< <
1 / total: 11

Ön Söz: Xristianlar Hz. İsanı Dinləsinlər

Bu Kitabın Məqsədinin, Doğru Başa Düşülməsi Niyə Əhəmiyyətlidir?

dua eden çocuk

Bu kitabı oxuyan xristian qardaşlarımızın anlamalarını istədiyimiz çox mühüm bir həqiqət var: Kitabın yazılmasındakı məqsəd, əsla xristian qardaşlarımızı tənqid etmək, pisləmək, İncili tamamilə etibarsız etmək və ya xristianlıq dinini ortadan qaldırmaq deyildir.

Müsəlmanlar, Bəqərə surəsinin 136-cı ayəsində bildirildiyi kimi: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq" deyərlər. Dolayısilə müsəlmanlar da, eynilə xristianlar kimi, İncildəki haqq hökmlərə əməl etməklə, hikmətli açıqlamaları ucaltmaqla məsuldurlar.

Bir müsəlman, müsəlman olduğu kimi eyni zamanda HƏQİQİ BİR İBRAHİMİ, HƏQİQİ BİR NUHİ, HƏQİQİ YƏHUDİ VƏ HƏQİQİ İSƏVİDİR. BÜTÜN PEYĞƏMBƏRLƏRİ QƏBUL EDƏR, SEVƏR, TƏRİFLƏYƏR VƏ UCALDAR. Xristianlarla birlikdə müsəlmanlar da yaşadığımız Axırzamanda hz. İsa (ə.s)-ın gəlməsini gözləyirlər. Həmçinin sülh və sevgi dini olan İslamın bir tələbi olaraq ƏSİL MÜSƏLMANLAR QURANDA KİTAB ƏHLİ OLARAQ TANIDILMIŞ XRİSTİANLARI VƏ YƏHUDİLƏRİ SEVMƏK VƏ ONLARI QORUYUB HİMAYƏ ETMƏKLƏ MƏSULDURLAR.

Quranda hz. İsa (ə.s), hz. Məryəm (ə.s), xristianların və İncilin tərifləndiyi çoxlu ayə var. Xristianlığa sonradan daxil edilmiş bəzi yanlış inancların, yanlışlığı Quranda bildirilsə də, Quran Haqq olan İncilin Allahın vəhyi olan Kitab kimi endirildiyini təsdiqləyər. Quranda XRİSTİANLAR VƏ YƏHUDİLƏR "KİTAB ƏHLİ" OLARAQ XÜSUSİ STATUSA SAHİBDİRLƏR VƏ DİNSİZLİYƏ QARŞI MÜSƏLMANLARIN MÜTTƏFİQİDİRLƏR.

Dolayısilə Kitab əhlinin doğru, səhih Tövrat və İncil hökmlərinə əməl etməyə dəvət etmək, onlara doğru olanı göstərib onların daha dindar və daha səmimi olmalarını təmin etmək, onları Allaha bir və tək olaraq iman gətirməyə dəvət etmək müsəlmanların vəzifəsidir. Bu, Allaha inananlar arasında qardaşlığın, bütünləşmənin və birliyin təmin edilməsi üçün də olduqca əhəmiyyətlidir.

Bu kitabda yer alan və xristian qardaşlarımıza dair açıqlamaların məqsədi, səmimiyyətə, doğru olana, yəni haqq olan İncilə dəvət etməkdir. Xristianları, hz. İsa (ə.s)-a vəhy edilən haqq İncildə olmayan yanlış tətbiqlərdən və batil bidətlərdən təmizləyə bilmək və ONLARIN ƏSİL İNCİL HÖKMLƏRİNƏ ƏMƏL EDƏN, ƏSİL XRİSTİANLAR OLMALARINI TƏMİN ETMƏKDİR.

Hıristiyan çocuklar

Hayır, kim (güzel davranış ve) iyilikte bulunarak kendisini Allah'a teslim ederse, artık onun Rabbi Katında ecri vardır. Onlar için korku yoktur ve onlar mahzun olmayacaklardır.
(Bakara Suresi, 112)

Xristianların səmimi dindar olmaları, müsəlmanlar olaraq bizim də istəyəcəyimiz bir şeydir. Üzərimizə düşən vəzifə, Allahın Quranda: "Yaxşı işlər görməyi buyurmaq və pis əməlləri qadağan etmək" (Ali İmran surəsi, 104) və Kitab əhlini tövhidə (Allahın vahid olduğu inancına) dəvət etmək (Ali İmran surəsi, 64) əmrlərinin tələbindən ötrü, bəzi xristian qardaşlarımızı bilmədən qapıldıqları yanlış fikirlərdən uzaqlaşdıra bilmək, onlara haqq və doğrunu göstərə bilməkdir. Məhz bundan ötrü də, bütün inananlar kimi, xristianların da bu təhlükələrə qarşı xəbərdar edilmələri, Allahın bildirdiyi haqq hökmlərə, ağla və məntiqə dəvət edilmələri olduqca vacibdir.

Bu kitabda haqq din olan xristianlığa illər ərzində daxil olmuş və Quranda təhlükə olaraq bildirilmiş inanclar mövzu kimi götürüləcək. Bu yanlış fikirləri çatdıran Quran ayələri qeyd edilərkən, əsasən xristianların öz Müqəddəs Kitabları olan İncildən bu yanlış fikirləri ortadan qaldıracaq dəlillər gətiriləcək. Bütün inanclarda olduğu kimi, xristianlıq inancında da, mövzulara olduqca radikal dünyagörüşü ilə yaxınlaşan, bəhs etdiyimiz bu yanlış inanclarında olduqca israrlı olan, Qurana qarşı ön mühakimə ilə yaxınlaşan xristianlar ola bilər. Həmin bu xristian qardaşlarımıza olan tövsiyəmiz, buradakı yazıları obyektiv gözlə oxumaları və qeyd edilənləri yeni bir dünyagörüşü ilə ağıllı şəkildə qiymətləndirmələridir. Bu onları, İncil hökmlərindən uzaqlaşdırmayacaq, tam əksinə (Allahın icazəsi ilə) İNCİLİ DAHA SƏMİMİ ŞƏKİLDƏ QİYMƏTLƏNDİRMƏLƏRİNƏ VƏ ONA DAHA MÜKƏMMƏL TABE OLMALARINA vəsilə olacaq.

üç din
Kitabdakı Allaha qarşı hörmətə layiq olmayan bütün ifadələrdən Allahı tənzih edirik

Rəhman və Rəhim olan Allahın adı ilə

De: “O Allah Təkdir! Allah Saməddir (hər şey ona möhtacdır, əbədi yaşayandır, heç nəyə ehtiyacı olmayandır).
O, nə doğub, nə doğulub, Onun tayı da yoxdur”.
(İxlas surəsi, 1-4)

 

1 / total 11
"Harun Yəhyanın Xristianlar Hz. İsanı Dinləsinlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com