Axır zamanın Əshabi-Suffaları: Hz. Mehdinin (əs) tələbələri

Hz. Mehdi (əs) Allah`ın izni ilə bütün dünyada ateizmi, materializmi məhv edəcək, insanların imanlarının güclənməsinə və onların hidayət tapmalarına vəsilə olacaq. Bu böyük mübarizəsində inkar edənlər onu müxtəlif çətinliklərlə davamlı maneə törətməyə çalışacaqlar. Hz. Mehdi (əs) heç tanınmadan tam qırx il ərzində bütün çətinliklərə qarşı mübarizə aparacaq, bu mübarizəsində yanında özünə çox sadiq, həyatını, malını mülkünü İslam əxlaqının dünyaya hakim olmasına həsr etmiş çox az sayda tələbəsi olacaq.
 
Bu üstün əxlaqlı tələbələr bir çox xüsusiyyətləri ilə Peyğəmbərimizin (səv) dövründəki səhabələr arasında müqəddəs bir qrup olan Əshabi-Suffayaçox bənzəyirlər.Hədislərdə hz. Mehdinin (əs) tələbələrinin Əshabi Suffayabənzəyən əxlaqları, imanları, uca Allah`a və hz. Mehdiyə (əs) olan bağlılıqları və itaətkarlıqlarıtəriflənmişdir.
 
"Əshabi-Suffa" Peyğəmbərizin (səv) zamanında Məscidi-Nəbəvinin  (Peyğəmbərimizin məscidi) şimal hissəsinə sonradan əlavə olunan Suffa adlı hissəsində olan (bura ilk müsəlman məktəbi də adlanır),səhabələrin arasından çıxan bir qrup gəncə verilmiş  addır. Bütün həyatlarını Uca Allah`a həsr etmiş, heç evlənməmiş, ailə və övlad sahibi olmamış, şan-şöhrəthəvəsi olmayan, ailələrindən uzaq, dünya həyatına istəkləri olmayan bu gənclər Peyğəmbərimizin (səv)  yanında olmuş, davamlı onun dərslərini dinləmiş və ondan şəxsən təhsil almışlar.
 
Axır zamanda zühur edəcək olan dəyərli şəxs hz. Mehdinin (əs) tələbələri ilə Rəsulullahın (səv) yanından heç ayrılmayan, sayıları 400-500 qədər olan bu irfan ordusu bir-birlərinə bənzərdirlər. Çünki Peyğəmbərimizin (səv) hədislərindən aydın olur ki, hz. Mehdi (əs) tələbələri də Uca Allah`ın izni ilə Əshabi-Suffa kimi həyatlarının hər anını Allah yoluna həsr edən, hz. Mehdinin (əs)  yanından heç ayrılmayan, təzyiqlərdən, çətinliklərdən də əsla qorxmayan, Quran əxlaqının hakim olması üçün elmi yöndən bütün gücləri ilə çalışan gənclərdən ibarətdir.
 
·         Hz. Mehdi tələbələri  Əshabu-Suffa kimi gənclərdən ibarət olacaq və sayıları çox az olacaq
 
“Qaimin ((hz. Mehdi (əs)) əshabı gəncdir və içlərində yaşlı yoxdur. Gözdəki sürmə və ya yeməkdəki duz qədərdirlər və yeməkdə isə ən az şey duzdur”. (Şeyx Muhamməd ibn İbrahim-i Numani, Gaybet-i Numani, səh 374)
 
Hz. Mehdinin (əs) ətrafındakıların gənclər olacağını bildirən hədislərdən biri isə belədir:
 
“Hz. Mehdinin (əs)“bayrağını” daşıyan azca saqqalı olan, rəngi sarı “kiçik bir gənc” olacaq.” (Əl-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh 51)
 
Hz. Mehdi tələbələri Əshabi-Suffa kimi həyatlarını Allah yolunda həsr edirlər
 
Hz. Mehdi (əs) və tələbələrinin Əshabi-Suffaya bənzəyən ən diqqəti cəlb edən xüsusiyyətləri bütün həyatlarını Allah üçün həsr etmələridir. Bu yolda dəccalın fitnəsinin səbəbindən onlara təzyiq edən ,çətinlik törədənlərə qarşı qorxmadan mübarizə aparacaqlar. Bu gənclərin bir qismi məruz qaldıqları zülm və təzyiq ucbatından ailələrindən ayrılacaq və eynilə Əshabi-Suffa kimi hz. Mehdinin (əs)  yanında məskunlaşacaqlar. Maidə surəsinin 54-cü ayəsində  “qınayanın qınamasından qorxmamaq” olaraq təriflənən bu gözəl əxlaqın təməli, əlbəttə, Uca Allah`a olan dərin sevgi, güclü iman və itaətdən qaynaqlanır. Hədislərdə hz. Mehdi (əs) tələbələrinin bu xüsusiyyətlərindən belə bəhs olunur:
 
