Boş və lazımsız şeylərdən uzaq olmaq

Mö­min­lər boş və mə­na­sız da­nı­şıq­la­ra mə­həl qoy­ma­dıq­la­rı ki­mi axi­rət­lə­ri üçün heç bir fay­da­sı ol­ma­yan, hət­ta on­la­ra zə­rər ve­rə­cək boş iş­lə­rə də vaxt­ sərf et­məz­lər. Mö­min­lə­rin bu xü­su­siy­yə­ti ayə­də be­lə bil­di­ri­lir:
 
«On­lar lağ­la­ğı­dan ta­ma­mi­lə üz dön­də­rən­lər­dir» (Mu­mi­nun su­rə­si, 3)
 
Al­la­h'ın ri­za­sı­nın nə­zə­rə alın­ma­dı­ğı hər bir iş Quran­da bil­di­ri­lən bu lazımsız iş­lə­rə daxildir. İn­san hət­ta Quran­da əmr edi­lən ən mü­hüm iba­də­ti də Al­la­h'ın ri­za­sın­dan kə­nar, vər­diş ol­du­ğu və hə­min an­da ona asan gəl­di­yi üçün əsas, la­kin ona çə­tin olan bir iş­dən ya­xa qur­tar­maq üçün və ya ha­mı­nın et­di­yi bir iş ki­mi edər­sə, bu, lazımsız ola bi­lər.
 
Mö­min­lə­rin Quran­da mü­əy­yən edil­miş və gün­də­lik hə­yat­la­rın­da ye­ri­nə ye­ti­rə­cək­lə­ri müx­tə­lif fərz iba­dət­lə­ri var. Bunlardan əlavə, mömin qalan vaxtını İs­lam üçün ən fay­da­lı, Al­la­h'ın ən çox ra­zı qa­la­ca­ğı iş­lər­lə məş­ğul ol­ma­ğa, özü­nü hə­min iş­lər­dən mak­si­mum fay­da­la­na­caq şə­kil­də in­ki­şaf et­dir­mə­yə sərf etməlidir.
 
Kəsb etdikləri əhəmiyyət baxımından yerinə yetirilən işlərin ardıcıllığına fikir verilməlidir. Mü­əy­yən vaxt­lar­da ye­ri­nə ye­ti­ri­lməli iş­lə­rin baş­qa vaxta təxirə salınması vaxt it­ki­si­nə sə­bəb ola bi­lər. Çün­ki hə­min iş­lər ola bi­sin ki, o an­da ən zə­ru­ri və əsas olan iş­lər­dir. Buna görə də, mö­min ca­hil­lə­rin bü­tün hə­ya­tları bo­yun­ca vax­t sərf et­dikləri boş iş­lər­lə maraqlanmamaqla ki­fa­yət et­mə­mə­li, ye­ri­nə ye­tir­di­yi sa­leh əməl­lə­rə nəf­si­nin qa­rış­ma­ma­sı­na, hər za­man Al­lah ri­za­sı­nın da­ha çox qazanılmasına səbəb olan işləri üs­tün tut­ma­ğa diq­qət ye­tir­mə­li­dir (bax: «Bir işi bi­tir­dik­dən son­ra baş­qa işə baş­la­maq» his­sə­si).
2011-10-10 19:07:02

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top