Möcüzələr Zənciri

< <
1 / total: 5

Giriş

Kainatımızı, içində yerləşdiyimiz Südyolu qalaktikamızı, Günəş sistemimizi və yaşadığımız Yer planetini əhatə edən çoxsaylı qanun, tarazlıq və ölçü var. Bu qanun, tarazlıq və ölçülərin hər biri, insan həyatına imkan verəcək bir kainatı əmələ gətirəcək “möcüzəvi” şəkildə xüsusi hesablanıb və nizamlanıblar.

Kainatımızı hərtərəfli tədqiq etdiyimiz zaman, ən təməl kosmik qanunlardan ən həlledici fiziki qiymətlərə, ən kiçik tarazlıqlardan ən həssas hesablara qədər, hər birinin ayrı-ayrılıqda olduqca həssas ölçülərə görə tənzimlənmiş olduqlarını görərik. Bu tənzimləmələrin kainatda insanlar adlı məhfumun mövcud olması üçün, olması lazım olan ən ideal dəyərlərdə olduqlarını heyrətlə görərik.

Kainatın genişlənmə sürətindən Yerin südyolu qalaktikasındakı mövqeyinə, Günəşin yaydığı şüanın növündən suyun axıcılıq qiymətinə, Ayın Yerə olan məsafəsindən atmosferdəki qazların miqdarına qədər hələ burada sadalaya bilmədiyimiz çoxsaylı amil insan həyatının mövcud olması üçün ən ideal ölçülərdə tənzimləniblər. Belə ki, bu tənzimləmələrin təkcə birində baş verəcək ən kiçik dəyişiklik belə, kainatda canlı həyatının qətiyyən mövcud olmaması mənasına gələcək.

evren

Bəhs edilən tənzimləmələrdən birinin belə canlılar üçün lazım olan ideal qiymətə təsadüfən sahib olma ehtimalı yoxdur. Kainatdakı minlərlə ölçünün hər birinin ayrı-ayrılıqda xüsusi tənzimlənmiş olması isə, insanları heyrət içində qoyan möcüzədir.

Əslində, kainatda bəşər oğlunun mövcud olması və həyatını davam etdirməsi üçün, lazımi şərtlərin hər biri “ayrı-ayrılıqda” möcüzə xüsusiyyətindədir. Milyonlarla lazımi şərtin bir yerə toplanması isə, ucsuz-bucaqsız “möcüzələr zənciri” yaradır. Bir şeyin möcüzə olması isə, əlbəttə, onun Allah tərəfindən yaradıldığının dəlilidir. Hər guşəsi bir möcüzə olan kainat da, çox aydındır ki, onu bənzərsiz elm, qüdrət və sənətlə yaradan Allahın əsəridir.

Son dövrlərdə aparılan hesablamalar göstərmişdir ki, kainatımızı nəzarətdə saxlayan əsas qanunlar və əsas fiziki sabitlər indiki qiymətlərindən bir az fərqli olsaydı, kainatda canlılar, o cümlədən, insan yaşaya bilməzdi. Normal halda, bu fiziki sabitlərin ala biləcəkləri çoxsaylı müxtəlif qiymətlər ola bilərdi. Necə ki, hamısının bir-birindən müstəqil şəkildə, kainatın insan həyatı üçün hazırkı ideal quruluşuna imkan verəcək, xüsusi qiymətlərlə tənzimlənmiş olmalarını, yuxarıda bildirdiyimiz kimi, “möcüzə” terminindən başqa terminlə açıqlamaq qeyri-mümkündür.

Möcüzə termini lüğəvi mənası etibarilə, öz-özünə, təbii şərtlərlə baş verməsi mümkün olmayan hadisə, vəziyyət deməkdir. Kainatdakı hər hansı qanuna, qiymətə, fiziki sabitə baxsaq, heç birinin təsadüfən və ya öz-özünə hazırda sahib olduqları ideal qiymətlərə sahib olmalarının qeyri-mümkün olduğunu görərik. Bu da görən gözlər üçün açıq-aydın möcüzədir. Kainatın hər yerində və hər qanununda özünü göstərən bu möcüzələr zənciri onu yaradan Allahın varlığının və sonsuz qüdrətinin sübutudur.