·         Hz. Mehdi tələbələrinin imanları çox güclü olacaq
 
“Hz. Mehdinin (əs)  yardımçılarının Allah haqqında zərrə qədər şübhələri olmayacaq və Allah`ı necə tanımaq gərəkdirsə, elə tanıyacaqlar.”  (Al-Beyan Fi-Akbarı hz. Mehdi (əs) Ahir Zaman, 5-ci bölmə, Mikyal el-Mekarim, 1-ci cild, səh 65)
 
Bu hədisdə hz. Mehdinin (əs) tələbələrinin imanlarının dərinliyindən bəhs edilir. Axır zamanda hz. Mehdi (əs) dövrünün əvvəlində insanlar arasında Allah`ı inkar edən (Allahı tənzih edirik) fəlsəfələr geniş yayılacaq, hakim olacaq. Bu səbəbdən Allah`a həqiqi iman gətirən, Allah`ın sifətlərini gərəyi kimi tanıyıb Allah`dan qorxanlar çox az sayda olacaqlar. Hz. Mehdinin (əs) tələbələri isə heç bir şübhə duymadan Allah`a qarşı dərin iman sahibi olacaqlar. Bu xüsusiyyətləri iləolduqları cəmiyyətdə diqqət cəlb edəcəklər.
 
·         Mehdi tələbələrinin mənəviyyatı çox güclü olacaq
 
Hz. Mehdinin (əs) tələbələrinin ruhları lampa kimi aydındır, onların qəlbləri də aydındır.” (Mikyal el-Mekarim, 1-ci cild, səh. 65)
 
Hədisdə hz. Mehdinin  (əs) tələbələrinin mənəvi cəhətdən çox dərin, səmimi qəlblə Allah`a yönələn insanlar olacaqlarına işarə olunur. Hz. Mehdinin (əs)  vəsiləsi ilə bu insanların Allah sevgiləri və Allah qorxuları çox güclü olacaq, buna görə də insan sevgiləri, şəfqət hissləri də özünəməxsus şəkildə güclü olacaqdır. Hz. Mehdinin (əs) tələbələri nəfslərinin mənfiliklərini tamam nəzarət altına alaraq ruhlarını eqoistlik, qısqanclıq, kin, səmimiyyətsizlik kimi mənfi xüsusiyyətlərdən uzaqlaşdırmış insanlar  olacaqlar.
 
·         İnsanların böyük bir qismi hz.Mehdi və tələbələrindən uzaq olacaqlar
 
"Buyurdu ki: “Onları yer üzünün kənarlarında axtar. Onların həyatları sadədir, evləri çiyinlərində, əgər hazır olsalar, tanınmazlar, əgər itsələr axtarılmazlar, xəstə olsalar,  onların ziyarətinə heç kəs gəlməz, əgər ölsələr, cənazələrinə  heç kim qatılmaz. Onlar mallarını aralarında bərabər paylaşırlar və bir-birlərini qəbirlərində ziyarət edirlər, ayrı şəhərlərdə olsalar belə, istəkləri həmişə eynidir.” (Qaybeti-Numani, səh 239)
 
Bu hədisdə insanların böyük bir qisminin hz. Mehdi (əs) və tələbələrindən uzaq duracağına diqqət çəkilir. Belə ki,itsələr belə axtarılmayacaqları barədə bildirilir. Bu da o dəyərli şəxslərdən bəzilərinin olduqları cəmiyyətin, ailələrinin, qohumlarının özlərinə olan mənfi münasibətinə işarədir (Doğrusunu Allah bilir).
 
·         Hz. Mehdinin (əs) tələbələri bir-birlərinə çox bənzəyəcəklər, kənardan baxanlar onların eyni ailədən olduğunu zənn edəcəklər.
 
“Onları sanki görürəm; eyni rəng, eyni boy, üzləri eyni və paltarları da eyni....olaraq hz. Mehdiyə beyət edərlər".(İbn Tavus, el-Melahimu vəl-Fiten, səh. 122)
 
Hədisdə hz. Mehdinin (əs)tələbələrinin paltarlarının çöldə sadə olacağı, insanlar tərəfindən hiss edilməyəcəyi bildirilir. Cənab Adnan Oktar bu hədisi belə açıqlayır:
 
“Onları  sanki görürəm” hədis. “Eyni rəng, eyni boy, üzləri eyni, paltarları də eyni cür. hz. Mehdiyə (əs) beyət edərlər. "Tələbələri baxırsan ki, bir-birlərinə çox bənzəyirlər. Ümumiyyətlə, həmişə keyfiyyətli, sanki  xüsusi seçilmiş, “bir-birinə bənzəyən gənclərdən ibarətdir” deyir Peyğəmbərimiz (səv). Baxırsan, məsələn, qız olsun,oğlan olsun "Qadaşsınız? Bacısınız?", "Bu bənzərlik necə ola bilər?" kimi bir vəziyyət yaranacağını deyir Peyğəmbərimiz (səv), "o qədər çox bənzəyəcəklər" deyir. "(20 noyabr 2010, Kahramanmaraş Aksu və Gaziantep Olay TV)
 
