İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərməmək

Mö­mi­nin diq­qət edə­cə­yi mə­sə­lə­lər­dən bi­ri də onun gün­də­lik hə­ya­tın qa­rı­şıq­lıq­la­rı için­də dün­yə­vi ha­di­sə­lə­rə al­da­na­raq hə­qi­qi məq­sə­di­ni unut­ma­maq­dır. Mö­mi­nin əsas və­zi­fə­si Al­la­hın qu­lu ol­du­ğu­nu unut­ma­maq, Quran­da bil­di­ri­lən əmr və töv­si­yyə­lə­ri də­qiq­lik­lə ye­ri­nə ye­tir­mək­dir. İn­san əl­də et­di­yi iman də­rə­cə­si­ni da­im tə­zə­lə­mək və in­ki­şaf et­dir­mək yö­nün­də ça­lış­ma­dıq­ca möv­cud və­ziy­yə­ti­ni də qo­ru­ya bil­məz, mə­nə­viy­ya­tı sü­rət­lə köh­nəl­mə­yə, ima­ni həs­sas­lı­ğı, ağılıisə azal­ma­ğa baş­la­yar.

Bə­zi in­san­lar üçün ra­hat bir şə­ra­it çə­tin şə­rai­tə nis­bə­tən da­ha bö­yük bir im­ta­handır. Çə­tin­lik və əziy­yət za­ma­nı ağıl və şü­ur açıq ol­du­ğu üçün bə­zi­lə­ri­nə gö­rə Al­lah­la olan mə­nə­vi ba­ğı qo­ru­maq da­ha asan­dır. La­kin mü­hüm olan mə­sə­lə hə­min əla­qə­ni hər bir şə­ra­it­də qo­ru­maq­dır.

Hət­ta Al­lah yo­lun­da bir çox çə­tin­lik­lə­ri və ağır im­ta­han­la­rı ge­ri­də qoy­muş bir in­san da dü­şün­cə­si­ni, iman­dan irə­li gə­lən şöv­qü­nü, hə­yə­ca­nı­nı və əsl məq­sə­di­ni unut­ma­ma­lı­dır. Əks təq­dir­də in­sa­nın qəl­bi qa­tı­la­şır, vic­da­nı kor­şa­lıb his­siy­yat­sız olur, düş­dü­yü fə­la­kə­ti dərk edə bil­mir və öyüd al­mır. Al­la­hın di­lə­mə­si xa­ri­cin­də çı­xıl­maz bir vəziyyətə dü­şür. Kor olan qəl­bi ar­tıq axi­rə­ti gör­mə­di­yi üçün bu mü­vəq­qə­ti dün­ya­ya bağ­la­nır. Dün­ya və dün­ya­nın mü­vəq­qə­ti bə­zək­lə­ri, sax­ta ca­zi­bə­si ona Al­lah­dan, rə­su­lun­dan və Al­lah yo­lun­da mü­ba­ri­zə apar­maq­dan da­ha se­vim­li olur. Al­lah mö­min­lə­rə bu təh­lü­kə­yə qar­şı Quran­da be­lə xə­bər­dar­lıq edir:

«De: «Əgər ata­la­rı­nız, oğul­la­rı­nız, qar­daş­la­rı­nız, öv­rət­lə­ri­niz, qə­bi­lə­niz (qo­hum­la­rı­nız), qa­zan­dı­ğı­nız mal­lar, ka­sad ol­ma­sın­dan qorx­du­ğu­nuz ti­ca­rət, xo­şu­nu­za gə­lən məs­kən­lər si­zə Al­lah­dan, Onun Pey­ğəm­bə­rin­dən və Al­lah yo­lun­da ci­had­dan da­ha əziz­dir­sə, Al­la­hın əm­ri gə­lin­cə­yə qə­dər göz­lə­yin. Al­lah fa­siq­lə­ri doğ­ru yo­la yö­nəlt­məz!» («Töv­bə» su­rə­si, 24)

Mö­min bil­mə­yə­rək­dən dün­ya hə­ya­tı­na meyl­lən­mək təh­lü­kə­si qar­şı­sın­da ol­duq­ca diq­qət­li ol­ma­lı­dır. Bir mö­mi­nin bu qə­dər if­ra­ta var­ma­sa da, vax­ta­şı­rı qəf­lə­tə qa­pı­la­raq Al­lah ri­za­sı­nın ol­du­ğu bir işi tərk edib nəf­si­nə xoş gə­lən bə­zi dün­yə­vi fay­da­la­ra ta­mah sal­ma­sı, ona ya­raş­ma­yan bir hal­dır. Be­lə hə­rə­kət­lə­rin ar­dın­ca hər za­man küf­rə, mü­na­fiq­li­yə açı­lan bir qa­pı vardır. Bü­tün bun­la­ra qa­pı­lıb dün­yə­vi mən­fəə­ti Al­lah rə­su­lun­dan üs­tün tu­ta­raq onu tərk edən­lə­rin və­ziy­yə­ti də be­lə­dir:

«On­lar (öz­lə­ri­ni ta­ma­mi­lə Al­la­ha və İs­la­ma təs­lim et­mə­yən­lər) bir alış-ve­riş, ya­xud bir əy­lən­cə gör­dük­lə­ri za­man sə­ni ayaq üs­tə qo­yub ona tə­rəf cum­du­lar. De: «Al­lah dər­ga­hın­da olan sa­vab əy­lən­cə­dən də, ti­ca­rət­dən də xe­yir­li­dir. Al­lah ru­zi ve­rən­lə­rin ən yax­şı­sı­dır!» («Cü­mə» su­rə­si, 11)

Qəlb­lə­rin­də da­im Al­lah qor­xu­su, qi­ya­mət və cə­hən­nəm qor­xu­su olan sə­mi­mi mö­min­lər isə dün­ya­nın mü­vəq­qə­ti­li­yi­nə al­dan­maz­lar:

«O kəs­lər ki, nə ti­ca­rət, nə alış-ve­riş on­la­rı Al­la­hı zikr et­mək­dən, na­maz qıl­maq­dan və zə­kat ver­mək­dən ya­yın­dır­maz. On­lar qəlb­lə­rin və göz­lə­rin hal­dan-ha­la dü­şə­cə­yi bir gün­dən qor­xar­lar» («Nur» su­rə­si, 37)

2011-10-10 19:21:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top