< <
1 / total: 11

Giriş

Dünyanın ən böyük iki İlahi dini olan İslam və Xristianlığın bir çox inancları eynidir. Xristianlar da biz müsəlmanlar kimi, Allahın mütləq varlığına, əzəli və əbədi olduğuna, bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrətiylə hakim olduğuna inanırlar. Müsəlmanların və xristianların qarşı çıxdıqları yanlış ideologiyalar da eynidir. Ateizmə, dinsizliyə, irqçiliyə, faşizmə və əxlaqi degenerasiyaya qarşı apardıqları fikri mübarizələri və ya Allahın varlığını təbliğ etmək mövzusundakı səyləri demək olar ki, tamamilə eynidir. Ortaq hədəfləri, bütün insanların Allahı tanıyacaqları, sülh, tolerantlıq və əmin-amanlıq içində yaşayacaqları ədalətli dünya meydana gətirməkdir. Hər iki dinin iman sahibləri də Allah qorxusu və Allah sevgisiylə hərəkət edir, Allahın elçilərinin yolundan gedir və Onun vəhyinə tabe olurlar.

Xristianlarla müsəlmanlar demək olar ki, eyni əxlaqi dəyərlərə sahibdirlər. Yalnız öz mənfəətlərini düşünən, sevgisiz, mərhəmətsiz, eqoist, mənfəətpərəst və nadürüst insan modeli, müsəlmanlar kimi xristianların da müdafiə etdikləri din əxlaqıyla ziddiyyət təşkil edir. Xristianlar da sevginin, dürüstlüyün, mərhəmətin, fədakarlığın, ədalətin, təvazökarlığın və qardaşlığın hakim olduğu bir dünyanın həsrətini çəkirlər və belə bir dünya meydana gətirmək üçün səy göstərirlər. Xristianlar da fahişəlik, homoseksuallıq, narkotik istifadəsi, zorakılıq, istismarçılıq kimi Rəbbimizin haram etdiyi əxlaqsız hərəkətlərin qarşısının alınması üçün mübarizə aparırlar.

Xristianlar və müsəlmanlar Allahın seçilmiş qulu hz. İsaya dərin sevgi və hörmət bəsləyirlər. Hz. İsa, Allahın Quran ayələriylə bizə tanıtdığı və aləmlərdən üstün etdiyi mübarək elçisidir. Quranda hz. İsanın; "dünyada və axirətdə seçilmiş, şərəfli, hörmətli və (Allaha) yaxınlaşdırılanlardan" (Ali İmran surəsi, 45) olduğu bildirilir. O, Allahın müxtəlif möcüzələr və üstün əxlaqla şərəfləndirdiyi dəyərli quludur.

göl manzarası

Deyin ki: "Biz Allah'a; bize indirilene, İbrahim, İsmail, İshak, Yakub ve torunlarına indirilene, Musa ve İsa'ya verilen ile peygamberlere Rabbinden verilene iman ettik. Onlardan hiçbirini diğerinden ayırt etmeyiz ve biz O'na teslim olmuşlarız."
(Bakara Suresi, 136)

Bu kitabın yazılma məqsədi isə, həqiqi xristianlıqda (həqiqi xristianlıq deyildikdə, xristianlığın hz. İsaya ilk vəhy edildiyi halı nəzərdə tutulur) olmayan, lakin hz. İsanın Allah Qatına alınmasından xeyli sonra ortaya çıxan "təslis" inancının yanlış olduğu üzərində dayanmaqdır. Kitabda həm xristian qaynaqları, həm də Quran ayələri əsasında həqiqi xristianlığın tövhid inancını əsas götürən, hənif (Allahı vahid qəbul edib, ona iman edən) bir din olduğunu göstərəcəyik. Həmçinin hz. İsanın "Allahın oğlu" olduğu təməli üzərində yaradılan (Allahı tənzih edirik) təslis inancının hansı səbəblərdən ötrü yaradılmış ola biləcəyini araşdıracağıq. Kitabda həmin bu inanc araşdırılarkən, onu müdafiə edən müxtəlif görüşlərə və təməl iddialara da yer veriləcək. Lakin bu inancın incəlikləri üzərində dayanmadan əvvəl, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizi (təslis inancını bildirmək üçün işlədəcəyimiz) bütün ifadələrdən ötrü tənzih edir və Onun müqəddəs peyğəmbəri olan hz. İsanın bu cür sifətlərdən uzaq olduğunu ifadə etmək istəyirik (kitabda işlədilən Bibliya ayələrindəki bəzi ifadələrdə dəyişikliklər edilmiş, "Ata" ifadələri "Allah-Rəbb", "Oğul" ifadələri isə "peyğəmbər-elçi" olaraq dəyişdirilmişdir. Yerli və xarici əsərlərdə Allahın mübarək elçisi hz. İsanın adının işləndiyi hər yerə, bu müqəddəs insana hörmət olaraq "həzrət" ifadəsi əlavə olunmuşdur).

