Kimyəvi silahlardan istifadə etmək cinayətdir. Bəs ənənəvi silahlar necə?

Çox əsrlik tarixə malik nəhəng dövlətlər bir çox müharibələrin baş verməsinə səbəb olmuşlar. Keçmişdə baş verən müharibələr son dövrdə baş verənlərdən fərqlənirdi. Belə ki, keçmişdə müharibələrin yaşayış sahələrində deyil, əksər hallarda cəbhələrdə gerçəkləşməsi, istifadə olunan silahların indikilərdən fərqli olması, dinc əhali itkisinə olan həssaslıq müharibələri daha az ölümcül və dağıdıcı hala gətirirdi.


20-ci əsr faşizm, kommunizm kimi ideologiyaları və bir çox müharibələri özü ilə gətirdi. “Aşağı irqlər” yalanı geniş yayıldı. “Aşağı irqlər”ə mənsub insanların yaşamaq hüququnun olmadığı düşünülürdü. Bu azğın ideologiya bir qisim insanların düşüncəsinə yeridildi. Bir çoxları üçün adam öldürmək asanlaşdı. Güclülərin həyatda qalacağı və guya üstün irqlərin idarə etdiyi bir dünya planlaşdırıldı. 


20-ci əsrdə dünya iki dəhşətli müharibəyə şahid oldu. Müharibə artıq şəhərlərin içində idi və vətəndaşlar hədəf halına gəlirdi. Bu dövrdə bəşəriyyət üçün ən ağır zərbə kimyəvi silahların istifadəsi oldu. Müharibə illərində Çörçil kimi bəzi siyasətçilər kimyəvi silahları açıq şəkildə müdafiə edirdilər. Hətta bir çox siyasətçi “aşağı” irqlər üzərində kimyəvi silahların istifadəsini müdafiə edən utancverici nitqlər söyləyirdi.


Kimyəvi silahların təcrübə obyektləri isə müharibə əsirləri idi. Əsrin əvvəlində gerçəkləşən Birinci dünya müharibəsində 100 mindən çox əsgərin kimyəvi silahlarla öldürülməsi nəticəsində 1925-ci ildə Cenevrə Protokolu imzalandı. Müharibədə kimyəvi silahlardan istifadə olunması qadağan olundu. Lakin bu qadağa həmin silahların istehsalı, saxlanılması və satışına şamil edilmirdi.


Birinci dünya müharibəsi illərində 124 min ton kimyəvi qaz istehsal olundu. Bunun 51 min tonu müharibədə istifadə olundu. 1919-cu ildə İngiltərə Hava Qüvvələri Rusiya daxili məsələlərində bolşevik qiyamçılara və Mosul bölgəsindəki kürdlərə qarşı kimyəvi silahlar tətbiq etdi. Əsrin faşist İtalyası isə Liviya işğalında kəndlilərə, 1935-ci ildə Efiopiya işğalında isə yerli əhaliyə qarşı kimyəvi qazlardan istifadə etdi. Efiopiyada kimyəvi qaza məruz qalan mindən çox insan həyatını itirdi. İkinci dünya müharibəsində isə kimyəvi qazdan ən çox istifadə edənlər yaponlar olmuşdur. Yaponlar kimyəvi silahları özlərindən aşağı irq hesab etdikləri Asiya xalqlarına qarşı istifadə etdilər. 1988-ci ildə İraq rejimi zamanı Hələbçə kürdlərinə kimyəvi silahlı hücum nəticəsində bir neçə dəqiqə ərzində 5 min günahsız insan həyatını itirmişdi. İraqın bu hücumda istifadə etdiyi iprit qazı ingilis alim Frederik Qutri (Frederick Guthrie) tərəfindən təkmilləşdirilmişdi. Bundan başqa, hücumda istifadə edilən kimyəvi qaz “VX” isə İngilis firması “İCİ” tərəfindən İkinci dünya müharibəsindən sonra təkmilləşdirilmişdi. Soyuq Müharibə dövründə isə NATO zarin qazını “standart kimyəvi silah” elan etmişdi. Bunun nəticəsində bu dövrdə həm ABŞ, həm də SSRİ zarin qazının istehsalına başlamışdı.  


