< <
5 / total: 11

Sosial darvinizm və əlverişli fərdlər yalanı

Dünya tarixinin bir çox dövründə irqçi cəmiyyətlərə, idarəçilərə və tətbiqlərə rast gəlmək mümkündür. Ancaq irqçiliyə ilk dəfə sözdə elmi əsaslılıq qazandıran Darvin olmuşdur. Darvinin “Növlərin mənşəyi” adlı kitabının alt başlığı “Həyat mübarizəsində əlverişli fərdlərin qorunması” idi. Darvinin "əlverişli fərdlərin qorunması" haqqında yazdıqları və xüsusilə “İnsanın törəməsi” kitabındakı elmdən kənar iddiaları almanlardan aryan irqinin, ingilislərdən isə anqlo-saksonların üstün olduğu yanılmalarını dəstəkləyirdi. Ayrıca, Darvinin təbii seleksiya nəzəriyyəsi var gücü ilə həyatda qalma mübarizəsindən danışırdı. Bu "meşə qanunu" insan cəmiyyətlərinə tətbiq olunduğunda irqlər və millətlər arasında qarşıdurma və müharibələrin baş verməsi qaçılmaz idi. Necə ki, elə də oldu. İrqçi və hərbçi idarəçilərdən fəlsəfəçilərə, siyasətçilərdən elm adamlarına qədər dövrün öndə gələn bir çox adı Darvinin nəzəriyyəsini mənimsədi. Şimali Karolina Universitetinin tarix bölməsindən professor K.A.Şloynes “Auşvitsə gedən dolaşıq yol” adlı kitabında irqçilərin Darvinin nəzəriyyəsini dərhal qəbul etdiklərini belə açıqlayır:

kole

1863-cü ildə şallaqlanaraq işgəncə görən və sonra qaçmağı bacaran bir zənci kölə. Bu illərdə Amerikada kölələr, ümumiyyətlə, şallaqlanır və ya daha ağır üsullarla işgəncə görürdülər.

Darvinin həyatda qalma mübarizəsi fikri irqçilər tərəfindən sürətlə qəbul edildi... Ən son (sözdə) elmi düşüncələrin qanuniləşdirdiyi belə bir mübarizə irqçilərin müdafiə etdiyi yüksək və aşağı insan anlayışının doğruluğunu sübut etdi... və bunlar arasındakı mübarizəni əsaslı etdi.37

Şloynesin kitabında bəhs etdiyi "Darvinin nəzəriyyəsinin irqçilərin insan sinifləri ilə əlaqədar fikirlərini təsdiqləməsi" mövzusu, əlbəttə, irqçilərin dünyagörüşünü əks etdirir. İrqçi fikirləri müdafiə edənlər Darvinin ortaya atdığı iddialarla azğın fikirlərinə özlərinə görə elmi dayaq tapdıqlarını zənn etmişlər. Halbuki, Darvinin iddialarının heç bir elmi əsası olmadığı kimi, qısa müddət sonra nəzəriyyənin əsassızlığının şəxsən elm tərəfindən gözlər önünə gətirilməsi irqçilərin və Darvinin cəhalət dolu fikirlərini əsas alan daha bir çox cərəyanın yanıldıqlarını göstərmişdir.

20-ci əsrdə darvinizmdən aldığı dəstəklə irqçiliyi ən şiddətli şəkildə tətbiq edən güc, əlbəttə ki, nasist Almaniyasıdır. Lakin sözdə "elmi" irqçiliyin inkişaf etdiyi tək yer Almaniya olmadı. Başda İngiltərə və Amerika olmaqla, bir çox ölkədə irqçi görüşə sahib idarəçi və ziyalıların sayı getdikcə artarkən, bir tərəfdən də irqçi qanun və tənzimləmələr baş verdi.

19-cu əsrdə və 20-ci əsrin əvvəllərində təkamülçülərin demək olar hamısı irqçi düşüncələrə sahib idi. Bir çox elm adamı irqçi fikirlərini açıq şəkildə müdafiə etməkdən çəkinmirdi. O dövrdə yazılan kitab və məqalələr bunun ən dəqiq nümunələridir. Cənubi İllinoys Universitetində tarix professoru olan J.S.Hallar “Təkamüldən məhrum buraxılanlar: irqi alçaldılmağa elmi baxış” adlı kitabında 19-cu əsrdə təkamülçülərin hamısının ağ irqin üstünlüyü və digər irqlərin isə aşağı irq olduqları yalanına inandıqlarını bildirir. “Scientific American” jurnalında bu kitab haqqında yazılan bir məqalədə belə deyilir:

Bu, uzun müddətdir haqqında şübhələr olan bir mövzunu dəlilləndirən son dərəcə əhəmiyyətli kitabdır: şimali amerikalı elm adamlarının 19-cu əsr boyu (və 20-ci əsrdə də) köklü və qatı şəkildə demək olar ittifaqla qəbul etdikləri irqçilik... Hələ ən əvvəldən Afrika mənşəli amerikalılar bu ziyalılar tərəfindən bəzi yönlərdən islah edilə bilməz, dəyişdirilə bilməzdilər və tamamilə aşağı olaraq qiymətləndirilirdilər.38

“Science” jurnalında nəşr olunan başqa yazıda isə eyni kitabdakı bəzi iddiaları belə şərh edirdi:

Viktoriya dövründə yeni olan şey darvinizm idi... 1859-cu ilin əvvəlində bir çox elm adamı qaraların ağlarla eyni növdən olub-olmadığını araşdırmışdı. 1859-cu ildən sonra təkamüli plan (xüsusilə afrikalı amerikalıların ağlarla olan yaxın əlaqələrindəki mübarizələrində həyatda qalıb-qala bilməyəcəkləri kimi) yeni sualların ortaya atılmasına səbəb oldu. Son dərəcə əhəmiyyətli olan cavab hər yerdə əks-səda doğuran "xeyr" idi... Afrikalı aşağı idi, çünki meymunlarla tevtonlar arasındakı "itmiş halqanı" təmsil edirdi.39

Şübhəsiz, bu, heç bir həqiqət payı olmayan bir iddiadır. İnsanların dərilərinin fərqli rənglərdə olması, fərqli irq və ya etnik mənşələrə mənsub olması birini digərindən daha üstün və ya daha zəif edən vəziyyət deyil. 19-cu əsrdə bu yanılmanın hakim olmasının əsas səbəblərindən biri dövrün primitiv elmi şərtləri səbəbi ilə əksəriyyətə hakim olan cəhalətdir.

19 və 20-ci əsrin irqçi fikirləri ilə tanınan elm adamlarına verilə bilən nümunələrdən bir başqası Prinston Universitetindən amerikalı bioloq E.Q.Konklindir. Konklin digər irqçi darvinistlər kimi, yanlış fikirlərini açıq ifadə etməkdən çəkinməmişdir:

Hər hansı bir müasir irqin neandertal və ya heydelberq tipləri ilə müqayisə edilməsi bunu göstərir... Zənci irqlər ağ və sarı irqlərdən çox orijinal irqə (meymunabənzər atalara) bənzəyir. Hər amil ağ irqin üstünlüyünə inananları irqin saflığını qorumaq, digərlərindən seçilməsini gücləndirmək və davam etdirmək üçün səy göstərməyə yönəltməlidir.40

Oksford Universitetindən paleontologiya və geologiya professoru U.Sollas 1911-ci ildə nəşr olunan “Qədim ovçular” adlı kitabında irqçi fikirlərini belə ifadə etmişdi:

Ədalət güclünün əlindədir və hər irqə gücü nisbətində paylaşdırılmışdır. Bir torpağı işğal etmək üçün birincilik mənası daşımadığına baxmayaraq, orada haqq tələb etməyi təmin edən gücdən istifadədir. Buna görə, mümkün olan hər yolu sınayıb gücün artırılmasına getmək hər irqin olduğu qədər, insan soyunun da özünə qarşı bir vəzifəsidir. İstər elm, istər təhsil, istərsə də müdafiə təşkilatlanması sahələrində olsun, orqanik dünyanın güclü, lakin lütfkar hökmdarı olan təbii seleksiyanın bunu sürətlə və sona qədər reallaşdırmamağı, birbaşa bu vəzifənin yerinə yetirilməməyi bir cəza olacaq.41

Bunu ifadə etmək lazımdır ki, ədalətin güclü olana aid olduğunu söyləmək ictimaiyyət və cəmiyyətlər arası böyük xaoslara gətirib çıxaran ciddi yanlışlıqdır. Ədalət şərtləri və imkanlarından asılı olmayaraq rənginə, dilinə və cinsiyyətinə baxılmadan bütün insanların bərabər olaraq faydalanmasının lazım olduğu bir anlayışdır. Həqiqi ədalət də budur. Darvinist irqçilərin önə sürdüyü kimi, "ədalətin yalnız güclü olanlar üçün əsaslı olduğu" iddiası doğrunu heç bir şəkildə əks etdirməyən haqsızlıq və ədalətsizlikdir. Bundan başqa, unutmaq olmaz ki, hər fərd özü və içində yaşadığı cəmiyyət üçün hər şeyin daha gözəlini, daha yaxşısını, daha keyfiyyətlisini əldə etməyi istəyə bilər. Bunun üçün xüsusi əmək də sərf edə bilər. Amma bunu edərkən başqalarına zərər verməyi gözə almaq heç bir şəkildə doğru deyil. Bunun əksini iddia etmək həm ağıla, həm də vicdana ziddir.

klun klux klan

20-ci əsrin ortalarına doğru irqçilik ABŞ-ın bəzi bölgələrində yenidən yüksəlməyə başladı. Şiddətə əsaslanan bir ideologiyaya sahib olan Klu Klux Klan təşkilatı ABŞ-da irqçiliyin qabaqcıl müdafiəçilərindəndir. Ağ irqin üstünlüyü yalanını müdafiə edən və qaraların sözdə ikinci sinif insan olduqları yalanını qarşıya qoyan bu təşkilatın fəaliyyəti bir çox günahsız insanın həyatını itirməsinə səbəb oldu.

Növbəti tarixlərdə irqçi olmadıqlarını söyləyən təkamülçülərin yazılarında da (təkamülə olan inanclarının təbii nəticəsi kimi) irqçi görüşlərə rast gəlinir. Bunlardan biri olan təkamülçü paleontoloq C.Q.Simpson hər nə qədər özünə irqçi deyilməsinə qəti qarşı çıxsa da, “Science” jurnalında nəşr olunan bir məqaləsində təkamül nəticəsində irqi fərqliliklərin meydana gəldiyini və bəzi irqlərin digərlərinə görə daha inkişaf etmiş və ya daha primitiv olduqlarını iddia etmişdir:

Təkamül fərqli birliklərdə fərqli sürətlərdə irəliləyir. Buna görə, bir çox heyvan qrupunda bəzi növlər daha yavaş təkmilləşir. Dolayısilə, bu növlər bu gün bəzi xüsusiyyətləri və hətta ümumi quruluşları baxımından daha primitivdirlər. Bir çoxlarının soruşduğu kimi, insan irqləri içərisində bənzər şəkildə bir yöndən və ya ümumiyyətlə, primitiv olanların olub-olmadığını soruşmaq təbiidir. Əslində, bir irqdə bir xüsusiyyətin digərinə nisbətlə daha inkişaf etmiş və ya daha primitiv olduğunu tapmaq mümkündür.42

Simpson tərəfindən ifadə edilən bu batil görüş heç bir elmi dayağının olmadığına baxmayaraq, fərqli çevrələr tərəfindən ideoloji qayğılarla mənimsəndi. Dövrün digər elm adamları da yazılarında, çıxışlarında və kitablarında təkamül nəzəriyyəsinin elmdən kənar iddialarını müdafiə edərkən bir tərəfdən də irqçiliyə dəstək verirdilər. 20-ci əsrin birinci yarısının öndə gələn irqçi və təkamülçü antropoloqlarından və o dövrün “Amerikan təbiət tarixi” muzeyinin rəhbəri H.Osborn da “İnsan irqlərinin təkamülü” başlıqlı yazısında irqlər arasında müqayisələr aparıb heç bir elmi dəlilə əsaslanmayan bəzi nəticələr qarşıya qoymuşdur:

Orta hesabla yetkin bir zəncinin zəka standartı homo sapiens (insan) növünə aid on bir yaşındakı bir gənc ilə bənzərdir.43

Bu elm adamlarının ifadələrində də göründüyü kimi, 19 və 20-ci əsrdə təkamülçü elm adamlarının çoxu irqçi idi və bu azğın görüşlərinin daşıdığı təhlükələr görməməzlikdən gəlinirdi. Amerikalı elm adamı C.Ferquson 19-cu əsrdə başlayan sözdə elmi təkamüli irqçiliyin dünya üzərindəki korlayıcı təsiri haqqında bunları deyir:

19-cu əsr Avropasında irq anlayışı inkişaf edən bəşəri elmlər üçün narahatlıq ünsürü idi... İlk fiziki antropoloqlar 1930-cu illərdə Almaniyada və günümüzdə cənubi Afrikada ənənəvi irqçiliyi qızışdıran “Aryan üstünlüyü” anlayışının inkişafına kömək etdilər.44

Təkamülçü S.C.Qould bir məqaləsində təkamülçü antropoloqların irqçi fikirləri üçün belə demişdir:

İrqlərin təyin olunması və dərəcələndirilməsii mövzusundakı istəyini qiymətləndirmədikcə... 19-cu əsrin sonunun və 20-ci əsrin əvvəlinin antropoloji tarixini kifayət qədər anlaya bilmərik.45

Təkamül nəzəriyyəsinin sözdə elmi əsaslılıq qazandırması ilə 19-cu və 20-ci əsr elm adamları çəkinmədən və tərəddüd etmədən “aşağı irqlər”, “insanlardan çox meymunlara daha yaxın olan irqlər” kimi xəyali anlayışlardan bəhs etmişdilər. Hitler kimi zalım irqçi diktatorlar isə bu mühiti fürsət bilib milyonlarla insanı özünə görə "aşağı", "qeyri-kafi", "qüsurlu", "xəstə" olduqları üçün qətl etdilər.