Hz. Mehdinin (əs)  tələbələrinin Peyğəmbərimiz (səv) tərəfindən təriflənən ən gözəl xüsusiyyətlərindən biri İslam əxlaqının hakim olması üçün etdikləri fədakarlıqdır. Bu üstün əxlaqları bir hədisdə belə vurğulanmışdır:
 
"Aralarında qadınların da olduğu 314 nəfərlik bir qrup yaradırlar. Onlar hər zalıma qalib gəlirlər. Onların ürəkləri dəmir kimidir və onlar gündüzləri aslan, gecələri də də abiddirlər (şagird). Nə əvvəlkilər, nə də sonrakılar fədakarlıqda onlara çata bilməz". (Ukayli En-Necmus-sakıb fi BeyanıEnnel Mehdi min Evladı Ali ibn Əbi Talib Alət-Mövzum vəl kamal )
 
·         Hz. Mehdinin (əs) tələbələri Əshabi-Suffa kimi İslam əxlaqının dünyada hakim olması üçün “müəllimlik” vəzifəsini öhdələrinə götürəcəklər
 
Peyğəmbərimizin (səv)  moizə və dərslərini dinləyərək Quran elmində dərinləşən Suffa əhliRəsulallahın (səv) elmini müsəlman qəbilələrə çatdırmaq, Quranı öyrətmək və Rəsullahın (səv) sünnəsini bəyan etmək üçün müəllimlik vəzifəsi öhdələrinə götürmüş və bu məqsədlə səyahətlərə göndərilmişlər. Hz. Mehdinin (əs)  tələbələri də eynilə Əshabi-Suffa kimi İslam əxlaqının hakim olması üçün bütün həyatlarını və sahib olduqları mallarını bu yola həsr edəcəklər. Bu məqsədlə axır zamanın texnoloji imkanlarından faydalanacaqlar. Həmçinin bu gənclər hz.Mehdinin (əs)  vəsiləsi ilə öyrəndikləri İslam mədəniyyətinin (geyimləri, həyat tərzləri, danışıqları, nəzakətləri, incə düşüncələri və s) bütün insanlar tərəfindən qavranılmasında nümunə olacaqlar.
 
·         Hz. Mehdi tələbələri dünyanın hər yerinə İslamı hakim edəcəklər
 
Banu Amin ayədə bəhs edilənlər haqqında Məhəmməd əl-Bəkrdən belə nəql edir:
 
"Bunlar dünyanın qərbini və şərqini fəth edəcək olan axır zamandakı hz. Mehdinin (əs) yoldaşlarıdır”.(Şiə Quran Təfsirçilərinə görə Quranda Mehdi, Ansariyan nəşrləri, İran, səh. 75)
 
·         Hz. Mehdinin (əs) tələbələri təkamül nəzəriyyəsinə qarşı mübarizə aparacaqlar
 
“Allah`ın izni ilə onlar (Hz. Mehdinin (əs) tələbələri) ölüləri canlandırarlar..." (Bihar-ül Envar, cild 52, səh. 318; Mikyaal al-Makaarem, cild 1, səhifə 148, Basaaer al-Darajaatdan nəql edir)
 
Hz. Mehdinin (əs)  tələbələri ölü heyvan və bitki qalıqlarını canlıları ilə müqayisə edərək insanlara göstərəcəklər, bu şəkildə Allah`ın izni ilə darvinizmi və materializmi təsirsiz hala gətirəcəklər.
 
·         Hz. Mehdi (əs) tələbələri texnologiyadan istifadə edəcəklər
 
Bütün dünyanıbir neçə dəqiqədə gəzə biləcək gücləri olacaq. (Mikyal əl-Məkarim, 1-ci cild, səh. 144)
 
Dünyadaki heç bir şey hz. Mehdi (əs) tələbələrinə gizli qalmayacaq. (Mikyaal al Makaarem,1-ci cild, səh. 235-236)
 
Hədislərdə hz. Mehdinin (əs)  yardımçılarının istifadə edəcəyi axır zaman texnologiyasına diqqət çəkilmişdir. Hz. Mehdinin (əs) tələbələri internet ilə peyk görüntüləmə sistemlərindən faydalanacaqlar və beləcə, dünyada istədikləri hər yerə bir anda baxa biləcəklər. Hz. Mehdinin (əs) tələbələri texnologiyadan və elmdən yararlanan müasir insanlar olacaqlar.
 
