< <
1 / total: 18

Ön Söz: Müsəlmanların Tövrat və İncilə Baxış Nöqteyi-Nəzəri ilə Əlaqədar Önəmli Açıqlama

Allah Quranda müsəlmanların Peyğəmbər əfəndimiz hz Muhəmmədə (s.ə.v.), ondan əvvəl göndərilən bütün peyğəmbərlərə və bu peyğəmbərlərə endirilənlərə iman etdiklərini bildirir. “Bəqərə” surəsinin 4-cü ayəsində Rəbbimiz müsəlmanlar üçün "O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir..." buyurur.

Quranda bildirildiyi kimi İncil, Tövrat, Zəbur və hz İbrahimin səhifələri keçmişdə yaşamış peyğəmbərlərə endirilmiş kitablardır. Bu kitabların bir qismi yox olmuş, bir qismi də təhrif olmuş və ya dəyişdirilmişdir. Lakin buna baxmayaraq, içlərində haqq dinə aid bir çox həqiqi və doğru izahlar da yer almışdır.

Müsəlmanlar bu kitabları Quran və sünnəyə görə qiymətləndirib, ayə və hədislərə uyğun olan izahların doğru olduğuna hüsnü-zənn edərlər. Dolayısı ilə Quran və sünnəyə uyğun Tövrat və İncil yazıları müsəlmanların istifadə edə biləcəyi izahlardır. Ancaq əsas şərt bu izahların Quran ayələrinə və hədislərə uyğun olmasıdır.

Allah bu kitabların göndərildikləri cəmiyyətlərdə insanlar üçün yol göstərici olduqlarını bildirmişdir. Ayələrdə belə buyurulur:

     Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün... (Ali-İmran surəsi, 3-4)

     Bir başqa ayədə Tövrat haqqında belə bildirilir:

     Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər... (Maidə surəsi, 44)

     Oxumaqda olduğunuz bu kitabda Tövratda keçən yazılardan təhrif edilmiş və pozulmuş hissələr götürülməmiş, yalnız Qurana və Peyğəmbərimizin (s.ə.v.) hədislərinə uyğun gələnlər istifadə edilmişdir. Ancaq yenə də Tövratdakı Allahın Zatına yönələn bəzi bənzətmə şəkilləri Qurandakı üslubdan fərqlənir. Uca Rəbbimiz bütün nöqsan sifətlərdən münəzzəhdir və Onun heç bir bənzəri yoxdur. Bu baxımdan Tövratın bir neçə qisminə şərh (açıqlama) əlavə edilmişdir.

 

1 / total 18
"Harun Yəhyanın Tövratdan Hikmətlər və Gözəl Öyüdlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com