Darvin də irqçi idi

aborigen

Darvinistlərin aşağı irq olaraq gördükləri aborigenlər digər insanlardan fərqi olmayan bir irqdir. Sağda 2000 Olimpiya atəşini alovlandıran aborigen mənşəli məşhur atlet Keti Friman.

20-ci əsr irqçiliyin amansızlığına və mərhəmətsizliyinə çox şahid olduğu üçün dövrümüzdə təkamülçülərin böyük əksəriyyəti 19-cu əsr təkamülçülərinin əksinə, irqçiliyə qarşı olduqlarını söyləyirlər. Darvinin adını da irqçilik iddialarından özlərinə görə təmizləməyə çalışırlar. Darvinlə əlaqədar yazıların bir çoxuna baxsaq, Darvinə sözdə köləliyə qarşı çıxan, şəfqətli, yaxşı niyyətli, mərhəmətli bir insan olduğu təəssüratı vermək üçün xüsusi səy göstərildiyini görə bilərik. Halbuki, Darvin həqiqi mənada irqçidir və təbii seleksiya nəzəriyyəsinin insanlar arasında irq ayrı-seçkiliyinə və irqlər arasındakı qarşıdurmaya bir elmi səbəbin olduğu yanlışlığına inanır. Darvinin kitablarında, bəzi məktublarında və xüsusi qeydlərində irqçiliyinə dair açıq ifadələr vardır. 19-cu əsrin təkamülçülərinin demək olar ki, hamısının irqçi olduqlarının ən əhəmiyyətli səbəblərindən biri fikri öndərləri olan Darvinin də irqçi görüşlərə sahib olmasıdır. Məsələn, Darvin “İnsanın törəməsi” adlı kitabında zəncilər və aborigenlər kimi bəzi irqlərin sözdə aşağı irqlər olduqlarını və həyatda qalma mübarizəsində gələcəkdə ələnib ortadan qalxacaqlarını iddia etmişdir:

Bəlkə də yüz illər sürməyəcək yaxın zamanlarda mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da, şübhəsiz, ələnəcəklər. Bu minvalla, insanla ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. Bunun sayəsində ortada indiki avropalılardan daha mədəni olan irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan əntər növlü meymunlar qalacaq.46

Darvin yuxarıdakı sözlərində bəzi irqləri qorillalarla bir tutmuş, "mədəni insan irqləri"nin "vəhşi irqləri" yox edəcəyini, onları yer üzündən tamamilə siləcəyini iddia etmişdir. Yəni Darvin yaxın gələcəkdə meydana gələcək soyqırımlardan, irqi qətliamlardan danışır. Necə ki, Darvinin bu fəlakət dolu "uzaqgörənliyi" reallaşmış, təkamül nəzəriyyəsini özlərinə sözdə elmi dəstək olaraq görən irqçilər 20-ci əsrdə böyük qətliamlar törətmişlər. Nasistlərin İkinci Dünya Müharibəsində təxminən 40 milyon insanı qətl etməsi, Cənubi-Afrikadakı “apartheid” sistemi (Cənubi-Afrika hökuməti tərəfindən tətbiq olunan avropalı irqlərin digərlərinə görə imtiyazlara sahib olması sistemi), Avropada türklərə və digər xaricilərə yönələn irqçi hücumlar, ABŞ-da zəncilərə, Avstraliyada isə aborigenlərə yönələn irq ayrı-seçkiliyi Avropanın bir çox ölkəsində zamanla çoxalan neo-nasist hərəkatları həmişə darvinizmin irqçiliyə verdiyi sözdə elmi dəstəkdən istifadə edib güc tapmışdır. (Faşizm, irqçilik və darvinizm əlaqəsi haqqında daha ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Darvinizmin qanlı ideologiyası: faşizm” Vural nəşriyyat, may 2001)

biqlin_seferi

Darvinin "The Voyage of the Beagle" (Biqlin səfəri) adlı kitabı

Darvinin irqçi ifadələri bununla da məhdudlaşmır. Məsələn, “Növlərin mənşəyi”ndən əvvəl nəşr olunan “Biqlin səfəri” adlı kitabında Biql adlı gəmi ilə etdiyi səfərdə qarşılaşdığı Tierra del Fueqo (odlu torpaq) yerlilərini az inkişaf etmiş, geri qalmış insan irqləri olaraq adlandırmış və belə demişdir:

Bu, istisnasız həyatım boyunca müşahidə etdiyim ən qəribə və ən maraqlı mənzərə idi (Tierra del Fueqo yerlilərini ilk dəfə görmək). Bir vəhşi ilə mədəni insan arasındakı fərqin belə böyük olduğuna inanmazdım. Fərq vəhşi heyvanla ev heyvanı arasındakı fərqdən daha böyükdür. Əminəm ki, bütün dünyanı axtarsaq, bundan aşağı səviyyəli insana rast gəlmərik.47

Darvin özünə görə barbar kimi səciyyələndirdiyi Pataqoniya yerlilərini isə belə təsvir edir:

... Bəlkə də heç bir şey insanı barbarı öz yuvasında görmək qədər təəccübləndirməz. Bu insanın ən aşağı və ən vəhşi halıdır. İnsanın ağlı keçmiş əsrlərə doğru gedir və sonra soruşur ki, atalarımız bunlar kimi insanlar ola bilərmi? Hərəkətləri və ifadələri əhliləşdirilmiş heyvanlardan daha az aydın olurdu... Vəhşi və mədəni insan arasındakı fərqi tərif və ya təsvir etməyin mümkün olduğuna inanmıram.48

Darvin yazdığı bir məktubunda yenə Tierra del Fueqo yerlilərini belə təsvir etmişdir:

Tierra del Fueqoda çılpaq, rəngli, tir-tir əsən və görünüşü insanı sanki dəli edən vəhşi insanı ilk gördüyümdə atalarımın az-çox buna bənzər varlıqlar olduqlarının lazım olduğunu düşündüm. Onda bu mənə çox iyrənc gəlmişdi. Hətta bu mənə indiki inancım olan müqayisə edilməyəcək qədər uzaq atalarımın tüklü vəhşi heyvanlar olduğu fikrindən belə daha iyrənc gəlmişdi. Meymunlar təmiz ürəkli heyvanlardır. (Darvinin Ç.Kinqsleyə məktubu)49

Bütün bu sözlər Darvinin irqçiliyinin əhəmiyyətli göstəriciləridir. Darvin bəzi insan irqlərini tamamilə alçaltdığı halda, meymunları "təmiz ürəkli heyvanlar" ifadəsi ilə insanlaşdırır və tərifləyirdi. Darvinin irqçiliyinin göstəriciləri yalnız bunlar deyildi; aşağı irqlərin yox edilməsinin lazım olduğunu, bunun təbii seleksiyanın nəticəsi olduğunu və mədəniyyətin inkişafına böyük təkan verəcəyini açıq şəkildə müdafiə edirdi. Darvin bu ağıl və vicdan xarici düşüncələrini iyul, 1881 tarixində V.Qraham adlı alimə yazdığı məktubunda belə dilə gətirirdi:

Təbii seleksiyaya əsaslanan müharibənin mədəniyyətin inkişafına sizin zənn etdiyinizdən daha çox fayda verdiyini isbat edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal edildiyində Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülünc gəlir. Avropa irqləri kimi bilinən mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişlər. Dünyanın çox da uzaq olmayan gələcəyinə baxdığımda bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm.50

Göründüyü kimi, Darvinin irqçi hədyanları yüksək əxlaqa və şanlı tarixə sahib türk millətinə qədər uzanmışdır. (Darvinin türk millətinə qarşı düşmənliklə ifadə etdiyi əsassız sözlərinin tarixi və elmi baxımdan yalan olduğunu Harun Yəhyanın “Təkamül nəzəriyyəsinin irqçi üzü: Darvinin türk düşmənliyi” adlı kitabından oxuya bilərsiniz. Kültür Nəşriyyat, İstanbul, oktyabr 2001)

Darvin öz azğın düşüncələrinə görə aşağı irq olaraq gördüyü millətlərin yox edilməsini nəzərdə tutaraq həm təkamül nəzəriyyəsinin irqçiliyə verdiyi dəstəyi göstərir, həm də 20-ci əsrdə meydana gələn irqi müharibələrin, qətliam və soyqırımların sözdə elmi təməlini meydana gətirirdi.

Təkamülçülər böyük səylə Darvinin adının irqçiliklə yanaşı çəkilməsini önləməyə çalışsalar da, Harvard Universitetindən S.C.Qould “Növlərin mənşəyi” kitabına isnad edib Darvinin irqçiliyə verdiyi dəstəyi qəbul edir:

afrikali koleler

1904-cü ildə cənub-qərbi Afrikada azadlıq istəyən kölələr vəhşicəsinə basdırıldılar.

1859-cu ildən əvvəl irqçilik haqqında bioloji müzakirələrə rast gəlmək mümkündür, lakin təkamül nəzəriyyəsinin qəbul edilməsi ilə bunlar böyük əhəmiyyət qazanıb artdılar.51

Yalnız Darvin deyil, T.Haksli kimi təkamül nəzəriyyəsinin ən öndə gələn müdafiəçiləri də irqçi idi. Haksli Amerika vətəndaş müharibəsindən qısa müddət sonra zənci kölələrin azadlığa çıxmasının ardından belə yazmışdı:

Ətrafındakı hadisələrin fərqində olan məntiqli heç bir insan orta hesabla bir zəncinin ağ insanla bərabər və ya ondan bir az aşağı olduğuna inanmaz. Bütün bu çatışmazlıqlar çıxarıldığında qabarıq çənəli qohumumuzun (Himayənin və zalımlığın olmadığı bərabər mühitdə, dişləməyin deyil, düşüncələrin istifadə edildiyi bir yarışda olduğumuzu fərz etsək) böyük beyinli və kiçik çənəli rəqibinə qarşı müvəffəqiyyətlə mübarizə aparacağını düşünmək, həqiqətən də, ağılın qəbul etməyəcəyi bir düşüncədir.52

Haksli özünə görə zənci irqi haqqında insanlardan deyil, heyvanlardan danışırmış kimi bəhs edir, zəncilərin düşüncə yarışında mütləq geri qalacaqları kimi əsassız və dəfələrlə əksi isbat edilmiş iddialar önə sürür. Bu da təkamül nəzəriyyəsinin həqiqi üzünü göstərməsi baxımından son dərəcə əhəmiyyətlidir.

1800-cü illərin ortalarında təkamül nəzəriyyəsi ilə birgə ortaya atılan irqçilik toxumları 1900-cü illərin ortalarına doğru əsl nəticələrini verməyə başladı. Ən şiddətli şəkildə Almaniyada milli-sosializmlə birlikdə özünü göstərdi. Darvinin müasiri və təkamül nəzəriyyəsinin qatı müdafiəçisi olan F.Nitz Almaniyada "super insan" və "ali irq" kimi əsassız anlayışları məşhurlaşdırdı. Nasizm isə qaçılmaz bir son idi. Hitler və nasistlər Darvinin meşə qanununu milli siyasətə çevirdilər və 40 milyon insanın ölümünə səbəb oldular. (Bu mövzu "Darvin-nasizm koalisiyasının nəticəsi: 40 milyon ölü" başlıqlı hissədə incəlikləri ilə araşdırılacaq.)

Genetik baxımdan insanlar arasında irq ayrı-seçkiliyi yoxdur

irqi ferqlilik

1902-ci ildə asılaraq öldürülən iki gənc zənci. Bu gənclər fərqli irqdən olduqları üçün irqçilər tərəfindən öldürülüblər. Halbuki, 21-ci əsrdə aydın oldu ki, bioloji baxımdan insanlar arasında irqi fərqlilik yoxdur.

Xüsusilə son 10 ildir ki, genetika elmində əldə edilən tapıntılar bioloji baxımdan insanlar arasında irqi fərqliliklərin olmadığını ortaya çıxardı. Elm adamlarının bir çoxu bu mövzuda həmfikir idilər. Məsələn, Atlantda keçirilən elmin inkişafı konqresində elm adamları belə bir açıqlama verdilər:

İrq tarixə keçmiş hadisələrlə şərtləndirilmiş hisslərimizin məhsulu olan sosial fantastikadır. Heç bir bioloji həqiqəti yoxdur.53

Genetik araşdırmalarda irqlər arasındakı genetik fərqliliklərin çox kiçik olduğu və genlərə baxılıb irqlərin ayırd edilməsinin mümkün olmadığı ortaya çıxdı. Mövzu haqqında araşdırma aparan elm adamları eyni qrupda yer alan insanlar arasında da genetik olaraq 0.2 faiz fərq olduğunu ifadə edirlər. İrqi fərqlilikləri təyin edən dəri rəngi, göz şəkli kimi xüsusiyyətlər isə bu 0.2 faizin yalnız 6 faizini meydana gətirir. Bu da genetik olaraq irqlər arasında yalnız 0.012 faiz fərqin olduğu mənasına gəlir.54 Başqa sözlə desək, irqi fərqliliklər tamamilə əhəmiyyətsiz deyiləcək qədər azdır.

