Hz. Mehdi (ə.s) ilə əlaqədar yeni hədislərin hamısı

HZ. MEHDİ (Ə.S) VƏ YOLDAŞLARINI SEVƏNLƏR VƏ ONLARIN MÜXALİFLƏRİNDƏN UZAQ DAYANANLAR MÜBARƏK İNSANLARDIR

Qeybət Tusi: Fazıldan, İsmail ibn Məhrandan, Əymən ibn Mohrazdan, Rufai ibn Musadan və Müaviyə ibn Vahabdan, Əbu Abdullah Sadiq (ə.s) həzrətlərinin belə söylədiyi nəql edildi:

Allahın elçisi (s.ə.v) dedi:

“Əhli Beytimdən Qaim [Mehdinin] zamanında yaşayanlar nə qədər qismətlidirlər. Onun [Mehdinin] çıxışından əvvəl ona [Mehdiyə] inananlar, [Mehdinin] dostlarını sevənlər və [Mehdinin] düşmənlərindən uzaq dayananlar mübarək olsun. Bu insanlar mənim ən yaxınlarımdırlar və Hesab Günü dostlarım olacaqlar”. (Rufaidən nəql edilən hadisə görə: “Mənə görə Allahın ən hörmətli varlıqları olacaqlar”)

 

ALLAH HZ. MEHDİ (Ə.S) VƏSİLƏSİYLƏ ÇƏTİNLİKLƏRİ QALDIRACAQ

Bazufari Əhməd ibn İdris, o da İbni Kutaibiyə, o da Fazıldan, o da Nasir ibn Muzahimdən, o da Əbu Ləhiyədən, o da Əbu Qabildən, o da Abdullah ibn Əmr İbn Əsdən rəvayət etmişdir.

Peyğəmbərimiz (s.ə.v) Əli İbn Əbu Talibə (ə.s)-ı işarə edərək buyurmuşdur:

“Daha sonra Mehdi doğulacaq ki, onun (Əlinin) soyundan gələcəkdir. Onun [Mehdinin] vasitəsilə Allah yalanları ortadan qaldıracaq. Onun [Mehdinin] vasitəsilə Allah çətinlikləri qaldıracaq, boyunlarınızdan əsarətin utancını qaldıracaq”. (Biharül Envar, səh. 117)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİNDƏN “QARDAŞLARIM” DEYƏ BƏHS ETMİŞDİR

Basair-ud Daracaat: İbni Marufdan, Hamad ibn İsadan, Əbul Caruddan, Əbu Basardan, Əbu Cəfər İmam Sadiq (ə.s)-dan belə nəql etmişdir:

“Bir gün Allahın Rəsulu (s.ə.v) səhabələrinin yanında iki dəfə belə söylədi: “Allahım, mənə qardaşlarımı göstər”. Ətrafında olan səhabələr ondan soruşdu: “Biz sənin qardaşların deyilikmi, ey Allahın Elçisi (s.ə.v)? O belə cavablandırdı: “Xeyr, siz hamınız mənim səhabələrimsiniz. Qardaşlarım Axırzamanda gələcəklər. Onlar məni görmədən mənə inanacaqlar. Allah mənə onların atalarının adlarını analarının rəhmindən çıxmadan əvvəl bildirmişdir. Onların hər biri üçün imanlarını qorumaq gecənin qaranlığında tikanların üzərində getməkdən və ya əllərində köz tutmaqdan daha çətin olacaq; onlar qaranlıqda şam olacaqlar, Uca Allah onları təxribatçılıqdan və pislikdən qurtaracaq”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)]/ 51-53-cü cildlər (yeni nəşr))

 

 

HZ. MEHDİ (Ə.S)-A İMƏKLƏYƏRƏK DƏ OLSA, QATILMAQ ÜÇÜN TƏLƏSİN

Qeyət Numani: İbni Ukdadan, Əhməd ibn Yusifdən, İbni Məhrandan, İbni Batainidən, atasından, Vahab ibn Hafasdan, Əbu Basardan, İmam Cəfər Sadiq (ə.s)-ın belə söylədiyi nəql edildi:

Qaimimiz [Mehdi] çıxdıqda, ona [Mehdiyə] iməkləyərək də olsa, qatılmaq üçün tələsməlisiniz. Allahın icazəsiylə, sanki rükn və mövqe arasında ona yeni bir razılaşma üzərinə beyət edildiyini görürəm”.

 

İMAM CƏFƏR SADİQİN HZ. MEHDİ (Ə.S)-A OLAN SEVGİSİ

Qeybət Numani (səh. 181): Əli ibn Əhməd, o da Abdullah ibn Musa Həsəndən, o da ibn Müaviyə İbni Məhbubdan, o da Xalid ibn Kasirdən rəvayət edildiyinə görə İmam Cəfəri Sadiqdən soruşuldu:

“Qaim [Mehdi] doğulmuşdurmu?” Dedi ki: “Xeyr. Əgər onun [Mehdinin] zamanında doğulmuş olsaydım, həyatımın hər gününü ona [Mehdiyə] xidmət edərək keçirərdim”.

 

 

BƏDR DÖYÜŞÜNDƏ PEYĞƏMBƏR (S.Ə.V) İLƏ BİRLİKDƏ DÖYÜŞƏN BİR QRUP (MƏLƏK) MEHDİ ƏLEYHİSSALAM VƏ TƏLƏBƏLƏRİ İLƏ BİRLİKDƏ MÜBARİZƏ APARACAQ

Qeybət Numani: Məhəmməd ibn Hammamdan, Məhəmməd ibn Həsən ibn Camhurdan, Həsən ibn Məhəmməd ibn Camhurdan və atasından, Samaadan, Əbul Caruddan, Qasım ibn Vəliddən, Hamadidən, Həris Avar Həmədanidən belə söylədiyi nəql edildi:

Möminlərin Əmiri Əli (r.ə) minbərdən belə dedi:

“Zamanın İmamı [Mehdinin] zühurundan əvvəl ürəklər ora və bura dönməyə başlayar; bir qismi bərəkətli, bir qismi quraqdır. O zaman pis niyyətlilər həlak olacaq, ortadan itənlər itəcək və iman edənlər qalacaq və onlar nə az olacaq; 300 və ya bir az çox! Bədir döyüşündə Peyğəmbər (s.ə.v) ilə birlikdə döyüşən bir qrup (mələk) onlarla [Mehdi və tələbələri ilə] birlikdə mübarizə aparacaq”.

 

BƏQƏRƏ SURƏSİNİN 3-CÜ AYƏSİNDƏ HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞINA İNANANLARA İŞARƏ EDİLİR

İkmaluddin: Şeyx Sadiq (r.ə), İbni Mütəvəkkildən, Məhəmməd Attardan, İbni İsadan, Ömər  ibn Əbdül Əzizdən, bir nəfərdən daha çox Davud ibn Kəsirdən, İmam Cəfər Sadiq (ə.s)-dan nəql etmişdir:

“O kəslər ki, qeybə iman gətirir ...” (Bəqərə surəsi, 3) Ayənin şərhi ilə əlaqədar belə söylədi: “Bu, Qaim (Mehdinin) çıxışının doğru olduğuna inananlar ilə əlaqədardır”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

 

HZ. MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİNİN İMANI GÜCLÜ, ƏMİNLİYİ BÖYÜK OLACAQ

İkmaluddin: Məhəmməd ibn Əli ibn Şahdan, Əhməd ibn Həsəndən, Əhməd ibn Xalid Xalididən, Məhəmməd ibn Əhməd ibn Saleh Təmimi Məhəmməd ibn Xatim Katdandan, Hammad ibn Əmrdən, İmam Cəfər Sadiq (ə.s)-dan, Allahın Elçisi (s.ə.v)-in Möminlərin Əmiri Əli (r.ə)-ə belə söylədiyi nəql edilmişdir:

“Ey Əli, bilməlisən ki, zamanın sonunda (Axırzamanda) olanların (Mehdi tələbələrinin) imanı güclü və əminliyi böyük olacaq. Onların arasında peyğəmbər olmayacaq, lakin bunun yerinə ağ üzərindəki qaraya (yazılara/kitablara) inanacaqlar”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

HZ. MEHDİ (Ə.S) İNSANLAR ÜÇÜN NƏYİN YAXŞI, NƏYİN PİS OLDUĞUNU BİLƏR

Nəhcül-bəlağə (səh. 155): Möminlərin Əmiri Əli (r.ə) bir xütbəsində belə demişdir: “Diqqət yetirin, suhulet (asanlıq) sərvətdir. İmamınız [Mehdi] sizin üçün nəyin yaxşı, nəyin pis olduğunu bilər. [Mehdi] Sizdən şər hökm edənləri çəkib alacaq, təhlükələrinizi kəsəcək, ədalətsiz hökm verənləri uzaqlaşdıracaq və dünyanı saxtakarlardan (səmimiyyətsizlərdən) (mənən) təmizləyəcək.