·         Hz. Mehdinin (əs)  tələbələri Boğaz körpüsündən keçəcəklər, təyyarə ilə səyahət edəcəklər
 
... (Hz. Mehdinin (əs)  tələbələri) su üzərində və buludların üstündəgəzərlər... (Bihar-ül Envar, cild 52, səh. 318; Mikyaal al-Makaarem, 1-ci cild , səh. 148 Basaaer al-Darajaatdan nəql edir)
 
Peyğəmbərimizdən (səv)  rəvayət edilən bu hədisdə hz. Mehdinin (əs) tələbələrinin hz. Mehdidən (əs) əldə etdikləri məlumatları insanlara izah etmək üçün tez-tez səyahət edəcəklərinə, daima fəaliyyət halında olacaqlarına, bu məqsədlə Boğaz körpüsündən keçəcəklərini və təyyarə ilə səyahət edəcəklərinə işarə edilir.
 
Hz. Mehdi (əs) və tələbələri Allah`ın onlara bəxş etdiyi güclə başqaları üzərində çox təsirli olurlar
 
Hz. Ali (rə) belə buyurur:  "... Allah hz. Mehdinin (əs) yardımçılarınıqoruyur onlara əlamətlərlə yardım edir və onları dünyanın bütün insanlarına qalib edir.Beləcə insanlar istər-istəməz haqq dinə girəcəklər. "
 
·         Hz. Mehdi tələbələri seçilmiş insanlar olacaqlar
 
Hz. Mehdinin (əs) yardımçıları alicənab və təhsilli olacaqlar. (Əl-Melahim və əl Fita, səh. 205)
 
Hz. Mehdinin (əs)  tələbələrinin yaşadıqları dövrdə yaxşı təhsilli və kübar olmalarının səbəbi dəyaşadıqları dövrdə insanların kübarlıq, nəzakət və gözəl əxlaqdan uzaqlaşmış olmalarıdır. Bu xüsusiyyətləri ilə hz. Mehdi (əs) tələbələri yaşadıqları cəmiyyətdə ən seçilmişinsanlar olacaqlar.
 
“Onun yanına gələnlər seçilib ələnəcəklər. Böyük əksəriyyəti bu seçimdən keçə bilməyəcək.” (Gaybetül Numani, bölmə 12, səh. 299)
 
Hədisdə hz. Mehdinin (əs)  yanına çox sayda adamın gələcəyinə, lakin nəticə baxımından bu insanların əksəriyyətinin ələnəcəyinə də diqqət çəkilmişdir.
 
·         Hz. Mehdi (əs) və tələbələri çox ağıllı olmaları və gözəl geyimləri ilə diqqət cəlb edəcəklər
 
“Şərq tərəfindən gələn və düha sahibi (çox ağıllı, çox ağıllı və anlayışlı, geniş fikirli) olduqları halda, paltarlarına insanların təəccüb etdikləri (heyranlıqla baxdıqları) şəxslərin zühur etdiyini eşitdikdə, məhz o zaman, şübhəsiz, qiyamətin kölgəsi üzərinizə düşmüşdür.” (Naim bin Hammad Kitab -ul Fiten-121)
 
Hədisdə Peyğəmbərimiz (səv) "düha sahibləri" ifadəsi ilə hz. Mehdi (əs) və tələbələrinin zəka və anlayış olaraq bir insanın çata biləcəyi ən yüksək məqama çatmış vəçox ağıllı insanlar olduqlarına diqqət çəkmişdir.
 
Həmçinin hz. Mehdi (əs) və tələbələrinin öz dövrlərində yaşayan digər müsəlmanların ənənəvi geyim tərzlərindən fərqli bir geyim üslublarının olduğu da bildirilir. Hz. Mehdi (as) və tələbələri Allah`ın dünyada verdiyi bütün nemətlərin gerçək sahiblərinin və istifadə etməyə haqq sahibi olanların səmimi müsəlmanlar olduqlarını, gözəl təmiz və qəşəng geyinmənin həm Quranda Allah`ın bir əmri, həm də Peyğəmbərimizin (səv) bir sünnəsi olduğunu bütün dünyaya çatdırırlar.
 
·         Səmimi müsəlmanlar hz. Mehdi (as) və tələbələrini zaman keçdikcə sevib təqdir edəcəklər
 
“... Hz. Peyğəmbər ... belə dedi: Cəbrail mənə xəbər verdi ki, Əhli Beytim məndən sonra zülmə uğrayacaq. Bu zülm onlardan olan hz. Mehdi (əs) ortaya çıxana qədər, Onların (Hz. Mehdi(əs) və tələbələri)  şanı ucalana və İslam ümməti onları sevməkdə birləşincəyə qədər davam edəcək. O dövrdə onları pisləyənlər azalacaq, sevməyənlər zəlil olacaqlar və tərifləyənlər çoxalacaq. (Hidayət rəhbərləri, Hz. Məhəmməd Mustafa, cild 1, səh. 314)
 
