Yalan danışmamaq

İn­san­lar qar­şı­la­rın­da­kı in­san­la­rı öz is­tə­dik­lə­ri şə­kil­də is­ti­qa­mət­lən­dir­mək üçün tez-tez ya­lan da­nı­şır­lar. Ya­la­nın ar­xa­sın­da bə­zən in­sa­nın öz qü­ru­ru­nu xi­las et­mək tə­la­şı, bə­zən qey­ri-sə­mi­mi dav­ra­nı­şa zə­min ha­zır­la­maq, bə­zən də üs­tün­lük əl­də et­mək ar­zu­su da­ya­nır. La­kin sə­bə­bindən asılı olmayaraq, ya­lan Quran­da qı­nanan əməl­lər­dən­dir.

Al­la­hın ya­la­nı in­san­la­ra ha­ram etməsi Quran­da be­lə bil­di­ri­lir:

«Al­lah si­zi bil­mə­dən iç­di­yi­niz and­la­rı­nı­za gö­rə cə­za­lan­dır­maz, la­kin iç­di­yi­niz and­la­ra gö­rə cə­za­lan­dı­rar... Bu­nun­la be­lə, and­la­rı­nı­zı qo­ru­yun. Al­lah ayə­lə­ri­ni si­zə be­lə izah edir ki, bəl­kə, şükür edə­si­niz!» («Mai­də» su­rə­si, 89)

Qar­şı tə­rə­fi bi­lə­rək­və ya qəsdənaldatmaq məqsədilə de­yi­lən doğ­ru ol­ma­yan hər bir söz ya­lan hök­mün­də­dir. Be­lə ki, Al­lah ya­lan da­nış­an ada­mın qəl­bin­də­ki niy­yə­tin əsas götürüldüyünü bil­di­rir. Bir in­san ağ­zın­dan dü­şün­mə­dən bir söz deyə və ya hə­min an­üçün əhəmiyyətsiz olan doğ­ru bir söz de­mə­yə bi­lər. Bun­la­rı qəs­dən, qar­şı tə­rə­fi al­da­da­raq və mən­fə­ət əl­də et­mək üçün de­mə­yən bir in­san dər­hal öz səh­vi­ni dü­zəl­dər. Ya­lan­da isə niy­yət poz­ğun­lu­ğu var­dır. Bu­ra­da in­san qar­şı tə­rə­fi yan­lış tə­rə­fə yön­lən­di­rə­rək hər han­sı ki­çik və ya bö­yük mən­fə­ət əl­də et­mək is­tə­yir. Be­lə ki, Al­lah bu cür niy­yət­lə de­yi­lən sö­zə gö­rə in­san­dan axi­rət­də he­sab so­ra­caq. Bu­na gö­rə də mü­səl­man­lar aşa­ğı­da­kı ayə­nin hök­mü­nə əsa­sən hər za­man sö­zün ən doğ­ru­su­nu de­mə­li­dir­lər:

«Ey iman gə­ti­rən­lər! Al­lah­dan qor­xun və doğ­ru söz söy­lə­yin!» («Əh­zab» su­rə­si, 70)

Mü­səl­man danışığında boş, mənasız söz işlətdiyi za­man, onu dər­hal dü­zəl­dər. La­kin axi­rət­də qar­şı­lı­ğı­nı ve­rə bil­mə­yə­cə­yi şə­kil­də bir in­sa­nı qəs­dən əs­la al­dat­maz. Çün­ki bu, həm axi­rət­də, həm də dün­ya­da qı­nan­an hə­rə­kət­dir.

2011-10-10 19:43:20

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top