 

ƏLİF LƏM MİM, TA HA VƏ TA SİN DƏYƏRLƏRİNİN SAYI QƏDƏR İL KEÇDİKDƏ HZ. MEHDİ (Ə.S) ZÜHUR EDƏCƏK

Kitabul Mutazır: Şəhid Əvvəl (r.ə) tələbəsi Həsən ibn Süleymandan alınmışdır, İmam Həsən Əsgəri (ə.s)-ın belə söylədiyini xəbər verir:

 “Fəlakətlərin alovları içində yanarkən və Əlif Lam Mim, Ta Ha və Ta Sin dəyərlərinin sayı qədər il keçdikdən sonra onlar üçün həyat suyu ehtiva edən bir bulaq fışqıracaq (Mehdi zühur edəcək)”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR QURANA UYĞUN XƏBƏRLƏRİ QƏBUL ETMƏLİSİNİZ DEYİR

Əməli Tusi: Şeyx Müfiddən, İbni Kuluveyhdən, Kuleynidən, Əlidən, atasından, Yaktinidən, Yunisdən, Əmr ibn Şimrdən, Cabirdən nəql edilmişdir:

“Qaim (Mehdinin) çıxışı üçün gözləməlisiniz və əgər Qurana uyğun xəbərlərimizin bir qisiminə rast gəlsəniz, onları qəbul etmək məcburiyyətindəsiniz. Əgər tövsiyələrimizə uyğun hərəkət etməyə davam etsəniz, Qaim  (Mehdinin)  çıxışından əvvəl ölsəniz şəhid sayılarsınız”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

TÖVBƏ SURƏSİNİN 16-CI AYƏSİNDƏKİ İŞARƏ

Qeybət Numani: Əhməd ibn İdrisdən, İbni Kuteybədən, İbni Şazəndən, Əhməd ibn Əbu Bazantidən nəql edilmişdir: İmam Musa Kazım (ə.s) dedi:

“Allahın adı ilə, sizin istəklə gözlədiyiniz (Mehdi), siz ayırd edilənə və sınaqdan keçənə qədər gəlməyəcək:

“Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? ...” (Tövbə surəsi, 16)

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

RAD SURƏSİNİN 29-CU AYƏSİNDƏKİ İŞARƏ

İkmaluddin və Maniul Ahbar: Müzəffər Şiədən, İbni Əyyaşidən, atası Cəfər ibn Əhməddən, Əmriki Bufikkidən, Həsən ibn Əli ibn Fazaldan, Mervan ibn Müslimdən, Əbu Basardan İmam Cəfər Sadiq (ə.s)-ın belə söylədiyi bildirilmişdir:

“Qaim (Mehdinin) zühurundan əvvəl vilayətimizə bağlı qalanlar və hidayətə çatdıqdan sonra azmayanlar üçün Tuba (müjdə) vardır. Soruşdular: Allaha qurban olum, Tuba nədir? Cavab verdi: Cənnətdə Əli ibn Əbu Talib (r.ə)-in evindən böyüyən bir ağacdır ki öz evinə budaqlarının uzanmadığı bir mömin qalmayacaqdır. Bu Qədir və Uca Allahın bildirdiyinin mənasıdır:

“... gözəl qayıdış yeri hazırlanmışdır”. (Rad surəsi, 29)”

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

YUNİS SURƏSİNİN 24-CÜ AYƏSİNDƏKİ İŞARƏ

Qeybət Tusi: Fadıl ibn Şazan, Ömər ibn Aslam Bajalidən, Məhəmməd ibn Sinandan, Əbul Jaruddan, Məhəmməd ibn Bacar Həmədanidən, Məhəmməd ibn Hənəfiyədən belə bir hədis nəql etmişdir:

““Bəni o” -və ya- “bu” rəhbərliyi müəyyən bir zaman davam edəcək. Sülh və təhlükəsizliyə çatdıqlarında, krallıqlarının heç bir zaman yıxılmayacağını düşünəcəklər. Bu sırada ilahi bir əmr gələcək və heç bir kral iqtidarda qala bilməyəcək. Uca Allah belə bildirir:

“… Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik”. (Yunis surəsi, 24)

Bu səbəbdən aclıq və yoxsulluq artdıqda və insanlar bir-birlərini rədd etməyə başladıqlarında, İlahi əmrin (Mehdinin) gündüz və ya gecə hər an gəlməsini gözləməlisiniz”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

ZÜHURUNDAN ƏVVƏL HZ. MEHDİ (Ə.S) İLƏ YAŞAYANLAR BÜTÜN DÖVRLƏRDƏ YAŞAYANLARIN ƏN ÜSTÜNÜ OLACAQLAR

İhticac: Əbu Həmzə Thumalidən, Əbu Xalid Kabilidən, Əli ibn Hüseyn (ə.s)-dan belə dediyi nəql edilmişdir:

“Ey Əbu Xalid, Allahın Rəsulu (s.ə.v)-in on ikinci varisi (Mehdinin) zühurundan əvvəlki dövr uzun olacaq. Ey Əbu Xalid, zühurundan əvvəl İmam (Mehdi) ilə birlikdə yaşayanlar onun [Mehdinin] çıxışını gözləyəcəklər. Onlar bütün dövrlərdə yaşayan insanların ən üstünü olacaqlar. Uca Allah onlara (Mehdi tələbələrinə) elə bir anlayış və fərasət verəcək ki, qeyb onlar üçün varlıq ilə eyni olacaq... Onlar səmimi insanlar olacaqlar. Allahın dinini açıq və sağlam fikirli şəkildə yayacaqlar. “Daha sonra belə söylədi, “Fərəc (zəfəri) gözləmək, [Mehdinin] özü böyük bir Fərəcdir”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

HUD SURƏSİ, 93 VƏ ƏRAF SURƏSİ, 71-Cİ AYƏLƏRDƏKİ İŞARƏ

Kurbul Əsnad: (Yuxarıdakı) Eyni hədisi nəql edən silsilədən Bazantinin İmam Əli Rza (ə.s)-a belə söylədiyi nəql edildi:

“Fərəc (olan Mehdi) əvvəlində səbir və hazırlıq edərək gözləmək ən yaxşısıdır. Allahın sadiq qulu (s.ə.v)-in sözünü eşitmədinizmi?”

 “…Siz müşahidə edib gözlyin, mən də sizinlə birlikdə müşahidə edəcəyəm”. (Hud səurəsi, 93)

 “...Elə isə gözləyin; şübhəsiz, mən də sizlərlə birlikdə gözləyənlərdənəm”. (Əraf surəsi, 71)

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

 

HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞINDAN ƏVVƏL NİFRƏT GENİŞ YAYILACAQ, İDARƏÇİLƏR ÖLDÜRÜLƏCƏK

İkmaluddin: Şeyx Sadiq (r.ə), atası Saaddan, İbni Abil Hattabdan, İbni Yayıdan, Abdullah Asamdan, Hüseyn ibn Muxtar Kalanasidən, Əbdür Rəhman ibn Siyabahdan, İmam Cəfər Sadiq (ə.s)-dan nəql etdi:

“İmamınız və rəhbəriniz (Mehdi) olmadan, bir-birinizdən nifrət etdiyiniz zamanda vəziyyətiniz nə olacaq? O zaman çox ağır şəkildə araşdırılacaqsınız, seçilib ayırd ediləcəksiniz. Aclıqlar olacaq. Bir adam səhər idarəçi olacaq və axşam öldürüləcək”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞI, İNSANLARIN ÜMİDSİZ OLDUQLARI BİR ZAMANDA REALLAŞACAQ

İkmaluddin: Şeyx Sadiq (r.ə) atasından, Əlidən, atası Məhəmməd ibn Fadıldan, atası Mənsur ibn Saykaldan nəql etdi, İmam Cəfər Sadiq (ə.s) dedi:

“Onun (Mehdinin) çıxışı ancaq sizin ümidinizi itirdiyiniz və ümidsiz olduğunuz zaman reallaşacaq. Xeyr, Allaha and içirəm, siz bir-birinizdən ayrı düşənə qədər. Xeyr, Allaha and içərəm, siz çox ağır sınaqlardan keçənə qədər. Xeyr, Allaha and içərəm, bədbəxtlər bədbəxt olana, qismətlilər qismətli olana qədər”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr/ 51-53-cü cildlər (yeni nəşr))

 

HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNDAN ƏVVƏL DİNLƏRİNƏ BAĞLI QALANLAR ƏLLƏRİNİ TİKANLI BUDAĞA SÜRTƏNLƏR KİMİ OLACAQLAR

Ikmaaluddin: Şeyx Sadiq atasından və İbni Velid, Himyaridən və Yaktinidən, Saleh ibn Məhəmməddən, Hani Tammardan, İmam Cəfər Sadiq (ə.s)-ın belə dediyini nəql etdi:

“Bu zamanın sahibi (Mehdinin) zühurundan əvvəl dinlərinə bağlı qalanlar əllərini tikanlı bir budağa sürtənlər kimi olacaq. Daha sonra dayandı və belə söylədi: Zamanın sahibi (Mehdinin) zühurundan əvvəlki dövr uzun olacaq, hər insanın vəzifəsi Allahdan qorxmaq və dininə bağlı qalmaqdır”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr/ 51-53-cü cildlər (yeni nəşr))

 

 

AXIRZAMANDA İNSANLARIN ƏKSƏRİYYƏTİNİN İMANI ZƏİF OLACAQ

Qeybət Tusi: Məhəmməd ibn Himyari, atası İbni Yezid, Hammad ibn İsadan, İbrahim ibn Umar Yəmənidən, İmam Muhammad Baqir (ə.s)-dan nəql etmişdir:

“Siz gözdəki sürmə kimi sınanacaqsınız. Bir adam gözünə sürmənin nə vaxt çəkildiyini bilər, lakin nə vaxt çıxdığını bilməz. Eyni şəkildə bir adam səhər inanar və axşam inkar edər, gecə inanar və səhər inkar edər…”

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

AXIRZAMAN MÖMİNLƏRİ SINAQLARDAN KEÇİRİLƏCƏKLƏR

Qeybət Tusi: Məhəmməd Himyari atası Əyyub ibn Nuhdan, Abbas ibn Əmrdən, Rəbi ibn Məhəmməd Musallidən nəql edir, İmam Cəfər Sadiq (ə.s) mənə belə söyləmişdir:

“...Allahın adı ilə, siz öyrədiləcəksiniz; Allahın adı ilə buğdanın qabığından seçilib ayrılması kimi, ayrılacaqsınız”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HZ. MEHDİ (Ə.S)-IN İSRARLA İZAH EDİLMƏSİNİ SÖYLƏYİR

Qeybət Numani: Kuleynidən, Əli ibn İbrahimdən, Məhəmməd ibn İsadan, Yunisdən, Süleyman ibn Salehdən, birbaşa İmam Məhəmməd Baqirdən (ə.s) nəql edilmişdir:

“Siz (Qaim Mehdi haqqında) insanlara israrla izah edin. Qəbul edən adama daha çox izah edin, inkar edəni bir kənara buraxın. Bir sınama olmalıdır. Bununla yoldaşlar, qohumlar... düşəcək... Allah bizi və səmimi tələbələri qorusun”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ cild  51-53 (yeni nəşr))

 

HZ. MEHDİ (Ə.S) “TƏMİZLƏNMİŞ OLAN” “TƏMİZLƏNMİŞ OLANIN OĞLUDUR” VƏ “TƏMİZLƏYƏN”DİR

Qeybət Tusi: Əhməd ibn İdrisdən, Əli ibn Məhəmməddən, Fazıl ibn Şazandan, İbni  Umairdən, Hüseyn ibn Əbu Alaadan, Əbu Basardan, İmam Cəfər Sadiq (ə.s)-dan nəql etmişdir:

“Salman Fars Həzrətləri Kufəyə girəndə ona baxdı və içində reallaşacaq bütün bəlalardan və hadisələrdən danışdı və eyni zamanda Bəni Umeyyə idarəçiləri və onlardan sonrakı dövrdən bəhs etdi. Bunun ardınca belə dedi:

“Bütün bunlar bitdikdə, təmizlənmiş olan, təmizlənmiş olanın oğlu və təmizləyən, zamanın sahibi (Mehdinin) çıxışına qədər evinizdə sığınaraq qalmalısınız”.

(Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, 13-cü cild (köhnə nəşr)/ 51-53-cü cildlər (yeni nəşr))

 

 

HZ. MEHDİ (Ə.S) ALLAHIN CƏLALI QARŞISINDA HUZU VƏ HUŞU EDƏNDİR

“Mehdi, Allahın əzəməti qarşısında çox huşu edəndir; qanadlarını açıb, başını aşağı əyərək səmanın zirvəsindən yerə doğru enən bir qartal kimi. Mehdi, Allahın Cəlalı qarşısında belə huzu (təvazökar) və huşu edəndir. Allah və ucalığı onun [Mehdinin] bədənində təcəlli etmişdir və [Mehdi] Allahın varlığında yox olmuşdur”.

(El-Mehdiyy-il Mev'ud, 1-ci cild, səh. 280)

 

ALLAH, ÜMMƏTİN DAĞILMIŞLIĞINI HZ. MEHDİ (Ə.S)-IN ƏLİ İLƏ BİRLƏŞDİRƏCƏK

“Ey inananların Əfəndisi, bizə sənin Mehdin haqqında xəbər ver”. İnananların Əfəndisi (s.ə.v) dedi: “... O [Mehdi] ən yaxşı sığınacaqdır. Aranızdakı ən yaxşı bilən və ən nəzakətli olandır. Ey Allahım, ona [Mehdiyə] sədaqət andını iztirabdan çıxışın vəsiləsi et və ümmətin dağılmışlığını onun [Mehdinin] əli ilə birləşdir. Sizə icazə verildikdə bunu edin və əgər ona [Mehdiyə]  çatacaq bir yol tapsanız, ondan [Mehdidən] başqa yol tutmayın”.

(Kitab-ül Gaybet, [Bihar-ul Envar, cilt 51], Muhammed Bakır el-Meclisi, İran-Qum, 2003, səh. 184)

 

HZ. MEHDİ (Ə.S) ASLANDIR

Deyildi: “Ey Əmirülmöminin! Bu Mehdi kimdəndir?”

Buyurdu ki: “[Mehdi] Bəni Haşimdəndir, Ərəblərin uca dağının zirvəsindən. O [Mehdi] elə bir dənizdir ki, o məna dənizində insanlar elmən və əxlaqən sərhədsiz inkişaf edə bilər. [Mehdi] özünə sığınanlar üçün amandır, xalq kinlə dolduqda onları pak (təmiz) edən mədəndir. [Mehdi] Ölüm nazil olduqda qorxmaz, ölüm ona çatdıqda sarsılmaz, mübarizə meydanından əsla geri çəkilməz. Təcrübəlidir, qalibdir, müzəffərdir, aslandır, möhkəmdir, qövmünün dirəyidir, cəsurdur, Allahın elm qılıncıdır, liderdir, hər kəsi ətrafında toplayar, ucalıq və şərəfin qaynağı olan evdə böyümüşdür, onun [Mehdinin] ucalığı ən zadəgan ucalıqdan qaynaqlanar.

(Şeyh Muhammed ibn İbrahim-i Numani, Gaybet-i Numani,, səh. 251)

 

HZ. MEHDİ (Ə.S) İNSANLARIN KÖMƏYİNƏ ÇATACAQ

Mehdi köməyə gələn və fəryadresdir (fəryad edənin köməyinə qaçan, kömək edəndir). Allah, onu [Mehdini] dünyadakı insanların köməyinə çatması üçün göndərəcək.

(El-Mehdiyy-il Mev'ud)

 

ALLAH PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-Ə MİRACDA HZ. MEHDİ (Ə.S)-I GÖSTƏRMİŞDİR

Abdullah ibn Ömər ibn Hattabdan: Rəsulullah (s.ə.v) belə buyurdu:

“Mirac gecəsi Allah azzə və cəllə mənə belə vəhy etdi: “Ey Məhəmməd! Onları görmək istərsənmi?” “İstəyirəm, Ya Rəbbim!” dedim.

Belə buyurdu: “Elə isə bir az irəli gəl. “Biraz irəliləyincə Əli ibn Əbu Talibi gördüm. Sonra Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və Hüccəti Qaimi (Mehdini) gördüm. Mehdi onların içində parlayan ulduz kimi idi.

Dedim: “Ey Rəbbim! Bunlar kimdirlər?”

Belə buyurdu: “Onlar imamlardır. Bu da Qaim (Mehdi)dir. Halalımı halal edəcək, haramımı isə haram edəcək. Düşmənlərimdən də intiqam alacaq. Ey Məhəmməd, onu (Mehdini) sev, çünki Mən onu (Mehdini) sevirəm, onu (Mehdini) sevəni də sevirəm”.

(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 97)

 

HZ. MEHDİ (Ə.S) “ƏSSƏLAMU ƏLEYKƏ YA BAKİYYƏTALLAH” ŞƏKLİNDƏ SALAMLANILACAQ

Kafi əsərindən:

Biri Əbu Abdullah (Cəfər Sadiq (ə.s)), əl-Qaim (Mehdinin) İmratul möminin (Möminlərin nüfuzu) adı ilə salamlanılıb salamlanılmayacağını soruşdu.

Buyurdu:

“Xeyr! Bu Allahın əmirəlimömininə verdiyi elə bir addır ki, ondan əvvəl və sonra başqa heç kim bu adla adlandırılmamışdır”.

 

“Allaha fəda olum, yaxşı, onu [Mehdini] necə salamlayacağıq?” dedim.

“Əssəlamu əleykə ya Bakiyyətallah (Salam olsun sənə, ey Allahın bakiyəsi) şəklində” -dedi.

Kitabü'l-Gaybeyə alınan bir hədisdə əl-Qaim (Mehdinin) belə buyuracağı nəql edilir: “Mən yer üzündəki Bakiyyətullaham. (Mən Allahın yer üzündəki bakiyəsiyəm.)”

 

Digər bir xəbərdə (Mehdinin) zühur etdiyi zaman, “Mən Allahın bakiyəsi və hüccətiyəm” deyəcəyi rəvayət edilmişdir. Beləcə onu (Mehdini) ancaq “Salam olsun sənə, ey Allahın yer üzündəki bakiyəsi (Bakiyyətullah)” şəklində salamlayacaqlar.

(Meclisî, Bihârü’l-Envâr, Beyrut, 1404, 24-cü cild, səh. 211-212)

 

HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU MÜTLƏQ BİR QƏDƏRDİR

Məhəmməd ibn Cumhur və Əs-Sükunidən rəvayət edilər:

Əbu Cəfər [Məhəmməd Baqir əleyhissalam] belə buyurdu:

“Mütləq bir qədərə görə, Axırzamanda Süfyani və onun əshabının ortaya çıxması ilə Yusifin illəri qədər il əzab, böhtan, alçaqlıq və insanların heyvan şəklinə girməsi reallaşacaq. Bu sırada əl-Qaim (Mehdi) Məkkədə* zühur edəcək və bu ümmətin Mehdisi olacaq”.

*Məkkə, şəhər mənasındadır. Başqa bir hədisdə Peyğəmbərimiz (s.ə.v)-dən hansı şəhər deyə soruşulduqda “Konstantinopol” cavabını vermişdir.

Meclisî, Bihârü’l-Envâr, Beyrut, 1404, 24-cü cild, səh. 373.

 

ZƏLZƏLƏLƏRİN ARTMASI HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏNDİR

Şeyx Tusinin Qeybəsindən:

Məhəmməd ibn İshaq; Əli ibn Abbas, Bekkar ibn Əhməd, Həsən ibn Hüseyn, Mualla ibn Ziyad, Ala ibn Bəşir, Əbu Sadiq ən-Naci, Əbu Səid əl-Hudridən rəvayət edir:

Rəsulullah [sallallahu əleyhi və alihi] belə buyurdu:

“Sizləri Mehdi ilə müjdələyirəm! O (Mehdi), İnsanların ixtilafa düşdükləri və zəlzələlərin yaşandığı bir zamanda göndərilib, əziyyət və zülmün baş aldığı yer üzünü ədalətlə dolduracaq. Yerdə və göydə olanların hamısı ondan (Mehdidən) razı olacaqlar”.

 

 

İBNİ HANƏFİYYƏ (r.ə) : “AXIRZAMANDA GƏLƏCƏK OLAN MEHDİ (ƏLEYHİRRƏHMƏ) MƏN DEYİLƏM”.

Əbu Həmzə bildirdi ki: “Bir gün bir kimsə Məhəmməd ibn Hənəfiyyənin yanına gəldi və “Əssəlamü əleykə, ya Mehdi” deyə salam verdi. İbni Hənəfiyyə buyurdu ki: “Doğru söyləyirsən. Mən insanları, hidayətə, doğru yola və xeyirə dəvət etmək və doğru yolu göstərmək baxımından Mehdiyəm. Lakin Axırzamanda gələcək olan Mehdi (əleyhirrəhmə) deyiləm. Elə başa düşülməməsi üçün mənə salam verəcəyiniz zaman “Əssəlamu əleykə, ya Məhəmməd və ya ya Əbəl-Qasım deyin. Başqa ad ilə xitab etməyin” -buyurdu.

