Canlıların ətraf mühitə uyğunlaşma sənətinə nümunələr


Allahın sonsuz elminin, sonsuz ağlının və sonsuz gücünün dəlilləri “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz” (Nəhl surəsi, 18) ayəsi ilə bildirildiyi kimi, bizim saymağa gücümüz çatmayacaq qədər çoxdur. Yaradılış dəlillərinin bir-biri ilə uyğunluq içində olması kainatda möhtəşəm bir nizam əmələ gətirir. Bu nizam insan ağlının belə əsla anlaya bilməyəcəyi incəliklərlə mükəmməl şəkildə yaradılmışdır. Uca Rəbbimizin uyğunlaşma (adaptasiya) sənəti də bu mükəmməl incəliklərdən biridir.


Adaptasiya bir canlının olduğu mühitdə daha rahat yaşamasını və çoxalmasını təmin edən xüsusiyyətdir. Təkamül nəzəriyyəsini müdafiə edənlər canlılardakı adaptasiyanın təkamülə dəlil olduğunu irəli sürür və canlıların yaşadığı mühitin şərtlərinə uyğunlaşaraq müəyyən zaman ərzində növ dəyişdirdiklərini iddia edirlər. Amma təkamülçülərin “şərtlərin dəyişməsi canlıların təkamül keçirərək növ dəyişdirmələrinə səbəb olur” iddiası, əlbəttə ki, əsassızdır. Doğrudur, canlılar yaşadıqları mühitin şərtlərinə uyğunlaşa bilirlər, lakin  bu uyğunlaşma yalnız canlıların "genetik potensialı"nın imkan verdiyi hüdudlar daxilində baş verə bilər. Əgər genetik potensialı bu dəyişikliklərə uyğunlaşmasına imkan vermirsə, onda bu növ dəyişən şərtlərə uyğunlaşa bilmir və ölür. Ancaq heç bir zaman şəraitə uyğunlaşaraq başqa növə çevrilmir. Hər zaman eyni növə məxsus olaraq qalır.


Bütün canlıların ortaq bir əcdaddan təsadüflər nəticəsində meydana gəldiyini müdafiə edən təkamülçülər adaptasiya anlayışından çox istifadə edirlər. Lakin adaptasiya ilə təkamül əlaqəsi Lamark dövründən qalmış primitiv elmin bir qalığıdır və bu iddianın əsassızlığı illər öncə elmi kəşflər nəticəsində sübut edilmişdir.


Allahın canlılarda yaratdığı adaptasiya xüsusiyyəti sayəsində canlılar olduqları mühitdə daha rahat yaşayıb çoxala bilirlər.


Göyləri və yeri yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117) 


Parıldayan qırxayaq


Cənubi Kaliforniyada qaranlıqda parıldayan qırxayaq cinsinin 3 növü yaşayır. Motyxia cinsindən olan qırxayaqlar bütün bədənlərini parıldada bilirlər. Bu qırxayaqlar kordurlar. Beləliklə, işıqlarını bir-birlərini görmək üçün istifadə etmələrinin heç bir mənası yoxdur. Bu canlılar işığı düşmənlərindən qorunmaq üçün istifadə edirlər. Bu, Arizona Universitetində aparılan bir tədqiqatla sübut edilmişdir. Parıldayan qırxayaqlar parıldamayan növlərə görə gəmiricilərin daha az hücumuna məruz qalırlar. Bu qırxayaqların olduqları mühitə uyğun yaşamalarında daha bir mükəmməl uyğunluq da var. Bu canlılar düşmənlərini qorxutmaq üçün sianid turşusu ifraz edirlər və bunu dərilərində saxlayırlar.


Quş yuvaları


Botsvanada (Afrika dövlətlərindən biri) yaşayan kamuflyaj ustası toxucu quşlar yuvalarını çox diqqətlə inşa edirlər. Edinburq Universitetinin alimlərinin müşahidələrinə görə, toxucu quşlar yuva düzəltmə metodlarını dəyişdirə bilir və bir-birlərindən təcrübə əldə edərək yuva qurmağı öyrənə bilirlər.


