, düşünür, işləyir, amma bunları edərkən ağlında həmişə insanlara, dinə mənfəət təmin edəcək xeyirli düşüncələr vardır.

Həmçinin, etdiyi hər hərəkət məqsəd daşıyar. Həmişə ona Allahın məmnuniyyətini ən çox qazandıracaq işə yönələr. Bu mövzuya belə nümunə verə bilərik: Avtomobil mühərriklərinin gücü haqqında söhbət etmək hər insanın edə biləcəyi şeydir. Ancaq mömin, etməli olduğu daha vacib işlər varkən, saatlarla bu mövzu üzərində danışmaz. Eyni şəkildə mömin, yanında Allahın dinini izah edə biləcəyi insan varkən, onunla uzun müddət idman yarışında hansı tərəfin qazanacağı üzərində də danışmaz. Çünki o anda xeyirli olan, o insanın Allahın varlığını, böyüklüyünü, cənnətə layiq ola bilmək və cəhənnəmdən çəkinmək üçün nələr etməli olduğunu öyrənməsidir.

Qısacası mömin, dinin və müsəlmanların mənfəətini maraqlandırmayan mövzularda nə uzun müddətli söhbət edər, nə də bu mövzulara lazım olduğundan çox vaxt ayırar. Dünya ilə əlaqədar hər mövzuda yaxşı seçim edərək, zamanını çox yaxşı dəyərləndirər. İçində olduğu anda nəyin "boş iş", nəyin faydalı şey olduğunu isə vicdanından və ağlından istifadə edərək ayırd edər və bu mövzuda güzəştə getməz. Quranda möminin "boş söz"lə qarşılaşdığında göstərdiyi rəftarı belə xəbər verilir:

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər.(Qəsas surəsi, 55)

3. Qurandakı təmizlik anlayışı necədir?

Möminlər fiziki cəhətdən təmiz insanlardır. Bədənləri, yedikləri yeməklər, geydikləri paltarlar, yaşadıqları mühitlər həmişə təmizliyi və səliqəsi ilə nəzərə çarpar. Olduqları hər yeri Quranda təsvir olunan tərtəmiz cənnət ortamlarna bənzətməyə çalışarlar.

Aşağıdakı ayələrdə Allah, möminlərin təmizlik anlayışının necə olduğuna diqqətə çəkir:

Geyimini təmiz saxla! Pis şeyləri tərk et!  (Müdəssir surəsi, 4-5)

Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin... (Bəqərə surəsi, 172)

...“Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” – demişdik.  (Həcc surəsi, 26)

4. Quranda mənəvi təmizlikdən də bəhs edilirmi?

Allah Quranda insanın ruhən təmiz olmasından da bəhs edər. Nəfsindəki pisliklərdən uzaq duran, nəfsini təmizləyən insanların nicat tapacağına diqqət çəkər:

Ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. (Şəms surəsi, 8-9)

İnsanın mənəvi cəhətdən təmiz olması, ayədə bildirildiyi kimi nəfsinin əmr etdiyi pisliklərdən tamamilə uzaq durması ilə mümkün olar. Mənəvi cəhətdən təmiz olan insan, səmimi imana, hüzurlu ruh halına sahibdir. Etdiyi hər iş kimi, hər düşüncəsi də təmiz və gözəldir. Qarşısına çıxan hər hadisədə Allahdan razı olmuş rəftar göstərir. Daxili ilə xarici birdir. Həmçinin Allahdan gələn hər şeyin onun üçün mütləq xeyirli olduğunu bilir. 

