Allah və din əleyhinə danışılan yeri tərk etmək

Mö­min­lər heç bir hal­da öz inanclarından güzəştə getməzlər. Hər bir mö­min ol­du­ğu şə­ra­it­də Al­la­hın və Onun di­ni­nin təm­sil­çi­si­dir. Bu hə­qi­qə­ti dərk edən və bu mə­su­liy­yə­ti da­şı­yan mö­mi­nə Al­lah və din əley­hi­nə da­nı­şıq ge­dən yer­lər­də ol­maq ya­raş­maz. Be­lə ki, bu hal Quran ayə­lə­rin­də qə­ti ola­raq qa­da­ğan edil­miş­dir:

«Al­lah Ki­tab­da si­zə na­zil et­miş­dir ki, Al­la­hın ayə­lə­ri­nin in­kar edil­di­yi­ni və on­la­ra iz­teh­za olun­du­ğu­nu eşit­di­yi­niz za­man müş­rik­lər baş­qa bir söh­bə­tə gi­riş­mə­yə­nə qə­dər on­lar­la bir yer­də əy­ləş­mə­yin! Çün­ki o vaxt siz də on­la­rın ta­yı olar­sı­nız. Hə­qi­qə­tən, Al­lah mü­na­fiq­lə­rin və ka­fir­lə­rin ha­mı­sı­nı cə­hən­nəm­də bir ye­rə top­la­ya­caq­dır!» («Ni­sa» su­rə­si, 140)
«Ayə­lə­ri­mi­zə is­teh­za edən­lə­ri gör­dü­yün za­man on­lar söh­bə­ti də­yi­şə­nə qə­dər on­lar­dan üz çe­vir. Əgər şey­tan sə­nə unut­dur­sa, xa­tır­la­yan­dan son­ra o za­lım tay­fa ilə bə­ra­bər otur­ma» («Ənam» su­rə­si, 68)

Ca­hil cə­miy­yə­tin üzv­lə­ri­nin əsas xü­su­siy­yə­ti Al­la­hı la­zı­mın­ca qiy­mət­lən­di­rə bil­mə­mə­lə­ri və Onun qüv­və­sin­dən xə­bər­siz ol­ma­la­rı­dır. Müş­rik­lər bu dü­şün­cə­siz­li­yin ver­di­yi cə­sa­rət­lə öz vic­dan­la­rı­nı ra­hat et­mək üçün bə­zən Al­la­hın və di­nin əley­hi­nə da­nı­şır­lar. Bu, bə­zən açıq bir hü­cum, bə­zən ötə­ri söz at­ma, bə­zən də din haq­qın­da ca­hi­lcəsinəverilən hökm for­ma­sın­da olur. Han­sı şə­ra­it­də olur­sa-ol­sun, be­lə bir hal ya­ran­dı­ğı za­man əgər mü­da­xi­lə et­mək im­ka­nı yox­dur­sa ora­nı tərk et­mək mö­mi­nə fərz­dir. Bu ha­la la­qeyd qalmaq, hə­min şə­rai­tin bir par­ça­sı ol­maq Al­la­hın şə­ni­ni və şə­rə­fi­ni ucalt­maq və­zi­fə­si da­şı­yan mö­mi­nə ya­raş­ma­dı­ğı ki­mi Quran­da da ha­ram qı­lın­mış­dır.

2011-10-10 19:25:58

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top