< <
1 / total: 6

Giriş: Satanizm Təhlükəsini Tanımaq

Keçmişi 1700-cü illərə əsaslanan satanizm son illərdə şiddət, vəhşilik və intihar hadisələri ilə bir daha gündəmə gəldi. Satanistlərin özlərini təsvir etmək üçün istifadə etdikləri ifadələr, həyata baxış aspektləri, müdafiə etdikləri dəyərlər, qan və vəhşiliklə dolu dünyaları ilk əvvəl insanlara inanılmaz kimi gəlsə də, yaşanan hadisələr bu azğın cərəyanın gedərək yayılan təhlükə olduğunu ortaya çıxardı.

Ürküdücü makiyaj və paltarlarıyla özlərini satanist olaraq zənn edən kəslər ilə, mətbuatda tez-tez yer alan qanlı ayinlər, qətl edilən heyvanlar, işgəncə görən insanlar, təcavüz hadisələri və intiharlarla bağlı xəbərlər bir yerə gətirildiyində ortaya dəhşət verici bir mənzərə çıxır. Ancaq əsl heyrətverici olan insanların belə bir həyatı və düşüncəni saxta bir “din” olaraq mənimsəyə bilməsidir. Bəs necə olur ki, bir qisim insanlar, pis olmağı, pislik etməyi, heyvanlara və ya insanlara acı çəkdirməyi, qaranlıq, qorxu dolu dünyada yaşamağı özlərinə həyat məqsədi və “din” olaraq mənimsədə bilirlər? Bir çox insan bu sualın cavabı ilə maraqlanır, amma cavabı səhv yerlərdə axtarır. Satanizmin necə inkişaf etdiyini və bu qədər geniş kütlələri necə təsiri altına ala bildiyini anlamaq üçün əvvəlcə bu qaranlıq din bütün istiqamətləriylə təsbit edilməlidir. Bu azğın dinin ardındakı fəlsəfəni ortaya çıxarmaq, insanların belə bir azğınlığı necə qəbul etdiklərini anlaya bilmək üçün şərtdir. Çünki satanizmin mənbəyi, sanıldığı kimi yalnız bəzi gənclərin psixoloji nizamsızlığı deyil, onları bu nizamsızlıqlara sürüyən fəlsəfədir. Və bu fəlsəfə, -kitabın sonrakı səhifələrində təfərrüatları və dəlilləri ilə görəcəyimiz kimi-insanı heyvan növü olaraq görən və “təbiət mərhəmətsizdir, sən də mərhəmətsiz olmalısan” mesajını verən sosial darvinizmdir. Bu səbəbdən satanizmi araşdırarkən bu gerçək gözardı edilməməlidir.

Bu kitabda satanizmi bütün istiqamətləriylə araşdıracaq, şiddəti və vəhşiliyi dini ritual halına gətirən və qanlı cinayətləri ibadət olaraq görən bu fəlsəfənin bu qədər yayılmasının səbəbləri üzərində dayanacağıq. Kitab boyunca da görəcəyiniz kimi, satanizmin çıxış nöqtəsi din əxlaqına qarşı olmalarıdır. Bu səbəbdən bu azğınlığın tərəfdarları din əxlaqından uzaq yetişmiş və materialist cərəyanların təsiri altında qalmış kəslərdir. Satanizmin yayıldığı və xüsusilə də gənc insanlar üzərində təsiredici olduğu gerçəkdir. Ancaq satanizmin həll yolu olmayan kimi göstərilməsi də çox böyük səhvdir. Halbuki bu azğın axınla mübarizə çox asandır və Quran əxlaqı, gəncləri satanizmin əlindən xilas edəcək tək yoldur. Quranın nuru satanizmi yox edəcək və Allahın izni ilə işıqlı, sevgi və sülh dolu bir dünya meydana gətirəcək.

 

1 / total 6
"Harun Yəhyanın Quranın Nuru Satanizmi Yox Etdi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com