İnsanlara xəbərdarlıq etmək

Ca­hi­liy­yə top­lu­mu­nun əsas hə­yat fəl­sə­fə­si in­sa­nın yal­nız özü qar­şı­sın­da mə­su­liy­yət da­şı­ma­sı dü­şün­cə­si­nə əsas­la­nır. Hə­min dü­şün­cə­yə gö­rə, in­san­la­rın əsas və­zi­fə­si ən yax­şı şə­ra­it­­də ya­şa­maq­dan, ən yax­şı şə­rai­ti ya­rat­maq­dan iba­rət­dir, la­kin on­lar di­gər in­san­la­rın mad­di və mə­nə­vi hə­yat­la­rı ilə bağ­lı heç bir mə­su­liy­yət da­şı­mır­lar. Bu­na gö­rə də bir çox in­san­lar və­zi­fə­lə­ri­nin din­lə­ri­nə yal­nız öz­ba­şı­na əməl et­mək­dən iba­rət ol­du­ğu­nudüşünürvə baş­qa in­san­la­ra di­ni təb­liğ et­mək və­zi­fə­si da­şı­ma­dıq­la­rı­nı gü­man edir­lər. Hal­bu­ki Qurana ba­xan­da, bu­nun tam ək­si olan bir an­la­yış­la qar­şı­la­şı­rıq.

Mü­səl­ma­nın ən bö­yük və­zi­fə­lə­rin­dən bi­ri İs­lam əx­la­qı­nı ət­ra­fın­da olan in­san­la­ra izah və təb­liğ et­mək və on­la­rı da Al­la­ha iman gə­tir­mə­yə təş­viq et­mək­dir. Quran­da mü­səl­man­la­rın in­san­la­ra xə­bər­dar­lıq et­mə­si ilə bağ­lı bir çox qə­ti və açıq hökm­lər var. Bun­lar­dan bi­ri də «Müd­dəs­sir» su­rə­si­nin 1-ci və 2-ci ayə­lə­rin­də bil­di­ri­lir:

«Ey ör­tü­nüb bü­rün­müş! Qalx qor­xut!» («Müd­dəs­sir» su­rə­si, 1-2)

Mü­səl­man­lar öz­lə­ri din­lə­ri­nə əməl et­dik­lə­ri ki­mi ət­raf­la­rın­da olan in­san­la­rı da bu­na təş­viq et­mə­yə mə­sul­dur­lar. Hət­ta Quran­da mü­səl­man­la­rın bü­tün hə­yat­la­rı­nı təb­liğ­lə, yə­ni din­lə­ri­ni yay­maq­la ke­çir­mə­lə­ri­nin la­zım ol­du­ğu bil­di­ri­lir. Mü­səl­man­lar iş­lə­ri­ni, məs­kun­laş­dıq­la­rı əra­zi­lə­ri, əy­lən­cə­lə­ri­ni, hə­yat tərz­lə­ri­ni bu mə­su­liy­yət­lə­ri­nə gö­rə tən­zim­lə­yir­lər. Mü­səl­man üçün Al­la­hın var­lı­ğı­nın bü­tün in­san­lar tə­rə­fin­dən bi­lin­mə­si, dərk edil­mə­si, bü­tün in­san­la­rın cə­hən­nə­min ne­cə yer ol­ma­sın­dan və he­sa­ba çə­kil­mə­lə­rin­dən xə­bər­dar ol­ma­sı on­la­rın ti­ca­rə­tin­dən, əy­lən­cə­sin­dən və ya ra­hat­lıq­la­rın­dan da­ha əhə­miy­yət­li­dir. Cə­hən­nəm­də­ki əza­bın şid­də­ti­ni və Al­la­hın qüd­rə­ti­ni yax­şı bi­lən mü­səl­man­lar in­san­la­rın di­ni əx­la­qa əməl et­mə­dik­lə­ri təq­dir­də, on­la­rı göz­lə­yən aqi­bə­tin ne­cə ola­ca­ğı­nı öy­rən­mə­lə­ri üçün əl­lə­rin­dən gə­lə­ni edir­lər. La­zım olar­sa, iş­lə­rin­dən, ev­lə­rin­dən və ya mülk­lə­rin­dən im­ti­na edə­rək in­san­la­rı xə­bər­dar edirvə Al­la­hın bu əmr­lə­ri­ni ye­ri­nə ye­tir­məyəda­vam edir­lər. Al­la­hın mö­min­lə­rə olan bu əm­ri baş­qa bir ayə­də be­lə bil­di­ri­lir:

«Qəf­lət­də olan­la­rı və iman gə­tir­mə­yən­lə­ri işin bit­miş ola­ca­ğı peş­man­çı­lıq gü­nü ilə qor­xut!» («Mər­yəm» su­rə­si, 39)
2011-10-10 19:45:59

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top