Belə insanlar nəfslərindəki pisliklərdən təmizlənən insanlardır və Allah Quranda bu insanların gözəl sonla qarşılaşacaqlarını xəbər vermişdir:

... Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.  (Fatir surəsi, 18)

Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. (Əla surəsi, 14)

5. Quranda qısqanclığın yeri nədir?

Həsəd, Quranda qınanan rəftardır. Allah, sınaq məqsədiylə insanların nəfsini qısqanclığa meyilli olaraq yaratdığını, lakin möminlərin bundan çəkinmələri lazım olduğunu Quranda bildirmişdir:

... nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 128)

Bəzi insanlardan "qısqancsanmı" deyə soruşulduqda, onlar “bəli” və ya “bir az” cavabını verərlər. Ancaq bu cavabın arxasında gizlənən mənanı təfərrüatlı olaraq düşünməzlər. Halbuki, qısqanclıq başqasının özündən heç bir istiqamətdə üstün olduğunu qəbul edə bilməməsi nəticəsində ortaya çıxar. Bu isə, insanı Allaha qarşı təkəbbür göstərməyə aparan son dərəcə səhv mövqedir. Çünki insanlara sahib olduqları bütün xüsusiyyətləri verən Allahdır. Dilədiyinə dilədiyi qədər verir, bunu da kimsə əngəlləyə bilməz.

Həmçinin Quranda şeytanın, qısqanclıq üzündən hz. Adəmə səcdə etməyərək Allaha üsyan etməsindən bəhs edilir. Özünü hz. Adəmdən daha üstün gördüyü bildirilir. Bu vəziyyətdə qarşımıza əhəmiyyətli həqiqət çıxar: Qısqanclıq əslində şeytana aid xüsusiyyətdir və Allahdan qorxan insan bundan çəkinməlidir.

Allah Quranda möminlərə, həsəd edən kəslərin etməyə çalışdıqları pisliklərdən qorunmaları üçün Özünə sığınmalarını söyləyir:

De: “Sığınıram sübhün Rəbbinə! (Fələq surəsi, 1)

Və həsəd apardığı zaman paxılın şərindən!” (Fələq surəsi, 5)

6. Quranda “istehza” ilə əlaqədar olaraq bildirilənlər nələrdir?

İstehza, Allahın qətiyyən bəyənmədiyi çirkin davranışdır. Cahillik əxlaqının yaşandığı cəmiyyətlərdə bir çox istehza mövzusu olur. İnsanların əskiklikləri və ya qüsurları ilə lağ etmək, onlara pis ləqəblər qoymaq bu mövzuların başında gəlir. Allah insanları bu çirkin əxlaqa qarşı xəbərdar edir:

Hər bir qeybət edənin, tənə vuranın vay halına! (Hüməzə surəsi, 1)

Allahın Quranda diqqət çəkdiyi digər istehza şəkli isə, inkarçıların iman gətirənlərə lağ etməsidir. Qəflət içində olan, iman edənlərin doğru yolda olduğunu qavraya bilməyən bu insanlar özlərini böyük ağılsızlıqla inananlardan üstün görərək onlarla istehza edərlər:

Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər. (Mutaffifin surəsi, 29-30)

Allah bu kəslərin nə qədər böyük səhv anlayışda olduqlarını və uğrayacaqları sonun pisliyini belə bildirir:

Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə ətrafa baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?! (Mutafifin surəsi, 34-36)

Lakin bunların hamısından əhəmiyyətli olaraq Allah Quranda, böyük cəhalətlə dinlə, Allahın ayələri ilə istehza edənlərdən bəhs edir. Bu kəslərin, onlara Allahdan gələn hər xəbərdarlığı, onları xəbərdar edib qorxutmaq üçün göndərilən elçiləri yalan saydıqlarını bildirir. Şübhəsiz bu insanlar Allahın böyüklüyünü, gücünü haqqıyla təqdir edə bilməyən, axirətdə hesab verəcəklərini gözardı edən kəslərdir. Ancaq bu kəslər axirətdə böyük qarışıqlıq yaşayacaq və dünyada etdikləri çirkin istehzalarının qarşılığını sonsuz əzabla alacaqlar. Quranda bu həqiqət açıq şəkildə bildirilir:

Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir. (Kəhf surəsi, 105-106)

Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!”. (Zumər surəsi, 56)

7. İnsanlara çirkin ləqəblər qoşmağın Qurandakı yeri nədir?