“New York Times” qəzetinin 22 avqust, 2000-ci il tarixli sayında N.Anqer imzası ilə nəşr olunan “İrqlər fərqlidirmi? DNT-nin göstərdiyinə görə çox deyil” başlıqlı yazıda bu son tapıntılar belə açıqlanır:

Elm adamları uzun illər cəmiyyət tərəfindən qəbul edilən irqi kateqoriyaların genetik səviyyəyə əks olunmadığından şübhə etdilər.

Ancaq tədqiqatçılar insan vücudunun demək olar hər hüceyrəsinin ürəyində saxlanan və genetik material tamamlayıcısı olan insan genomunu daha yaxından araşdırdıqca insanları "irq" yolu ilə bir-birindən ayırd etmək üçün istifadə edilən standart etiketlərin çox az və ya heç bir bioloji məna ifadə etmədiyinə daha çox inandılar.

İlk baxışda bir insanın qafqazlı, afrikalı və ya asiyalı olub-olmadığını söyləməyin asan olduğunu, lakin görüntünün altındakı xüsusiyyətlərə gəldikdə və genomu irqin DNT xüsusiyyətləri üçün araşdırdıqda bu asanlığın ortadan qalxdığını söyləyirlər.55

milliyet

Milliyet, 13 fevral 2001

"New York Times" qəzetində nəşr olunan "İrqlər fərqlidirmi? DNT-nin göstərdiyinə görə yetəri qədər deyil" başlıqlı yazı.

İnsan genomu layihəsini icra edən “Celera Genomics” şirkətinin rəhbəri J.K.Venter də irqin elmi deyil, sosial anlayış olduğunu deyir.56 Dr. Venter və “National İnstitutes of Health”də çalışan elm adamları insan genomunun bütün ardıcıllığının layihəsini bir yerə gətirdiklərini və yalnız tək bir insan irqinin olduğu nəticəsinə gəldiklərini ifadə edirlər.

“Manhattan North General Hospital”ın rəhbəri Dr. H.P.Friman isə biologiya və irq mövzusundakı işlərinin nəticəsini belə yazır:

İrqi baxımdan yanaşdığımızda genlərinizin nə qədərinin xarici görünüşünüzə əks olunduğunu soruşsanız, buna veriləcək cavab belə olar ki, bu, 0.01 faiz civarındadır. Bu, genetik quruluşunuzun çox aşağı səviyyədə əks olunmasıdır.57

Eyni nəticəyə gələn elm adamlarından bir başqası da Vaşinqton Universitetindən biologiya professoru A.R.Templetondur. Templeton fərqli millətlərdən insanların DNT-lərini analiz etmişdir. Analizlər nəticəsində insan növündə çoxlu genetik variasiya var ikən bu variasiyaların çoxunun fərdi olduğunu müşahidə etmişdir. Millətlər arasında hər nə qədər bəzi variasiyalar olsa da, bu variasiyaların çox kiçik olduqlarını təyin etmişdir. Templeton gəldiyi nəticələri (təkamülə olan səhv inancını qorumaqla birlikdə) belə qeyd edir:

İrq cəmiyyətdə mədəni, siyasi və iqtisadi bir anlayışdır, ancaq bioloji anlayış deyil. Təəssüflər olsun ki, bir çox insan -genetik fərqliliklərin- insan irqinin əsli olduğu yanlışlığına inanır... Mən mövzuya bir az obyektivlik əlavə etmək istədim. Olduqca tərəfsiz analizin nəticəsinə görə insanlığın bir-birindən həqiqətən fərqli alt qruplara bölünməsi kimi bir şey söz mövzusu deyil.58

usaq

 

Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.(Muminun surəsi, 101)
 

 

Templetonun əldə etdiyi nəticələrə görə, avropalılarla aşağı saxaralı afrikalılar arasında və avropalılarla melaneziyalılar (Şimal-şərqi Avstraliya adalarının sakinləri) arasındakı genetik bənzərlik afrikalılarla melaneziyalılar arasında olduğundan daha çoxdur. Halbuki, aşağı saxaralı afrikalılarla melaneziyalılar qara dəriləri, saçlarının cinsi, kəllə və üz şəkilləri baxımından bir-birlərinə daha çox bənzəyirlər. Bunlar bir irqin səciyyəvi xüsusiyyətini göstərmək üçün istifadə edilən xüsusiyyətlərdir, ancaq genetik baxımdan bu insanlar bir-birlərinə daha az bənzəyirlər. Templeton bu tapıntının göstərdiyi kimi, irqi xüsusiyyətlərin genlərdə görünmədiyini ifadə edir.59

ferqli usaqlar

 


Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır! (Rum surəsi, 22)
 

 

Populyasiya genetikləri L.K.Sforza, P.Menozzi və A.Piazza tərəfindən yazılan “İnsan genlərinin tarixi və coğrafiyası” adlı kitabda da bu nəticəyə gəlinir:

Boy və ya dəri rəngi kimi xarici xüsusiyyətlərdən məsul olan genlər xaricə çıxarılarsa, insan irqləri dərilərinin altında bir-birlərinə fövqəladə bənzər olduqları görünər. Fərdlər arasındakı növlərə ayrılmalar qruplar arasındakı növlərə ayrılmalardan daha böyükdür.60

Kitab haqqında bir dəyərləndirmənin yer aldığı “Time” jurnalında isə mövzu ilə əlaqədar bunlar deyilir:

Əslində, fərdlər arasındakı fərqlilik elə böyükdür ki, bütün irq anlayışı genetik səviyyədə mənasını itirir. Nüfuzlular hər hansı bir populyasiyanın bir başqasının qarşısında genetik üstünlüyündən danışan nəzəriyyələrin heç bir elmi təməlinin olmadığını söyləyirlər. Çətinliklərə baxmayaraq, alimlər bəzi mühüm kəşflər etdilər. Bunlardan biri hələ kitabın üz qabığında yer alır: dünyanın genetik müxtəlifliyinin rəngli xəritəsində yelpiyin bir ucunda Afrika, digər ucunda da Avstraliya yer almışdır. Avstraliyalı aborigenlər və orta səhralı afrikalılar dəri rəngi və bədən forması kimi xarici xüsusiyyətləri bölüşdükləri üçün onların yaxın əlaqəli olduqları geniş miqyasda qəbul edildi. Amma genləri fərqli şeylərdən bəhs edir. Avstraliyalılar bütün insanların içində afrikalılardan ən uzaq olanlardır və qonşuları olan cənub-şərqi asiyalılara daha çox bənzəyir.61

İrqçi hərəkətlərdən nümunələr - Nigeriyalı kiçik qız

Bəzi dərman firmalarının Afrika, şərqi Avropa, Asiya və cənubi Amerika ölkələrinin vətəndaşları üzərində yeni istehsal etdikləri dərmanları sınadıqları və bu təcrübələr əsnasında əxlaq və peşə qanunlarının pozulduğu məlum olmuşdur. Bunun ötən illərdə ortaya çıxan örnəklərindən biri məşhur dərman firması tərəfindən həyata keçirilən təcrübə oldu. 1996-cı ildə Nigeriyanın Kano şəhərində yaşayan 10 yaşlı, 18.5 kq çəkisi olan kiçik qız meningit xəstəliyindən dolayı dəhşətli ağrılar çəkirdi. Həmin amerikan dərman firmasının qurduğu düşərgədə hələ icazəsi alınmamış bir antibiotik uşaqlar üzərində sınaqdan keçirildi. Bu dərman firma üçün çox əhəmiyyətli idi. Birja analizlərində bütün istifadə sahələri üçün icazə alındığı təqdirdə, dərmanın şirkətə hər il 1 milyard dollar gətirəcəyi gümanında idi. Təcrübə üçün Amerikada xəstə tapa bilməyən şirkət Kanoya gəlmişdi. Kiçik qız bu firmanın peşəkarları tərəfindən bir növ sınaq kimi istifadə edildi.

Həkimlər balaca qıza bu dərmandan gündə 56 milliqram verməyə başladılar. Dərmana başladıqdan bir gün sonra balaca qız öldü. Vaşinqton Post qəzeti apardığı araşdırmalar nəticəsində Afrika, Asiya, şərqi Avropa və cənubi Amerikada ticarət mənfəəti məqsədilə aparılan dərman təcrübələrinin getdikcə yayıldığını göstərdi. Bəzi amerikan firmaları Amerikan qida və dərman dairəsinin qanunlarından qaçmaq üçün bu ölkələrdəki həkimlərlə iş birliyi edir və on minlərlə üçüncü dünya ölkəsi vətəndaşını təcrübələrdə istifadə edirdilər. Nigeriyadakı meningit təcrübəsində olduğu kimi, həmin firmanın işçiləri təcrübələrin icazə alınmaqla həyata keçdiyini söylədilər, lakin ekspertlər hadisənin bir çox baxımdan tibb əxlaqına və zəruri qaydalara zidd olduğunu ifadə etdilər. Məsələn, bu cür təcrübələrin, ümumiyyətlə, ən az bir il davam etməsi gərəkdiyi halda, Nigeriyadakı təcrübə yalnız 6 həftə davam etmişdi. Digər tərəfdən, Amerikada meningit xəstələrinə dərmanlar təsirini çox tez göstərən iynə vasitəsilə verilərkən, Nigeriyadakı təcrübələrdə bu dərmanın ağızdan qəbul edilən və daha əvvəl uşaqlar üzərində heç tətbiq olunmamış bir növü istifadə olunmuşdu. Təcrübədə dərman müsbət təsir göstərmədikdə başqa dərmana keçmək gərəkdiyi halda, istehsalçı firmanın peşəkarları balaca qıza ölənə qədər bu dərmandan verməyə davam etmişdilər.

Həmin dərmanın uşaqlar üzərində istifadə olunmasına heç vaxt icazə verilməməsi, yetkinlər üzərində istifadə olunmasının isə qaraciyər xəstəliklərinə və ölümə səbəb olduğu bəyanatı ilə Amerikada buna məhdudiyyət qoyulması və Avropada tamamilə qadağan olunması dərmanın nə qədər təhlükəli olduğunu göstərir. 1

Darvinin qəbir oğruları

aborgen

Müasir dövrdə də aborigenlərə qarşı ayrı-seçkilik davam edir. Yuxarıda aborigenlər əllərindən torpaqlarının alınmasına qarşı etiraz edirlər.

Darvinin "Növlərin mənşəyi" kitabının yayımlanmasından sonra bəzi darvinistlər insanın guya təkamülündəki itən halqalarını axtarmağa başladılar. İrqçi təkamülçülər avstraliyalı aborigen yerlilərinin insanın təkamülündəki ibtidai mərhələlərdən biri olduqlarına inanırdılar. Bunu sübut etmək üçün aborigenlərin cəsədləri qəbirlərindən çıxarılıb Amerika və Avropadakı muzeylərə satılmağa başlandı. 1991-ci ildə Avstraliyada çıxan həftəlik "The Bulletin"də Devid Monaqan imzası ilə təəccübü məlumatlar yayımlandı. 2 Monaqan 18 ay bu mövzu üzərində çalışmış, Londonda araşdırmalar aparmış və 8 oktyabr 1990-cı il tarixində İngiltərədə yayımlanan "Darwin's Body-Snatchers" (Darvinin qəbir oğruları) adlı sənədli film hazırlamışdı. Jurnalist Monaqanın "The Bulletin"də çıxan yazısında verilən məlumatlardan bəzisi belə idi:

• İngilis və amerikalı təkamülçülər ibtidai insan nümunələri toplamaq işini olduqca genişləndirmişdilər. Vaşinqtondakı Smithsonian İnstitutunda fərqli irqlərdən 15.000 insana aid qalıq var idi. (Əlbəttə, topladıqları bu nümunələr heç bir şəkildə onların iddia etdiyi kimi ibtidai irqdən olan insanlar deyildi. Bunlar fərqli fiziki xüsusiyyətlərə malik, fərqli etnik mənşə və irqə aid olan insanlar idi)

• Muzey rəhbərləri ilə yanaşı, ingilis elminin öndə gələn adları da bu qəbir oğurluğu ticarətinə qarışmışdılar. 3 Riçard Ouen, antropoloq Sir Artur Kit və Darvinin özü bu insanların arasında idi. Darvin bir məktubunda əgər onları qəzəbləndirmirsə, dörd tasmaniyalı aborigenin kəllə sümüyünü istədiyini söyləyirdi. Muzeylər yalnız skeletlə deyil, dəri ilə də maraqlanırdı. Bunları nümayiş etdirmək üçün qeyri-adi vəsait kimi qəbul edirdilər.

• Duzlanmış aborigen beyinlərinə də böyük maraq var idi, bu beyinləri aborigenlərin ibtidai irq olduğunu sübut etmək üçün istəyirdilər.