Axır zamanda hz. Mehdinin (əs) zühurundan əvvəl müsəlmanlara şiddətli təzyiq, müxtəlif zülmlər ediləcək. Ancaq insanlar hz. Mehdinin (əs)  zühur etdiyini axır zaman əlamətlərinin ard-arda, bir-bir gerçəkləşməsindən anlayacaqlar. Bu dövrdə hz. Mehdi (əs) və ixlasla Allah`a bağlı olan tələbələrinin adları çox xatırlanmağa başlayacaq. Səsləri dünya səviyyəsində yayılacaq. Sonra İslam ümməti hz. Mehdi (əs) və tələbələrini sevməkdə yavaş-yavaş birləşəcəklər. Ancaq bu dövr gələnə qədər hz. Mehdi (əs) və tələbələrinə qarşı zülm, təzyiq və əziyyət davam edəcək, onu pisləyənlər olacaq. Ancaq zaman keçdikcə bu insanların sayı azalacaq, - tövbə edib, niyyətlərini dəyişdirənlər istisna olmaqla- bu kəslər xor və aşağı bir mövqeyə düşəcəklər. Hz. Mehdini (əs) sevən, tərifləyən insanların sayı zaman keçdikcə çox artacaq.
 
·         Hz. Mehdinin (əs)  tələbələri Əshabi-Suffanın Peyğəmbərimizə (səv) olan sadiqlik və itaətləri kimi hz. Mehdiyə (əs) bağlı və itaətkar olacaqlar və Əshabi-Suffa kimi bir yerdə yaşayacaqlar
 
Hz. Mehdi (əs) tələbələri Əshabi-Suffanın Peyğəmbərimizə (səv) olan dərin bağlılıq, sevgi və itaatlerinə bənzər şəkildə hz. Mehdiyə (əs)bağlı olduqlarından onun verdiyi qərarları heç şübhə etmədənhəyata keçirəcəklər. Bu onların Allah`a olan imanlarındaki dərinliyin və səmimiyyətin də göstəricisi olacaq. Hədislərdə hz. Mehdi (əs) tələbələrinin Əshabi-Suffa kimi bir yerdə yaşamaları işarə edilmişdir.
 
·         Hz. Mehdi (əs) tələbələri onunqəbul etdiyi qərarlarda heç çətinlik yaratmayacaqlar
 
Hz. Mehdiyə (əs) qarşı- bir kölənin ağasına qarşı olduğundan daha  itaətkar olacaqlar. (Mikyal əl-Məkarim, 1-ci cild, səh. 65)
 
Hədisdə hz. Mehdinin tələbələrinin ona olan itaətinə diqqət çəkilmişdir. Tələbələri hz. Mehdinin (əs) verdiyi qərarları heç sorğulamadan diqqətlə həyata keçirəcəklər. Bu onların Allah`a imanlarındaki dərinliyin və səmimiyyətin də göstəricisi olacaq. HədisdəMehdiyə (əs) qarşı itaətkar olmanın xüsusilə izah edilməsinin səbəbi hz. Mehdinin (əs) bəzi zamanlarda hikməti dərhal anlaşılmayan qərarlar verməsidir. Səmimi olaraq iman edənlərdən başqa digər insanlar üçün hz. Mehdinin (əs)  qərarlarının “niyə”sini soruşmadan həyata keçirməkməcburedici bir imtahan ola bilər. Hz. Mehdinin (əs)  belə qərarlarında tələbələri heç bir çətinlik yaratmayacaq, müti və itaətkar rəftar göstərəcəklər.
 
·         Allah hz. Mehdi tələbələrini bir yerə toplayacaqdır
 
Cəfər əl Juafi İmam Məhəmməd ibn Əli əl Bəkirdən belə rəvayət edir:
 
"Hz. Mehdi (as) zühur etdikdə yanında 313 kişi və 50 qadın olacaq, onlar daha əvvəl aralarında heç bir razılaşma olmadan müxtəlif buludların göy üzündə birləşmələrinə bənzər şəkildə bir yerə toplaşacaqlar. (Bihar-ül Ənvar, cild 52, səh.223)
 
Hədisdə Allah`ın hz. Mehdi tələbələrini bir-birlərini heç tanımadan fərqli yerlərdən yığışıb bir yerə gətirəcəyinə diqqət çəkilmişdir. Cənab Adnan Oktar Peyğəmbərimizin (səv) bu hədisini bir müsahibəsində belə açıqlamışdır:
 
