< <
1 / total: 7

Giriş

“Ay tutulacağı; Günəşlə Ayın birləşəcəyi zaman - məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” - deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün pənah aparılacaq yer ancaq Allah`ın hüzurudur”. (“Qiyamə” surəsi, 75/8-12)

Həyatınızı istiqamətləndirən adamlara, hadisələrə bir nəzər salın. Həyatda bir mərtəbəyə çatmaq üçün işləyir, həyat mübarizəsi içində yer tutmağa çalışırsınız. Həyatda bir çox şeyə olduqca böyük diqqət verir, bu mövzuların üzərində dərindən düşünürsünüz. Amma həyatınız boyunca tərəddüd etmədən düşünməkdən çəkindiyiniz mövzular da var. Üstəlik, ətrafınızdakı bir çox adam da sizinlə eyni fikirdədir. Haqqında danışılmaması və üzərində düşünülməməsi lazım olan mövzuları çox yaxşı bilirlər. Ölüm bunlardan biri, bəlkə də ən əhəmiyyətlisidir. Onların fikrincə, ölüm aydınlaşdırıb aça bilmədikləri bir sondur. Eynilə ölüm kimi kainatın ölümünü gətirəcək qiyamət də insanlar tərəfindən çox uzaq, əlçatmaz bir anlayış kimi dəyərləndirilir. Qiyamət günündə həqiqətə çevriləcək hadisələr insanlar tərəfindən az-çox qavranılır, amma bunları düşünmək onları həm də qorxudur. Qorxu duymaqdansa, belə bir mövzunu unutmaq daha məntiqə uyğun görünür və insanlar bu şəkildə yaşamaqda yanlışlıq görmürlər.

İnsanlar ən çox qiyamət gününün canlı-cansız hər bir varlıq üçün son gün olmasından təsirlənirlər. Qiyamət günü dünya həyatının, hətta bütün kainatın son günüdür, amma eyni zamanda da axirətdəki sonsuz həyatın başlanğıcıdır. O gün insanların hamısı yeni bir yaradılışla diriləcək və dünyadakı həyatlarında Allah`a və qarşılaşacaqları bu günə inanmış olanlar cənnətdə dincələrkən, inkarçılar cəhənnəmə sövq ediləcəklər. Beləliklə, belə bir günü gözləyən düşüncəli (ağıllı) bir insan üçün o, hələ bu dünyada ikən ölüm, qiyamət və axirət həqiqətlərindən qaçmağın bir mənası yoxdur. Əksinə, qiyamətdə meydana gələcək hadisələr və ölüm həqiqəti özünü daha artıq dərəcədə göstərəcək. Allah yolunda gözəl əməllərdə olmağa sövq edəcək, axirət inamına yönəldəcək və insanın Allah`a yaxınlaşmasına yol açacaq. Bənzərsiz hadisələrin həqiqətə çevriləcəyi qiyamət günü o böyük qorxunu yaşamayacaq insanlar sadəcə iman edərlər:

“Xeyr, yaxşı işlər görüb özlərini Allah`a təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”. (“Bəqərə” surəsi, 2/112)

Dünyada ikən bu həqiqətə inanmış bir insan bu deyilənləri yerinə yetiribsə, o, çətin gündə artıq arxayınlıqda olacağını bilir. Çünki Qurana iman gətirmiş, hər hansı bir tərəddüd duymamış, əsl həyatın axirət həyatı olduğuna inanmışdır. Ölümün varlığını qulaqardı etməmiş, Allah`a ibadət etmək məsələsində lovğalanmamış, böyüklüyə qapılmamışdır.

İslamın beş təməli var: Allah`dan başqa İlah olmadığına və Muhəmmədin Allah`ın Rəsulu olduğuna şahidlik etmək. Namazı doğru qılmaq, zəkatı haqqı ilə vermək, Allah`ın evi Kəbəyə həcc ziyarəti etmək və Ramazan orucunu tutmaq. (Buxari, İman 1, 2, Təfsiri-surə (2) 30; Müslim, İman 19-22. Tirmizi, İman 3; Nəsai, İman 13)

Möminlər Allah’ın rizasını qazanmaq, O’na Ona yaxınlaşmaq, Rəbbimizə təslim və tabe olmaq üçün bütün ibadətlərini fürsət olaraq görər, bunları şövqlə yerinə yetirərlər.

Belə bir insan axirətdə sonsuz gözəlliklərlə qarşılaşacaqdır. Qiyamət günündə isə Allah`ın nuru onunla olacaqdır. İman edənlər Quranda bu cür müjdələnirlər:

“...O gün Allah Öz peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (“Təhrim” surəsi, 66/8)

Bu kitab sizə qiyamət gününü və o gün meydana gələcək hadisələri açıqlamaqda, o çətin günlə bağlı xəbərdar etməkdədir. Ancaq əsas məsələ qiyamət gününün insanların hamısını gözləyən bir həqiqət olmasıdır. Mütləq yaşanacaq olan, mütləq qarşılaşacağımız bu böyük həqiqəti qulaqardı etmək və bunu düşünməmək yolverilməzdir və məqbul sayılmır. Bu kitabda Quran ayələri həqiqətləri işığında ediləcək açıqlama və izahlar qiyamət gününün varlığı və həqiqiliyi üzərində düşünməyinizi təmin edəcək.

Buradakı məqsəd sizləri hər nə olursa olsun, qarşılaşacağınız bu günə qarşı xəbərdar etmək, belə bir gündə təhlükəsizlik içində ola bilməyiniz və sonsuz cənnət həyatını qazana bilməyiniz üçün sizlərə yol göstərməkdir. Qiyamət gününün ağıllara durğunluq verən hadisələrə səhnə olacağı həqiqəti insanları üzərində düşünməyə yönəltməsi baxımından çox mühümdür. Bax, bu səbəblə, kitab boyunca sizlərə qiyamət vaxtının xüsusiyyətlərini incəlikləri ilə tərif edəcək və bunların həqiqiliyi üzərində duracağıq. Sonsuz həyatı təyin edəcək belə bir həqiqət üzərində düşünmək insanın özünü sadəcə çaşdırmaqdadır. Sizlər bu sətirləri oxuduqca insana heç bir fayda gətirməyəcək bu anlayışdan tam mənada çəkinmək lazım olduğunu və dərin-dərin düşünülməsi lazım olan əsl mövzunun mahiyyətini, şübhəsiz ki, daha doğru şəkildə anlayacaqsınız.

 

1 / total 7
"Harun Yəhyanın Qiyamət Günü kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com