Başqalarına nəsihət verib özünü unutmamaq

«Siz in­san­la­ra yax­şı iş­lər gör­mə­lə­ri­ni əmr et­di­yi­niz hal­da, özü­nü­zü unu­dur­su­nuz? Hal­bu­ki özü­nüz ki­tab oxu­yur­su­nuz. Mə­gər ba­şa düş­mür­sü­nüz?» («Bə­qə­rə» su­rə­si, 44)

Quranı yax­şı bi­lən zə­ka­lı və təc­rü­bə­li bir in­san baş­qa­la­rı­nın din­lə bağ­lı səhv və nöqsan­la­rı­nı ən ki­çik in­cə­li­yi­nə qə­dər dü­zəl­də, bu mə­sə­lə­də on­la­ra nə­si­hət ve­rə, xə­bər­dar­lıq edə bi­lər. Bu, müs­bət bir hal­dır, la­kin bu, in­sa­na hə­min səhv və gü­nah­la­rı özü­nün də et­mə­si­nə haqq qa­zan­dı­ra bil­məz. Ək­si­nə, in­san baş­qa­la­rı­na ver­di­yi nə­si­hət­dən özü də ib­rət al­ma­lı və hə­min səhv­lə­ri et­mə­mə­yə diq­qət ye­tir­mə­li­dir. Yox­sa baş­qa­la­rı­na ver­di­yi nə­si­hət əcr de­yil, axi­rət­də onun əley­hi­nə bir də­lil ki­mi çı­xar.

Baş­qa­sı­nın səh­vi­ni üzə çı­xa­ra bi­lən bir in­sa­nın ey­ni səh­vi öz nəf­sin­də üzə çı­xa­ra bil­mə­mə­si ki­mi bir hal müm­kün de­yil. Əl­bət­tə, o, öz səhv­lə­ri­ni və gü­nah­la­rı­nı da bi­lir. Bu isə onun qey­ri-sə­mi­mi ol­du­ğu­nu gös­tə­rir. Mə­sə­lən, ya­lan­çı bi­ri­nin in­san­la­rı doğ­ru­lu­ğa, ri­ya­kar bi­ri­si­nin in­san­la­rı sə­mi­miy­yə­tə, na­maz qıl­ma­yan bi­ri­si­nin isə in­san­la­rı na­maz qıl­ma­ğa ça­ğır­ma­sı çox bö­yük qey­ri-sə­mi­mi­lik və iki­üz­lü­lük­dür. Yu­xa­rı­da­kı ayə­nin so­nun­da be­lə in­san­la­rın « mə­gər ba­şa düş­mür­sü­nüz?» söz­lə­ri ilə xə­bər­dar edil­mə­lə­ri də, de­dik­lə­ri­nin ən əv­vəl öz­lə­ri­nin ye­ri­nə ye­tir­mə­lə­ri­nin la­zım ol­du­ğu­nu bil­di­rir.

Be­lə iki­üz­lü hə­rə­kət­lə­rin əsa­sı­nı in­san­lar üzə­rin­də mə­nə­vi üs­tün­lük əl­də et­mək, hör­mət edi­lən, çə­ki­ni­lən, sö­zü din­lə­ni­lən, sö­zü­ke­çən bir in­san ol­maq ki­mi Quran­dan kə­nar az­ğın dü­şün­cə­lər təş­kil edir. Əl­bət­tə, be­lə dav­ra­nan in­sa­nın əsas məq­sə­di Al­la­hın hökm­lə­ri­nin, di­nin ma­raq­la­rı­nın qo­run­ma­sı, ba­ti­lin yox ol­ma­sı, mö­min­lə­rin səhv və gü­nah­la­rı­nın dü­zəl­mə­si de­yil. Onun bu xə­bər­dar­lıq­la­rı hə­min səhv­lə­rin iş­lən­mə­si mə­sə­lə­sin­də­ki həs­sa­siy­yə­tin­dən və Al­lah qor­xu­sun­dan irə­li gəl­səy­di, şüb­hə­siz ki, ey­ni səhv­lə­ri et­mək­dən ən çox özü çə­ki­nər­di. Be­lə in­san­lar mö­min­lə­rin səhv və gü­nah­la­rı­nı öz­lə­ri­nin mə­qam, və­zi­fə və eti­bar qa­zan­ma­la­rı üçün bö­yük bir für­sət sa­yır­lar. Hal­bu­ki di­ni möv­zu­lar­dan, Quran­da bil­di­ri­lən hökm­lər­dən bu cür nəf­si hör­mət və eti­bar qa­zan­maq ­üçün is­ti­fa­də et­mək hə­min in­sa­nı axi­rət­də bö­yük bir fə­la­kə­tə apa­ra bi­lər.

Özün­də olan bir səh­vi baş­qa mö­min qar­da­şın­da da gör­dü­yü za­man mö­min in­sa­nın edə­cə­yi ən doğ­ru və sə­mi­mi hə­rə­kət ona ən əv­vəl ey­ni səh­vin özün­də də ol­du­ğu­nu de­mək, bu­nun­la bağ­lı da­im bir-bi­ri­nə xə­bər­dar­lıq edə­rək,  or­taq səhv­lə­ri­ni dü­zəlt­mək­də bir-bi­ri­ni dəs­tək­lə­mək və təş­viq et­mək­dir.

2011-10-10 19:24:18

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top