Vurğulanması lazım olan digər bir əhəmiyyətli xüsus isə, Allahın göndərdiyi bütün elçilərə və kitablara iman edən müsəlmanların, həm xristianların, həm də yəhudilərin inanclarına və dəyərlərinə hörmət etdikləridir. İslam dinində, yəhudiliyin müqəddəs kitabı olan Əhdi-Ətiqdəki Tövrat və Zəburla xristianların müqəddəs kitabı olan Əhdi-Cədid (İncil) İlahi kitablar kimi tanınır, bu dinlərin mənsubları isə "Kitab əhli" adlandırılırlar. Rəbbimiz Bəqərə surəsində müsəlmanları belə təsvir edir:

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir... (Bəqərə surəsi, 4)

Ayələrdə bildirilən bu kitablar hz. İbrahimin səhifələri, hz. Musaya endirilən Tövrat, hz. Davuda endirilən Zəbur və hz. İsaya endirilən İncildir. Allahın hz. İbrahimə vəhyi bu günə qədər gəlib çatmamışdır. Digər kitablar isə zamanla orijinal hallarından uzaqlaşmış, bəzi insanlar tərəfindən müxtəlif səbəblərdən ötrü təhrif edilmişdir. Dolayısilə bəzi hissələrində Allahın haqq dinindən kənar şərhlər və açıqlamalar işlədilir. Bununla yanaşı, Allaha və elçilərinə iman, Allah sevgisi və Allah qorxusu, gözəl əxlaq kimi Quran ayələrinə uyğun hissələr də dövrümüzə qədər gəlib çatmışdır (doğrusunu Allah bilər.) Allah bu kitabların, göndərildikləri cəmiyyətlər üçün rəhbər olduqlarını bildirir. Rəbbimiz Ali İmran surəsinin 3-4-cü ayələrində: "O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi - daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün..." deyə buyurur. Allah, digər bir ayədə isə Tövrat barədə bunu bildirir:

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bununla hökm verirdilər. Rəbbanilər və əhbarlar da, Allahın Kitabını qorumaqla məsul tutulduqlarından və ona şahid olduqlarından bununla (Tövrat) hökm verirdilər... (Maidə surəsi, 44)

Bəzi yəhudi din xadimləri üçün Quranda "kəlmələrin yerlərini dəyişdirib deyirlər" (Maidə surəsi, 41) deyə buyurulur.

Allah digər bir ayədə isə bəzi yəhudilərin; "cüzi miqdarda pul əldə etmək üçün, öz əlləri ilə kitab yazıb, sonra da: “Bu, Allah tərəfindəndir!” dediklərini bildirir (Bəqərə surəsi, 79). Yəni onlar Rəbbimizin hz. Musaya vəhy etdiyi müqəddəs kitabını təhrif ediblər. Xristianlar isə, təslis inancından ötrü xeyli yanılıblar. (Nisa surəsi, 171)

 

Allah Quranda Kitab əhli barədə bir çox əhəmiyyətli məlumat verir. Bunlardan bəziləri, Kitab əhlindən olan bəzi insanların yanlış inanc və ya əxlaqi dəyərlərə sahib olmalarıdır. Lakin bu, bütün Kitab əhlinin qəflət və yanılma içində olduğu demək deyil. Ayələrdə yəhudi və xristianlar arasında səmimi dindarların da olduğu bildirilir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməkdə yarışırlar. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali İmran surəsi, 113-115)

Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha dərindən hörmət göstərənlər olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 199)

Nümunəvi müsəlmanlar bütün həyatları boyunca Quran ayələrinə görə yaşayarlar. Dəyər mühakimələri, əxlaq xüsusiyyətləri, həyata və insanlara baxış prizmaları tamamilə Allahın Quran ayələriylə müəyyənləşdiridiyi kimidir. Bu müsəlmanların Kitab əhlinə yanaşma tərzlərində də hakimdir. Əsas məsələ, onlara həmişə tolerantlıqla, ədalətlə, sevgiylə yaxınlaşmalarıdır. Bundan ötrü də, onları "əks tərəf" kimi deyil, Allaha bağlı, inanclı insanlar kimi görərlər. Bunun əksini etmək, Quran əxlaqına zidd davranış olar. Kitab əhli arasında da Allaha səmimi şəkildə iman edən və dolayısilə nicat tapacağı ümid edilən bir çox insan ola biləcəyi əsla unudulmamalıdır. Dolayısilə kitab boyunca edəcəyimiz bütün xatırlatmalar da bu şüurla yazılmış və Allahın bir çox Quran ayəsində bildirdiyi "yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan etmək" əmrinin tələbini yerinə yetirmək hədəflənmişdir. Məqsədimiz təslis inancının yanlış olduğunu göstərmək və sağlamfikirli İsəvilərin həqiqətləri görmələrinə kömək olmaqdır. Təmənnamız bütün İsəvilərin bu yanılmanı görmələri və tövhid inancına uyğun olmayan bütün yanlış inanclardan tamamilə imtina etmələridir.

Göl manzarası

 

1 / total 11
"Harun Yəhyanın Hz. İsa (ə.s) Allahın Oğlu Deyil, Allahın Peyğəmbəridir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."