"Onlar daha əvvəl aralarında heç bir razılaşma olmadan, diqqət edin, “daha əvvəl aralarında bir razılaşma olmadan”, yəni “biz bir-birimizlə görüşək, danışaq” demirlər, məlumatları yoxdur. “Fərqli buludların səmada toplaşması kimi bir yerətoplaşacaqlar." Yəni bəzisi, məsələn, Afrikadan, bəzisi Asiyadan,  Avropadan, Anadolunun bir yerindən bir araya gəlirlər. Bu, Allah`ın  “ ... Harada olursunuz olun.Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.” (Bəqərə surəsi, 148) ayəsinin bir təzahürüdür. Yəni ayə Mehdiyə (əs)  dəlalət edir. Bu, Mehdi (əs) camaatına işarədir. Çünki bu 313 nəfərdünyanın müxtəlif yerlərindədirlər. Amma Allah onları bir yerə toplayır. Məsələn Azərbaycandan bir insan gəlir. Və ya başqa bir yerdən insanlar bir araya gəlirlər. Qədərdə bəllidir. Hələ onlar anadan olmadan bu qrup vardır onsuz da. Mehdinin (əs) camaatı vardır. Məsələn,təccüblənər insan, daha əvvəl göstərsən, düşünək, məsələn, Türküstanda bir gənc, "Sən hz. Mehdi (as) camaatı içində görünürsən,  qədərdədir” desən çox təəccüblənər. "Görəsən necə olacaq" deyər. Elə deyil? O, təbii ki, ona unutdurulacaq.Sonra çox səbəblə oradan oraya gedər, oradan oraya gedər. Çada gedər, Çadda kimləsə tanış olar. O isə onu başqa biri ilə tanış edər. Allah`ın vəsilə və tanışlıq sistemləri çox kompleks, çox əhatəli və incə detallı olur. Bir də baxarsan ki, gəlmiş, qarşında dayanır. Heç bilməz o. Allah onu sövq edər”. (7 iyun 2010, Adıyaman Asu TV)
 
·         Hz. Mehdinin (əs)  tələbələri Zərr aləmində (Kalu Bela) Allah`ın  əhd aldığı möminlərdən ibarətdir
 
Əli ibn Əbu Həmzə deyir ki: “İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "Qaim əleyhissalam (Hz. Mehdi (əs)) zühur etdikdə xalqın çoxu onu inkar edəcək. Çünki o yetkinlik yaşına çatmış bir gənc olaraq zühur edəcək. Onu (Hz. Mehdini (əs)) sadəcəZərr aləmində Allah`ın əhd aldığı möminlər qəbul edəcəklər." (Şeyx Muhamməd ibn İbrahimi Numani, Qaybeti-Numani səh. 247)
 
·         Hz. Mehdi (as) və tələbələri bütün saleh möminlər kimi cənnətlə müjdələnmişdirlər
 
"Onlar uzaqgörən, təqvalı və təvazökardırlar. Dünya malında maraqları yoxdur, iman və irfan sahibidirlər... Gecəleri abid (şagird), gündüzləri aslandırlar. Mərhəmət, şəfqət, qürur və cəhd əhlidirlər. Poladdan ürəkləri və güclü imanları var. Yorulmaq bilməzlər, güclüdürlər. O qədər dayanıqlıdırlar ki, dağlara göndərilsələr, dəlik-deşik edər, yerindən sökərlər. Haqqa inanan, rəhbərinə ((Hz. Mehdiyə (əs)) itaət edib təslim olan, şəhadət aşiqi, Allah`a qovuşmaq üçün can atan, təhlükələrlə və çətinliklərləyetişmiş, fədakar... cəhd və şəhadət aşiqidirlər. Səbir onların xüsusiyyətidir. Təvəkkül onların yol azuqəsidir. Polad ürəkli, dəmir iradəli, gecə namazlarını qılan, hər biri hər biri qırx igid gücündə olan mərd  insanlardır." (Safi Golpeygani, Muntahabul-Eser, səh.486)
 
Hədisdə bildirildiyi kimi hz. Mehdinin (əs) tələbələri gecələri abid, gündüzləri aslandırlar, yəni gecələri elm izah edib, dərs keçərlər, gündüzləri də aslan kimi gəzərlər. Darvinizm və materializm kimi küfr qalalarını elmlə yerindən sökərlər. Hər biri şəhadət aşiqidirlər, Allah yolunda şəhid olmaq üçün eşqlə çalışan, Allah`a qovuşmaq üçün can atan insanlardır. Səbir onların xüsusiyyətidir, tələsməz, səbirlə Quran əxlaqının bütün dünyada hakim olması üçün var-gücləri ilə elmi yöndən mübarizə apararlar. Təvəkkül onların imanlarının ən böyük güc qaynağı olduğundan Uca Allah`a tam bir təslimiyyətlə təslim olar, təhlükə vəziyyətində narahat olmaz, "xeyir vardır" deyərlər.
 