 

HZ. MEHDİ (Ə.S) İNSANLARIN FİKİRLƏRİNƏ TƏSİR EDƏCƏK

Şeyx Tusinin Qeyb əsərindən:

İbn Musa; əl-Əsədi, Bərməki, İsmayıl ibn Malik, Məhəmməd ibn Sinan, Əbu Carud vasitəsilə Əbu Cəfər [Məhəmməd Baqır əleyhissalam] və onun atası ilə babasından [əleyhissalam] rəvayət edir:

Möminlərin Əmiri (Əli (r.ə)) minbərdən belə buyurdu:

“Axırzamanda mənim soyumdan biri (Mehdi) çıxacaq. Onun (Mehdinin) rəngi qırmızı və ağ qarışığıdır. Geniş qarınlıdır, baldırları böyükdür, çiyinləri dik və genişdir. Kürəyindəki xal Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm)-in xalına oxşayır. (Mehdi) Şərq və Qərb arasındakı hər yeri işıqlandıracaq və qulların başlarını ələ keçirəcək. Ürəyi dəmir parçası kimi olmayan heç bir mömin qalmayacaq. Allah ona (Mehdiyə) qırx insanın gücünü vermişdir.

Ürəyinə və qəbirinə sözü gedən fərahlığın dolmadığı heç bir meyid qalmayacaq, onlar qəbirlərində bir-birlərini ziyarət edərək əl-Qaim Mehdinin qiyamı ilə müjdələyəcəklər.

(Meclisî, Bihârü’l-Envâr, Beyrut, 1404, 51-ci cild, səh. 35-36)

 

HZ. MEHDİ (Ə.S) ÖZ ELMİ İLƏ HÖKM VERƏCƏK, HƏR HANSI BİR DƏLİLƏ EHTİYAC DUYMAYACAQ

İbn Şehraşubun Menakıbından və əl-Həraic vəl-Cəraih əsərindən:

Həsən ibn Zərif rəvayət edir:

“Könlümü iki mövzu məşğul edirdi və onlarla əlaqədar Əbu Məhəmməd (əleyhissalama) yazmaq istədim. Beləcə özünə bir məktub yazıb əl-Qaim Mehdini, onun (Mehdinin) nə ilə hökm edəcəyini və məclisinin harada olacağını soruşdum.

Belə bir cavab gəldi:

“əl-Qaim Mehdi haqqında soruşmusan; (Mehdi) qiyam etdiyi zaman insanlar arasında Davud (əleyhissalam)-ın hökmünə bənzər şəkildə öz elmiylə hökm verəcək və hər hansı bir dəlilə ehtiyac duymayacaq”.

İ'lamu'l-Vera və əl-İrşad əsərlərində İbn Quluya, Küleyni, Əli ibn Məhəmməd və Həsən ibn Zərif sənədiylə bənzər hadisə yer verilmişdir.

(Meclisi, Biharü'l-Envar, Beyrut, 1404, 50-ci cild, səh. 264-265)

 

HZ. MEHDİ (Ə.S)-IN “ƏL-MEHDİ” OLARAQ ADLANDIRILMASININ HİKMƏTİ

Şeyx Tusinin Qeybə əsərindən:

Fəzl; Musa ibn Sədan və Abdullah ibn Qasım əl-Hazremi vasitəsilə Əbu Səid əl-Xorasanidən rəvayət edir:

Əbu Abdullahdan (Cəfər Sadiq əleyhissalam) soruşdum:

“əl-Mehdi və əl-Qaim eyni adamdırmı?”

“Bəli!” dedi.

“Nə üçün əl-Mehdi olaraq adlandırılır?” dedim.

Buyurdu ki:

“Çünki özünə (Mehdiyə) bütün gizli şeylər göstərilmişdir. Əl-Qaim olaraq adlandırılması da, insanlar öldüyünü iddia etdikdən sonra büyük bir əmrlə qiyam edəcəyi üçündür”.

(Meclisi, Biharü'l-Envar, Beyrut, 1404, 51-ci cild, səh. 30)

 

HZ. MEHDİ (Ə.S)-IN “HEYRANLIQ OYANDIRAN BİR CAZİBƏDARLIĞA” SAHİB OLMASI

Abdülvahid ibn Abdullah; Əhməd ibn Məhəmməd ibn Rabah əz-Zühri, Əhməd ibn Əli əl-Himeyri, Həsən ibn Əyyub, Əbdülkərim ibn Əmr əl-Əmr əl-Hasamı, İshaq ibn Cərir və Hucr ibn Zaidə vasitəsilə Humran ibn Ayandan rəvayət edir:

Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalamdan) soruşdum:

“əl-Qaim (Mehdi) sənsənmi?

“Mən Rəsulullahın (sallallahu əleyhi və alihi) övladı və qanından bir kimsəyəm. Allah istədiyini edəndir” deyə buyurdu.

Sualıma təkrarlayınca belə dedi:

“Nəyi soruşmaq istədiyini bilirəm. Sənin sahibin (Mehdi) geniş qarınlıdır və heyranlıq oyandıran bir cazibədarlığa malikdir”.

(Muhammed ibn İbrahim Nu’mânî, Kitâbü’l-Gaybe (Tehran, 1397), səh. 216. [İSAM demirbaş no: 016351])

 

HZ. MEHDİ (Ə.S) YAŞINA GÖRƏ GƏNC GÖRÜNÜŞLÜ OLACAQ

Əbu Tama Haravi, İmam Rzadan soruşur:

“(Tanıya bilməyimiz üçün) Qaimimizin (Mehdinin) əlaməti nədir?”

İmam Rza cavab verdi:

“(Mehdinin) əlamətlərindən biri, yaşının çox olmasına baxmayaraq, görünüşünün gənc olmasıdır. Ona (Mehdiyə) baxan biri, yaşının qırx, ya da daha az olduğunu təxmin edəcək. (Mehdinin) əlamətlərindən biri də vəfat edəcəyi zamana qədər heç yaşlanmayacaq olmasıdır”.

(İmam Mehdi Hakkında Sorular ve Cevaplar, Seyyid Hüseyin Hüseyni)

“Mehdi zühur etdikdə insanların bir qismi onu (Mehdini) rədd edəcək, çünki onlar yaşlı birini düşünərkən o (Mehdi) onlara gənc bir üzlə yaxınlaşacaq”.

(İmam Mehdi Hakkında Sorular ve Cevaplar, Seyyid Hüseyin Hüseyni)

 

HZ. MEHDİ (Ə.S)-DA HZ. NUH (Ə.S)-IN MİZACI VARDIR

İmam Səccad deyir: “İmam Mehdidə Nuh (əleyhissalam)-ın mizacı vardır və bu, (Mehdinin) həyatının uzun olmasıdır”.

(Kamal-ud din, səh. 322 və Montakhabal, 2/275)

 

HZ. MEHDİ (Ə.S)-IN ÜZÜ İFFƏT NURUYLA VƏ GÖRKƏMLƏ DOLUDUR

Rəsullulah (s.ə.v) buyurdu: “(Mehdinin) Çiyinləri genişdir, dişləri parlaqdır. İncə və gözəl bir burnu vardır. Alnı geniş və parlaqdır, çiyinləri bir qaya qədər möhkəmdir. Yanaqları daha az dolğun görünər və (üzü) yuxusuz qaldığına görə bəzən solğundur. Əzələləri qövslü və güclüdür. Saçları qulağının üzərində qıvrılar. Dodaqları mükəmməl və gözəldir. Görünüşü yaxşı və yaraşıqlıdır. Üzü iffət nuru ilə və görkəmlə doludur. Görkəmli bir lider görünüşü vardır. Baxışları fərqlidir. Səsi güclü və nəfəs kəsicidir”.

(İmam Mehdi Hakkında Sorular ve Cevaplar, Seyyid Hüseyin Hüseyni)

 

HZ. MEHDİ (Ə.S)-DAN SUAL SORUŞULDUQDA DƏRHAL CAVAB VERƏR, SABAH OLACAQLARI İZAH EDƏR

7-(746) …Əbu Basar belə rəvayət etmişdir:

Əbül Həsən (Musa ibn Cəfər əleyhissalam)-a dedim: “Səni yaradan Allaha qurban olum! İmam Mehdi hansı işarəsiylə bilinər?” Buyurdu: “İmam Mehdinin bilinməsini təmin edən bir neçə xüsusiyyəti vardır. İnsanlar ona (Mehdiyə) sual verdikdə dərhal cavab verər; əgər hüzurunda sussalar, o (Mehdi) özbaşına danışmağa başlayar və sabah olacaqları izah edər. (Mehdi) İnsanlarla hər dildən danışar”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 402)

 

HZ. MEHDİ (Ə.S) HAQQINDA YAZIŞMALAR OLACAQ

25-(908)… Əyyub ibn Nuh belə rəvayət etmişdir:

“Biz Əhli beytdən heç bir imam yoxdur ki, onun haqqında yazışmalar olmasın, insanlar onu barmaqlarıyla göstərməsin, ona suallar verilməsin və sui-qəsd təşkil edilməsin”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 502)

 

MÜLAYİMLİK HZ. MEHDİ (Ə.S)-IN XÜSUSİYYƏTİDİR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi Allahın yaratdığı varlıqlar arasındakı etibarlı nümayəndəsidir. Allahın qullarına təqdim etdiyi Hüccətidir. Allahın ərzində Onun xəlifəsidir. Allaha çağıran bir dəvətçidir. Allahın qoyduğu haramların müdafiəçisidir. İmam Mehdi insanları günahlardan təmizləyər, ayıblardan təmizləyər. Elmi xüsusiyyətiylə diqqət çəkmişdir, mülayimlik onun (mehdinin) xüsusiyyətidir”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 278)

 

BÜTÜN FƏZİLƏTLƏR HZ. MEHDİ (Ə.S)-DA TOPLANMIŞDIR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam (Mehdi) dinin nizamı, müsəlmanların qürurudur. Münafiqlərin kinini üzərinə çəkər, kafirlərin həlak olmasının vəsiləsidir. İmam Mehdi zamanının tək adamıdır. Heç kim onun səviyyəsinə çata bilməz və heç bir alim onunla müqayisə olunmaz. Onun tayı-bərabəri olmaz. Fəzilət sifətiylə diqqət çəkər, bütün fəzilətlər onda toplanar. Amma o (Mehdi), bunları istəyərək və çalışaraq əldə etməyib. Əksinə, bu fəzilətləri verən, Uca bəxş edici olan Allah tərəfindən ona (Mehdiyə) xas qılınmış xüsusiyyətlərdir”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 281)

