Şükür etmək

 

Şükür et­mək ve­ri­lən hər bir ne­mə­tə gö­rə dil və qəlb­lə Al­la­ha olan min­nət və tə­şək­kü­rü­nü ifa­də et­mək, hə­min ne­mət­lə­ri Quran­da gös­tə­ri­lən şə­kil­də is­ti­fa­də edə­rək haq­qı­nı ver­mək de­mək­dir.

Qəlb və dil­  ilə ya­na­şı,  şük­rün əməl­də ol­ma­sı da çox mü­hüm­dür. Bu da ve­ri­lən ne­mə­ti Al­lah yo­lun­da, Al­lah ri­za­sı­nın da­ha çox göz­lə­nil­di­yi yön­də də­yər­lən­dir­mək­lə müm­kün olur. İn­san mal-mülk, var-döv­lət, zən­gin­lik, möv­qe, mə­qam, və­zi­fə, eti­bar, zə­ka, sağ­lam­lıq, qüv­və ki­mi ne­mət­lər­dən Al­lah yo­lun­da və Al­la­hın əmr et­di­yi şə­kil­də is­ti­fa­də et­mə­sə, o, ve­ri­lən ne­mə­tin şük­rü­nü haq­qıy­la ye­ri­nə ye­tir­mə­miş olur.

Bu­na gö­rə də şükür et­mək Quranın bir çox ayə­sin­də tək­rar­la­nan və mö­min­lə­rin çox diq­qət­lə qo­ru­ma­lı ol­duq­la­rı bir iba­dət­dir. Hə­min ayə­lər­dən bə­zi­lə­ri be­lə­dir:

«Xeyr, yal­nız Al­la­ha iba­dət et və şükür edən­lər­dən ol!» («Zu­mər» su­rə­si, 66).

«Al­la­hın si­zə ver­di­yi ha­lal və pak ru­zi­lər­dən ye­yin. Əgər Al­la­ha iba­dət edir­si­niz­sə, Onun ne­mə­ti­nə şükür edin!» («Nəhl» su­rə­si, 114).

Mö­min şükür et­mək­lə Al­la­hın sev­gi­si­ni və ra­zı­lı­ğı­nı qa­za­nır, Ona da­ha çox ya­xın­la­şır. Sə­bəb­lə­rə, va­si­tə­lə­rə ilişib qalmır, sa­hib ol­du­ğu hər şe­yin yal­nız Al­lah­dan gəl­di­yi­ni bi­lir və Ona şə­rik qoş­maq­dan uzaq­la­şır. Bu şə­kil­də ve­ri­lən ne­mə­tin mad­di zöv­qün­dən də­fə­lər­lə ar­tıq olan mə­nə­vi zöv­qü alır. Ve­ri­lən bu ne­mət­lər və­si­lə­si ilə Al­la­hı vəsf edib ucal­dır.

Bu dün­ya­da ve­ri­lən bü­tün ne­mət­lər şük­rü və ya nan­kor­lu­ğu or­ta­ya çı­xar­maq üçün ya­ra­dıl­mış bir im­ta­han va­si­tə­si­dir. Bu mü­hüm hə­qi­qət Hz.Sü­ley­ma­nın di­lin­dən Quran­da be­lə bil­di­ri­lir:

«Ki­tab­dan bir qə­dər xə­bə­ri olan bi­ri­si de­di: «Mən onu sə­nə bir göz qır­pı­mın­da gə­ti­rə­rəm!» Sü­ley­man onu ya­nın­da ha­zır dur­muş gö­rün­cə de­di: «Bu, Rəb­bi­min lüt­fün­dən­dir. Mə­ni im­ta­ha­na çək­mə­yi üçün­dür ki, gö­rək şükür edə­cə­yəm, yox­sa nan­kor ola­ca­ğam! Kim şükür et­sə, yal­nız özü üçün şükür edər; kim nan­kor ol­sa, bil­sin ki, hə­qi­qə­tən, Rəb­bim onun şük­rü­nə möh­tac de­yil­dir, O, kə­rəm sa­hi­bi­dir!»« («Nəml» su­rə­si, 40).

Hz.Sü­ley­ma­nın Quran­da ke­çən ifa­də­lə­rin­dən bi­zə o da mə­lum olur ki, şükür et­mək Al­la­hın çox bö­yük bir ne­mə­ti­dir və in­san yal­nız Al­la­hın lüt­fü və di­lə­mə­si­lə şükür edə bi­lər. Hz.Sü­ley­ma­nın şükür et­mək­lə bağ­lı özün­də çox bö­yük bir ba­ti­ni, sir­ri eh­ti­va edən dua­sı ayə­də be­lə bil­di­ri­lir:

«(Sü­ley­man) bu sö­zün­dən gü­lüm­sə­yib de­di: «Ey Rəb­bim! Mə­nə və ata-ana­ma eh­san bu­yur­du­ğun ne­mə­tə şükür et­mək, Sə­nin ra­zı qa­la­ca­ğın yax­şı iş gör­mək üçün il­ham ver! Və mə­ni Öz mər­hə­mə­tin­lə sa­leh bən­də­lə­ri­nin züm­rə­si­nə da­xil et!»« («Nəml» su­rə­si, 19).

