Darvinizmlə Elmi Mübarizə Aparmağın Əhəmiyyəti

< <
1 / total: 5

Giriş

Darvinizm, Allahın varlığını və vahidliyini, insanların Rəbbimizə qarşı məsul olduqlarını inkar edər. Materializmin və din əxlaqına uyğun olmayan cərəyanların dayaq nöqtəsidir. Bundan ötrü də, elmi baxımdan çürüdülmüş olmasına baxmayaraq, ideoloji qayğılarla ayaqda saxlanılmağa çalışılır.

Kainatın və insanın, kortəbii təsadüflərin əsəri olduğu yalanını müdafiə edən darvinist-materialist cərəyanlar, guya bir növ heyvan olan insanlar arasındakı əlaqələrin də heyvani xarakterli olmalı olduğunu iddia edərlər. Bu azğın dünyagörüşü, eqoizmi, mərhəmətsizliyi, müharibəni, qarşıdurmanı, insan öldürməyi normal hesab edər. Mərhəmət, sevgi, şəfqət, hörmət kimi duyğuları isə, guya təkamül prosesini zəiflədən bir maneə hesab edərlər. Darvinist təlqinlərlə insanları sevməyən, zalım, təcavüzkar, mənfəətçi insanlar yetişər.

Darvinizm, 150 ildən artıqdır ki, dinsizliyi, əxlaqsızlığı, anarxiyanı, müharibə və qarşıdurmanı cəmiyyətlərə təlqin edir və onun bu təlqinləri böyük ictimai fəlakətlərə səbəb olur. Müharibələr, qırğınlar, anarxiya və terror hadisələriylə keçən 20-ci əsr, bu vəziyyətin sübutdur. Digər millətləri təkamül prosesini tamamlamamış bir heyvan növü hesab edən, inkişafın ancaq mübarizə aprmaqla mümkün olduğunu güman edən, insanlar arasında da vəhşi təbiət qanunlarının qüvvədə olduğuna inananlar dünyanı qan gölünə çeviriblər.

Hal-hazırda da darvinist təbliğat güclü şəkildə davam edir. Gənclərə, məsuliyyətsiz olduqları təlqini verilərək əxlaqsızlığa, digər insanların dəyərsiz olduğu deyilərək qəddarcasına onları tapdalamağa, qarşıdurmanın məqbul olduğunu iddia edərək müharibəyə, anarxiyaya və terrora sürükləyirlər. Bir çox ölkə, darvinizm nəticəsində yaranan ictimai problemlərlə mübarizə aparır.

Bu vəziyyət qarşısında, insanların, darvinizmin yaratdığı təhlükələr və yalanları barədə xəbərdar edilməsi və belə təhlükəli zehniyyətin fikri mübarizə ilə təsirsiz hala gətirilməsi həyati əhəmiyyətə malikdir. Darvinizm və səbəb olduğu təhlükələri qavraya bilməyən insanlar, darvinizmə qarşı aparılan elmi mübarizənin əhəmiyyətini də anlaya bilmirlər.

Bu insanlar darvinizmlə elmi mübarizə aparmaq əvəzinə, bu mübarizəni görməzlikdən gəlmək və bundan qaça bilmək üçün, müxtəlif üsullara əl atırlar. Bəziləri; "darvinizm əslində bu qədər əhəmiyyətli mövzu deyildir" deyərək öz ağıllarınca bu fikri mübarizəni əhəmiyyətsiz görməyə və göstərməyə çalışır, bəziləri isə, İslamla təkamül nəzəriyyəsi arasında "orta bir yol" meydana gətirməyi hədəfləyir. Bunun üçün də, öz ağıllarınca darvinizmi İslama uyğunlaşdırmağa çalışırlar. "Darvinizmi müsəlmanlaşdırma səyi" olaraq adlandıra biləcəyimiz bu hərəkət, çox ciddi xətalar və yanılmalar ehtiva edir. Müsəlman əsla öz ağlınca darvinizmlə İslamiyyət arasında fikri "uzlaşma" axtarmamalıdır. Ortaya atılma səbəbi, Allahı və yaradılışı inkar etmək olan bir nəzəriyyə ilə "uzlaşmaq" səmimi iman gətirənlər üçün qeyri-mümkündür. Üstəlik, Quran ayələrində və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində təkamülə işarə edən tək bir açıqlama belə yoxdur.

Bu kitabda, həm darvinizmlə elmi mübarizə aparmağın əhəmiyyəti üzərində dayanılacaq, həm də bu böyük fikri mübarizədən qaçanların gətirdikləri bəhanələr cavablandırılacaq. Məlumat çatışmazlığı və ya mövzu barədə kifayət qədər düşünməməkdən qaynaqlanan bu bəhanələrin ortadan qaldırılması, Allahın icazəsiylə, dinsizliyə qarşı verilən fikri mübarizənin gücünü və təsirini artıracaq.

Bu əhəmiyyətli həqiqəti yenidən xatırlatmaq lazımdır ki, inanclı insanların, yaradılış həqiqətinə tamamilə qarşı çıxan bir nəzəriyyəni təhlükəsiz və zərərsiz görmələri, onun inkişafına tamaşa etmələri, darvinizmin cəmiyyətdə getdikcə yayılmasına və istər-istəməz ateizmi gücləndirməsinə bilvasitə dəstək olacaq. Bundan ötrü də, dindarlar, təkamül nəzəriyyəsinin altında yatan fəlsəfəni yaxşı anlamalıdırlar: Təkamül nəzəriyyəsi, materialist fəlsəfənin "elmi" görünən üslubla ifadə edilməsindən ibarətdir. Materialist fəlsəfə isə "dinsizliyin dini"dir.

Quranda: “…Yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı…” (Hud surəsi, 116) ayəsiylə yer üzündə dincliyin və əmin-amanlığın pozulmasına səbəb olan ünsürlərə qarşı fikri mübarizə aparmağın əhəmiyyətinə işarə edilib. Hazırkı dövrdə insanların dincliyini pozan, təhlükəsizlik və sülh mühitinin yaşanmasına mane olan cərəyanların təməlində darvinizm var. Səmimi müsəlmanlarsa, bu həqiqəti dərk etməli, bu təhlükəni görməzlikdən gəlməməli, əksinə bütün imkanlarını səfərbər edərək bu təhlükəni fikri mübarizəylə yox etmək üçün, səy göstərməlidirlər.

 

1 / total 5
"Harun Yəhyanın Darvinizmlə Elmi Mübarizə Aparmağın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com