Bu gün Türklərin birlik olma vaxtıdır

Azərbaycan türkləri, axısqa türkləri, Makedoniya türkləri, Qərbi Frakiya türkləri, Yakutiya türkləri, qaqauzlar, xəzərlər və başqaları… Müxtəlif türk xalqları müxtəlif dövlətlərin tərkibində uzun illərdir bir-birlərindən ayrı yaşayırlar.

Əlbəttə, ayrı olmağımızın bir səbəbi var. Bu səbəblərin bir qismi ciddi hadisələrə əsaslanır. Bu səbəblər üzərində hərtərəfli təhlillər və müzakirələr aparmaq olar. Ancaq bu səbəblər nə olur-olsun, birləşməyimizi vacib edən səbəblərin yanında əhəmiyyətsizdirlər. Yəni artıq bizi ayrı saxlayan səbəbləri bir tərəfə qoyub birləşməyimizin vaxtıdır.

Bu baxımdan böyük öndər Atatürkün Türkiyə Respublikasının qurulmasının 10-cu ildönümündə türklərin nə üçün və necə birləşəcəyinə işarə etdiyi tarixi nitqinə yer vermək istəyirəm. Mustafa Kamal Atatürk həmin nitqində belə demişdir:

“Bu gün SSRİ dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin yaxında nə olacağını heç kim bilmir. Eynilə Osmanlı kimi, eynilə Avstriya-Macarıstan kimi parçalana bilər. Bu gün əlində sıx saxladığı millətlər ovcundan çıxa bilər. Dünya yeni mizana girə bilər. Məhz o zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, kökü bir qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq sadəcə susub həmin günü gözləmək deyil. Hazırlaşmaq lazımdır. Millətlər buna necə hazırlaşar? Mənəvi körpüləri möhkəmləndirərək. Dil bir körpüdür, tarix bir körpüdür, inanc bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələrin böldüyü tariximizdə bütünləşməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Biz onlara yaxınlaşmalıyıq.” (mənbə- bu nitqin konkret mənbəyi yoxdur. Ancaq bir çox kitabda, akademik əsərdə, nazirlik saytında və s. istifadə olunub)

 Göründüyü kimi, Atatürk SSRİ-nin dağılacağını təqribən 50 il əvvəldən Allah`ın izni ilə bildirmiş və birliyin dağılmasından sonra müsəlman-türk qardaşlarımızla birləşməyin yollarını göstərmişdir. Atatürk bütünləşmək üçün, yəni müsəlman türklərin birləşməsi üçün dilin, tarixin, inancın körpü rolunu oynadığını demişdir.

Həqiqətən də elədir. Ortaq inanca, dilə, tarixə və mədəniyyətə malik türklərin birləşməməsi üçün heç bir səbəb yoxdur. Eyni spor klubunu sevən insanların belə illərlə bir-birinə dəstək olmasına, bir növ qardaş kimi yaşamalarına səbəb olan birlik anlayışı necə olur ki türklərə aid olmasın?

Avropa Birliyini götürək. Birliyi təşkil edən ölkələrdən bir çoxunun ortaq tarixi, dili və mədəniyyəti yoxdur, ancaq bu ölkələr iqtisadi, siyasi və hərbi cəhətdən eyni birlikdə toplaşıblar. Bu isə onların dünyada baş verən hadisələrdə müdaxilə edə bilməsinə yol açır. Ancaq hər sahədə ortaq keçmişə malik olan türklər bir-birlərindən ayrı yaşadıqlarına görə gücsüzdürlər.

Yer üzündə yaşayan türklərin bir millət kimi hərəkət etməyə başladığını düşünək. Müxtəlif türk dövlətlərinin müstəqilliklərini qoruyaraq bütün qüvvələrini türklərin və digər millətlərin birliyi və mənfəəti üçün birləşdirdiklərini… Ortaya çıxan böyük qüvvəni təxmin etməmək mümkün deyil.

Bu gün birlik olmadığımıza görə başqa dövlətlər tərəfindən istifadə edilən resurslarımız birləşəcəyimiz təqdirdə türklər tərəfindən istifadə olunmağa başlayacaq. Yeni super qüvvə müsəlman türklərin birliyini formalaşacaq.

Burada vurğulayaq ki, bu qüvvə sadəcə türklərin deyil, bütün dünyanın mənfəətinə xidmət edəcək. Çünki bu qüvvənin təməli bütün bəşəriyyəti qucaqlamağı hədəfə alan böyük sivilizasiya anlayışı üzərində qurulacaq. Bu sivilizasiyanın nə demək olduğunu və yer üzündə din, dil və irq ayrı-seçkiliyi etmədən hansı müsbət irəliləyişlərə səbəb olduğunu keçmişdə qurulan 16 türk dövlətinin tarixi təhlil etdikdə görürük. Müsəlman türklərin birliyi Kitab əhlinin və hətta Allah`a iman gətirməyən və ya eyni dinə mənsub olmayan insanların da əmin-amanlığı üçün əsas həll yoludur.

Bildiyimiz kimi, müsəlman türk əxlaqı sevgiyə, qardaşlığa, tolerantlığa, qonaqpərvərliyə, ədalətə, bərabərliyə əsaslanır. Musiqimiz, rəqslərimiz, ədəbiyyatımız, memarlıq əsərlərimiz çox zəngin mədəniyyət əmələ gətirir. Mədəniyyətimizin özünəməxsus xüsusiyyətlərə malik zəngin tərkibi insanların diqqətini cəlb edir. Odur ki, dinsiz cərəyanların və xurafatçılığın pəncəsində qalmış dünyanın düşdüyü bədbin, keyfiyyətsiz, müharibə və sevgisizliklə dolu mühitin, türklərin başına gələn sıxıntıların həlli müsəlman türk əxlaqında və mədəniyyətindədir.

Elə isə daha çox gözləməyin faydası yoxdur. Əksinə, zərəri var.Yer üzündəki qarışıqlıqların işarə etdiyi və vicdanlarımızın illərdir bizə pıçıldadığı həll yolu artıq tətbiq olunmalıdır. Müsəlman türklərin birləşərək müxtəlif dilə, irqə, dinə mənsub bütün insanlara sülh və mədəniyyət gətirmək vaxtıdır.

Buradan müraciət edirəm: bizi ayrı salan bütün səbəbləri bir kənara qoyub Türk birliyini dərhal qurmalıyıq. İnancında və ideallarında səmimi olan hər kəs Türk birliyi üçün var gücü ilə çalışmağa başlamalıdır. Dəyərlərimizə həqiqətən inanan və bunlara sahib çıxan hər kəs qüvvələrimizi birləşdirməyə dəstək olmalı, cəhd etməlidir. Bu mübarək yolda ilk əvvəl Azərbaycanla Türkiyənin birləşərək öncü olmalarını canı-dildən istəyir və azərbaycanlı qardaşlarıma salam göndərirəm.

2014-05-07 14:19:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com