• Aborigenlərə aid kəllə sümüklərinin insanları öldürməklə əldə edildiyinə dair heç bir şübhə yoxdur.

• 1874-cü ildən etibarən 20 il boyu Sidneydəki Avstraliya Muzeyində rəhbərlik edən Edvard Ramsey çıxardığı muzey kitabında aborigenlərdən Avstraliya heyvanları olaraq bəhs edirdi. Yazıçı kitabda qəbirlərdən aborigenlərə aid cəsədlərin necə oğurladığını izah etməklə kifayətlənmir, eyni zamanda, yeni öldürülən aborigenlərin kəlləsindəki güllələrin necə çıxarılacağını izah edirdi. Bir çox kəllə sümüyü kolleksiyaçısı onun tövsiyələrinə görə çalışdı. Banci qara dərililərin kəllə sümüyünü istədikdən dörd həftə sonra bir gənc tələbə ona iki kəllə sümüyü yolladı və bu sümüklərin qəbilələrinin son iki üzvü olduğunu və yeni vurulduğunu söylədi. 4

• Alman təkamülçü Amaliya Ditrix Avstraliyaya gəldikdə benzindoldurma məntəqəsi sahiblərinə aborigenləri vurmalarını tövsiyə etdi və vurduqları aborigenləri muzeyinə aparmaq istədiyini söylədi.5

aborgenler

Aborigenlərə qarşı qətliamı və pis rəftarı özündə əks etdirən başqa bir əsər isə Avstraliya Mühit və Mədəniyyət Mirası Naziri Şarman Stoun tərəfindən yazılan "Aborigines en White Australia: A Documentary History of the Attitudes Affecting Official Policy and the Australian Aborigine 1697-1973" (Avstraliyalı aborigenlərə yönələn, rəsmi siyasətə təsir edən yanaşmaların sənədli tarixi, 1697-1973) adlı kitabdır. Kitab yazıçının bir neçə açıqlamasından başqa, parlament sənədləri, məhkəmə qeydləri, redaktorlara gələn məktublar, antropoloji hesabatlar kimi sənədlərdən ibarətdir.

Şarman Stoun kitabda Darvinin nəzəriyyəsi ilə aborigenlərin qətl edilməsi arasında belə əlaqə qurur:

1859-cu ildə Çarlz Darvinin kitabı "Növlərin mənşəyi" ilə birlikdə bioloji (və ictimai) təkamül xalqın anlaya biləcəyi şəkildə izah olunmağa başladı. Təhsilli insanlar öz aralarında mədəniyyətin yeganə mərhələ olduğunu və irqlərin bu mərhələdən aşağı, ya da yuxarı hərəkət etdiyini müzakirə etməyə başladılar. Avropalı insan həyatda qalmağa ən uyğun idi... Aborigenlər isə təbiət qanunlarına uyğun olaraq dinozavrlar və dodo quşu kimi əvvəl-axır yox olacaqdılar. Əllərindəki hadisələrlə dəstəklədikləri bu nəzəriyyə qara irqin çoxaldığının fərq edildiyi 20-ci əsrin müəyyən hissəsinə qədər qəbul edilməyə və xatırlanmağa davam etdi. Bu zamana qədər biganəlik və cinayəti haqlı göstərmək üçün istifadə olunurdu. 6

Duqlas Nikolas

Cənab ünvanı alan ilk aborigen cənab Duqlas Nikolas və həyat yoldaşı.

Yazıçının da bildirdiyi kimi, bəzi avropalı darvinistlər aborigenlərin davamlı ölməsini bu irqin təbiət qanunlarının bir tələbi olaraq yox olmağa məhkum olduğunun dəlili kimi göstərirdilər. Lakin 20-ci əsrdə bu dəlillərinin qəbul olunmadığı aydınlaşdı. Çünki aborigenlərin ölüm səbəbləri təbiət qanunları deyil, gördükləri pis rəftar idi. Həmçinin qara dərili insanların sayının olduqca sürətlə artması ilə darvinistlərin bu iddialarının da doğru olmadığı sübut olundu.

1861-ci ildə Yüksək Heyətin apardığı istintaqda bir polis məmurunun verdiyi cavablar aborigenlərə qarşı pis rəftarın darvinist və irqçi təməllərini və o dövrdə bunun çox təbii qarşılandığını görmək üçün önəmlidir. Bu məmur belə demişdir:

"Əgər biz qara dərililəri cəzalandırmasaq, onlar bunu zəiflik göstəricisi olaraq qəbul edəcəklər... Bu, hansı irqin ən güclü olduğu ilə əlaqədar bir mövzudur - əgər onlara boyun əysək, bunun üçün bizi alçalda bilərlər. 7

Stounun araşdırmasına görə, 1880-ci ildə çıxan qəzet xəbərində də belə deyilirdi:

Edə biləcəyimiz heç bir şey bu dünyadakı inkişafımıza nəzarət edən sirli və dəyişməz qanunları dəyişdirməyəcək. Bu qanunlar sayəsində Avstraliyanın yerli irqi ağ adamın oraya gəlişi ilə birlikdə ölümə məhkum olmuşdur. Bizim öhdəmizə düşən və edəcəyimiz tək şey isə bunların yaranmasına mümkün ola biləcək ən az vəhşilikdən istifadə edərək kömək etməkdir. Qara dərililəri qorxu ilə idarə etməliyik... 8

dostluq

Bu sətirlər sosial darvinist dünyagörüşünün təməlindəki qəddarlığı bir daha sübut edir. Yalnız dərilərinin rəngləri fərqli olduğu və bəzi fərqli fiziki xüsusiyyətlərə malik olduqları üçün bu insanları bir növ heyvan olaraq qəbul etmələri və bu insanlara heyvanlara belə layiq olmayan rəftar göstərmələri sosial darvinistlərin zalımlığının dəlillərindən yalnız biridir. Yenə 1880-ci ildə bir qəzetə yazılan məktubda sosial darvinistlərin aborigenlərə etdiyi zülm belə izah olunurdu:

Açıq demək lazımdır ki, bu, bizim aborigenlərlə necə mübarizə apardığımızı göstərir: aborigen yerlilərinin yaşadıqları yeni bölgələri işğal etdikdən sonra, onlara o bölgədə rast gəlinən vəhşi heyvanlar, ya da quşlar kimi davrandıq. Həyat və malları, yurd-yuvaları avropalılar tərəfindən tamamilə istifadə olunmaq üçün əllərindən alındı. Yeməkləri alındı, uşaqları oğurlandı, qadınları ağ dərililər tərəfindən aparıldı. Ən kiçik bir müqavimətə silahlarla cavab verildi... Əylənmək istəyənlər yerli qara dərililəri öldürdülər, onlara təcavüz edib qarət etdilər. Onlar nəzarətdən çıxmışdı və törətdikləri cinayətlərin nəticələrindən onları qurtarmaq üçün müstəmləkə idarəçiliyi hər zaman yanlarında idi. 9

Burada izah olunanlar darvinist irqçiliyin qaranlıq və qəddar tərəfinin yalnız çox kiçik bir hissəsidir. Ancaq dinsizliyin vəhşətini, darvinizmin bəşəriyyətə gətirdiyi fəlakətləri görmək üçün kifayətdir.

QEYDLƏR

1. Yeni Binyıl Gazetesi, 20.12.2000

2. David Monaghan, 'The Body-snatchers', The Bulletin, November 12. 1991, s. 30-38

3. David Monaghan, 'The Body-snatchers', The Bulletin, November 12. 1991, s.33

4. David Monaghan, 'The Body-snatchers', The Bulletin, November 12. 1991, s.34.

5. David Monaghan, 'The Body-snatchers', The Bulletin, November 12. 1991, s.33

6. Sharman Stone, Aborigines in White Australia: A Documentary History of the Attitudes Affecting Official Policy and the Australian Aborigine 1697–1973, Heinemann Educational Books, Melbourne, 1974

7. Sharman Stone, Aborigines in White Australia: A Documentary History of the Attitudes Affecting Official Policy and the Australian Aborigine 1697–1973, Heinemann Educational Books, Melbourne, 1974, s. 83

8. Sharman Stone, Aborigines in White Australia: A Documentary History of the Attitudes Affecting Official Policy and the Australian Aborigine 1697–1973, Heinemann Educational Books, Melbourne, 1974, s.96

9. Sharman Stone, Aborigines in White Australia: A Documentary History of the Attitudes Affecting Official Policy and the Australian Aborigine 1697–1973, Heinemann Educational Books, Melbourne, 1974, s.93


 

Rekapitulyasiya nəzəriyyəsi və İrqçilik

hekel

Ernst Hekel

Alman ateist və təkamülçü bioloq Ernst Hekkel tərəfindən iddia edilən rekapitulyasiya nəzəriyyəsinə görə, canlı rüşeymlərin inkişaf mərhələsi atalarının keçirdikləri təkamüli mərhələni təkrarlayır. Bu ağıldan kənar iddiaya görə, məsələn, insan rüşeymi ana bətnindəki inkişaf mərhələsində əvvəl balıq, sonra sürünən xüsusiyyətləri göstərir, ən sonda isə insana çevrilir. Uzun illər boyu təkamül nəzəriyyəsinin bir dəlili kimi göstərilən bu iddianın elmi olmadığı, tamamilə xəyal məhsulu bir ssenari olduğu aydın olmuşdur. 1

Ernst Hekkel iddia etdiyi elmdən kənar nəzəriyyəsini dəstəkləmək üçün saxta şəkillər hazırlamış, balıq və insan rüşeymlərini bir-birinə bənzətməyə çalışmışdır. Saxtakarlığının ortaya çıxmasından sonra isə özünü müdafiə etmək üçün digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini ifadə etmişdir. 2
Ancaq Hekkelin ortaya atdığı və şəkil saxtakarlıqları edərək müdafiə etdiyi bu xəyal məhsulu ssenari başda Almaniya olmaqla, bir çox ölkədə irqçiliyə elmi zəmin hazırlamışdır.

Rekapitulyasiya nəzəriyyəsinin elmdən kənar iddialarına görə, insanın rüşeym dövründə və ya uşaqlığında sahib olduğu xüsusiyyətlər, təkamüli atalarının yetkinlərindən qalan xüsusiyyətlərdir. Məsələn, Hekkel və tərəfdarları mədəni insanın uşaqlığının vəhşi insanın yetkinləri ilə eyni zəka və rəftar xüsusiyyətlərinə sahib olduğunu iddia etmişlər və bu iddialarını guya ağ irqin üstünlüyünü sübut etmək üçün istifadə etmişlər. Stiven C. Quld "Ever Since Darwin" (Darvindən bəri) adlı kitabında rekapitulyasiya nəzəriyyəsinin irqçiliyə verdiyi dəstəyi belə yekunlaşdırır:

saxta embrion

Ernst Hekel və saxta embrion şəkilləri

Rekapitulyasiya Hekkelin ən sevdiyi fikir idi... Hekkel və həmkarları rekapitulyasiyanı şimali avropalı ağların irqi üstünlüyünü təsdiqləmək məqsədi ilə gündəmə gətirdilər... Herbert Spenser mədəniləşməmiş cəmiyyətlərin zehni xüsusiyyətlərinin mədəni cəmiyyətlərin uşaqlarında yenidən ortaya çıxan xüsusiyyətlər olduğunu yazdı. Karl Voqt, 1864-cü ildə bunu daha sərt şəkildə ifadə edərək belə dedi: "Yetkin zənci zehni qabiliyyətləri baxımından uşaqla eyni xüsusiyyətləri daşıyır..." 3

Spenser, Voqt və başqalarının ortaya atdıqları bu iddia heç bir şəkildə həqiqəti əks etdirmirdi. Heç bir elmi əsası olmayan bu iddialar zaman içində elm tərəfindən təkzib edildi və tarixin tozlu səhifələri arasında tərk edildi. Quld, "Natural History" jurnalında nəşr olunan "Dr. Down's Syndrome" (Dr. Doun sindromu) adlı yazısında isə belə demişdir:

"Bu nəzəriyyə, ümumiyyətlə, "fərdin yaranması nəslin yaranmasının təkrarıdır" sözləri ilə ifadə edilir. Mənası, daha yüksək heyvanların rüşeymlərinin inkişaf müddətlərində ataları olan aşağı canlıların yetkin formalarını təmsil edən silsilə mərhələdən keçdikləridir. Rekapitulyasiya ağ dərili alimlərinin irqçilik iddialarının kulminasiya nöqtəsidir. 4

Air War College International Security Studies Core (Beynəlxalq Təhlükəsizlik İşləri Mərkəzi) başçısı Professor Corc J. Stein isə "American Scientist" jurnalında nəşr olunan "Biological Science and the Roots of Nazism" (Bioloji elm və nasizmin kökləri) adlı məqaləsində: "Əslində, Hekkel və sosial darvinist həmkarları nasional sosializmin təməl mülahizələri olan fikirləri inkişaf etdirmişlər", - deyərək, Hekkel-sosial darvinizm–irqçilik arasındakı təhlükəli əlaqəni yekunlaşdırır. 5

QEYDLƏR

1. Keith S. Thompson, "Ontogeny and Phylogeny Recapitulated", American Scientist, vol 76, Mayıs/Haziran 1988, s.273

2. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s.204

3. Stephen Jay Gould, "Racism and Recapitulation," Ever Since Darwin adlı kitabın 27. bölümü, (New York, W.W. Norton & Co., 1977), s. 217

4. Stephen Jay Gould, "Dr. Down's Syndrome", Natural History, vol.89, Nisan 1980, s.144

5. George J. Stein, "Biological Science and the Roots of Nazism," American Scientist, Vol. 76, Jan/Feb. 1988, s. 56.

Yeni imperializm və sosial darvinizm

adam willaerts

Adam Willaertsin bir ingilis gəmisinin şərqi Hindistana hərəkətini göstərən cədvəli.