Toxucu quş, əvvəlcə, istifadə edəcəyi materialı toplayır. Yaşıl və təzə yarpaqlardan özünə uzun nazik iplər kəsir və yarpaqların ana damarlarını götürür. Xüsusilə təzə yarpaqları seçməsinin isə bir səbəbi var: Quru yarpaqlardan götürəcəyi materiala nəzarət etmək və bunları toxumada istifadə etmək çox çətindir, ancaq təzə yarpaq lifləri ilə bu prosesi çox rahat edə bilir. Quş əvvəlcə çəngəlvari bir budağa yarpaqdan qopardığı uzun lifin ucunu sarıyır. Lifin bir ucunu ayağı ilə budağın üzərində tutarkən digər ucunu dimdiyi ilə idarə edir. Həmçinin liflərin düşməməsi üçün onları düyünləyərək bir-birinə bağlayır. Əvvəlcə, bir halqa əmələ gəlir: bu, yuvanın girişidir. Daha sonra isə dimdiyini məkik kimi istifadə edib yarpağın liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir. Toxuyarkən eyni zamanda hər lifi nə qədər çəkməli olduğunu da hesablamalıdır. Çünki əgər lif boş toxunsa, yuva dərhal dağılar. Həmçinin yuvanın son halını zehnində canlandırmalıdır ki, divarların formasını, genişliyini, darlığını əvvəlcədən planlamış olsun.


Girişi tamamladıqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bu zaman başıaşağı durur və iç tərəfdən işinə davam edir. Dimdiyi ilə bir lifi digərinin altına salır və sonra həssas bir şəkildə çöldə qalan ucunu tutur və möhkəmcə dartır. Beləcə olduqca nizamlı şəkildə yuvasını toxuyur. Toxucu quşların bunları təsadüfən həyata keçirmələri, əlbəttə ki, mümkün deyil. Bu canlılar çox şüurlu şəkildə və müəyyən bir məqsədlə Allahın ilhamı ilə hərəkət edirlər. Bir ayədə belə bildirilir:


Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir. (Nur surəsi, 41) 


Yüksək duzluluğa qarşı dayanıqlılıq


Dünyanın ən duzlu gölü olan Ölü dənizdəki su qaynaqlarında son zamanlar bəzi mikrob növlərinin yaşadığı aşkar edilib. Tədqiqatçılar digər orqanizmlər arasında yaşayan fototorflar və sulfid bakteriyaları da tapıblar.


Yüksək duzluluğa qarşı güclü müqaviməti olan və duzsevən növlər olaraq bilinən halofil mikroorqanizmlərin çoxu yüksək duz konsentrasiyasına qarşı davam gətirir. Halbuki bu cür sıxlıqda DNT və zülallar həyati proseslər üçün çox vacib olan qarşılıqlı əlaqələri yerinə yetirə bilmir. Bu cür duzluluğa məruz qalan orqanizmlərin çoxu belə hallarda məhv olur. Həddindən artıq duzlu şəraitdə yaşayan halofillər isə yüksək duz konsentrasiyasına uyğunlaşıb hələ də tam olaraq anlaşılmayan mexanizmlər vasitəsi ilə həyatda qala bilirlər. Şübhəsiz, bu vəziyyət təkamülçülərin birhüceyrəli canlıları guya bəsit canlılar hesab etmələrinin əslində ideologiyalarından qaynaqlandığını bir daha sübut edir. Hələ mexanizminin necə işlədiyi tam olaraq anlaşılmayan, gözlə görülməyəcək qədər kiçik bir canlının yaşadığı şəraitə uyğunlaşaraq digər canlılardan üstün bir sistemə sahib olması və sahib olduğu sistem vasitəsi ilə öhdəsinə götürdüyü vəzifəni milyonlarla ildən bəri qüsursuzca yerinə yetirməsi uca Allahın üstün sənətindəki sirləri anlaya bilmək, Onun gücünü görmək və təqdir etmək üçün bir vəsilədir.


Əkinçi bitki


2011-ci ildə öz toxumunu əkən bir bitki kəşf edildi. “Spigelia genuflexa” adlı bu bitki meyvələri yetişdikdə budaqları aşağı doğru əyilir. Bitki toxumlarını torpağa tökür və hətta bəzən yumşaq yosun örtüyünün altında sanki toxumlarını basdırır.


Yer üzərindəki bütün canlılarda olduğu kimi, bu bitkinin olduğu mühitə uyğunlaşması üçün lazımi məlumatları yerləşdirən, şübhəsiz ki, hər şeyi qüsursuz yaradan, hər cür yaratmadan xəbərdar olan Allahdır. Allah bu gerçəyə bir ayədə belə diqqət çəkir:


Məgər Allahın göydən yağış yağdırdığını və (onunla ) yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır. (Həcc surəsi, 63)


Kondisionerli qarışqa şəhərləri


Argentinada otkəsən qarışqalar içində milyonlarla qarışqa yaşayan koloniyaların olduğu, təpəciklər şəklində mükəmməl yuvalar inşa edirlər. Qarışqalar hava şəraitinə uyğun olaraq dəlikli yuvalar düzəldirlər ki, bu dəliklər koloniyaya hava daxil olmasını və qarışqaların əkdikləri göbələklər üçün uyğun temperaturun  olmasını təmin edir. Yuvalar bu məqsədlə inşa edilir və burada güclü iş prosesi gedir. Termitlər də öz ölçülərindən çox böyük olan havalandırma sisteminə malik qülləyə bənzər yuvalar inşa edirlər.


