Müsəlmanların birliyi zəruridir

Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadıqlarını görürük və bir çox beynəlxalq birliyin mövcud olduğunun da şahid oluruq. Birinci Dünya müharibəsindən sonra qurulan Birləşmiş Millətlər Təşkilatı, İkinci Dünya müharibəsindən sonra qurulan Avropa Birliyi, İslam Konfransı Təşkilatı (indiki adı - İslam Əməkdaşlıq Təşkilatı), Ərəb Birliyi, Varşava Paktı (indiki adı - Şanxay Birliyi), NATO kimi onlarla beynəlxalq təşkilatlar öz siyasətləri çərçivəsində fəaliyyət göstərirlər.

Halbuki, bu qədər birlik və təşkilatın mövcud olmasına baxmayaraq, dünyada yaşanan pisliklərin qarşısı alınmır. Buna görə də, pislikdə birlik olanlara qarşı yaxşılığı, sevgini və şəfqəti müdafiə edən insanların da birlik olması vacibdir.

Əsrlərlə materialist və imperialist cərəyanlar müharibə, işğal və dağıntılara səbəb olmuş və insanlıq üçün böyük təhdid meydana gətirmişlər. Belə bir mühitdə İslam ölkələrinin güclü bir birlik meydana gətirməsinin əhəmiyyəti daha yaxşı anlaşılır.

Əgər İslam aləmi dünyaya hər sahədə istiqamət vermək və işıq tutmaq istəyirsə, birlik halında hərəkət etmək məcburiyyətindədir. Bu birliyin yoxluğu müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlığa və İslam dünyasının səsinin yüksəlməməsinə səbəb olur və məzlum müsəlman xalqlarını da müdafiəsiz qoyur. İslam coğrafiyasının bir çox yerində pis vəziyyətdə olan qadınlar, uşaqlar və yaşlılar ehtiyac içində zülmdən xilas olunmağı gözləyirlər. Bu günahsız insanların məsuliyyəti hər kəsdən əvvəl İslam dünyasının üzərindədir.

Unutmamaq lazımdır ki, müsəlmanların birlik olmaları Allahın Quranda bildirdiyi əmrlərdən biridir. Uca Allah müsəlmanların birlik olmasının vacibliyini bir ayəsində bu şəkildə bildirir:

İnkar edənlər bir-birlərinin dostlarıdır. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə və böyük bir fəsad olar. (Ənfal surəsi, 73)

Başqa Quran ayəsində: Və haqlarına təcavüz edildiyi zaman, birlik olub qarşı qoyanlardır. (Şura surəsi, 39) şəklində buyurulmuşdur. Uca Rəbbimiz bizə yer üzündəki haqsızlıq və insan hüquqları pozuntularına qarşı birlik olub fikri mübarizəaparmağı əmr edir.

İslam Birliyi necə olmalıdır

Fərqli ölkələr öz aralarında necə birlik olub hər mövzuda yardımlaşırsa, İslam ölkələri də eyni şəkildə birlik olmalıdırlar. Məsələn, Avropa Birliyi necə iqtisadi, siyasi, hərbi, mədəni və ictimai sahədə geniş əməkdaşlıq edirsə, İslam Birliyi də dünya tərəfindən qəbul edilmiş şərtlərlə bir araya gəlməlidir. Hətta burada bizim üstünlüyümüz ondan ibarətdir ki, bu birlik sevgi, dostluq və könül birliyi ilə olacaq. Buna görə də İslam Birliyi dünyada hər kəsin həsrət çəkdiyi böyük bir sülh birliyi olacaq.

İslam Birliyinə qatılacaq bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və hüquqlarına hörmət edilməsi öhdəliyə götürülməlidir. Beləliklə, üzv olan ölkələr öz dövlət strukturlarını qoruyacaq, qərarlaşdırılmış əməkdaşlıq isə xaricə qarşı ortaq və bir millət kimi davranma fürsətiverəcək.

Üzv ölkələrin sərhədlərinin toxunulmazlığı, daxili işlərində hər ölkənin müstəqil olması, münaqişələrin sülh yolu ilə həll edilməsi, güc istifadəsinə və təhdidə yol vermək əvəzinə sevgi ilə problemlərin həll edilməsi bu birliyi daha da gücləndirəcək. Düşüncə, vicdan, din və inanc azadlıqları da daxil olmaqla insan hüquqları və əsas azadlıqlara hörmət göstərilməsi bu birliyin dünya səviyyəsində sayılıb nəzərə alınmasına səbəb olacaq. Əlbəttə, bu mövzularda sülh tərəfdarı olan İslamın xoşgörüşü və Peyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-Səadət dövründəki sevgi anlayışı bu birliyin əsas prinsiplərinin yaradılmasına yardım edəcək.

Yuxarıda bildirildiyi kimi, 57 İslam ölkəsinin üzv olduğu İƏT 1967 ilindən bəri fəaliyyət göstərir. Ancaq bu qurum bəhs etdiyimiz sevgi birliyinin xüsusiyyətlərini daşımaqdan çox uzaqdır. Halbuki, bu təşkilat BM-dən sonra dünyanın ən böyük ikinci təşkilatıdır.1,6 milyard müsəlmanın problemlərini həll etmək, ölkələrarası əməkdaşlıq etmək üçün qurulmuşdur.Eyni şəkildə 22 ərəb ölkəsinin üzv olduğu, Türkiyənin də daimi müşahidəçi qismində olduğu Ərəb Birliyi də fəaliyyət göstərir. Ancaq hər iki birlik də son dövrdəMisir, Suriya və Liviya kimi ölkələrdəki problemləri həll edə bilmir.

Hal-hazırda problemləri müzakirə edən, ortaq inkişaf və həll yolları axtaran bir könül birliyinin qurulması vacibdir. Bizim istəyimiz ondan ibarətdir ki, sənətlə inşa edilmiş İslam şəhərlərindəmüsəlmanların sülh və dincliklə yaşadıqları bir İslam coğrafiyası təsis edilsin.

Adnan Oktarın Arab Times’də nəşr olunan yazısı:

http://www.arabnews.com/news/485086

2014-03-22 14:35:58

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com