Quran əxlaqını yaşamayanlar, özlərini ucaltmaq üçün insanlara pis ləqəblər qoyaraq istehza edərlər, belə ki, qarşılarındakı insanları alçaltmağa çalışırlar. Möminlər isə, heç vaxt belə çirkin rəftara etibar etməzlər. Allah Quranda möminləri çox açıq şəkildə bu çirkin davranışdan məhrum etmişdir, bu əmrə uymayanların da zalımlardan olacağını ifadə etmişdir:

Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hucurat surəsi, 11)

Quran əxlaqına tabe olan insanlar Allahın bəyənmədiyi bu davranışı heç bir zaman göstərməzlər. Bir-birlərini ən gözəl şəkillərdə çağırmağa diqqət göstərir və bir-birlərinə Allahın səmimi qulu olaraq dərin hörmət bəsləyərlər.

8. Quranda dedi-qodunun yeri nədir?

Allah Quranda möminlərə bir-birlərini çəkişdirmələrini qadağan etmiş, bunu çirkin əxlaq olaraq göstərmişdir:

... Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hucurat surəsi, 12)

Ayədəki bu əmrə görə, Allahın dinini yaşayan, bir-birlərinə qardaş kimi olan insanlar belə hərəkəti etməkdən çəkinərlər. Əksinə möminlər bir-birlərini hər zaman gözəlliklə anar, hər zaman möminlərin gözəl cəhətlərini ortaya çıxarmağa çalışarlar, Allaha təslim olmuş insanlarda səhv və qüsur axtarmağa çalışmazlar. Bu səbəbdən din əxlaqından uzaq ortamlarda insanlara böyük sıxıntı verən dedi-qodu, Allahın sərhədlərini qoruyan möminlərin arasında heç vaxt yaşanmayan əxlaq pozuntusudur. Əgər hər hansı mömin, mömin qardaşının əksik və ya səhv rəftarını görsə, bunu o möminin arxasınca başqaları ilə çəkişdirməz. Bunun yerinə möminlər birbaşa bir-birlərinə bu səhv davranışlarını düzəltmələri üçün nəsihət verərlər.

9. Hər hansı mövzuda ümidsizliyə qapılmaq nə üçün doğru davranış deyil?

Allahın hər varlığın, hər hadisənin yaradıcısı olduğunu bilən, Onu tanıyıb gücünü təqdir edə bilən insan üçün hər hansı mövzuda ümidsizliyə qapılmaq qeyri-mümkündür.  Çünki Allah hər cür çətinliyi aradan qaldıran, bağışlayan, mərhəmət edən, sonsuz qüdrət və məlumat sahibidir. Gündəlik həyatın axışında meydana gələn hər cür əksiklik kimi görünən hadisə, anidən ortaya çıxan problemlər, xəstəliklər, qəzalar, səhvlər, qısacası, insanların ümidsizliyə qapılma səbəbi olaraq gördükləri hər şey həqiqətdə tamamilə Allahın nəzarəti altında reallaşır. Allah hər şeydən xəbərdardır, hər şeyi bilir. Sonsuz ağıl sahibi Allahın taleyi təyin etdiyini bilmək insan üçün ən böyük rahatlıqdır. Məhz bunu qavrayan insane da heç vaxt ümidsizliyə qapılmaz.

Həmçinin mömin dünyada etdiyi hər səhvini düzəldə biləcəyini bilir, buna görə ümidsizliyə düşməz. Necə ki, Quranda insanlara Allahın mərhəmətindən ümid kəsməmələri əmr edilmişdir:

"...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər” (Yusif surəsi, 87)

Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”  (Zumər surəsi, 53)