Müstəmləkəçilik Darvindən daha əvvəl, 16-cı əsrdə Avropa ölkələrində inkişaf etməyə başlamışdı. Ancaq irqçilik kimi müstəmləkəçilik də Darvinin nəzəriyyəsindən güc qazandı və fərqli hədəf seçdi. 16-cı əsrdə və sonralar, xüsusilə də sənaye inqilabının ardından Avropa dövlətlərinin fərqli qitələrə və ölkələrə yayılmasındakı məqsəd daha çox ticari məqsəd daşıyırdı. Avropalılar istehsal etdikləri mallar üçün bazar axtarırdılar və həlli fərqli qitələrdəki ölkələrə hakim olmaqda görürdülər. 19-cu əsrdəki imperialist səylər isə daha fərqli səbəblər ehtiva edirdi. Buna görə, bu dövrdəki imperialist hərəkatlar "Yeni imperializm" olaraq xatırlanır.

Sosial darvinist təlqinlər yeni imperializmin dünyagörüşünə tamamilə hakim idi. Yeni imperializmə gətirib çıxaran darvinist səbəblərdən biri üstünlük yarışı idi. Bir-birləri ilə rəqabətə girən ingilis, fransız, alman və digərləri sözdə "həyat mübarizəsində" üstün gəlmək və "ən güclü" millət olmaq üçün daha çox torpaq əldə etmələrinin lazım olduğu yanlışlığına düşmüşdülər.

İkinci səbəb isə digər irqlərə qarşı üstünlüyün sübut edilməsi yanılması idi. "Üstün irq" olduqlarını iddia edən anqlo-saksonlar və aryanlar aşağı irq saydıqları afrikalıları, asiyalıları və ya Avstraliya yerlilərini idarələri altına almağı, onların iş qüvvələrini, zəngin qaynaqlarını və imkanlarını istismar etməyi özlərinə görə təbii haqları kimi görürdülər. Beləcə, iqtisadi qayğılardan çox darvinist hədəflər nəticəsində 19-cu əsr imperializmi inkişaf etdi.62

“Britannica” ensiklopediyasının 1946-cı il nəşrində yeni imperializmin sosial darvinist mənşələri üçün belə deyilir:

19-cu əsrin sonundakı bu yeni imperializm dövrü mənəvi dəstəyini bütün Avropanı alt-üst edən bismarkçılıq, sosial darvinizm və gücü, müvəffəqiyyəti ucaldan bənzər bütün nəzəriyyələrdən aldı. İrqçi nəzəriyyələr ənənəvi əxlaqi dəyərlərə (xristianlıq kimi) qarşı dövrün haradasa ən üstün inancı halına gələn bu yeni düşüncəyə elm və təbiət yolu ilə qanunilik qazandırmış kimi görünür.63

Sosial darvinizmin 19-cu əsr yeni imperializminin həqiqi mənşəyi olduğu bir çox tədqiqatçı və yazıçı tərəfindən qəbul edilir. Məsələn, tarix professoru Q.Himmelfarb “Darvin və darvinçi inqilab” adlı kitabında sosial darvinizmin irqçilik və imperializm ilə olan yaxın əlaqəsi haqqında bunları deyir:

Sosial darvinizm, ümumiyyətlə, belə aydın olmuşdur: rəqabəti, güc və şiddəti adət-ənənənin və din əxlaqının üzərində ucaldan bir fəlsəfə. Beləcə, radikal milliyyətçiliyin, imperializmin, militarizmin, diktatorluğun, qəhrəmanlıq kultlarının, üstün insan və ali irq inancının bir növ sandığı halına gəlmişdir.64

Məşhur alman tarixçi Uehler də sosial darvinizmin bu yönünü belə ifadə edir:

felestin

 

Üstdə ingilis müstəmləkəsindəki Hindistanda ingilis kral ailəsinin keçişi görünür. Altda isə Osmanlı imperiyasının ardınca Fələstin torpaqlarını işğal edən ingilis qüvvələrinin gəlişi görünür. Osmanlı rəhbərliyi altında əsrlərlə hüzur və təhlükəsizliyin hakim olduğu Fələstin torpaqlarında müstəmləkə rəhbərliyi ilə birlikdə qarışıqlıq, qarşıdurma və zülm başlamışdır.

 

 

Sosial darvinizm işçi və ya müstəmləkə xalqlarının azadlıq istəyinin mövcudiyyət mübarizəsindəki ikinci sinif insanların lazımsız etirazı kimi hesab edilməsinə və bir kənara atılmasına imkan verdi. İdarəçilərin mənfəətləri ilə əlaqəli olan bu gücü sosial darvinizmə qazandıran şey "rədd edilməz" elmi donda təqdim edilən tətbiq müxtəlifliyi idi. Bir ideologiya olaraq imperializmi dəstəklədiyi üçün sənayeləşmiş millətlərin içərisindəki tərəfdarları tərəfindən canlı tutulurdu.65

Alman G.Bernhardinin 1912-ci ildə “Britaniya Almaniyanın vassalı kimi” adlı kitabında alman imperializmi haqqında yazdığı sətirlərdə sosial darvinist fikirləri görmək mümkündür:

Dünya mədəniyyətinin faydası üçün Almaniyanın müstəmləkə imperiyasını genişləndirmək bizim vəzifəmizdir. Yalnız bu şəkildə dünyada alman mədəniyyətini siyasi, yaxud ən azından milli olaraq birləşdirə bilərik. Ancaq bu şəkildə alman mədəniyyətinin insanlığın inkişafında ən lazımlı amil olduğu qəbul edilər. Dünya səviyyəsində yeni bölgələr əldə etmək üçün bütün gücümüzlə səy göstərməliyik, çünki Almaniyanı gələcəkdə doğulacaq milyonlarla alman üçün qorumalı, onlar üçün yemək və iş təmin etməliyik. Onlar alman səması altında alman həyatı yaşamalıdırlar.66

Darvinist təlqinlərin təsiri ilə güc qazanmış imperializmin səbəb olduğu daha çox torpaq ələ keçirmək arzusu imperialist ölkələr arasında qarşıdurmalara səbəb oldu. Yenə darvinizmin yanlışlarına əsaslanmaqla ələ keçirilən torpaqlarda yerli xalqların sözdə aşağı irqin nümayəndələri olaraq qiymətləndirilmələri səbəbi ilə böyük zülmlər yaşandı. Söz mövzusu torpaqlara sözdə mədəniyyət aparmaq üçün yola çıxdıqlarını qarşıya qoyan imperialistlər darvinizmə əsaslanan azğın dünyagörüşləri üzündən bir çox acılara və göz yaşlarına səbəb oldular.

Sosial darvinizm və irqlərarası qarşıdurma

Allah`ın yer üzündə fərqli irqlər, qəbilələr və millətlər yaratmasının hikmətlərindən biri onların arasında mədəni ticarətin və dolayısilə qlobal bir mədəni zənginliyin olmasıdır. Allah fərqli insan birliklərini "bir-birləri ilə tanış olmaları üçün" yaratdığını Quranda xəbər verir. (Hucurat surəsi, 13)

Sosial darvinizmin batil dünyagörüşünə görə isə insanlar tanış olmaq üçün deyil, zidd olmaq üçün vardır. Buna görə, insanlığın inkişafının ən əhəmiyyətli yolu irqlər və millətlər arasındakı qarşıdurmadır. Sosial darvinistlərin məntiq xarici uzaqgörənliyinə görə, irqlər arasındakı qarşıdurmada üstün gəlmək üçün yeni tapıntılar əldə ediləcək, nəticədə, daha mədəni və üstün olanlar qalib gələcək və beləcə, insanlıq inkişaf edəcək. İnsanların döyüşərək, cinayət işlədərək, qətliamlar törədərək, digərlərini əzərək və onlara zülm edərək inkişaf edəcəklərini qarşıya qoymaq vəhşiliyi müdafiə etməkdən başqa bir şey deyil. İnsanlar və ya cəmiyyətlər arasında zamanla müxtəlif anlaşılmazlıqlar və ya problemlər baş verə bilər. Ancaq bütün problemlər sülh yolu ilə rahatlıqla həll edilə bilər. Həllin şiddətə əl atmaqda olduğunu düşünmək problemin daha da çətinləşməsindən başqa bir işə yaramaz. Yaxud -əvvəl də ifadə etdiyimiz kimi- millətlərin öz mənfəətlərini və gələcəklərini qoruyan tədbirlər almaq istəməsi haqlı tələbdir. Ancaq digər millətlərin haqlarını heç sayaraq və ya öz mənfəətlərinin digərlərini yox etməkdə olduğuna inanaraq siyasət müəyyən edilməsi həm məntiqdən, həm də vicdandan kənardır.

Dövrümüzdəki təkamülçülərinin insancıl və irqçiliyə qarşı kimi tanıtmağa çalışdıqları Darvin də irqlərarası qarşıdurmanı müdafiə etmiş və bu qarşıdurmada üstün gələnlərin özünə görə mədəni olanlar olacağı yalanını ortaya atmışdır. Darvinin və digər təkamülçülərin bəhs etdikləri mədənilər isə, əlbəttə ki, ağ irqdir. Darvinin “İnsanın törəməsi” kitabındakı bəzi ifadələri belədir:

Mədəni millətlər barbarlarla qarşılaşdıqlarında öldürücü iqlimin yerli irqə kömək etdiyi yerlər xaricində mübarizə qısa sürəcək... Bir-birləri ilə rəqabətdə olan millətlərin müvəffəqiyyət əldə etməsindəki ən əhəmiyyətli amil mədəni səviyyələri kimi görünür.67

Darvin kitabının başqa yerlərində olduğu kimi, bu ifadələrində də barbarlarla mədənilərin qarşıdurmasından danışır və üstünlüyün mədənilərə aid olduğunu iddia edir. Bu xəyali fərziyyələrinin səbəbiylə də demək olar ki, bir əsr boyu davam edən xaos və acılara zəmin hazırlamışdır.

Darvindən sonra da bir çox darvinist irqlərarası qarşıdurmanı sanki elmi bir həqiqət imiş kimi dilə gətirmişlər. Məsələn, 19-cu əsrin təkamülçü nəzəriyyəçilərindən və F.Qaltonun təqibçisi kimi qəbul edilən K.Pirsonun “Elmi baxımdan milli həyat” adlı kitabından götürülmüş aşağıdakı ifadələri 19-cu əsr darvinistlərinin irqlərarası qarşıdurmalara olan düşüncələrini və yeni imperializmin arxasındakı səbəbləri görmək baxımından əhəmiyyətlidir. Pirson digər sosial darvinistlər kimi irqlərarası qarşıdurmanın lazım olduğunu iddia edir və bir irq içindəki mübarizənin təkamül üçün kafi olmadığını zənn edir. Pirsonun heç bir elmi doğruluğu olmayan bu iddialarından bəziləri belədir:

koleliyin legvi

Amerika tarixindəki ən böhranlı iki dövrdən biri 1861-65-ci illər arasında reallaşan şimal-cənub müharibəsidir. Müharibə köləliyin ləğv olunmasını istəyən şimal əyalətləri ilə köləliyin davam etməsini müdafiə edən cənub əyalətləri arasında olmuşdur. Ağ irqin üstünlüyü iddiası insanları yalnız başqa irqlə deyil, öz irqi ilə də dörd il boyu döyüşəcək mövqeyə gətirmişdir. Şimal əyalətlərinin müharibədə qalib gəlməsi ilə Amerikada köləlik qadağan edilmişdir.

Pis irq haqqında söylədiklərim mənə görə aşağı insan irqləri üçün etibarlıdır. Neçə əsr və neçə min ildir ki, zənci afrikalılar Afrikada ağ adam tərəfindən narahat edilmədən böyük torpaqlara sahib oldular? Buna baxmayaraq, aralarındakı qəbilə qarşıdurmaları aryan irqi ilə bir az da olsa, müqayisə edilə bilən mədəniyyət meydana gətirmədi. İstədiyiniz kimi onları öyrədib yetişdirin, irqi dəyişdirmə mövzusunda müvəffəqiyyətli olacağınıza inanmıram. Tarix mənə yüksək səviyyədə mədəniyyət meydana gətirmək üçün yalnız və yalnız tək bir yol göstərir, irqin irqlə mübarizəsi və fiziki və zehni olaraq uyğun olan irqin həyatda qalması...68

Pirson və bənzərlərinin belə yanlış açıqlamaları imperialistlərə sözdə elmi dəstək vermişdir. Afrika qitəsini və Asiyanın əhəmiyyətli hissəsini işğal edən, Avstraliya yerlilərinə müxtəlif zülmlər edən bəzi Avropa dövlətləri işğallarının təbiətin qanunu və insanın inkişafının tək yolu olduğunu iddia etmişlər. (Bu iddianın elmi heç bir əsası olmadığı isə elm dünyasında yaşanan inkişaflarla birbaşa elm tərəfindən isbat edilmişdir.) Pirsona görə, tarix boyu şüursuz şəkildə aparılan müharibələr artıq şüurlu və əvvəldən planlı olaraq aparılmalıdır:

... İrqin irqə və millətin millətə qarşı bir mübarizəsi var. İlkin dövrlərdə bu mübarizə barbar qəbilələrin kor və şüursuz mübarizəsi idi. İndiki dövrdə mədəni ağ adamın durumunda daha şüurlu və milləti davamlı dəyişən ətrafa uyğun hala gətirəcək şəkildə diqqətlə yönləndirilmiş mübarizə mövcuddur. Millət mübarizənin necə və hara doğru yönləndirəcəyini əvvəldən görməlidir...