 

HZ. MEHDİ (Ə.S) ALİMDİR, ÖNDƏRDİR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi alimdir, öndərdir. Müqəddəsliyin, təmizliyin, ibadətin, zühdün, elmin və qulluğun qaynağıdır. Rəsulullah (s.ə.v)-in dəvəti, xüsusilə ona (İmam Mehdiyə) verilmiş, dəvət vəzifəsi ona (Mehdiyə) həvalə edilmişdir. (Mehdi) Fatimə Betülün tərtəmiz soyundan gəlir. Qureyş xanədanından, Haşimoğulları zirvəsindən və Peygamberin pak nəslindən gəlmiş, Allah Əzzə və Cəllənin razılığına nail olmuşdur”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 279)

 

HZ. MEHDİ (Ə.S) İMAMƏTDƏ GÜCLÜ, SİYASƏTDƏ MÜDRİKDİR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“(İmam Mehdinin) elmi inkişaf etmiş və helmi əskiksizdir. İmamətdə güclü, siyasətdə müdrikdir. Ona (Mehdiyə) itaət etmək fərzdir. Allah Əzzə və Cəllənin əmri ilə bu vəzifəyə gəlmişdir. (Mehdi) Allahın qullarına nəsihət verər. Allahın dininin qoruyucusudur”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 280)

 

HZ. MEHDİ (Ə.S) SƏHVLƏRDƏN ZƏMANƏT ALTINDADIR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“Allah Əzzə və Cəllə, (Mehdini) digər qullarının işlərini idarə etməsi üçün seçdiyi zaman, onun (Mehdinin) sinəsini bu işin öhdəsindən gələ biləcək şəkildə açar, ürəyinə hikmət qaynaqlarını yerləşdirər. Ona (Mehdiyə) elə bir elm ilham edər ki, (Mehdi) bundan sonra heç bir suala cavab verməkdə çətinlik çəkməz, əsla doğru yoldan azmaz, isabətsiz cavab ağızından çıxmaz. Bu baxımdan qulların işlərini icra etməsi üçün Allah tərəfindən vəzifələndirilən İmam Mehdi günahsızdır, dəstəklənilmişdir, müvəffəqiyyətli qılınmışdır və istiqamətləndirilmişdir. Səhvlərdən, xətalardan zəmanət altındadır. Allah onu (Mehdini) bu işə xas edər ki, (Allahın) qullarının üzərindəki əskiksiz dəlili və yaratdıqlarının arasındakı şahidi olsun”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 281)

 

HZ. MEHDİ (Ə.S) DÜNYANIN DİRLİYİ, MÜSƏLMANLARIN QÜRURUDUR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi, ümmətin bütövlüyü, müsəlmanların nizamı, dünyanın dirliyi və möminlərin qürurudur. O (Mehdi), Allahın qoyduğu sərhədləri qoruyar. Allahın dinini müdafiə edər. Hikmət, gözəl öyüd və qəti sübutla insanları Rəbbinin dininə dəvət edər”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 279-280)

 

HZ. MEHDİ (Ə.S) NURU İLƏ BÜTÜN ALƏMİ İŞIQLANDIRAR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi, üfüqdə doğan bir Günəş kimi nuru ilə bütün aləmi işıqlandırar. İmam Mehdi parıldayan bütöv aydır, parlaq bir çıraq, işıq saçan bir nur, zülmət qaranlıqlarda yol göstərən bir ulduzdur”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 280-281)

 

HZ. MEHDİ (Ə.S)-DAN AYRILAN MÜTLƏQ HƏLAK OLAR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi, susamışlar üçün şirin bir su, doğru yolu göstərən bir rəhbər, həlak olmaqdan qurtaran bir qurtarıcıdır. İmam Mehdi yollarını itirənlərin, doğru yolu tapması üçün yüksək bir yerdə yandırılan bələdçi odudur. Dondurucu soyuğa tutulanlar üçün bir istilikdir. Təhlükəli keçidlərdə etibarlı bələdçidir. Ondan (Mehdidən) ayrılan mütləq həlak olar”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 281)

 

HZ. MEHDİ (Ə.S) İSTİ BİR YOLDAŞ VƏ DOSTDUR

… Əbdüləziz ibn Müslim belə rəvayət etmişdir:

“İmam Mehdi, yağış yağdıran bir buluddur. Çiskinləyən bir yağışdır. İşıq saçan bir Günəşdir. İti bir göz, budaqları və yarpaqları bir-birinə girmiş bir bağça, bir gülüstandır. İmam Mehdi yaxşı yoldaş və dost, şəfqətli bir ata, qardaş, fəlakətlərin dörd bir tərəfdən hücum etdiyi zamanlarda Allah qullarının sığınacağıdır”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild, səh. 281)

 

HZ. MEHDİ (Ə.S)-IN RƏFTARI BƏNİ İSRAİL ÜLƏMASINA BƏNZƏYƏR

299/8. Deyildi: “Ya Rəsulullah, o gün insanların imamı kimdir “Rəsulullah (s.ə.v) buyurdu: “İmam Mehdi, mənim övladımdan, qırx yaşında, üzü parlaq bir ulduz kimi olan bir şəxsdir. Rəftarı Bəni İsrail üləmasına bənzəyər. Ərzdəki xəzinələri çıxarar və şirk diyarlarını (mənən) fəth edər”.

(İman ve Küfür kitabı / Usul-u Kafi (El-Usul Min El-Kafi) / El-Kuleyni, 1-ci cild)

 

HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNU İSTƏMƏK VƏ GÖZLƏMƏK İBADƏTDİR

Əmirəl- Möminin Əli (ə.s), Rəsulullah (s.ə.v)-dan belə nəql edir: “İbadətlərin ən üstünü Mehdinin zühurunu gözləməkdir”.

(İslam Birliyi ən böyük fərz vəzifədir və Mehdi (ə.s) də buna vəsilə olacağı üçün üstün bir ibadət olmuş olur)

(Yenabi'ul- Mevedde, səh. 493. əl-Mehdi, səh. 201)

 

İNSANLAR HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNDAN ƏVVƏL DƏ ONDAN FAYDALANACAQLAR

Hz. Rəsulullah (s.ə.v), “Zühurundan əvvəlki dövrdə (qeyb dövründə) Mehdinin varlığının nə kimi bir faydası olacaq?” şəklində soruşulan bir suala belə cavab verdi: “Məni peyğəmbər olaraq göndərən Allaha and olsun ki insanlar, qeyb dövründə, buludların arxasında qalan Günəşdən faydalandıqları kimi ondan (Mehdidən) faydalanarlar”.

(Bihar'ul- Envar, 52-ci cild, səh. 93)

 

HZ. MEHDİ (Ə.S) İNSANLARIN ALLAHA LAYİQİNCƏ İBADƏT ETMƏLƏRİNƏ VƏSİLƏ OLACAQ

“İmam Sadiq (ə.s)-dan İmam Zeynal- Abidin (ə.s)-ın belə buyurduğu nəql edilmişdir: “Əgər İmam Mehdi olmazsa Allaha (layiqincə) ibadət edilməz”.

(Yenabi'ul- Mevedde, 2-ci cild, səh. 217.)

 

DÜNYANI ƏDALƏTLƏ DOLDURANA QƏDƏR HZ. MEHDİ (Ə.S)-I ADI İLƏ ANMAĞA İCAZƏ YOXDUR

Ət-Tövhid əsərindən:

Dekkak və əl-Varrak; Məhəmməd ibn Harun əs-Sufi, Revyani vasitəsilə Abdüləzim əl-Həsənidən rəvayət etmişdir:

Əbul-Həsən əs-Salis (əleyhissalam) əl-Qaim (Mehdi) haqqında belə buyurdu:

“Zühur edib zülm və haqsızlıqla dolub daşan dünyanı ədalətlə doldurana qədər onu (Mehdini), adı ilə anmağa icazə yoxdur”.

(Meclisi, Biharü'l-Envar, Beyrut, 1404, 51-ci cild, səh. 32)

****

İkmalüd-din əsərindən:

İbn İdris; atası, Əyyub ibn Nuh, Məhəmməd ibn Sinan, Safvan ibn Mihrandan rəvayət etmişdir:

Cəfər Sadiq ibn Məhəmməd (əleyhissalam) buyurdu:

“əl-Mehdi mənim övladımdır. Onu adı ilə anmağınıza icazə verilməmişdir”.

(Hədisin bənzəri et-Dakkak, əl-Əsədi, Səhl ibn Məhbub, Əbdüləziz əl-Abdi, İbn Əbu Yafur və Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam) sənədiylə İkmalüd-din əsərində zikr edilmişdir.)

(Meclisi, Biharü'l-Envar, Beyrut, 1404, 51-ci cild, səh. 32)

HZ. MEHDİ (Ə.S)-IN DOĞUMU GİZLİ OLACAQ

İkmalüd-din əsərindən:

əl-Həmdani; Əli və onun atası vasitəsilə Məhəmməd ibn Ziyad əl-Əzdidən rəvayət edir:

Musa ibn Cəfər (əleyhissalam) əl-Qaim (Mehdi) ilə əlaqədar danışarkən belə buyurdu:

“Onun mövludu (doğumu) insanlardan gizlədilmişdir. İzzət və cəlal sahibi Allah, özünü zühur etdirib əvvəldən zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə doldurana qədər onu (Mehdini) adı ilə yad etməyinizə icazə yoxdur”.

(Meclisi, Biharü'l-Envar, Beyrut, 1404, 51-ci cild, səh. 32)

***

PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. MEHDİ (Ə.S)-IN ADINI AÇIQLAMAMASI ÜÇÜN HZ. ƏLİ (R.Ə)-DƏN SÖZ ALMIŞDIR

İkmalüd-din əsərindən:

Atam və İbn Vəlid hər ikisi Sad, Yaktini, İsmayıl ibn Əban, Əmr ibn Şimr vasitəsilə Cabirdən rəvayət etmişdir:

Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) buyurdu:

“Ömər, Əmirəlmöminindən (Əlidən) əl-Mehdi haqqında soruşub, “Ey Əbu Talibin oğlu, mənə Mehdidən bəhs et, onun adı nədir?” -dedi”.