10. Quranda emosionallığın yeri varmı?

Emosianallığın Quranda yeri yoxdur. Çünki Quranda əsl olan “ağıl” sahibi mömin olmaqdır. Allah, Ondan qorxub çəkinənləri nemət olaraq “ağıl” sahibi edər. Ağıl sahibi olan möminlər isə, hadisələri hər zaman Allahın Quranda göstərdiyi mütləq doğrular çərçivəsində dəyərləndirirlər. Ağıl və vicdanlarının istiqamətləndirməsiylə doğru qərarlar verirlər. Və bu şəkildə hər mövzunu asanlıqla həll edərlər. Halbuki, emosianallıq ağılı örtən ən əhəmiyyətli faktorlardan biridir. Hadisələrdə ağıldan istifadə edərək deyil, duyğularıyla yaxınlaşan insan doğrunu və yanlışı ayırd edə bilməz. Tərəfsiz qərar verə bilməz, bu səbəbdən ədalətli ola bilməz. İnsanların nə düşündüklərinə əhəmiyyət verdiyi üçün sürətli və məqsədəuyğun qərarlar verə bilməz. Emosional xarakterə sahib olan insanın dəyərləndirmələri Quranın ölçülərinə görə deyil, öz dəyər mühakimələrinə görə olar.

11. Quranda ixlas və səmimiyyət anlayışı necədir?

“İxlas”, kəlmə mənası olaraq qatqısız, saf olma deməkdir. Quranda bəhs edilən ixlas anlayışı, insanın qatqısız olaraq könüldən Allaha iman etməsi, Ona qəlbən bağlanması mənasına gəlir. İxlaslı mömin, həyatı boyunca hər şeyi Allahın razılığını əldə etmək üçün edər və qarşılığını da yalnız Allahdan gözləyər. Etdiyi işlərdə, insanların düşüncələrinə görə hərəkətlərini istiqamətləndirmək, insanların gözünə girməyə çalışmaq kimi səmimiyyətsiz hesabları yoxdur. Buna görə hər rəftarı səmimi, qəlbdən və Allahın məmnun olacağı şəkildədir.

Səmimi olan insan əvvəlcə Allaha, sonra da insanlara qarşı dürüst olar. Çünki Allahın hər şeyi görüb eşitdiyini, Onun qarşısında bir gün bütün etdikləriylə hesab verəcəyini və bütün düşüncələrindən, hər cür danışıqlardan, hər cür davranışlarından məsul olacağını bilir. Məhz buna görə möminin yaşadığı dürüstlük və səmimiyyət onun dərin imanının ən əhəmiyyətli göstəricilərindəndir.

Allah Quranda peyğəmbərlərin daima Allahın razılığını axtaran ixlaslı rəftarlarını inananlara nümunə olaraq göstərmişdir:

Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər. (Sadr surəsi, 45-47)

Həmçinin Quranda, Allaha qarşı səmimiyyətlə yönələn kəslər təriflənmiş və bu kəslərin xeyirli nəticə ilə qarşılaşacaqları müjdələnmişdir:

Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.  (Zumər surəsi, 17-18)

12. Möminlər hadisələr qarşısında kədərlənirlərmi?

Möminlər hadisələr qarşısında kədərlənməzlər. Çünki Allahın yaratdığı hər hadisə ilə özlərini sınadığını bilirlər. Yolunda getməyən kimi görünən hadisələr qarşısında da təvəkküllü davranarlar və səbir edərlər. Allahın hər şeyi hikmət üzərinə yaratdığını unutmazlar. Quranda bu mövzu ilə əlaqədar belə nümunə verilir:

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!”... (Tövbə surəsi, 40)

Ayədə görüldüyü kimi Peyğəmbərimiz (s.ə.v) ən çətin görünən ortamda belə yoldaşına kədərlənməməsini tövsiyə etmişdir. Möminlər üçün ən gözəl nümunə peyğəmbər əxlaqı olduğu üçün, onlar da çətin ortamlarda bu gözəl rəftarı tətbiq edərlər.