Sizdən millətə və digər millətlərə istər ordu, istər ticarət və istərsə də iqtisadi proseslərdən istifadə edib davamlı mübarizə içində olan mütəşəkkil bir bütün kimi baxmağınızı istəmişdim. Və sizdən hər cür mübarizəyə tamamilə pis bir şey kimi baxmamağınızı istəmişdim. Çünki mübarizə dünya tarixi boyu insanın irəliləyişinin qaynağı olmuşdur.69

İrqlər və millətlər arasındakı qarşıdurmaların, müharibə və çəkişmələrin inkişafın yolu olduğuna inanan, öz irqinin və millətinin xaricindəki irq və millətləri aşağı görən bu azğın məntiq 19-cu əsrdə dünyanın dörd tərəfində böyük torpaqları hakimiyyəti altına aldı. Bəzi imperialist Avropa dövlətləri işğal etdikləri torpaqlardakı millətlərə qarşı son dərəcə amansız davrandılar. İşlərində bu millətləri insan olaraq görmədikləri, kiçik hesab etdikləri, aşağı və zəif gördükləri, özləri ilə eyni haqlara sahib olduqlarını qəbul etmədikləri açıq şəkildə görünürdü. 19-cu əsrdə inkişaf edən yeni imperializm sosial darvinizmin dünya səviyyəsində tətbiqi oldu.

Darvinizmin təlqinlərinin bu qədər dəstək görməsinin səbəblərindən biri də dövrün Avropa ölkələrində insanların din əxlaqından uzaqlaşmalarıdır. Din əxlaqı insanların sülh içində yaşamalarını tələb edir. Allah insanlara bir-birlərinə qarşı bağışlayıcı və mərhəmətli olmalarını əmr etmişdir. Yer üzündə nizamı pozmaq, müharibə və qarşıdurmaları qızışdırmaq isə Allah qatında böyük məsuliyyəti olan pisliklərdir. Allah Quranda yer üzündə təxribatı, insanlara zərər verilməsini sevmədiyini xəbər vermişdir:

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 205)

Müstəmləkələrdəki amansız tətbiqlər

hindistan esgeri

Hindistandakı ingilis əsgərləri mərasim əsnasında

Öndə gələn müstəmləkəçi dövlətlərə hakim olan sosial darvinist görüşlər onların müstəmləkələrindəki millətlərə tətbiq etdikləri siyasətdə də özünü büruzə verirdi. Bu millətləri insan saymayan, özlərinə görə adi bir ara-keçid forması kimi görən bu rejimlər hakim olduqları ölkələrə acı, müsibət, bədbəxtlik gətirdilər. Bu ölkələrin mərhəmətsiz siyasətlərində sosial darvinizm ən əhəmiyyətli amillərdən biridir. Daha əvvəl də ifadə edildiyi kimi, bəzi millətlərin mövcud üstün irq iddiaları və kibrlərindən qaynaqlanan təcavüzkar, amansız, digər millətləri aşağı görən tətbiqləri sosial darvinizmlə saxta qanunilik qazanmışdır. Söz mövzusu ölkələr bu cür siyasətlərində etdiklərini haqlı görürdülər, bu da tamah və təcavüzkarlıqlarını artırırdı.

Tiryək müharibəsi bunun maraqlı bir nümunəsi idi. İngiltərə hələ 19-cu əsrin əvvəllərində Çinə tiryək satmağa başlamışdı. Halbuki, İngiltərədə tiryək çıxarmaq, satmaq və istifadə etmək qadağan idi. Öz insanlarını belə bir bəladan ciddi şəkildə qoruyan dövrün ingilis rəhbərləri qısa müddətdə bu ölkənin insanlarını tiryək aludəçisi halına gətirdilər. İmperatorun oğlu da tiryəkdən həddindən çox istifadə edib ölüncə imperator ingilislərin ölkəyə tiryək gətirmələrinə son verməyə qərar verdi. Hökumət vəzifəlisi Lin Tse-Hsu Şərqi Hindistan Şirkətinin ən böyük ticarət limanı olan Kantona tiryək idxalına son vermələri üçün görüşə göndərildi. İngilis tacirlər əməkdaşlığa yanaşmadıqları üçün Tse-Hsu tiryək anbarlarını bağlatdırdı. Bu, dərhal ardından əsgəri müdaxilə gətirdi. Çinlilər qəti məğlubiyyətə uğradılar və çox alçaldıcı razılaşmanı qəbul etmək məcburiyyətində qaldılar: bu razılaşmaya görə Çində tiryək ticarəti qanuni sayılacaqdı. Tse-Hsu isə hökumətdəki vəzifəsindən alındı və sürgünə göndərildi.

hediyye

Üstdə: azadlıq istəyən hindliləri ağır hücum ilə əzən ingilislər Solda: Vindzor hersoqu şahzadə Edvard, Koiyahur Mihracesindən hədiyyələr qəbul edərkən.

Altda: hind ordusu üçün əsgər seçən ingilis əsgəri.

Portuqaliyalılar isə sözdə üstünlüklərini Anqola xalqını kölələşdirməklə göstərdilər. Bu bölgədə yaşayan xalqın böyük hissəsini gəmilərlə qaçırdılar və beş illiyinə müqaviləli işçilər kimi uzaq yerlərə göndərdilər. Ancaq işçilərin çox az hissəsi müqavilənin sonunu görəcək qədər yaşadı.70 İşğal edilən yerlərin demək olar hamısında işğalçı dövlətlər uyğun hesab etdikləri torpaqlara və qaynaqlara əl qoydular, öz ölkələrindən gələn insanlara və ya şirkətlərə bu yerləri verdilər. Torpaqlarından edilən yerli xalqa isə heç maraq göstərilmədi. Bu xalqların pulları, iş qüvvələri, malları və mədən qaynaqları sonadək istismar edildi.

İngilislər müstəmləkələrindən aldıqları pambıq, çay, mədən cövhəri kimi xam maddələri İngiltərəyə gətirirdilər. Daha sonra bu xam maddələrlə çıxarılan mallar təkrar müstəmləkələrə gətirilib yüksək qiymətlərə satılırdı. Hindistandan alınan pambıq İngiltərədə işlənir və təkrar Hindistana satılırdı. Əsl maraqlı olan isə Hindistanda hind pambığının satışının qadağan edilməsi idi, yəni yalnız ingilislərin satdığı pambıq istifadə edilə bilərdi. Bundan başqa, hindistanlılar yalnız ingilislərin çıxardığı duzu satın ala bilirdilər.

Yeni imperializmin bir başqa haqsız tətbiqi də hakimiyyət altına alınan ölkələrin idarəçilərinə hörmət qoyulmamağı, onlara önəm verilməməyi idi. Halbuki, əvvəlki dövrlərdə kraliça Yelizavetdən Napaleona qədər bütün rəhbərlər xarici liderlərə qarşı bərabər şəkildə davranmışdılar. 19-cu əsrdə avropalılarda getdikcə güclənən özünü üstün görmə xəyalı kobudluq və insafsızlıq gətirdi.

Əsl maraqlı olan isə darvinist imperialistlərin başqa millətləri istismar edərkən bunu öz "aşağı irqlərin" və "geri qalmışların" yükünü boynuna götürdüklərini göstərmələri idi. İddialarına görə, dünyanın inkişafı üçün üstün irqin nizamının bütün dünyaya yayılması, aşağı olanların inkişaf etdirilmələri lazım idi. Başqa sözlə, müstəmləkəçi güclər işğal etdikləri torpaqlara mədəniyyət apardıqlarını iddia edirdilər. Ancaq tətbiq və siyasətləri onların sözdə yaxşı niyyətli iddialarının həqiqəti əks etdirmədiyini göstərirdi. Sosial darvinist düşüncələrə sahib 19-cu və 20-ci əsr müstəmləkəçi dövlətləri getdikləri ölkələrə rifah, xoşbəxtlik və mədəniyyət deyil, qarışıqlıq, döyüş, qorxu və alçaldılma gətirdilər. Müstəmləkəçiliyin müstəmləkə ölkələrə bəzi faydalar verdiyi qəbul edilsə də, zərərləri daha çox idi.

Karl Pirsonun aşağıda yer alan amansız və insanlıqdan, mərhəmətdən uzaq sözləri sosial darvinizmə əsaslanan irqçi və imperialist görüşlərin tam bir xülasəsi xüsusiyyətindədir:

hediyye

Üstdə: Vindzor hersoqu şahzadə Edvard, Koiyahur Mihracesindən hədiyyələr qəbul edərkən.

Altda: torba yarışı ilə Kraliça Viktoriyanın ad gününü qeyd edən ingilis əsgərlərini əyləndirən Zululular.

Mübarizə acı çəkməkdir, ciddi mənada acı çəkmək deməkdir. Ancaq mübarizə və acı ağ adamın hazırda çatdığı inkişafın mərhələləri olmuşdur. Artıq mağaralarda yaşamadığı, kök və qabıqlı yemişlərlə bəslənmədiyi həqiqəti bunu açıqlayır. İnkişafın ən uyğun olan irqin həyatda qalmasına bağlı olması (bu, bəzilərinizə həddindən artıq qaranlıq gələ bilər) həyatda qalma mübarizəsinə özünü bağışladan xüsusiyyətləri qazandırır. Yaxşı metal qızğın metal putasından çıxar. Qılıncın kotana çevriləcəyi, amerikalı, alman və ingilis tacirlərin dünya bazarlarında artıq xam maddə və yemək üçün rəqabət etməyəcəkləri, ağ adamla qara adamın aralarındakı torpağı paylaşacaqları və hər birinin torpağı istədiyi kimi işlədə biləcəyi bir zamanı ümid edə bilərsiniz. Ancaq mənə inanın ki, o gün gəldiyində insan artıq inkişaf etməyəcək. Aşağı irqin törəməsinə nəzarət edən heç bir şey olmayacaq; amansız irsiyyət qanunu təbii seleksiya tərəfindən nəzarətdə olmayacaq və yönləndirilməyəcək. İnsan durğunlaşar... İnkişaf yolu millətlərin dağıntıları ilə örtüldü; mükəmməlliyə gedən çətin yolu tapa bilməyən aşağı irqlərin və zərər çəkmişlərin izləri hər yerdədir. Yenə də bu ölü insanlar doğrusu, insanın günümüzdəki daha yüksək intellektual səviyyəsinə və daha dərin romantik həyatına yüksəlməsində işə yarayan atlanma daşlarıdır.71

Dünyadakı millətlərin çoxunu aşağı görən, onların acılarını, ölümlərini sözdə təkmilləşmə yolunda bir pillə olaraq qəbul edən bu dünyagörüşünün bütün insanlıq üçün nə qədər böyük təhlükə olduğu aydındır. Bu kitabda diqqət yetirilən təhlükə də budur. Əgər bir fikri nə qədər təhlükəli olursa olsun və ya nə qədər elm və məntiq xarici olursa olsun, bəziləri elmi həqiqət kimi təqdim edib və daima təbliğ etsə, onda bu fikir və məhsulları bir müddət sonra mövzu haqqında kifayət qədər məlumatı olmayan insanlar tərəfindən qəbul edilməyə başlayacaq. Odur ki, darvinizmin təhlükəsi bunda gizlənmişdir. 19-cu və 20-ci əsrdə "həyatda qalma mübarizəsi", "üstün və aşağı irqlər arası qarşıdurmalar" kimi anlayışların doğruluğuna inanan insanlar bu iddiaları özlərinə sipər edib hər cür mərhəmətsizliyi etmişlər və ya edənlərə səs çıxarmamışlar. Bunun nəticəsində isə Hitler, Mussolini, Franko kimi xəstə ruhlu, irqçi, təcavüzkar, tamahkar, mərhəmətsiz diktatorlar ortaya çıxmış, milyonlarla insan onları alqışlamış, on milyonlarla insan isə bu zalımların ideologiyaları üzündən acı, səfalət və qorxu içində yaşamış və ölmüşdür.

elcezair


Fransızlar 1827-ci ildə Əlcəzairi işğal etdilər. Müstəmləkəçilik anlayışına uyğun olaraq özləri xaricindəki millətləri ikinci sinif insanlar olaraq görən dövrün fransızları Əlcəzairdə təzyiq və şiddətə söykənən sistem qurdular. Əvvəlcə, ərəbcə danışmaq və təhsil almaq qadağan edildi. Rəsmi danışıq dili olaraq yalnız fransız dili qəbul edildi. Daha sonra Əlcəzair iqtisadi yöndən tam mənası ilə Fransadan asılı hala gətirildi. Müqavimətləri isə qanlı şəkildə qırdılar. Əlcəzair xalqına edilən işgəncə və pis rəftarı əks etdirən rəsm. .