Bu yuvanın inşa edilməsi üçün üstün texnologiya və mütəxəssis heyət birgə fəaliyyət göstərməlidir. Bir insan bu cür bir yuva qurmaq üçün lazımi məlumatları ancaq çox uzun zaman ərzində əldə edə bilər. Halbuki yumurtadan çıxan andan qarışqa vəzifəsini bilir və vaxt itirmədən tətbiq edir.


Bu, qarışqaların bu məlumatlara hələ dünyaya gəlməmişdən əvvəl sahib olduqlarını göstərir. Daha doğrusu, bütün bu məlumatlar qarışqalara var olduqları andan etibarən hər şeyin Yaradıcısı uca Allah tərəfindən ilham edilir. “Nuh” surəsində hər şeyin sahibinin və hər şeyə nəzarət edənin Allah olduğu, hər canlının Onun ilhamı ilə hərəkət etdiyi belə bildirilir:


Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir (doğru yolda olanı qoruyandır). (Hud surəsi, 56)


Tısbağa yumurtaları


Cənubi Atlantikada Askenson adasının bəzi sahilləri çox isti olur. Tısbağalar yumurtalarını bu qumsallara buraxır. İstiyə dözümlü olan bu yumurtalar bala tısbağaları yüksək temperaturdan qoruyur.


Məlum olduğu kimi, dişi tısbağalar doğulduqları sahilə qayıdaraq yumurtalarını oraya qoyurlar. Aparılmış tədqiqata görə, yumurtadan çıxdıqları isti qumsallara qayıdan tısbağaların 6 km uzaqlıqdakı daha soyuq qumsallara qayıdan tısbağalara nisbətən istiliyə qarşı daha dayanıqlı olduqları müşahidə olunmuşdur. Kainatdakı hər şeyi yaradan, hər yerdə sonsuz ağlını təzahür etdirən uca Allahdır.


Rəbbimiz sonsuz elmini dilədiyi şəxsə dilədiyi qədər verir. Allah elmi ilə hər şeyi əhatə etdiyini Quranda belə bildirir:


Sizin ilahınız yalnız Özündən başqa heç bir ilah olmayan Allahdır. O, elmi ilə hər şeyi əhatə edir. (Ta ha surəsi, 98)


Bir canlını yaşadığı mühitə yerləşdirən, onu oradakı şəraitə görə müdafiə sistemləri ilə təchiz edən uca Allahdır. Bu gerçək insana bütün varlıqlara və onların davranışlarına nəzarət edən Allahın böyüklüyünü davamlı xatırladır:


Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)


Ağ ayılar


Ağ ayılar buzlu ərazilərdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ, qalın kürkə sahibdirlər. Sahib olduqları 5 sm qalınlığındakı xüsusi kürkün ağ görünən tükləri əslində şəffafdır. İstilik itkisinin qarşısını alan optik liflərə sahib bu tüklərin hər biri içi boş şəffaf balon kimidir. Bu balonlar günəş şüalarından gələn istiliyi altdakı qara rəngli tüklərə qədər ayının bütün dərisində paylayır və canlının isinməsini asanlaşdırır.


Həmçinin ağ ayıların dərilərinin altındakı 10 sm-lik yağ təbəqəsi istilik izolyasiyasını təmin edir. Beləcə kürkü və dərisi ayını soyuq havadan qoruyur. Bu kürk üzməyə də əlverişlidir. Suyun içərisində olarkən tüklər bir-birinə yapışır və ayı su keçirməyən yumşaq dalğıc kostyumu geyinmiş kimi olur. Bununla da buzlu sularda 10-11 km/saat sürətlə 2000 km-lik uzaq məsafəyə qədər üzərək gedə bilir. Uca Allahın bu canlıların dəriləri və tüklərində yaratdığı bu detallar vasitəsilə ağ ayılar 37°C-lik bədən temperaturlarını suyun içində və ya üstündə uzun müddət qoruyub saxlaya bilir. Bu canlıların, hətta bədən temperaturunun həddindən çox artdığı zamanlar belə olur. Belə hallarda isə bu canlılar yüksələn bədən temperaturlarını aşağı salmaq üçün bədənlərini buza sürtürlər.


Ağ ayının yağı və dərisi mükəmməl bir izolyator olduğu üçün soyuq havanın canlıya təsirini azaldır. Ağ ayılar da uca Allahın canlılarda yaratdığı uyğunlaşma (adaptasiya) sənətinin bir dəlilidir. Uca Rəbbimiz bu qüsursuz yaratma gücünü və sənətini bir Quran ayəsində belə bildirir:


O, Allah yaradandır, qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)
 

2017-06-27 13:17:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top