Boş danışmamaq

Boş da­nı­şıq Al­la­hın xa­tır­lan­ma­dı­ğı, Al­lah ri­za­sı­nın nə­zə­rə alın­ma­dı­ğı, in­sa­nın axi­rə­ti üçün heç bir fay­da­sı ol­ma­yan da­nı­şıq­lar­dır. Ca­hil in­san vax­tı­nın bö­yük bir his­sə­si­ni heç bir fay­da­sı ol­ma­yan və ru­ha da əziy­yət ver­ən boş da­nı­şıq­la­ra sərf edir. Bir ye­rə top­lan­dıq­da boş da­nı­şıq­lar­la in­san­la­rın vax­tı­nı al­maq şey­ta­nın ən bö­yük hiy­lə­lə­rin­dən bi­ri­dir. Bu yol­la şey­tan in­san­la­rı Al­la­hı xa­tır­la­maq­dan uzaq­laş­dır­maq, on­la­rın Al­la­hın var­lı­ğı­nın də­lil­lə­ri olan say­sız-he­sab­sız ayə və mö­cü­zə­lə­ri gör­mə­lə­ri­nə, ya­ra­dı­lış­la­rı­nın məq­sə­di­ni dü­şün­mə­lə­ri­nə ma­ne ol­maq və axi­rət üçün is­ti­fa­də edə­cək­lə­ri qiy­mət­li vaxt­la­rı­nı boş ye­rə sərf et­dir­mək is­tə­yir.
 
Şey­tan in­san­la­rın so­si­al tə­bə­qə­lə­ri­nə, mə­də­niy­yət və zə­ka sə­viy­yə­lə­ri­nə əsaslanaraq, on­la­rın nəfs və hə­vəs­lə­ri­nə ən çox uy­ğun olan möv­zu­la­rı təl­qin edir və da­im boş da­nı­şıq­la­ra sövq edir. Mə­sə­lən, ol­duq­ca aşa­ğı mə­də­ni sə­viy­yə­yə ma­lik olan in­san­lar ara­sın­da da­ha çox on­la­rın öz söz­lə­ri ilə de­sək, «ya­rış sev­gi­si», «ca­van­lıq sev­gi­si», «uşaq, ye­mək ve ev sev­gi­si» ad­lan­dı­rı­lan möv­zu­la­rı önə çə­kir. İş dün­ya­sı­nı əha­tə edən hər növ ti­ca­ri və iq­ti­sa­di, bir­ja, sə­ləm, fa­iz ki­mi digər möv­zu­lar in­san­la­rın bü­tün gün­də­lik hə­yat­la­rın­da on­la­rın vax­tı­nı alan məsələlərdir. Özü­nü zi­ya­lı, in­tel­lek­tu­al, mə­də­ni gös­tər­mək is­tə­yən bir qrup in­san da öz ara­la­rın­da müx­tə­lif si­ya­si, so­si­al möv­zu­lar­da, bu gü­nə qə­dər heç bir konk­ret fay­da­sı ol­ma­yan mü­za­ki­rə və da­nı­şıq­lar­da vaxt­la­rı­nı boş ye­rə sərf edir, bu­nun­la da çox mü­hüm mə­sə­lə­lə­ri həll et­dik­lə­ri­ni zənn edir­lər. Çox vaxt te­le­vi­zi­ya­da­kı də­yir­mi ma­sa­lar­da heç bir nə­ti­cə əl­də edə bil­mə­yə­cək­lə­ri­ni və bun­la­rın mə­na­sız ol­du­ğu­nu bil­dik­lə­ri hal­da, sa­at­lar­la yal­nız öz­lə­ri­ni nü­ma­yiş et­dir­mək, öz­lə­ri­ni cə­miy­yə­tə və ət­ra­fın­da­kı­la­ra dü­şü­nən, prob­lem­lə­ri həll edən in­san­lar ki­mi gös­tər­mək məq­sə­di­lə mü­za­ki­rə­lər apa­rır­lar. Yük­səl­mə­yə, irə­li keç­mə­yə ça­lı­şa­raq müx­tə­lif məq­səd­lə­ri­nə çat­ma­ğa can atır­lar. Din möv­zu­su ilə bağlı müzakirələri zamanı bə­zi­lə­ri hə­min boş və məq­səd­siz da­nı­şıq mü­hi­ti­ni di­nə qar­şı təz­yiq et­mək, kin və nif­rət­lə­ri­ni bil­dir­mək üçün für­sət sa­yır­lar. Al­lah Öz ayə­lə­rin­də bu dav­ra­nış­lar­dan be­lə bəhs edir:
 