 


 

ku klux klan


Soldakı kiçik şəkil: 1919-cu ildə Nebraskada 5.000 nəfərlik ağ dərili qrup, ədliyyə sarayını mühasirəyə alaraq qara bir məhbusu ələ keçirdilər. Qrup qara adamı şikəst edənə qədər döydü, daha sonra 1000 dəfədən çox atəş açdı və sonda cəsədini yandırdı. Böyük şəkil: İndianada 1930-cu ildə Tomas Şip və Abraham Smit adlı iki qara gənc daşqalaq edildi. Minlərlə əlində silah və beysbol çubuğu olan ağ dərili, iki gənci öldürənə qədər döydülər və sonra asdılar. 1930-cu illərdə Ku Klux Klan getdikcə daha da yayılmağa başlamışdı. Bu daşqalaq hadisələri irqçiliyin gətirdiyi kin və mərhəmətsizliyi göstərən saysız-hesabsız nümunədən ikisidir.



 

Sosial darvinizm və müharibə

Sosial darvinizmin irqlər arası qarşıdurmanın millətlərin irəliləməsinə kömək etdiyi yalanı müharibələrə də zəmin hazırlamışdır. Sosial darvinizmin məşhur olduğu Birinci Dünya Müharibəsindən əvvəlki dövrdə müharibə zəiflərin ələnməsi, güclülərin həyatda qalması, insan irqinin inkişaf edə bilməsi, ağırlıq və yük kimi görülən insanların yox edilməsi üçün sözdə "ən uyğun yol" olaraq görünürdü.

Tarix boyu insanlıq bir çox müharibə görmüşdür. Ancaq bu müharibələr, ümumiyyətlə, sərhədlərdə, mülki xalq birbaşa hədəf alınmadan müharibə edən ölkələrin orduları arasında baş verirdi. Sosial darvinist məqsədlərlə aparılan müharibələrdə isə əsl hədəf xalq idi. Çünki məqsəd sözdə uyğun olmayan, özlərinə görə aşağı olan milləti yox etmək və “lazımsız yerə çox olan” əhalini azaltmaq idi.

darvinist netice

 

 

Qarşıdurmanın insanın təbiətində olduğunu iddia edən darvinist məntiq sülh və hüzur içində yaşamaq əvəzinə, millətləri müharibəyə təşviq edir. Ancaq müharibənin günahsız vətəndaş xalq üzərindəki nəticələri göz qabağındadır.

 


 

Birinci Dünya Müharibəsindən öncə müharibənin darvinist istinadlarının açıqlandığı yazı və nitqlərə tez-tez rast gəlinirdi. Nyu York Amerikan Təbiət Tarixi Muzeyinin jurnalı “Natural History”nin baş redaktoru R.Milner Birinci Dünya Müharibəsində alman ziyalılarının darvinçi və döyüşçü fikirləri haqqında belə deyir:

Birinci Dünya Müharibəsi əsnasında alman ziyalılar təbii seleksiyanın qarşı qoyulmaz güc və onları hakimiyyət üçün qanlı mübarizəyə məcbur edən təbiət qanunu olduğuna inandılar. Siyasi və hərbi dərs kitabları Darvinin nəzəriyyələrini dünya hakimiyyəti üçün aparılan araşdırmanın elmi əsası olaraq inkişaf etdirdilər. Alman elm adamları və biologiya professorları isə buna tam dəstək verdilər.72

General F.V.Bernhardi də eyni illərdə “Sonrakı müharibə” adlı kitabında sosial darvinizmi təbliğ etmiş və müharibəni tərifləmişdi. Müharibənin bioloji zərurət olduğunu iddia edən Bernhardi dünyanı uyğun olmayanlardan təmizləməyin ən yaxşı yolunun müharibə olduğunu iddia etmişdi. Bernhardi: “Müharibə birinci növbədə əhəmiyyət daşıyan bioloji zərurətdir, insanlığın həyatında imtina edilməz nizamlayıcı ünsürdür. Müharibə gücü artırır və insanın inkişafını təşviq edir”, -deyirdi.73

nasist isgal

 

 

Sosail darvinist məntiq mərhəmətsiz nasist istismarının da dayağı olmuşdur. Nasist işğalı dövründə rus xalqından milyonlarla adam kölə işçi kimi sərhəddən xaric edilərkən, milyonlarla adam da edam edilmişdi.


 


 

Müharibənin nizamlayıcı ünsür olduğunu qarşıya qoymaq ağıl, məntiq və elmi bilgilərlə açıqlanan bir vəziyyət deyil. Müharibə böyük can və mal itkisinə səbəb olan, cəmiyyətlərin gələcəyi üçün əvəzinin verilməsi çətin bir fəlakətə səbəb olan dağıdıcı gücdür.

Buna baxmayaraq, davamlı müharibə və qətliamları sözdə mədəniyyətin gərəyi kimi görənlər döyüş çağırışlarına davam edirdilər. Məsələn, Bernhardi kitabının bir başqa yerində belə yazırdı:

muharibenin neticesi

Müharibənin insanlara yaşatdığı ağır nəticələrə baxmayaraq, gənc insanların vuruşmağa məcbur edilmələri darvinizmin çirkli üzüdür.

Müharibə təkcə millətlərin həyatı üçün lazımi bir ünsür deyil, eyni zamanda, mədəniləşmiş bir millətin ən yüksək güc və canlılıq tapdığı mədəniyyətin imtina edilməz parçasıdır... Müharibə bioloji baxımdan haqlı qərarlar verir, çünki qərarları obyektlərin təbiətinə əsaslanır... Bu yalnız bioloji qanun olmaqdan başqa əxlaqi bir vəzifə və sivilizasiyanın imtina edilməz parçasıdır!74

Heç şübhəsiz, bu təlqinlərə aldananların ən böyük yanılmalarından biri insanın quruluşunun müharibəyə uyğun olduğunu və müharibənin insanlar üçün qaçılmaz olduğunu düşünmələri idi. Onlara görə, insanlar döyüşdükcə enerji və canlılıq qazanırdılar. Halbuki, bu, böyük bir yalandır. Allah insanları sülhdən hüzur tapan quruluşda yaratmışdır. Xaos və qarşıdurma insanın ruhunda böyük gərginlik və narahatlıqlara səbəb olur. İnsanın ictimai, iqtisadi və mədəni baxımdan ən sürətli inkişafı hüzur və təhlükəsizliyin hakim olduğu mühitlərdə mümkündür. Müharibə və qarşıdurma isə yalnız fəlakət və itki gətirir. Q.Himmelfarb “Darvin və darvinçi inqilab” adlı kitabında sosial darvinizmin müharibəyə baxış yönü haqqında bu açıqlamanı vermişdir:

Generallar üçün birinci növbədə müharibə ehtiyacları gəlirdi, imperialist macəralar və milli təcrübələr bundan sonra gəlirdi. Digərləri üçün isə vəziyyət tam əksinə idi: imperialist və milli maraqlar müharibəni və militarizmi gətirdi. Hətta elələri də var idi ki, müharibənin üstünlüklərini militarizm və millətçilik kimi məsuliyyətlər olmadan da sevirdilər; bu, ən saf halı ilə ön mühakiməsiz sosial darvinizm idi.75

Təkamülçü antropoloq və Darvinin həyatını yazan Sir Artur Kit də müharibə tərəfdarı olduğunu açıq şəkildə ifadə etmiş, fərdi şəkildə sülhü sevməsinə baxmayaraq, belə bir təcrübənin, yəni sülhün nəticələrindən qorxduğunu söyləyib olduqca səhv bir dünyagörüşü ifadə etmişdir. Beş əsr davam edən sülh dövründən sonra dünyanın neçə payız boyu budanmamış və sonsuz illər boyu nəzarət edilməyən hədsiz böyümə ilə üsyan edən meyvə bağına çevriləcəyi kimi məntiq xarici uzaqgörənlik etmişdir.76

afrikali amerikalilar


İnsanlar müharibəni yaşamadıqları müddətcə, bunun nə qədər böyük fəlakət olduğunu düşünməyə bilərlər. Ancaq unutmamaq lazımdır ki, müharibələr milyonlarla günahsız insan üçün böyük hüzn, itki və acı deməkdir. Dünyanı müharibələrin və qarşıdurmaların olmadığı, hüzur və güvən dolu bir yerə çevirmənin yolu din əxlaqına uyğun olmayan ideologiyaların fikirlə ortadan qaldırılması və Allah'ın əmri olan gözəl əxlaqın yayılmasıdır. 1906-cı ildə daşqalaq edilən afrikalı amerikalılar.



 

Kitin sözləri darvinist təlqinlərin insanları nə qədər mərhəmətsizləşdirdiyinin bir göstəricisidir. Kit dünyanın zamanla "budanması"nın lazım olduğuna, yəni dünyanın güclənməsinə sözdə mane olan ünsürlərin kəsilib atılmasının lazım olduğuna inanırdı. Açıq şəkildə vəhşiliyi müdafiə edirdi. Kitin bəhs etdiyi budama müharibələr idi. Müharibələrdə ölənlər, yəni Kitin "atılması lazım olanlar" olaraq gördükləri isə yazıq qadınlar, kişilər və günahsız uşaqlar idi. Darvinizmin yalanlarına inananların bu günahsızlara acıması və sevgi, şəfqət duyması mümkün deyil. Çünki inandıqları nəzəriyyə onlara ağ irqi inkişaf etdirib gücləndirmək üçün lazım gəldikdə zəif görünənlərin yox ediləcəyi vicdansızlığını təlqin edir. Bu da tarix boyu bənzəri az görünən zalımlıqların yaşanmasına səbəb olmuşdur.

doyulen afrikalilar

1906-cı ildə vəhşicəsinə döyülən Afrikalı Amerikalılar

Allah sevgisi və Onun yaratdığı insanlara qarşı mərhəmət və şəfqət hissi hakim olmadığı müddətcə insanlıq bu cür faciələri yaşamağa davam edəcək.

Odur ki, sosial darvinizmin müharibə haqqındakı bu yanlış şərhləri 19-cu əsrdən etibarən fasiləsiz davam edən müharibələrin, daxili qarşıdurmaların, döyüş və qırğınların əsas səbəblərindəndir. Sosial darvinizm haqqında heç bir şey bilməyən bəzi insanlar belə bu nəzəriyyəyə əsaslanan müharibə çağırışları nəticəsində sosial darvinizmin təsirinə düşmüşlər.

20-ci əsrin əvvəllərində isə yalnız bir qrup ideoloq deyil, jurnalistlərdən akademiklərə və siyasətçilərdən bürokratlara qədər bir çox insan müharibənin lazımlılığına inanmaqla yanılmışdılar.77 Yəni qadınların, uşaqların, yaşlıların və möhtac vəziyyətdəki insanların yox edilmələri, gənc insanların əhəmiyyət vermədən cəbhəyə aparılmaları sözdə insanlığın faydasına təşviq edilirdi.

Bu fikirləri yuxarı məqamlarda olanlar da bölüşürdülər. Məsələn, alman kansleri Betman-Holveq Birinci Dünya Müharibəsi başlayanda orta sinfin arasında məşhur olan slavyan və tevtonlar arasında qarşıdurmanın qaçılmaz olduğu haqqındakı fikri bölüşürdü.78 Kayzerin də eyni fikirləri bölüşdüyü bilinirdi. Bir çox tarixçinin qəbul etdiyi kimi, müharibənin qaçılmaz olduğu, aşağı irqlərin təmizlənməsi üçün təbii və faydalı olduğu yönündəki vicdan xarici iddia Birinci Dünya Müharibəsinin ən əhəmiyyətli səbəblərindən biri idi.

Faşizmin qabaqcılı sayılan alman fəlsəfəçi Niçşe Almaniyada sosial darvinizmin ən öndə gələn müdafiəçilərindən biri idi. Niçşenin sözlərində də Bernhardi ilə eyni səbəblərdən müharibə tərəfdarı olduğu açıq şəkildə görünürdü. Niçşeyə görə, ideal ictimai sistem müharibəni hədəf almalı idi: "Kişilər döyüş üçün öyrədiləcəklər və qadınlar isə döyüşçülərin təkrar dünyaya gəlməsi üçün çalışacaqlar; bunun xaricində hər şey axmaqlıqdır".79 Niçşenin azğın dünyagörüşünə görə, həyat yalnız müharibədən ibarət idi və hər şey müharibə üçün idi.

sosial darvinist esr

Sosial darvinist fəlsəfənin hakim olduğu 20-ci əsr müharibə və qarşıdurmaların yer aldığı bir əsr oldu. Bu səbəbdən, tarixə qanlı əsr olaraq keçdi. Dünyanın bir çox yerində milyonlarla insanın üzündən əzab ifadəsi on illərlə əskilmədi. Müharibələrdə zərər çəkənlər yalnız vətəndaş xalq deyil. Qan, ağrı-acı və gözyaşından başqa bir şey gətirməyən batil bir fəlsəfə nəticəsində vuruşmağa məcbur edilən əsgərlər də müharibənin zalım görüntülərinin bir parçası oldular.