Belə cavab verdi:

“Dostum və qardaşım (Hz. Rəsulullah (s.ə.v)); izzət və cəlal sahibi olan Allah özünü göndərənə qədər onun (Mehdinin) adını açıqlamamağım mövzusunda məni məsul etdi. Çünki bu şanı uca olan Allahın elçisinə Öz elmindən əmanət buraxdığı bir xüsusdur”.

Hədisin bənzərini Şeyx Tusinin Qeybət əsərində Sad rəvayət etmişdir.

(Meclisi, Biharü'l-Envar, Beyrut, 1404, 51-ci cild, səh. 33-34)

 

***

İNKAR EDƏNLƏRDƏN BƏZİLƏRİ HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU MÖVZUSUNDA AĞILLARINCA LAĞ EDƏCƏKLƏR

İkmalüd-din əsərindən:

İbn Ubdus, İbn Kuteybe və Hamdan ibn Süleyman vasitəsilə Safr ibn Dülefdən rəvayət edir:

Mən Əbu Cəfər Məhəmməd ibn Əli ər-Rza (əleyhissalama) belə dedim:

“Ey Rəsulullahın övladı, İmam əl-Qaim bil-Haqq əl-Muntazar Mehdi nə üçün əl-Qaim olaraq adlandırılır?” -dedim.

“(Zühurundan əvvəl) Öldüyü hesab edildiyi və imamətinə inananların əksəriyyəti bundan üz çevirdikdən sonra qiyam edəcəyi üçün” -dedi.

“Nə üçün əl-Muntazar olaraq adlandırılar?” deyə soruşduqda belə cavab verdi:

“Çünki uzun illər qeybdə olacaq və ixlas sahibi kəslər onun ortaya çıxmasını gözləyəcəklər. Şübhəyə düşənlər onun zühurunu inkar edəcək, münkir kəslər də ona lağ edəcəklər”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 51-ci cild, səh. 30)

 

HZ. MEHDİ (Ə.S) AİLƏSİNDƏN VƏ MƏMLƏKƏTİNDƏN AYRILAR  VƏ ONLARDAN UZAQDA YAŞAYAR

Peyğəmbərimiz (s.ə.v) belə buyurdu: “Fatimənin soyundan sizə gözəl xəbərlər var! Mehdi qərbdə çıxacaq və dünyanı ədalətlə dolduracaq”. “Ya Rəsulullah! Çıxışı nə vaxt olacaq?” deyə soruşuldu. Dedi: “Hakimlərin rüşvət aldığı, insanların əxlaqsız olduğu bir zamanda”. “Mehdinin xüsusiyyəti nə olacaq?” deyə soruşuldu. Dedi: “Ailəsindən və qohumlarından ayrılacaq; məmləkətindən uzağa gedəcək və evindən uzaqda yaşayacaq”.

(Ihqāq al-Haqq, 19-cu cild, səh. 679)

 

HZ. MEHDİ (Ə.S) HAQQINDA BƏZİ GÜMANLARI OLANLAR GÜNAHA GİRƏCƏKLƏR

İmam Sadiq: “Zühurundan əvvəlki dövr uzun olduğu üçün yalnız bircə qrup qərarlı qalacaq və başqa bir qrup “Hələ doğulmadı!” -deyəcək. Başqaları, “Doğuldu və öldü” -deyəcəklər. Digərləri, “İmam Mehdi, başqasının bədənində yenidən gəldi və danışır” deyərək günaha girəcəklər”.

(Montakhab-ul-athar, səh. 260 and Kemalud Din, 2-ci cild, 34-cü bölmə, hədis 51)

 

HZ. MEHDİ (Ə.S) İNSANLARI TƏK BİR ÜMMƏT HALINA GƏTİRƏCƏK, İSLAM BİRLİYİ OLACAQ

Zühur etdiyi zaman onun (Mehdinin) ətrafında 313 tərəfdarı toplanar.  Söyləyəcəyi ilk sözlər belə olacaq: “Əgər bilsəydiniz, Allahın bakiyəsi sizin üçün ən yaxşısıdır”. Və sonra belə demişdir: “Mən Allahın bakiyəsi və Allahın Xəlifəsiyəm və sizə Onun bir dəliliyəm”. Hər Müsəlman onu (Mehdini) aşağıdakı şəkildə salamlayacaq: “Salamatlıq üzərinə olsun, Ey Allahın bu dünyakı bakiyəsi”. Nə bir yəhudi, nə xristian, nə də Allahdan başqasına tapınanlardan kimsə qalmaz (-ki) hamısı ona inanacaq və onun haqqında şahidlik edəcək və tək bir ümmət olacaq və bu olacaq olan İslam Birliyi olacaq”.

(Al Fusulul Muhima, Ibn Sabbagh Maliki, səh. 248)

 

HZ. MEHDİ (Ə.S)-I GÖZLƏYƏNLƏR GÖZƏL ƏXLAQI MƏNİMSƏMƏLİDİR

“Qaimimiz Mehdinin yoldaşları arasında olmağı ümid edən şəxslər onu gözləməli, şəfqətli və yaxşı davranışları mənimsəməlidirlər”.

(İmam Mehdi Hakkında Sorular ve Cevaplar, Seyyid Hüseyin Hüseyni)

 

HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU BİRDƏN OLACAQ

Kumaitdən: “Gedib imam Baqirdən soruşdum: “Qaim Məhəmməd Mehdi nə vaxt zühur edəcək?” Belə cavab verdi: “Eyni sual Allahın elçisinin qarşısında da soruşulmuşdu və o belə demişdi: “Onun (Mehdinin) çıxışı qəfil olan yenidən diriliş anına bənzəyər”“.

(İmam Mehdi Hakkında Sorular ve Cevaplar, Seyyid Hüseyin Hüseyni)

 

 

HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNU GÖZLƏYƏNLƏR ONA KÖMƏK EDƏNLƏR KİMİDİRLƏR

İmam Sadiqdən: “Zühuru gözlənilən Mehdinin rəhbərliyini qurması ümidiylə yaşayanlar ona kömək edənlər kimidirlər, ya da Mehdinin heyətindəki cəhd yoldaşları kimidirlər. Allaha and içərəm ki, onlar Peyğəmbərin yanında canını tapşıran şəhidlər kimidirlər”.

(Bihar ul Envar, 52-ci cild, səh. 156)

 

HZ. MEHDİ (Ə.S) BİDƏTLƏRİ QALDIRACAQ

İmam Sadiqdən: “Mehdi Allahın Peyğəmbərinin etdiyi şeyi edəcək, yəni Peyğəmbərin bütpərəstliyi yox etməsi kimi, o da eyni şəkildə mövcud bidətləri (mənən) yox edəcək və sonra İslamı yenidən hakim edəcək”.

(Bihar ul Envar, 52-ci cild, səh. 352)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HZ. MEHDİ (Ə.S) HAQQINDAKI SÖZLƏRİNİ İNKAR EDƏNLƏRİ ALLAH QARŞISINDA ŞİKAYƏT EDƏCƏYİNİ SÖYLƏYİR

Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

“Qaim, (qiyam edəcək olan Mehdi) mənim övladlarımdandır. Adı, mənim adım; ləqəbi, mənim ləqəbim; xasiyyəti, mənim xasiyyətim və davranışları da mənim davranışlarım olacaq. İnsanları mənim dinimə çağıracaq, Allahın Kitabına dəvət edəcək. Ona (Mehdiyə) itaət edən, mənə itaət edər. Ona (Mehdiyə) üsyan edən mənə üsyan edər. Zühurundan əvvəl onu (Mehdini) inkar edən məni inkar etmişdir. Onu (Mehdini) təkzib edən (yalanlayan) məni təkzib etmişdir. Onu (Mehdini) təsdiq edən, məni təsdiq etmişdir. Onu (Mehdini) təkzib edənləri (yalanlayanları), onun (Mehdinin) haqqındakı sözlərimi inkar edənləri və ümmətimi azdıranları Allah qarşısında şikayət edəcəyəm. Zalımlar yaxında əməllərinin nəticəsini görəcəklər”.

(Bihar-ul Envar, 51-ci cild, səh. 73)

Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: “Övladlarımdan olan Mehdini inkar edən məni inkar etmişdir”.

(Bihar-ul Envar, 51-ci cild, səh. 73)

 

HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞI İLƏ ƏLAQƏDAR ANLAŞILMAZLIQLAR OLACAQ

On birinci İmam Həsən Asqari dedi: “Allahın peyğəmbərindən sonrakı imamları qəbul edib Mehdini inkar edən adam, bütün peyğəmbərləri qəbul edən, amma Məhəmməd (s.ə.v)-i rədd edən adam kimidir. Və hər kim Allahın peyğəmbərini (Məhəmməd (s.ə.v)-i) inkar etsə, Allahın bütün peyğəmbərlərini inkar etmiş kimi olar. Bizim sonuncumuza itaət etməyiniz birincimizə itaət etməyiniz kimidir və sonuncumuzu inkar etməyiniz birincimizi inkar etməyiniz kimidir. Diqqət yetirin! Doğrusu, Mehdi üçün Allahın qoruduqlarından başqa, bütün insanların şübhəyə düşəcəyi bir qeyb olacaq”.

(Ithbatu'l-hudat, Shaikh Hurr al-Amili, 6-cı cild, səh. 427)

 

HZ. MEHDİ (Ə.S)-IN RUHU ALLAHIN YARATDIĞI ON DÖRD NURDAN BİRİDİR

İkmalüd-Dində qeydə alındı:

İbn İdris; atası, Məhəmməd ibn Hüseyn ibn Zeyd, Həsən ibn Musa, Əli ibn Səmaya, Əli ibn Həsən ibn Ribat, onun atası, Mufaddal vasitəsilə rəvayət edir:

İmam Sadiq (əleyhissalam) buyurdu:

“Şanı uca olan Allah məxluqatı yaratmazdan on dörd min il əvvəl, on dörd nur yaratdı və onlar bizim ruhlarımızdır”.