Möminlərin kədərlənməmələrinin ən əhəmiyyətli səbəblərindən biri də Allahın yaratdığı hər hadisənin özləri üçün xeyirə çevriləcəyini bilmələridir. Allah inanan insanlara dünyada gözəl həyat vəd etmişdir. Bu gözəl həyat içində ömürlərini yaşayan möminlər, Allahın özlərini axirətdə də sonsuza qədər, nemətlərin əsla əskilmədiyi, dünyadakından çox daha gözəl, fövqəladə mükəmməllikdə məkana yerləşdirəcəyini ümid edərlər. Şübhəsiz bu, insan üçün mümkün ola biləcək ən böyük müjdələrdən biridir, həmçinin ən böyük sevinc qaynağıdır. Bundan ötrü də möminlər əsla kədərlənməzlər. Allah möminləri belə müjdələyir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 30-31)

 13. Möminlər qəzəblənərmi?

Möminlər təbii olaraq hər insan kimi müxtəlif hadisələr qarşısında içlərində qəzəb hiss edə bilərlər. Lakin möminlərin üstün əxlaqlarının ən əhəmiyyətli göstəricilərindən biri, qəzəblərini boğa bilmələridir. Nəzarətsiz qəzəbin özlərinə fayda gətirməyəcəyini, əksinə, qəzəbləndiklərində ağıllı davrana bilməyəcəklərini, ədaləti qoruya bilməyəcəklərini bilirlər. Belə vəziyyətdə həm özlərinə, həm də ətraflarına zərər  dəyə biləcək səhv qərarlar verməkdən çəkinirlər. Hamısından əhəmiyyətlisi Allahın belə reaksiyadan razı olmayacağını bilir və Allahın məmnun olmayacağı əxlaq sərgiləməkdən çəkinərlər. Məhz buna görə möminlər səbirli davranırlar, bağışlayıcı rəftar sərgiləyərlər. Allah Quranda möminlərin bu xüsusiyyətini belə tərifləmişdir:

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)

Ancaq “qəzəblərini boğmaq” ifadəsində nəzərdə tutulan passiv, səs çıxarmayan, hər şeyi qəbul edən rəftar olaraq başa düşülməməlidir. Əlbəttə möminlər hadisələr qarşısında lazım olan tədbirləri görərlər, pis davranış, inananlara zərər verə biləcək ortam varsa buna dərhal mane olarlar. Lakin bunu edərkən duyğularına qapılmaz, əksinə ağıllı davranışlar göstərərək həll yolu tapar, qarşı tərəfi düşdüyü səhv vəziyyətdən çıxarmaq, ona doğrunu göstərmək, zərər verəcək ortamı dəyişdirmək üçün çalışarlar.

14. Möminlər səhv edərmi?

Quranda ifadə edildiyi kimi möminlər səhv edə bilərlər. Ancaq Allahdan qorxub çəkindikləri və Ona qarşı səmimi olduqları üçün səhvlərində israrlı davranmayıb dərhal bunu düzəldərlər. Allahdan bağışlanma diləyərlər və özlərini səhv olduqları istiqamətdə islah edərək bir daha eyni səhvə yol verməməyə diqqət edərlər. Dünyanın təhsil yeri olduğunu bilərlər və etdikləri səhvlərdən dərs çıxarıb, ibrət götürərək özlərini yetişdirərlər. Allah möminlərin bu gözəl əxlaqını bir çox ayədə tərifləmiş, onları mütləq bağışlayacağını da müjdələmişdir:

O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. (Ali İmran surəsi, 135)

15. Quranda möminlərə əmr edilən ədalət anlayışı necədir?

Allah möminlərə hadisələri hər zaman ən ədalətli şəkildə, Quranda ifadə etdiyi sərhədlərə görə dəyərləndirmələrini əmr etmişdir. İnsanlar arasında hökm edəcəkləri zaman mütləq ən ədalətli qərarı vermələrini və haqlı olan kim isə onun tərəfində olmalarını bildirmişdir.