Həm Darvinin, həm də Niçşenin böyük pərəstişkarı olan Hitler onların döyüşçü fikirlərini tətbiq edən fanatik sosial darvinist idi. Hitler militarist düşüncələrini təkamül nəzəriyyəsi ilə birləşdirib belə demişdi:

Təbiətin hamısı güc və zəif arasındakı davamlı qarşıdurma və güclünün zəif üzərindəki sonsuzadək sürən zəfəridir.80

Hitler və bənzərlərinin iddia etdikləri bu fikirlər, əslində, böyük cəhalətin məhsulu idi. Militarist və təcavüzkar düşüncələrini özlərinə görə təkamül nəzəriyyəsi ilə birlikdə elmi zəminə oturtduqlarını zənn edənlər yalnız özlərini aldadırdılar. Necə ki, bu aldanışa arxalarından sürüdükləri on minlərlə insanla dünya tarixində bənzərsiz fəlakətin memarı oldular.

Yazıçı (və sionist hərəkatın qabaqcıllarından) Maks Nordau “Müharibənin fəlsəfəsi və əxlaqı” adlı məqaləsində Darvinin müharibə tərəfdarlarının ən öndə gələn adı olduğunu deyir:

Bütün müharibə tərəfdarları arasındakı ən böyük nüfuz Darvindir. Təkamül nəzəriyyəsinin elanından sonra təbii barbarlıqlarını Darvinin adı ilə gizlədir və qəlblərinin dərinliyindəki zalım instinktlərini elmin son sözü kimi göstərirdilər.81

Kolumbiya universitetində tarix dərsləri deyən J.Barzun “Darvin, Marks, Vaqner” adlı kitabında darvinizmin çatdığı hər yerdə militarizmi və müharibəni alovlandırdığını və müharibəni bir simvol halına gətirdiyini ifadə etmişdir:

Müharibə dünyadakı insani işlərin simvolu, imici, təşviqi, səbəbi və dili halına gəlmişdir. 1870-1914-cü illərin ədəbiyyatının əhəmiyyətli hissəsini araşdırmayan bir insan qan tökmək üçün edilən bitib-tükənməyən cəhdin bu ölçülərdə olduğunun fərqində ola bilməz. Əsrin ikinci yarısında ortaya çıxan xadimlər müharibəni sanki şeirləşdirmiş, müharibə arzusundan böyük həzz almışlar. İnsanlığın yaranma məqsədinin yalnız həyat mübarizəsi olduğunu və bu mübarizəni itirənlərin ölməsinin təbii qarşılanmasının lazım olduğunu müdafiə etmişlər...82

Barzun yenə eyni kitabında sosial darvinizmin irqçi və döyüşçü yönünün 19-cu əsrin sonlarından etibarən, xüsusilə Avropaya necə təsir etdiyini belə açıqlamışdır:

1870 və 1914-cü illərdə hər Avropa ölkəsində silahlanmanı istəyən bir müharibə partiyası, mərhəmətsiz rəqabət istəyən bir fərdiyyətçi partiya, geri qalmış insanlar üzərində sərbəst əl istəyən bir imperialist partiya, xaricilərə qarşı daxildən təsviyəni təmin edən bir sosialist partiya var idi… Bu partiyaların hamısı zəfəri qeyd etdiklərində və ya məğlub olduqlarında, hətta daha əvvəl də elmin təkrar canlanması mənasını verən Spenseri (sosial darvinizmin qurucusu) və Darvini dəstəkləmişdilər. İrq bioloji idi, sosioloji idi, darvinçi idi.83

Bir çox alim və yazıçının əsərlərində təsbit edib dilə gətirdikləri bu darvinist yalanlar 20-ci əsrin niyə müharibə, qətliam və soyqırımların əsri olduğunu açıqlayan ifadələrdir.

zalim

 

 

Aparılan müharibələrdə zərər çəkənlər yalnız dinc əhali deyildi. Qan,kədər və göz yaşından başqa bir şey gətirməyən batil fəlsəfənin nəticəsiylə döyüşməyə məcbur edilən əsgərlər də, müharibələrin zalım görünüşünün bir hissəsi olmuşdular.

 



 

Allah qatında üstünlük irqə görə deyil, təqvaya görədir

İrqçiliyin dəhşəti yalnız nasistlərlə məhdudlaşmır. Dünyanın bir çox yerində irqçilik səbəbi ilə böyük fəlakətlər yaşanmış, yüz minlərlə insan irqçilik üzündən öldürülmüş, alçaldılmış, evlərindən, ailələrindən zorla alınıb kölə edilmiş və sözdə heyvan rəftarı görüb sonda ölümə tərk edilmiş, dərman təcrübələrində istifadə edilmiş, həyatları heçə sayılmışdır. Bu kitabda verilən nümunələr irqçiliyə əsaslanan vəhşiliyin və mərhəmətsizliyin sənədləşdirilmiş nümunələrindən yalnız bir neçəsidir.

irqcilik


Qaradərili bir vəkilə hücum edən ağdərili tələbələr. İrqçilik qəzəb, kin, təcavüzkarlıq və qarşıdurma səbəbidir. Bu tələbələr heç günahı olmayan bir insanı yalnız dərisinin rənginə görə öldürə biləcək qədər insanlıqdan çıxıblar. Onları bu hala gətirən isə bilərək və ya bilməyərək təlqini altında yaşadıqları sosial darvinizmdir. Üstdə 1930-cu ildə Alabamada bir yolçu avtobusu. Ağ olmayanlar üçün "Colored Passengers" (ağ olmayan yolçular) ifadəsi ilə ifadə olunaraq ayrı bir hissə hazırlanmışdır.

 


 

Materialist nəzəriyyə olan darvinizmin nəzərdə tutduğu cəmiyyət quruluşunun necə olduğu yaxşı təsbit edilməlidir. Sosial darvinizm digər bütün materialist ictimai nəzəriyyələr kimi, insanın yalnız özünə qarşı məsul olan və öz mənfəətləri üçün yaşayan eqoist bir varlıq olduğunu qarşıya qoyduğu üçün, heç bir zaman fərdlərə və cəmiyyətə gözəl əxlaq və xoşbəxtlik qazandıra bilməz. İnsanın gözəl əxlaq və xoşbəxtlik qazanması üçün eqoist maraqlardan imtina etməlidir. Bunun necə olduğunu insana öyrədən isə Rəbbimizin əmri olan din əxlaqıdır. Quranda insana Allah`a qarşı olan məsuliyyətləri və Onun razılığı üçün tabe olması gərəkən əxlaqi dəyərlər bildirilmişdir.

aye


...Yaxşılıq etməkdə və Allah'dan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allah`dan qorxun...
(Maidə surəsi, 2)

Xeyr! Kim yaxşı işlər görüb Allah'a təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

 

Əgər bir insan Allah`ın əmrlərinə, Allah`ın endirdiyi kitaba iman edib tabe olarsa, o zaman insanlara qarşı sevgi, mərhəmət və şəfqət bəsləyə bilər.

Allah`dan qorxan, Allah`ı sevən və əmrlərinə itaət edən kəslər insanları Allah`ın yaratdığı bir varlıq olaraq sevər, onları irqlərinə, millətlərinə, tiplərinə, rənglərinə və dillərinə görə ayırmazlar. Hər birində Allah`ın yaratdığı bir gözəllik görər, bu gözəllikdən zövq alarlar. İnancları səbəbi ilə mehriban, mərhəmətli, qoruyucu insanlar olarlar. Darvinizmin yalanları ilə beyni yuyulan bir insan digər irqlərdən, millətlərdən nifrət edər; onları əzməkdən, hətta yox etməkdən zövq alar və çevrəsinə daima gərginlik, bədbəxtlik və qorxu gətirər. Budur, 19-cu və 20-ci əsrdəki irqçilik və imperializm darvinist dünyagörüşünün bir nəticəsidir.

aye

Allah Quranda irqlərə görə ayrı-seçkiliyin edilməsini qadağan etmiş, insanların əxlaqları və imanları ilə Allah qatında üstün olacağını bildirmişdir:



Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah`dan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)

 

QEYDLƏR

37. Karl A. Schleunes, The Twisted Road to Auschwitz (Urbana, Illinios, University of Illinois Press, 1970), s. 30, 32; Jerry Bergman, Eugenics and Nazi Racial Policy, s. 118

38. Sidney M. Mintz, American Scientist, vol.60, Mayıs/Haziran 1972, s. 387

39. John C. Burham, Science, vol.175, 4 Şubat 1972, s. 506

40. Edwin G. Conklin, The Direction of Human Evolution, New York, Scribner's, 1921, s. 34

41. http://www.ncl.ac.uk/lifelong-learning/distrib/darwin/08.htm

42. George Gaylord Simpson, "The Biological Nature of Man", Science, vol.152, 22 Nisan, 1966, s. 475

43. Henry Fairfield Osborn, "The Evolution of Human Races," Natural History, Ocak/Şubat 1926; ikinci kez yayınlanışı Natural History, vol. 89, Nisan 1980, s. 129

44. James Ferguson, "The Laboratory of Racism", New Scientist, vol. 103, 27 Eylül 1984, s. 18

45. Stephen Jay Gould, "Human Equality is a Contingent Fact of History", Natural History, vol.93, Kasım 1984, s. 28

46. Charles Darwin, The Descent of Man, 2. baskı, New York, A L. Burt Co., 1874, s. 178

47. Charles Darwin, The Voyage of the Beagle, (edited David Amigoni, London: Wordsworth, 1997), Bölüm 10, "Tierra Del Fuego"

48. Charles Darwin, The Voyage of the Beagle, s.477

49. http://www.ncl.ac.uk/lifelong-learning/distrib/darwin/08.htm

50. Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York, D. Appleton and Company, s.285-286

51. Stephen Jay Gould, Ontogeny and Phylogeny, Cambridge, Mass: Harvard University Press, 1977, s. 12752.

52. Thomas Huxley, Lay Sermons, Addresses and Reviews, New York, NY:Appleton, 1871, s. 20

53. Robert Lee Hotz, "Race has no basis in biology, researchers say," Los Angeles Times, 20 Şubat 1997

54. Susan Chaves Cameron, Journal of Counseling and Development, 76:277-285, 1998

55. Natalie Angier, "Do Races Differ? Not Really, DNA Shows", New York Times, 22 Ağustos 2000

56. Natalie Angier, "Do Races Differ? Not Really, DNA Shows", New York Times, 22 Ağustos 2000

57. Natalie Angier, "Do Races Differ? Not Really, DNA Shows", New York Times, 22 Ağustos 2000

58. Genetically Speaking, Race Doesn't Exist In Humans http://www.eurekalert.org/pub_releases/1998-10/WUiS-GSRD-071098.php

59. Genetically Speaking, Race Doesn't Exist In Humans http://www.eurekalert.org/pub_releases/1998-10/WUiS-GSRD-071098.php

60. Time, 16 Ocak 1995

61. Time, 16 Ocak 1995

62. Jim Knapp, Imperialism: The Struggle to Be Superior, http://www-personal.umich.edu/~jimknapp/papers/Imperialism.html

63. Encyclopedia Britannica, 1946 edition, volume 12, page 122A

64. Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, Chicago, Elephant Paperbacks, Ivan R. Dee, Publisher, 1996, s. 416

65. Hans-Ulrich Wehler, The German Empire, s.180, http://www.geocities.com/Area51/Rampart/4871/Darwin.html

66. T. D. Hall, The Scientific Background of the Nazi "Race Purification" Program, US & German Eugenics, Ethnic Cleansing, Genocide, and Population Control, http://www.trufax.org/avoid/nazi.html

67. Charles Darwin, The Decent of Man, s. 297

68. Karl Pearson, National Life from the Standpoint of Science, Cambridge, Cambridge University Press, 1900, s. 11-16, 20-23, 36-37, 43-44

69. Karl Pearson, National Life from the Standpoint of Science, Cambridge, Cambridge University Press, 1900, s. 11-16, 20-23, 36-37, 43-44

70. John Merriman, A History of Modern Europe, Volume Two: From the French Revolution to the Present, s.990-991

71. Karl Pearson, National Life from the Standpoint of Science, 1900

72. Richard Milner, Encyclopedia of Evolution: Humanity's Search for Its Origin, s. 59

73. Oscar Levy, Complete Works of Nietzsche, 1930, Vol. 2, s. 75

74. Richard Hofstadter, Social Darwinism in American Thought, s. 197; Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, s. 417

75. Richard Hofstadter, Social Darwinism in American Thought, s. 197; Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, s. 417

76. Arthur Keith'in, Machin'in Darwin's Theory Applied to Mankind adlı kitabına yazdığı önsözden, s. Viii; Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, s. 417

77. W. Carr, A history of Germany 1815-1990, 4. Baskı, s. 205; Ernst Haeckel, Der Kamkpf um den Entwicklungs-Gedanken, 1905 

78. W. Carr, A History of Germany 1815-1990, 4. Baskı, s. 208

79. Oscar Levy, Complete Works of Nietzsche, 1930, Vol. 2, s. 75

80. H. Enoch, Evolution or Creation, 1966, s. 147-148

81. Max Nordau, "The Philosophy and Morals of War", North American Review, 169 (1889), s. 794

82. Jacques Barzun, Darwin, Marx, Wagner, Garden City, New York, Doubleday, 1958, s. 92, 93

83. Jacques Barzun, Darwin, Marx, Wagner, s. 92-95

 

5 / total 11
"Harun Yəhyanın Sosial Silah Darvinizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top