İman və bü­tün sa­leh əməl­lər üçün ol­du­ğu ki­mi şükür et­mə­yin də Al­la­hın il­ha­mı ilə ol­du­ğu ayə­də açıq bil­di­ril­miş­dir.

Vic­da­nı olan bir in­san ət­ra­fı­na bax­dı­ğı za­man hər tə­rəf­dən Al­la­hın ne­mət­lə­ri ilə əha­tə edil­di­yi­ni,  bu ne­mət­lə­rə hər hansı bir qüvvənin köməyi ilə deyil,  yal­nız Al­la­hın di­lə­mə­si ilə qo­vu­şa bi­lə­cə­yi­ni dərk edir. İn­sa­nın özü­nə aid he­sab et­di­yi bə­də­ni, ağ­lı və zə­ka­sı, hiss­lə­ri, sağ­lam­lı­ğı və qüv­və­ti də hə­min ne­mət­lə­rin yal­nız bir hissəsidir.

Bu sə­bəb­dən şükür et­mək yal­nız mü­əy­yən za­man­lar­da bö­yük bir qa­zanc və ya fay­da əl­də edi­ldik­də, gö­zəl ye­mək ye­yi­ldik­də və ya təh­lü­kə və fə­la­kət­dən sağ-sa­la­mat xi­las olduqda di­lu­cu «Əl­həm­dü­lil­lah, Al­la­ha çox şükür» de­mək de­yil. Şükür hər za­man bü­tün qəlb­lə ya­şa­na­caq ruh ha­lı­dır. Çün­ki Al­la­hın ne­mət­lə­ri­ni say­maq­la, ayə­nin ifa­də­si ilə de­sək, hət­ta ümu­mi­ləş­dir­mə apar­maq­la be­lə bi­tir­mək müm­kün de­yil:

«Əgər Al­la­hın ne­mət­lə­ri­ni sa­ya­caq ol­sa­nız,onu ümumiləşdirmə apararaq dasa­yıb qur­ta­ra bil­məz­si­niz. Hə­qi­qə­tən, Al­lah ba­ğış­la­yan­dır, rəhm edən­dir!» («Nəhl» su­rə­si, 18).

Al­la­hın ne­mət­lə­ri­nə şükür et­mə­mək və ya az şükür et­mək nan­kor­luq­dur. Bu isə şey­ta­nın in­san­la­ra qar­şı qur­du­ğu çox bö­yük bir tə­lə və hiy­lə­dir. Şey­tan hə­mi­şə in­san­la­rı şükür et­mək­dən uzaq­laş­dır­maq is­tə­yir. Ayə­lər­də bu az­dır­ma şey­ta­nın di­lin­dən be­lə bil­di­ri­lir:

«De­di: «Sən mə­ni az­dı­rıb yol­dan çı­xart­dı­ğın üçün mən də Sə­nin düz yo­lu­nun üs­tün­də otu­rub in­san­la­ra ma­ne ola­ca­ğam! Son­ra On­la­rın qar­şı­la­rın­dan və ar­xa­la­rın­dan, sağ­la­rın­dan və sol­la­rın­dan gə­lə­cə­yəm və Sən on­la­rın ək­sə­riy­yə­ti­ni şükür edən gör­mə­yə­cək­sən!»« («Əraf» su­rə­si, 16-17).

Mə­lum ol­du­ğu ki­mi, şey­ta­nın yal­nız bir məq­sə­di var: in­san­la­rın şükür et­mə­lə­ri­nə ma­ne ol­maq. Şey­tan bu mə­sə­lə­də ək­sər in­san­la­rı öz tə­si­ri al­tı­na al­mış­dır:

«...Al­lah in­san­la­ra qar­şı mər­hə­mət­li­dir, la­kin on­la­rın ək­sə­riy­yə­ti şükür et­məz!» («Yu­nus» su­rə­si, 60).

Şey­ta­nın in­san­la­ra xü­su­sən də şükür et­mək­lə bağ­lı ya­xın­la­şa­ca­ğı­nı ifa­də et­mə­si hə­min iba­də­tin çox va­cib və mü­hüm ol­du­ğu­nu gös­tə­rir. Şüb­hə­siz ki, bu qə­dər mü­hüm bir iba­dət­dən im­ti­na edə­rək nan­kor­luq et­mə­yin Al­lah dər­ga­hın­da­kı əvə­zi də bu­na uy­ğun ola­caq:

«Ya­dı­nı­za sa­lın ki, o za­man Rəb­bi­niz bu­nu bil­dir­miş­di: «Əgər şükür et­sə­niz, si­zə ar­tı­ra­ca­ğam. Yox, əgər nan­kor­luq et­sə­niz, unut­ma­yın ki, Mə­nim əza­bım, hə­qi­qə­tən, şid­dət­li­dir!»« («İb­ra­him» su­rə­si, 7).

2011-10-10 19:15:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top