Özünə, “Ey Rəsulullahın övladı, on dörd ilə nəzərdə tutulanlar kimdir?” deyildikdə belə cavab verdi:

“Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və onların soyundan gələn imamlardır. Onların sonuncusu əl-Qaim (Mehdi)-dir ki, qeybindən sonra qiyam edərək Dəccalı (mənən) öldürəcək, yer üzünü hər cür zülm və haqsızlıqdan təmizləyəcək”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 15-ci cild, səh. 23)

 

HZ. MEHDİ (Ə.S) ÜÇÜN 9313 MƏLƏK ENƏCƏK, BU MƏLƏKLƏR HZ. İSA (Ə.S) GÖYƏ YÜKSƏLƏRKƏN BƏRABƏRİNDƏ OLAN MƏLƏKLƏRDİR

Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam) belə buyurdu: Rəsulullah (s.ə.v) fərman verdi:

“əl-Qaim (Mehdi) üçün 9313 mələk enəcək ki, bunlar Allah İsanı göyə yüksəltdiyində onunla birlikdə idilər”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 14-cü cild, səh. 339)

 

HZ. İSA (Ə.S)-IN, HZ. MEHDİ (Ə.S)-IN ARXASINDA NAMAZ QILACAĞI HƏDİSİ, SƏHİH BİR QAYNAQDAN ALINMIŞDIR

Təfsiru'l-Kummidə qeydə alındı:

Qasım ibn Məhəmməd; Süleyman ibn Davud əl-Minkari, Əbu Həmzə vasitəsilə Şehr ibn Havşebdən rəvayət etmişdir:

“İsa (əleyhissalam) qiyamət günündən əvvəl dünyaya enəcək və beləcə ölmədən əvvəl ona iman etməyən kimsə qalmayacaq. Yenə o, Mehdinin arxasında namaz qılacaq”.

Haccac mənə: “Nələr danışırsan, bu xəbəri haradan nəql edirsən?” -dedi.

“Bu xəbəri mənə Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib rəvayət etdi” dedim.

“Allaha and olsun ki, səhih bir qaynaqdan nəql edirsən” şəklində cavab verdi.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 14-cü cild, səh. 349-350)

 

 

HZ. MEHDİ (Ə.S) ÖLDÜYÜ DEYİLDİYİ HALDA ÖLMƏMİŞ OLMASI BAXIMINDAN HZ. İSA (Ə.S)-A BƏNZƏYƏR

(İkmalüd-din əsərinin) isnadıyla Əbu Basirdən rəvayət edilir:

Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu:

“Bu əmrin sahibi Mehdinin dörd peyğəmbərdən aldığı dörd sünnəsi vardır”.

Daha sonra hədisin davamını izah etdi və bunları söylədi:

“İsa ilə əlaqədar olana gəlincə bu, (Mehdinin) öldüyü deyildiyi halda ölməmiş olmasıdır”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 14-cü cild, səh. 339)

 

MEHDİ (Ə.S)-IN HEÇ KİMƏ BEYƏTİ OLMAYACAQ

İlamül-Virada Hənan ibn Sidr, onun atası, babası və Əbu Səid Əksə vasitəsilə rəvayət edilir:

Həsən ibn Əli (salavatullahi əleyhi) buyurdu:

“Öz zamanının zorbasına (dəccalına) ancaq  bizdən olan əl-Qaim (Hz. Mehdi (ə.s)) beyət etməyəcək və Ruhullah İsa ibn Məryəm onun arxasında namaz qılacaq”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 14-cü cild, səh. 349)

 

QAİM MEHDİ (Ə.S)-IN GÜNÜ ALLAHIN GÜNLƏRİNDƏN BİR GÜNDÜR

Təfsir əl-Qumi:

“And olsun Musanı: “Qövmünü qaranlıqlardan nura çıxar və onlara Allahın günlərini xatırlat” deyə ayələrimizlə göndərmişdik”. (İbrahim surəsi, 5) Dedi: “Allahın günləri üçdür: Qaimin Günü –ki, Allahın hüzuru üzərində olsun- Ölüm Günü və Qiyamət Günü”.

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 86)

 

CƏNNƏT MEHDİ (Ə.S)-I SEVƏN, ONA İNANAN, ONUNLA GÖRÜŞƏN ÜÇÜNDÜR

Allahın Rəsulu (s.ə.v) belə buyurdu:

“Cənnət onunla (Mehdi ilə) görüşən üçündür. Yenə cənnət onu (Mehdini) sevən və ona (Mehdiyə) inanan üçündür”.

(Vasa el-Şia, 7-ci cild, səhifə 327, hədis 1)

MEHDİ (Ə.S) İLƏ DÜNYA ALLAHIN İLAHİ AYDINLIĞI İLƏ AYDINLANACAQ

İmam Əli ibn Musa əl-Rida (ə.s) dedi:

“O (Mehdi) çıxdıqda dünya Rəbbinin ilahi aydınlığı ilə aydınlanacaq və insanlıq içərisində ədalət tərəzisi heç kimin başqa bir adama əziyyət etməyəcəyi şəkildə nizamlanacaq”.

(Bihar'ül Envar, 52-ci cild, səhifə 321, Kamal əl-Din)

 

HZ. MEHDİ (Ə.S) İNSANLARA AĞIL PAYLAYACAQ

İmam Məhəmməd ibn Əli əl-Baqir (ə.s) dedi:

“(Mehdinin) hökm etdiyi müddət içində ağıl insanlar arasında elə paylanacaq ki, evində oturan (dini təhsil almamış) bir qadın Allahın Kitabından və Allahın Rəsulunun sünnəsindən və yüksək (mükəmməl) hökm verəcək”.

(Bihar'ül Envar, 52-ci cild, səhifə 352; el-Gayb Numani)

 

ALLAH HZ. MEHDİ (Ə.S)-I AĞIL GEYİMİ İLƏ TƏCHİZ ETMİŞDİR

Nahc əl-Balağ:

Xütbələrindən birində İnananların Şahzadəsi Rəsulullah (s.ə.v) dedi;

“(Hz. Mehdi) Özünü ağıl geyimiylə təchiz etdi və ağla uyğunluğun bütün qaydalarıyla onu əlində tutdu, qavradı və özünü ona həsr etdi. Onun üçün ağıl, axtardığı itkin əşya, onun diləyi və istədiyidir. O, Onun (Allahın) Hüccətinin varisidir.

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 182)

 

QAİM MEHDİ (Ə.S) BÖYÜK BİR ZƏNGİNLİK QURACAQ

Şeyx Tusi əl Qeyb: Əbu Saud el-Kurasiyə belə deyir:

“Ona (Mehdiyə) Qaim deyilmişdir, çünki böyük bir zənginlik quracaq”.  

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 62)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HZ. MEHDİ (Ə.S) ÜÇÜN “DİNİN USTADI” DEMİŞDİR

Nahc əl-Balağ: İnananların şahzadəsi Rəsulullah (s.ə.v) dedi: “Dinin Ustadı (Mehdi) özüylə birlikdə olan bağlılarıyla səfər edər. (Tələbələri) payız buludları kimi onun ətrafında toplanarlar”.

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 182)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-DƏN DAVAMLI HZ. MEHDİ (Ə.S)-DAN BƏHS ETMƏSİNİ İSTƏYİRLƏR

əl-Neman Əl Qaiba: Süleyman ibn Hilala Cəfər ibn Məhəmməd, ona da atasından, ona da babasından, ona da Hüseyn ibn Əlidən çatdırılmışdır:

“Bir adam inananların Şahzadəsi Rəsulullah (s.ə.v)-ə gəlib belə dedi: “İnananların şahzadəsi, bizə Mehdindən bəhs et”. İnananların Şahzadəsi dedi: “Nəsillər gəlib yox olduqda və inananlar azaldıqda, yaxşıların izləyicisi və dinin dəstəkçiləri getdikdə, o (Mehdi) orada olacaq”.

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 184)

 

HZ. MEHDİ (Ə.S) DÜNYANIN ÖZÜ ÜÇÜN FIRLANACAĞI (DÖNƏCƏYİ) ADAMDIR

“O (Mehdi), özü üçün dünyanın fırlanacağı və hər çətin işin özü üçün asanlaşdırıldığı şəxsdir. Bədirin üç yüz on üç mücahidinə bərabər olan şagirdləri dünyanın uzaq yerlərindən gəlib onun ətrafında toplanarlar. Bununla əlaqədar ayədə Allah, “harada olsanız, Allah sizi bir araya gətirəcək; şübhəsiz, Allahın gücü hər şeyə yetər” -deyir. Dünyada bu sayda adam onun (Mehdi) üçün bir araya gəldikdə, hökmü ortaya çıxacaq. Uca Allah ondan razı olana qədər müxaliflərini məğlub etməyə davam edər”.

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 232)

 

HZ. MEHDİ (Ə.S) DİNSİZLİYİN ŞƏHƏRLƏRİNİ MƏNƏN FƏTH EDƏR

“O (Mehdi), İsrailoğullarından kimi görünər. Xəzinələr çıxarar və dinsizliyin şəhərlərini (mənən) fəth edər”.

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 140)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) HZ. MEHDİ (Ə.S)-I GÖZLƏMƏYİN ƏHƏMİYYƏTİNİ İZAH EDİR

İmam Cəfər ibn Məhəmməd Sadiq (ə.s) dedi:

“El-Qaimin səhabələri arasında olmaq istəyən adam, gözləmə halında (intizar) olub bütün əməllərini yüksək bir təqva və  ən gözəl əxlaq ilə yerinə yetirdikdən sonra o adam onun (Mehdinin) çıxışını (həqiqətən) gözləyən vəziyyətində bir adam sayılar. Əgər belə bir insan ölsə və əl-Qaim (Mehdi) onun ölümündən sonra çıxarsa, o adam sanki Mehdinin çıxışına şahid olmuş kimi əcrini (savabını) alar”.

(Bihar'ül Envar, 52-ci cild, səhifə 140; el-Gayb Numani)

 

HZ. MEHDİ (Ə.S) İBRANİCƏ ADI İLƏ DƏ ÇAĞIRILACAQ

Mufazzal ibn Ömər belə demişdir:

İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “İmam Mehdiyə icazə verildikdə Allah onu İbranicə adı ilə çağıracaq və səhabələri onun üçün hazırlanacaq. Eynilə payız buludları kimi dağınıq üç yüz on üç adamdırlar”.

