HÖRMƏTLİ ADNAN OKTARIN SÖYLƏDİYİ KİMİ, TÜRKİYƏ BÜTÜN İSLAM DÜNYASINA "BÖYÜK QARDAŞLIQ" EDİR

Adnan Oktar: Türkiyənin vəzifəsi Türk-İslam aləminin lideri olmasıdır. Türk millətinə çox böyük vəzifə düşür. Türk-İslam aləminin liderliyi dünya tarixinin ən böyük vəzifələrindən biridir. Türk millətinin ən həyati vəzifələrindən biri budur. Yəni, biz Türk milləti olaraq sırf Türkiyəni xilas etmək üçün deyil, bütün Türk-İslam aləmini qurtuluşa çatdırmaq üçün vəzifəliyik.... (Konya TV, 28 Fevral 2008)
Son zamanlar baş verən proseslər Cənab Adnan Oktarın təsbitlərinin son dərəcə doğru olduğunu və Tür-İslam aləminin gələcəyi iləəlaqədar verdiyi müjdələrin həyata keçməyə başladığını bir daha göstərir. Bu irəliləyişlərdən biri də, Türkiyənin liderliyində Pakistan və Əfqanıstan liderlərinin Türkiyədə bir yerə gəlməsidir. Mətbuatda, "Qərbin edə bilmədiyini, Türkiyə etdi" başlıqları ilə yer alan bu nailiyyət Türkiyənin bütün İslam aləminin Türkiyəyə sevgi və hörmətlə baxdığını və Türkiyəni təbii lider olaraq qəbul etdiklərini göstərir. Necə ki, Əfqanıstan Xarici İşlər Naziri Rangin Spanta, "Türkiyə müasir, Müsəlman və demokratik bir ölkədir. İki ölkənin dostu olaraq şübhəsiz ki, əhəmiyyətli bir rol oynayır" sözləri ilə Türkiyəyə verdikləri əhəmiyyətə diqqət çəkir. Əfqanıstanın keçmiş Xarici İşlər Naziri Əli Cəlali isə, Türkiyənin sülh prosesinə qeyd-şərtsiz daxil olmasının lazım olduğunu izah edərkən, "Türkiyənin hər cür müsbət töhfəsini məmnuniyyətlə qarşılanacağını" ifadə etmişdir.
 
Adnan Oktar: Getdikcə Türkiyənin liderliyi yayılmağa başladı, hər kəs qəbul edir. Məsələn, Gürcüstan, Ermənistan, Türkiyəni böyük qardaş olaraq qəbul edir. Bu çox gözəldir. Bölgələr Türkiyəni sevir. Türk əsgərini çox sevirlər, Türk əsgərinə qarşı əcaib bir məhəbbət var dünyada. Çox mübarək bir ordu olaraq tanınır. Məncə yollar hər zaman açıqdır. Mənim qənaətimə görə Türk-İslam Birliyi bu 10 il içində çox rahatlqla təşəkkül tapacaq. (Hatay TV, 7 Sentyabr 2008)
 
Adnan Oktar: Bəli, Türkiyə hər zaman çox dürüst davranır… Ən dürüst, ən doğru, ən vicdanlı nədirsə, onu etməyə çalışar. Diqqətlə baxan bunu görər. Çünki baxın, Türk əsgəri hansı ölkəyə gedirsə getsin, sevinclə qarşılanır. Bu, artıq oradan aydın olur. Deməli, dürüstdürlər. Demək ki, var gücləriylə yaxşı niyyətlidirlər. Yoxsa narahat olardılar. Məsələn, Əfqanıstanda sevilir. Bosniyaya getdilər, sevirlər. Hara getsələr sevirlər. Bu onların dürüstlüyündən qaynaqlanır, Türk əsgərinin dürüstlüyündən qaynaqlanır. (Al Hurra TV, 8 Aprel 2008)
 
Müxbir:Müsəlmanlar qırğınlara məruz qalırlar. Daha əvvəl Bosniya-Hersoqovinya, indi siə İraq, Əfqanıstan, Fələstin mövzusunda sizcə nə etmək lazımdır?
 
Adnan Oktar: Müsəlmanların birlikdə hərəkət etməsi, qardaş olmaları, hamısının qardaş olması və bir lider ətrafında toplanmaları da Qurana görə fərzdir. Müsəlmanlar bunu etmirlər. Bunu etmədikcə hər cür bəlanın qapısı açıqdır. Müsəlmanlar bu fərzi yerinə yetirəcəklər. Mən bunun üçün söyləyirəm, Türklərin öndərliyində, Türk millətinin öndərliyində, bir Türk-İslam Birliyi meydana gəlsin. Hər dövlət ayrı-ayrılıqda milli dövlət olaraq qalsınlar. Hər dövlət öz daxilində müstəqil davransın, lakin hamısının mənəvi lideri olsun. Çünki xristianların Papası var, liderləri var. Müsəlmanların da bir mənəvi lideri olması şərtdir. Bu mənəvi birliyin başında biri olsa, bu xaos, bu fitnə rahatlıqla sona çatar. O zaman dünyanın hər hansı bir yerində Müsəlmanların barmağının ucuna bir zərər dəysə, bütün müsəlmanlar bir yerdə hərəkət edəcəyi üçün, bu hadisə dərhal dayandırılar, amma belə parça-parça olsalar, "böl, parçala, ud" siyasətinə uyğun hərəkət etsələr, təbii ki, kiçik parçaları udmaq asandır. Amma bütünlükdə müsəlman aləmini udmaq qeyri-mümkündür. Müsəlmanlar bu fərzi tez bir şəkildə  yerinə yetirməlidır. (Al Baghdadi TV, 29 İyun 2008)

2010-11-24 14:12:38

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com