«İn­san­lar içə­ri­sin­də elə­si də var­dır ki, na­dan­lı­ğı üzün­dən Al­lah yo­lun­dan dön­dər­mək və bu min­val­la onu məs­xə­rə­yə qoy­maq üçün mə­na­sız söz­lə­ri sa­tın alar. Məhz be­lə­lə­ri­ni al­çal­dı­cı bir əzab göz­lə­yir.» («Loğ­man» su­rə­si, 6)

 
Boş da­nı­şıq in­kar­çı­la­rı fərq­lən­di­rən xü­su­siy­yət ol­du­ğu ki­mi, boş da­nı­şıq­la­ra mə­həl qoy­ma­maq, bun­dan na­ra­hat ol­ma­maq da mö­min­lə­rə xas olan xü­su­siy­yət­dir:
 

«O kəs­lər ki, ya­lan ye­rə şa­hid­lik et­məz, fay­da­sız bir şey­lə rast­laş­dıq­la­rı za­man on­lar­dan üz çe­vi­rib vü­qar­la ke­çər.» («Fur­qan» su­rə­si, 72)

«On­lar boş bir söz eşit­dik­lə­ri za­man on­dan üz çe­vi­rib: «Bi­zim əməl­lə­ri­miz bi­zə, si­zin əməl­lə­ri­niz də si­zə aid­dir. Si­zə sa­lam ol­sun! Biz ca­hil­lə­ri is­tə­mi­rik!» - de­yir­lər.» («Qə­səs» su­rə­si, 55)

 
Şey­tan hər bir az­ğın möv­zu­da ol­du­ğu ki­mi, Quran­dan kə­nar ca­hil vər­diş­lə­ri də məq­bul ör­tük­lər al­tın­da mö­min­lə­rin hə­ya­tı­na da­xil et­mə­yə ça­lı­şa­caq, mö­min­lə­rin boş ol­duq­la­rı vax­tın gəl­mə­si­ni göz­lə­yə­cək. Bu­na gö­rə də mö­min hər za­man ayıq-sa­yıq ol­ma­lı, be­lə və­ziy­yət­lə qar­şı­laş­dı­ğı za­man al­dan­ma­malı  dər­hal Al­la­hın xa­tır­lan­dı­ğı şə­rai­ti tə­min et­mə­li­dir. Mö­min in­kar­çı­la­rın cə­ha­lət, ağıl­sız­lıq, boş da­nı­şıq ki­mi ki­çik və bə­sit ol­ma­ğın gös­tə­ri­ci­si olan vər­diş­lə­ri­ni və əx­laq xü­su­siy­yət­lə­ri­ni heç bir za­man özü­nə ya­raş­dır­ma­ma­lı­dır.
 
Cən­nət­də mö­mi­nin ru­hu­nu sı­xıb na­ra­hat edən hər bir əziy­yət ki­mi boş da­nı­şı­ğın da ol­ma­ma­sı çox bö­yük bir ne­mət­dir:
 

«Rəh­ma­nın Öz bən­də­lə­ri­nə vəd et­di­yi və on­la­rın gör­mə­di­yi Ədn cən­nət­lə­ri­nə. Onun və­di müt­ləq ye­ri­nə ye­tə­cək­dir. On­lar ora­da boş (lağ­la­ğı) söh­bət­lər de­yil, an­caq: «Sa­lam!» eşi­dər­lər. Ru­zi­lə­ri də sə­hər-ax­şam ora­da­dır.» («Mər­yəm» su­rə­si, 61-62)

2011-10-10 19:06:06

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top