Şahidlik etmələri lazım olduğunda yenə ən dürüst və ən ədalətli şahidliyi edərlər. İnsanın bəzən verdiyi qərar və ya edəcəyi şahidlik özünün əleyhinə ola bilər. Ya da yaxınlarından birinin mənfəətinə toxuna bilər. Ancaq Allahdan qorxan insan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Çünki möminlərin işlərində ölçü Allahın rizasıdır. Allahın razı olmayacağı şahidlik etmək və ya qərar vermək bəlkə zahirən o an üçün insana qazanc gətirəcəkmiş kimi görünə bilər. Ancaq Allah razı olmadıqdan sonra əldə edəcəyi dünyəvi mənfəət möminlərə əsla hüzur və xoşbəxtlik verməz, tam tərsinə böyük vicdan əzabına çevrilər.

Bu səbəblə möminlər özləri və ya yaxınları əleyhinə də olsa ədalətli davranarlar. Allah möminləri bunun əksi olan rəftardan belə çəkindirmişdir:

Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

İnsanların ədalətlə qərar verə bilməmələrinə səbəb ola biləcək digər təhlükə, insanlara qarşı duyduqları qəzəbdir. Əgər insan başqa bir insana qarşı qəzəb və ya kin bəsləyərsə, ona mənfəət təmin etmək, onun xeyrinə hərəkət etmək istəməz. Ancaq möminlər belə vəziyyətdə də Allahın rizasını düşünər və qarşılarındakı insan kim olursa olsun ədalətli davranmaqdan imtina etməzlər. Çünki Allah iman edənlərə "...Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır..." (Maidə surəsi, 8) şəklində əmr etmişdir.

16. Allahı anmaq necə olur?

Möminlər, Allahın hər an onları gördüyünü və eşitdiyini, qarşılaşdıqları hər hadisəni Allahın yaratdığını bilirlər. Bu səbəblə Allahı bir an olsun ağıllarından çıxarmazlar. Həyatlarının hər anında həm özləri qəlbən Allahı düşünüb xatırlayarlar, həm də digər möminlərlə olan söhbətlərində Rəbbimizin ucalığını, böyüklüyünü, qüsursuz yaratmasını, sənətini zikr edərlər. Möminlərin hər an Allahı zikr edən insanlar olduqları Quranda belə bildirilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

Allahı anmaq, qarşılaşılan hər şeyi, baş verən hər hadisəni Allahın yaratdığını bilmək, Allah mənə bununla nə göstərmək istəyir deyə düşünmək, Allahın yaratmasındakı hikmətləri anlamağa çalışmaq, hər an Allahın ucalığını qavraya bilmək üçün səy göstərmək və bütün bunları digər insanlara da izah etməklə olar. Məsələn, kənardan baxıldığında çətin kimi görünən hadisə ilə qarşılaşdığında təvəkkül edərək səbir edən insan, o an Allahı andığı üçün bu şəkildə davrana bilər. Allahı anan insan Allahı və Onun gücünü heç bir zaman unutmaz və daima məqsədəuyğun hərəkət edər.

17. Qiyamət günü Quranda necə təsvir olunur?

Quranda bildirildiyi kimi "... Həmin Saat hökmən gələcək!..." (Taha surəsi, 15) və o gün gəldiyində dünya üzərində mövcud olan bütün canlılarla birlikdə ulduzlar, planetlər, qalaktikalar qısacası göylərdə və yerdə olan hər şey yox olacaq. Quranda o gün reallaşacağı bildirilən bəzi hadisələr belədir:

Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 16)

Ulduzlar soluxub sönəcəyi zaman (Təkvir surəsi, 2)

Günəş və Ay birləşəcək. (Qiyamət surəsi, 9)

Dənizlər alovlanacağı zaman. (Təkvir surəsi, 6)

O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir. (Müzzəmmil surəsi, 14)

Dağlar isə didilmiş yun görkəmi alacaqdır. (Qariə surəsi, 5)

Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq, (Fəcr surəsi, 21)

Yer ağırlıqlarını çölə atacaq. (Zəlzələ surəsi, 2)

Bunlar qiyamət günü reallaşacaq dəhşət verici hadisələrdən yalnız bir qismidir. Əsas olaraq o gün, insanın dünyada dəyər verdiyi hər şey yox olacaq, hər kəs Allahın razılığı üçün edilən saleh əməllər xaricində heç bir şeyin qiymətinin olmadığını anlayacaq.