Son illərdə bu mövzu üzərində diqqətini cəmləyən kosmoloqlar və nəzəri fiziklər kainatın insan həyatının yaranmasına istiqamətli heyranlıq oyandıran bu xüsusi sazlamaya “incə sazlama” (fine-tuning) adlandırıblar. Həmçinin kainatdakı bu incə sazlamanın çoxsaylı nümunələrini müəyyən etdilər, hesabladılar. Bu elm adamlarının gəldikləri nəticəni dilə gətirdikləri təəccüb və heyranlıq dolu sözlərindən burada bir neçə nümunə vermək yerinə düşər:

◉ NASA-da astronomiya mütəxəssisi prof. Con Okif (John O'Keefe): “Biz, astronomik standartlar nəzərə alındıqda, həddindən artıq diqqət göstərilmiş, qorunmuş və şəfqət göstərilmiş bir qrup məxluğuq... Əgər kainat hazırkı ən həssas dəqiqlikdə yaradılmasaydı, heç vaxt mövcud ola bilməzdik. Mənim fikrimcə mövcud şərtlər, kainatın, insanın içində yaşaması üçün yaradıldığını göstərir”.1

◉ İngilis astrofizik prof. Corc F. Ellis (George F. Ellis): “(Kainatdakı) bu kompleksliyi mümkün edən qanunlarda heyrətamiz incə sazlama müşahidə olunur. Kainatda olan bu kompleksliyin gerçəkləşməsi, “möcüzə” sözünü işlətməməyi çox çətinləşdirir”.2

◉ İngilis astrofizik prof. Pol Devis (Paul Davies): “Fiziki qanunlar çox üstün dahinin məhsulu kimi görünür... Kainatın müəyyən məqsədi olmalıdır”.3

◉ Riyaziyyatçı prof. Rocer Penrouz (Roger Penrose): “Demək istədiyim budur ki, kainatın bir məqsədi var. Orada eləcə, təsadüf nəticəsində əmələ gəlməyib”.4

Bu günə qədər əldə olunan bütün elmi nəticələr kainatın heç bir anında, heç bir yerində təsadüflərə yer olmadığını göstərmişdir. Kainat yarandığı ilk andan bu sətirləri oxuduğunuz andakı son vəziyyətinə qədər, hər guşəsiylə sonsuz elm və qüvvət sahibi Allah tərəfindən, insanın yaşaması, Rəbbimizin qüdrətini və sənətini görüb düşünməsi, təqdir etməsi üçün yaradılmışdır.

Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün ardıcıl gəlməsində, insanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün canlıları orada törədib yaymasında, küləkləri əsdirməsində və göylə yer arasında ram edilmiş buludları hərəkət etdirməsində düşünən insanlar üçün həqiqətən ayələr (dəlillər) var. (Bəqərə surəsi, 164)

Bu kitabda kainatın yaradılmasından yaşadığımız ana qədər keçən müddətdə baş verən və baş verməyə davam edən çoxsaylı möcüzələrdən müəyyən nümunələri ələ aldıq. Bu möcüzə nümunələrini, (1) kainatdakı, (2) Günəş sistemi və planetimizdəki, (3) canlı varlıqlardakı möcüzə nümunələri olaraq üç ayrı hissədə topladıq.

Bu kitabın məqsədi kainatdakı yaradılış möcüzələrindən müxtəlif nümunələri göz qabağına gətirərək Allahın sonsuz qüdrət və sənətini oxuculara hiss etdirə bilməkdir. Kitabın digər məqsədi isə, hikmət gözüylə baxıldığı zaman, əslində insanın ətrafında mövcud olan hər şeyin Allahın açıq möcüzəsi olduğu şüurunu əldə etməyə vəsilə olmaqdır.

Ağıllı Dizayn, Yəni Yaradılış; Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur

Kitabda hərdənbir işlədilən "dizayn" sözünün doğru başa düşülməsi əhəmiyyətlidir. Allahın mükəmməl dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür çatışmazlıqlardan münəzzəhdir. Allahın, bir şeyin və ya bir işin olmasını istədiyi zaman, onun olması üçün təkcə "ol" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi istədiyi zaman, onun əmri yalnız: "ol!" deməsidir; o da dərhal olar. (Yasin surəsi, 82)

Göyləri və yeri (nümunəsiz olaraq) yaradandır. O, bir işin olmasına qərar versə, ona təkcə "ol!" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)

 

Iqtıbaslar

1. Heeren, F. 1995. Show Me God. Wheeling, IL, Searchlight Publications, səh. 200.

2. The Anthropic Principle: Laws and Envirnoments. The Anthropic Principle, F. Bertola and U. Curi, ed. New York, Cambridge University Press, 1993, səh. 30.

3. Davies, P. 1984. Superforce: The Search for a Grand Unified Theory of Nature. (New York: Simon & Schuster, 1984), səh. 243.

4 . Heeren, F. 1995. Show Me God. Wheeling, IL, Searchlight Publications, səh. 233.

1 / total 5
"Harun Yəhyanın Möcüzələr Zənciri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com