Göründüyü kimi, bir-biri ilə mübarizə aparan sivilizasiyalar xüsusilə 20-ci əsrin əvvəllərindən etibarən kimyəvi silahları təkmilləşdirib dünyanın müxtəlif yerlərinə ixrac etmişlər. Bu silahlar milyonlarla insanın ölümünə səbəb olmuşdur.


Lakin bütün bunlar baş verərkən napalm bombaları və ənənəvi silahlarla müharibələr davam etmiş, atılan bombalar insanların evlərini dağıtmış, bədənlərini parça-parça etmişdir. Kimyəvi silahlar necə ki, insan ölümlərinə səbəb olursa, ənənəvi silahlarla olan hücumlar da eyni şəkildə günahsız insanları hədəfə alır.  Bugün dünyada ənənəvi silahların səbəb olduğu insan ölümləri olduqca böyük nisbətdədir.


İnsanların bir qisminin, həmçinin beynəlxalq ictimaiyyətin kimyəvi silahlara mənfi reaksiya göstərməsi müsbət haldır. Lakin bir çox birliklər və qeyri-hökümət təşkilatlarının ənənəvi silahlara qarşı nəyə görə bu qədər səssiz qaldıqları sorğulanmalıdır. Məsələn, Suriya xalqının bir müddət öncə məruz qaldığı kimyəvi silah hücumu dünya mətbuatında “insanlıq cinayəti” başlığı ilə gündəmdə oldu. Bu hücumdan təxminən bir həftə öncə isə Şam, Dera və İdlib kəndlərində dinc əhalinin ənənəvi silahlarla şəhid edildiyi hücumlar həyata keçirilmişdi. Lakin bu, kimyəvi silahlarla olan hücumla eyni təsiri oyandırmamışdı. BMT kimyəvi silah hücumu üçün toplanmaq qərarına gəlmiş, amma bir həftə öncəki hücum üçün hər hansı bir cəhd göstərməmişdi. Maraqlıdır ki, ənənəvi silahların günahsız canlar almağı artıq normal qarşılanır və yaranan vəziyyət isə eyni Corc Buşun gətirdiyi termin olan “ikinci dərəcəli ziyan” (collateral damage) olaraq əhəmiyyətsiz hesab edilir. Bütün bunların ciddi bir bəşəri problem olduğunu görməmək isə mümkün deyil.


Münaqişələr, ölümlər və ən çox günahsız insanlara edilən bombalı hücumların normal qəbul edilməsi narahatverici haldır. Kimyəvi silahların böyük insanlıq cinayəti olduğunu izah edərkən bombalar və tüfənglərlə insan öldürməyin normal olduğunu qəbul etmək böyük fəlakətlərin qapısını aça bilər. Təəssüf ki, bu “fəlakət qapısı” artıq açılmışdır. Müharibədən qazanc əldə edənlər bir çox cəmiyyətlərə bu cür şüuraltı təlqinlər edirlər. İnsanlar heç alışmadığı şeylərə adət etməyə, heç müdafiə etməyəcəyi şeyləri müdafiə etməyə başlayır, bu qədər çox qanın tökülməsinə səssiz qalırlar. Lakin bunun qarşısını ala bilərik.


Bizim mübarizəmiz insanı dəyərsiz, müharibəni isə məqbul hesab edən hər cür ideologiyanın qarşısını almaqdır. Müharibələri meydana gətirən yanlış ideologiyalardır. Bizim vəzifəmiz kütləvi qırğın silahlarını “günahsızlaşdıranların” oyunlarının qarşısına almaq və müharibəni zəruri hesab edən həmin ideologiyaları təkzib etməkdir.  

Adnan Oktarın “The Arab Weekly”də yayımlanan məqaləsi:
http://www.thearabweekly.com/?wrid=364


 

2017-06-08 21:13:57

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top