Suriyada sülh üçün yeganə həll yolu Türkiyə-Rusiya-İran ittifaqıdır


Suriyadakı vətəndaş müharibəsinə Türkiyə, Rusiya və İrandan başqa xarici qüvvələrin daimi həll yolu tapa bilməyəcəyini, məsələnin yalnız bu üç ölkənin ittifaqı ilə həll oluna biləcəyini dəfələrlə qeyd etmişəm. Bu məsələ ilə bağlı bir çox addımlar atılıb. Moskvada 20 dekabr 2016-cı ildə Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri arasında keçirilən görüş onların bu məsələ ilə bağlı birgə bəyannamə qəbul etmələri ilə nəticələndi.

Bəyannamədə Suriyanın birliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunması, məsələnin hərbi yolla deyil, diplomatik yolla həlli, görüşdə iştirak edən üç ölkənin də buna zəmanət verməsi, humanitar yardımların dərhal lazımi yerlərə çatdırılması üçün atəşkəsin yaradılması kimi mühüm məsələlər öz əksini tapmışdı. Bəyannamənin imzalanmasından bir neçə gün sonra, yəni 30 dekabr 2016-cı ildə ümumi atəşkəsrejimi yaradıldı.

Beləcə, bölgədəki 3 əsas ölkənin ittifaqı ilə Suriyada daimi sülh üçün ilk addımlar atıldı. Bu, eyni zamanda, Suriya probleminin yeganə həllinin yalnız bu üç ölkənin ittifaqı ilə təmin oluna biləcəyini göstərdi. Çünki əvvəlcə ABŞ və Qərb koalisiyalarının rəhbərliyi ilə həyata keçirilən Cenevrə görüşlərində problem kifayət qədər həll oluna bilməmişdi.

Moskvada qəbul edilən bəyannamə, eyni zamanda, Suriya üçün yeni bir mərhələnin başlamasını xəbər verən Astana görüşlərinə də zəmin yaratdı. Bu il 23-24 yanvar, 15-16 fevral və 14-15 mart tarixlərindəkeçirilən Astana görüşlərində Rusiya, İran və Türkiyənin bölgədə atəşkəs yaradılmasına zəmanət verməsi və bu atəşkəsin davamlı olmasına nəzarət etməsiqərara alınmışdır. BMT, Suriya höküməti və müxalif qüvvələr də bu qərarı təsdiqləmişdi.

19-20 aprel tarixlərində Tehranda İran, Türkiyə və Rusiya arasında zirvə görüşü keçirildi. 4-cü Astana görüşündə danışılacaq mövzular müzakirə edildi. Tərəflər arasında daha sonra əsir mübadiləsi müzakirə edildi və Suriyada 4 təhlükəsiz bölgə yaradılması barədə razılıq əldə olundu.

İran, Türkiyə və Rusiya arasında imzalanan memorandumda Suriyanın İdlib vilayəti, əl-Laziqiyyə, Hələb, Həma və Homs vilayətlərinin müəyyən hissələri, Şamın Şərqi Quta bölgəsi, Dera və əl-Quneytra bölgələrinin təhlükəsiz bölgələr olması qərara alındı.

4-cü Astana görüşündən əvvəl Soçidə görüşən cənab Ərdoğan və cənab Putin də təhlükəsiz bölgələrlə bağlı razılıqlarınıbildirdilər. Beləcə, Rusiya, İran və Türkiyənin ittifaqı ilə Suriyada daimi sülh üçün yenidən mühüm bir addım atıldı. Suriyada ilk dəfə zorakılığın olmadığı bir dövr başladı. Təhlükəsiz bölgələrlə bağlı verilən qərar Cenevrədə keçirilən Suriya danışıqlarının 6-cı mərhələsində də müsbət rol oynadı.

Maraqlıdır ki, hadisələrin bu cür cərəyan etməsi bir qisim Qərb mətbuatını təşvişə saldı. Türkiyə, İran və Rusiyanın Suriya məsələsi ilə bağlı birləşməsi bölgədə ABŞ-ın nüfuzunun azalması kimi şərh olundu.

İran, Rusiya və Türkiyənin ittifaq qurması həmişəki kimi yenə ingilis mətbuat orqanlarının rəhbərliyi ilə təşkil olunan kampaniyada NATO əleyhdarı bir hərəkət kimi göstərildi. “The Economist” jurnalında NATO-nun bu dostluqdan narahat olmalı olduğu bildirildi.

“Time” jurnalında isə təhlükəsizliyin bütün ölkədə deyil, yalnız 4 bölgədə təmin olunmasının müxalif tərəflər baxımından qəbuledilməz olduğu şərh edildi. 6 ildir ki, qan gölünə çevrilmiş Suriyada sülhü təmin edəcək tarixi planın təxribat və fitnə məqsədli olduğu iddia edildi.

Qlobal imperializmin əsasını qoyanİngiltərə dərin dövlətinin təşvişə düşməsi Rusiyanın da dəstəyi ilə iki böyük müsəlman dövləti olan İran və Türkiyənin Suriyaya sahib çıxmaqda nə qədər doğru qərar verdiklərini göstərir. İran, Türkiyə və Rusiyanın bölgədə güc sahibi olması  əsrlər boyu saysız-hesabsız plan və layihələrlə Yaxın Şərqdən mənfəət əldə etməyə çalışan bu təşkilatınheç də işinə yaramadı.

Tarix boyunca bu üç ölkənin gücünü və aralarındakı dostluq əlaqələrini kəsmək üçün hər dövrdə bir çox planlar qurulmuşdur. Üç ölkəni də embarqolarla, sanksiyalarla zəiflətməyə çalışmışlar.Sonda isə PYD/PKK-ya verilən əsaslı hərbi dəstək bu terror təşkilatını bölgədə qlobal imperialist gücün mərkəzinə çevirmək üçünedilən sonuncu cəhd idi. Digər tərəfdən irq, məzhəb, milliyətyönündə ediləntəxribatlarla üç ölkə arasında kin, nifrət və düşmənlik yaratmağa çalışırlar.

Sevindirici hal isə budur ki, bu üç ölkənin heç biri tarix boyu bu hiylənin qurbanı olmamışdır. İran, Türkiyə və Rusiya bütün təzyiqlərə baxmayaraq ittifaqlarını hər zaman davam etdirmiş və bu gözəl ittifaq hər zaman yaxşı nəticələr vermişdir.

Məhz bu gün də Suriyada sülh üçün İran, Türkiyə və Rusiyanın güclü dostluq və ittifaqla bir-birilərinə bağlanmaları, birgə fəaliyyət göstərmələri bu məkrli oyunların uğur qazanmadığının və qazanmayacağının gözəl bir nümunəsi olacaq. Xüsusilə, iki müsəlman qardaş ölkə İran və Türkiyənin bəsit provokasiyalara fikir vermədən,sünni-şiə ayrı-seçkiliyi etmədən dostluq və qardaşlıq münasibətlərini gücləndirməkdə qərarlı olmaları, sərhədləri açaraq iqtisadi, siyasi, sosial və strateji sahələrdə ən yüksək səviyyədə əməkdaşlıq etmələri Allahın izni ilə Suriyada sülhün, sabitliyin, inkişaf və rifahın ən güclü təminatı olacaq.

Adnan Oktarın “Tehran Times” və “Jefferson Corner”-da yayımlanan məqaləsi:

http://www.tehrantimes.com/news/413895/The-Road-to-peace-in-Syria

http://www.jeffersoncorner.com/the-road-to-peace-in-syria/

 


 

2017-06-21 22:30:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top