Bütün hədislər göstərir ki, hz. Mehdinin (əs) tələbələri heç qorxmadan, bütün ömürləri boyu hz. Mehdinin (əs) yanında olub bu mübarək insana hər işində köməkçi olacaqlar və səmimiyyətlərinə və ixlaslarına görə Allah`ın izni ilə sonsuz cənnətlə mükafatlandırılacaqlar. (Doğrusunu Allah bilir):
 
“Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz”. (Nisa surəsi, 124)
 
Cənab Adnan Oktarın hz. Mehdi (as) və tələbələri haqqındakı mühüm açıqlamaları
 
·         Hz. Mehdinin (əs)  tələbələri Əshabu Suffa kimi olacaqlar
 
OKTAR BABUNA:  Daha əvvəl də bəhs etmişdik, səhabələrin arasındaƏshabi-Suffa adlanan bir qrup var. Həyatlarının 24 saatını Allah`a həsr etmiş Peyğəmbərimizin (səv) yanında olan, heç evlənməmiş, ailə, uşaq sahibi olmayan,  şan-şöhrət həvəsləri olmayan, Peyğəmbərimizin (sav) yanında olub şəxsən onun tərəfindən təlim almış çox saleh müsəlmanlar. Hz. Mehdinin (əs)  tələbələri də inşaAllah bu cür olacaq. Əshabi-Suffa kimi həyatlarının hər anını Allah yolunda həsr edəcək, hz. Mehdidən (əs) heç vaxt ayrılmayacaqlar, təzyiqlərdən, çətinliklərdən da əsla qorxmayacaqlar inşaAllah. Quran əxlaqının hakim olması üçün də var-gücləri ilə çalışacaqlar.
 
ADNAN OKTAR:  Məhz Hz. Mehdinin (əs)  də bir Əshabi-Suffası var. Kiçik bir gənc topluluğu davamlı hz. Mehdi (əs) ilə birgə davranırlar. Onlar da ailələrindən ayrılırlar, eyni Peyğəmbərimizin (səv) zamanında olduğu kimi Allah üçün birlikdə bərabər bir cəhd içindədirlər, inşaAllah. (10 oktyabr 2010, Kanal Avropa və Çay TV)
 
·         Əzmlə və qətiyyətlə bütün həyatını İslama xidmət üçün həsr edən insan nadir tapılar, hz. Mehdinin (əs) tələbələri belə olacaq
 
Ənfal surəsi, 62. Şeytandan Allaha sığınıram. Peyğəmbərimizə(səv)  Allah xitab edir. "Onlar səni aldatmaq istəsələr, şübhəsiz ki, Allah sənə yetər. O səni Öz köməyi ilə və möminlərlə dəstəklədi. “Axır zamanda hz. Mehdini (əs)  da aldatmaq istəyən bəzi saxtakarlarplanlar quracaqlar. Cənabi Allah bu ayədə hz. Mehdiyə (əs) də işarə edir. Bax deyir: "Səni aldatmaq istəsələr, şübhəsiz ki, Allah sənə yetər” sənə heç bir zərər yetirə bilməzlər. “O səni Öz köməyi ilə və möminlərlə dəstəklədi”. Allah`ın köməyi və möminlərlə nə deməkdir? Hz. Mehdinin (əs) köməkçiləri, tələbələri, saleh, səmimi müsəlmanlar inşaAllah, “və onların qəlblərini birləşdirdi. Sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Amma Allah, onları birləşdirdi. Çünki O, üstün və güclü olandır, hökm və hikmət sahibidir. "
 
Həqiqətən də bir insan topluluğunu dostlaşdırmaq, qardaş etmək demək olar ki, qeyri-mümkündür. Çox çətindir. Xüsusən də dövrümüzdə belə səmimi qardaşlığın olması, malını mülkünü Allah üçün hamısını həsr etmək, gəncliyini fəda etmək, həyatını həsr etmək çox çətindir. Ancaq müəyyən mənfəətlər olarsa, müəyyən maraqlar olarsa, müəyyən müddət üçün bir qisim insanlar fədakarlıq edə bilərlər. Amma candan, əzmli və qərarlı şəkildə bütün həyatını həsr edərək, bütün malını, mülkünü fəda edərək, İslama xidmət edən insan çox nadir olur. Burada yenə səhabələrə işarə edir ayə.
 