18. Qiyamət günü inkar edənlərin vəziyyəti necə olacaq?

Qiyamət günü, insanın yaşaya biləcəyi ən dəhşətli, ən qorxu verici gündür. O gün inkar edənlər özlərinə vəd edildiyi halda heç düşünmədikləri həqiqəti açıq-aşkar qarşılarında görəcəklər. Lakin artıq insanların dünyada etdiklərini düzəltmələri üçün geriyə dönüş imkanları yoxdur. O gün inkar edənlər qorxu içində ölümün əslində yox olmaq deyil, əksinə sonsuza qədər davam edəcək əzabın başlanğıcı olduğunu da anlayacaqlar. Allah Quranda o gün insanların yaşadıqları qorxunun şiddətindən ötrü sanki sərxoş kimi olacaqlarını bildirmişdir:

...İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. (Həcc surəsi, 2)

Qiyamət günü inkar edənlərin, yaşadıqları hadisənin dəhşətindən bütün dəyər mühakimələri bir anda dəyişir. Ən dəyər verdikləri mallar, ən qiymətli saydıqları övladlar bir anda bütün əhəmiyyətini itirəcək. Allah Quranda insanların o gün yalnız özlərini qurtarmağa çalışacaqlarını və bir-birlərindən qaçacaqlarını xəbər vermişdir:

O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır. (Əbəsə surəsi, 34-37)

O gün insanların düşəcəyi vəziyyətlə əlaqədar ayələrdə bildirilən təfərrüatlardan bir neçəsi belədir:

... Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir.... (Ənbiya surəsi, 97)

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. (Həcc surəsi, 2)

Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? (Müzzəmmil surəsi 17)

19. Möminlər sayca çoxdurlarmı?

Allah bir çox ayəsində gerçək mənada iman edən qullarının sayının çox az olacağını bildirir. Bu səbəblə tarix boyunca inanan şəxslərin sayı həmişə çox az olmuşdur və inkarçılar say baxımından həmişə çoxluğu meydana gətirmişlər. Bu vəziyyət möminlərin keyfiyyət, dəyər və üstünlüklərinin də göstəricisidir. Allahın insanların çoxunun inanmayacağı ilə əlaqədar ayələrindən biri belədir:

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusif surəsi, 103)

Bu səbəblə insanın, insanların əksəriyyətini özünə nümunə olaraq götürməsi, çoxluq necə inanırsa o şəkildə inanması onun üçün böyük itki olar. Bu insanlar dünyada çoxluq olsalar da, dünyada ikən mövqelərini və əxlaqlarını dəyişdirmədikləri təqdirdə, axirətdə toplu olaraq cəhənnəmə girməkdən xilas ola bilməyəcəklər.

20. Axirətdə möminləri necə qarşılama gözləyir?

Möminlər, ölümlə birlikdə başlayan axirət həyatlarında inkarçıların əksinə, həmişə gözəl rəftarlarla, gözəl danışıqlarla, müjdələrlə qarşılanırlar. “Ki, mələklər onların canlarını gözəl şəkildə aldıqları zaman...” (Nəhl surəsi, 32) ayəsiylə xəbər verildiyi kimi, ölərkən canları gözəl şəkildə alınır. Hər cür qorxuya qarşı böyük təhlükəsizlik içindədirlər. Rəbbinin onlara olan köməyi və fəzli sayəsində asan şəkildə hesaba çəkilirlər. Mələklər tərəfindən cənnətlə müjdələnirlər. Və nəhayət Allahın onlara vəd etdiyi cənnətə gətiriləcəklər:

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 73-74)

 

1 / total 5
"Harun Yəhyanın İmanı Tez Anlamaq 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."