Səhabələrdən bəhs edilir, amma eyni zamanda hz. Mehdi (əs) tələbələrindən bəhs edilir.“Və onların qəlblərini birləşdirdi”.  Allah hz. Mehdi (əs) tələbələrinin qəlblərini birləşdirdi. "Sən yer üzündə olanların hamısını sərf etsəydin belə" yəni istədiyin qədər pul ver, istədiyin qədər imkan ver, maşın ver, ev ver” onların qəlblərini birləşdirə bilməzdin.” Qısqanar, həsəd edərlər, çəkişərlər, bir-birləri ilə dost ola bilməzlər. “Amma Allah onları birləşdirdi. Çünki O, üstün və güclü olandır, hökm və hikmət sahibidir. Ey Peyğəmbər, sənə və sənin ardınca gedən möminlərə Allah yetər”.  Axır zamana aid olan xüsusiyyətilə də  “ey hz. Mehdi (əs), sənə və sənin yolunla gedən tələbələrə, mömin tələbələrinə Allah yetər. “Yəni dəccal, xurafatçılar, münafiqlər hücum etsin, tüğyan etsin, darvinist, materialistlər, kommunistlər, PKK hücum etsin heç bir şey edə bilməzlər” deyir Cənabi Allah.“Sizə Allah yetər deyir” inşaAllah. “Ey Peyğəmbər, möminləri cəhdə hazırlayıb təşviq et”,yəni Allah yolunda mübarizəyə, təbliğə, dini yaymağa hazırlayıb təşviq et. Əsrimizə aid olan mənası ilə baxsaq, “ey Hz. Mehdi (əs), tələbələrini cəhdə hazırlayıb təşviq et, onları darvinizmi, materializmi məğlub edə biləcək, dinsizliyi və ateizmi darmadağın edə biləcək şəkildə elmləndir. Təlim almalarını təşkil et, istiqamətləndir, dövrün hər cür texnologiyasından, imkanından istifadə et və İslam əxlaqını dünyaya yay "-o mənaya gəlir. “Əgər içinizdə iyirmi səbirli olsa, iki yüz (adamı) məğlub edə bilərlər.” Hz. Mehdi (əs) tələbələrinin xüsusiyyəti nədir? Az olmaları. Səhabənin xüsusiyyəti nə idi? 313 nəfər Əhli Bədirin sayısıdır. Hz. Mehdi (əs) tələbələrinin sayı nə qədərdir? 313. Bunu kim deyir? Peyğəmbərimiz (səv) deyir. Necə deyir? Vəhylə deyir. Vəhyi ona kim bildirir? Cəbrayıl. Cəbrayılakim bildirir? Allah. İnşaAllah. Bax “Əgər içinizdə iyirmi səbirli olsa, iki yüz (adamı) məğlub edə bilərlər”. Hz. Mehdi (əs) tələbələri də çox kiçik bir topluluqla nəhəng dünyanı, dünyadakı ateist, darvinist, materialist sistemi yerlə-yeksan edirlər inşaAllah.Hz. İsa Məsihin (əs) tələbələri də 1400 nəfərdir. Hz. İsanin(əs) tələbələri dədarmadağın edirlər, bax, 1400 nəfərlə bütün dünyanı doğru yola çəkirlər. Allah`ın izni ilə. “Və əgər sizdən üz (səbirli kişi) olsa, kafirlərdən minini məğlub edər.” Keyfiyyətin əhəmiyyətinə Cənabi Allah diqqət çəkir. Yəni sayları əsas deyil, keyfiyyət əsasdır. Yəni kəmiyyət deyil, keyfiyyət mühümdür.“Çünki onlar (haqqı) anlamayan bir tayfadır!” Yəni “cahil, məlumatsız, elmdən uzaq, düşünməyən, araşdırmayan bir topluluqdur" deyir Cənabi Allah”. (Adnan Oktarın 24 noyabr 2010-ci il tarixli Samsun Aks TV və Kayseri Tv-yə olan müsahibəsindən)
 
·         Hz. Mehdinin (əs)  tələbələri 600 gözlü, 600 qulaqlı və 300 beyinli tək bir varlıq kimidir, heç kim onların öhdəsindən gələ bilməz
 
ALTUĞ BERKER: "... Onlar sizə pislik və zərər verməyə çalışır, sizin sıxıntıya düşməyinizi istəyirlər". (Ali-İmran Surəsi, 118)
 
ADNAN OKTAR:  Ya xəbərdarlıq edərək, ya yazılarında, ya sözləri, ya köşə yazısı ilə, ya televiziya kanallarından müraciət edərək, ya radiolardan müraciət edərək, şifahi şəkildə və yaxud bəzi feli maneələr törətmələri ilə, bəzi feli sui-qəsdlərlə, planlarla müsəlmanlara narahatlıq vermək, guya onları narahat etmək, onları yormaq, onları məşğul edib öz iddialarından uzaqlaşdırmaq üçün şeytan öz fəaliyyətini  həyata keçirir. Onlar bir-birlərinin dostudurlar, yardımçısıdırlar, yəni münafiq komandasından söhbət gedir. O, onu tanıyır, o onu tanıyır. Bir-birlərinə dəstək olurlar, bir-birlərinə kömək edirlər. Buna baxmayaraq, Mehdiyyət tək vücuddur. Rəsulullah (səv) “313 nəfərdirlər” deyir. Yəni 600 gözlü, 600 qulaqlı, 300 beyinli tək bir varlıq kimidir Mehdi (əs) tələbələri. Bununla heç kimmübarizə apara bilməz, çünki dünyada belə bir varlıq yoxdur. İnsan bununla mübarizə apara bilməz. (Adnan Oktar`ın 12 Noyabr 2010-ci il tarixli Harun Yahya Tv müsahibəsindən)
2014-12-15 19:40:07

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."