 

HZ. MEHDİ (Ə.S) MİLLƏTİNİ DƏRİN ELMİ VƏ MƏLUMATI İLƏ İŞIQLANDIRACAQ

“Bir xalq, bir nalbəndin oxun ucunu itiləməsi kimi itilənəcək. Gözləri vəhylə işıqlanmış, qulaqları təfsirlə doymuş və müdriklik qədəhləri gecə-gündüz onlara təqdim edilmiş olacaq”.

(Kitab-ül Gaybet, [Bihar-ul Envar, 51-ci cild], Muhammed Bakır el-Meclisi, İran-Qum, 2003, səh. 186)

 

HƏCC SURƏSİ, 41-Cİ AYƏDƏ HZ. MEHDİ (Ə.S) VƏ SƏHABƏLƏRİNDƏN BƏHS EDİLİR

“Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir”. (Həcc surəsi, 41)

Əbul Carud, Hz. İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu söyləyir:

“Bu ayə Mehdi və səhabələri haqqında nazil olmuşdur. Allah onları (Mehdi və tələbələrini) yerin şərq və qərbinə hakim edəcək, onların (Mehdi və tələbələrinin) əliylə dini aşkar (hakim) edəcək. O (Mehdi), zühur edincə artıq zülm və azğınlıqdan əsər qalmayacaq”.

(Züheyri, el-Mehdi, səh. 163; Yenabi-ül Meveddet, səh. 425; Duhayyil, el-Mehdi, səh. 46-47.)

 

ƏNBİYA SURƏSİ 105-Cİ AYƏDƏ BƏHS EDİLƏN “DÜNYAYA HAKİM OLACAQ YAXŞI QULLAR”, HZ. MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİDİR

Tefsiru'l-Kummidə deyilir:

“Biz Zikrdən sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki ...” (Ənbiya surəsi, 105)

ayədəki “Zikr” Qurandan əvvəl gələn bütün kitablardır.

“... yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar”. (Ənbiya surəsi, 105) Burada isə əl-Qaim (Mehdi) və onun səhabələrindən bəhs olunur.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 14-cü cild, səh. 37)

 

TÖVBƏ SURƏSİ, 32-Cİ AYƏDƏKİ VƏD HZ. MEHDİ (Ə.S) ZÜHUR ETDİKDƏ REALLAŞACAQ

“Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar”.

Hz. İmam Sadiq (ə.s) Tövbə surəsindəki 32-ci ayə ilə əlaqədar olaraq belə buyurmuşdur:

“Allaha and olsun ki, bu ayədə zikr edilən vəd hələ reallaşmış deyil. Qaim (qiyam edəcək olan Mehdi) zühur edənə qədər də bu reallaşmayacaq. Qaim (Mehdi) zühur etdikdə onun (Mehdinin) qiyam və zühurundan narahat olmayan heç bir kafir və müşrik qalmayacaq”.

(Kemal-üd Din ve Tamam-un Nimet, 2-ci cild, səh. 670)

 

“AND OLSUN GÜNƏŞİN ÇIXMASI İLƏ AYDINLAŞAN GÜNDÜZƏ” AYƏSİNDƏ GÜNDÜZDƏKİ MƏQSƏD; HZ. MEHDİ (Ə.S)-DIR

Tefsirü'l-Kummi əsərindən:

Əhməd ibn İdris; Məhəmməd ibn Əbdülcabbar, İbn Əbu Umeyr, Hammad ibn Osman vasitəsilə Məhəmməd ibn Müslimdən rəvayət edir:

Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalama) Allahın “ And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə! And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!” ayəsini oxuyunca buyurdu:

“Gündüzdəki məqsəd biz Əhli-beytdən olan əl-Qaim Mehdidir. Zühur etdikdə dəccaliyətə qalip gələcəkdir. (Allah) Quranda insanlar üçün məsəllər vermiş və nəbisinə onunla xitab etmişdir. Bizdən başqa heç kim ondan (Mehdidən) xəbərdar deyil”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 24-cü cild, səh. 71-72)

 

HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ZAMANI QƏFLƏTƏN GƏLƏCƏKDİR

Kenzu Camii'l-Fevaidi və Te'vili'l-Ayati'z-Zahirati əsərindən:

Məhəmməd ibn Abbas; Əli ibn Abdullah ibn Əsəd, İbrahim ibn Məhəmməd, İsmayıl ibn Bəşşər, Əli ibn Cəfər Hadremi vasitəsilə Züraredən rəvayət etmişdir:

Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalama) izzət və cəlal sahibi Allahın, “Onlar qiyam(ət) gününün özlərinə qəflətən gəlməsindən başqa bir şeymi gözləyirlər?” (Zuxruf surəsi, 66) ayəsinin mənasını soruşdum. Buyurdu: “Nəzərdə tutulan şey əl-Qaimin (Mehdinin) zühur zamanıdır ki, onlara qəflətən gələcəkdir”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 24-cü cild, səh. 124)

 

ŞURA SURƏSİ, 24-CÜ AYƏDƏ KEÇƏN “HAQQI ÖZ SÖZLƏRİYLƏ BƏRQƏRAR EDƏR” İFADƏSİ HZ. MEHDİ (Ə.S)-A İŞARƏ EDİR

“Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir”. (Şura surəsi, 24)

Təfsirü'l-Kummi əsərindən:

Atam; İbn Əbu Nəcran vasitəsilə Məhəmməd ibn Müslimdən rəvayət etdi:

Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) buyurdu:

Ayədə keçən (Şura surəsi, 24) “Allah batili yox edər” demək, ortadan qaldırar deməkdir. “Haqqı Öz sözləri ilə bərqərar edər” ifadəsində məqsəd hz. Məhəmmədin soyundan gələn əl-Qaim (Mehdi)dir”.

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 24-cü cild, səh. 176)

 

HƏCC SURƏSİ, 39-CU AYƏ VƏ HZ. MEHDİ (Ə.S)

Atam; İbn Əbu Umeyr, İbn Muskandan mənə rəvayət etdi:

Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam) “Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir (Həcc surəsi, 39) ayəsi ilə əlaqədar belə buyurdu:

“Ayədəki kömək və zəfərdə məqsəd, əl-Qaim (Mehdi)dir”

(Meclisi, Biharü’l-Envar, Beyrut, 1404, 24-cü cild, səh. 224)

“Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir”. (Bakara surəsi, 148)

Kuleyni, Əbu Cəfərin bu ayədə sözü gedənlərin, Qaim Mehdinin dostları olduğunu söyləyir. (Ravdatu'l-kafi, səh. 260;  Iyaşi, et-Təfsir, I. 66)

“Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət surəsi, 53)

Yenə Kuleyni, bu ayədə Qaim Mehdinin Allah Qatından göndərilməsinin nəzərdə tutulduğunu rəvayət etmişdir. (Ravdatu'l-kafi, səh. 312)

 

“Siz onun verdiyi xəbəri bir vaxtdan sonra mütləq biləcəksiniz!” (Sad surəsi, 88)

Kuleyni, bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir. (Ravdatu'l-kafi, səh. 239,240)

Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar. “Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə məsləhətləşdilər”. (Ənbiya surəsi, 12-13)

Kuleyni, bunun Qaim Mehdinin çıxışı əsnasında reallaşacağını rəvayət etmişdir. (Hz. Mehdi (ə.s) insanlara zülm edən dəccalları fikirlə məğlub edəcək və tamamilə təsirsiz hala gətirəcək ) (Ravdatu'l-kafi, səh. 44)

“Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər”. (Cin surəsi, 24)

Bu, İbrahim əl Kuminin təfsirində ifadə etdiyinə görə, Qaim Mehdinin ortaya çıxışıyla reallaşacaq. (Iyaşi, age., II. 390)

“O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür”. (Qaf surəsi, 42)

Yəni insanlar, Qaim Mehdinin göydən səsini eşidərlər şəklində rəvayət edilmişdir. (Iyaşi, age., II. 390)

(Hz. Mehdi dövründə televiziyalarda və s. peyk vasitəsilə  yayımların olması göydən hz. Mehdinin səsinin necə eşidiləcəyinə aydınlıq gətirir. Doğrusunu Allah  bilir)

 

Bu ayələrin hamısında sözü gedənin Qaim Mehdi olduğu şərh olunmuşdur:

Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur. (Tövbə surəsi 33)  

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 5)

Biz Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz” – deyə xəbər verdik. İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi. Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. (İsra surəsi, 4-6)

Kuleyni, el-Kafidə, Əbu Abdillahdan, bu ayənin, Qaim haqqında olduğunu rəvayət etmişdir. (Kuleyni, Ravdatu'l-kafi, səh. 175)

(Hz. Mehdi (ə.s)-ın dəccaliyətlə mübarizəsi daim fikri zəmində olacağı üçün, qalibiyyəti də fikri və mənəvi olacaq. Buna görə də işarə edilən elmi mənada bir güc və üstünlükdür. Tək bir adamın da burnu qanamayacaq.)

İMAM ƏLİ (R.Ə) MƏŞHUR DİVANINDA HZ. MEHDİ (Ə.S) VƏ BƏZİ AXIRZAMAN HADİSƏLƏRİNDƏN BƏHS ETMİŞDİR. BU DİVANIN MÜŞTAQZADƏ ŞƏRHİNDƏN BİR QİSİMİ BELƏDİR:

Tərcümə: “Olar ki cəddi Məhəmməd birlə hemnam, fəda nəfsim ona, bil onu məqbul. Onu mahzul zənn etməyin, ona ittibada tələsin”.

Türkcəsi: “O (Mehdi) cəddi Məhəmməd (ə.s) ilə adaşdır. Onu (Mehdini) alçaq (əhəmiyyətsiz) zənn etməyin, tez ittiba edin (tabe olun)”

(Divanı İmamı Əli (r.ə) Müştakzade Şərhi)

 

HZ. ƏLİ (R.Ə)-İN HZ. MEHDİ (Ə.S)-I “BAQİR” LƏQƏBİ İLƏ XATIRLAMASI

Əli əleyhissalam belə buyurdu: “O qövm, Axırzamanda gələcək. Onlar payız buludları kimidirlər. Hər qəbilədən bir, iki, üç və sonunda ədədləri doqquz adama çatacaq. Allaha and olsun ki, mən onların əmrini (Mehdini), adını və gedəcəkləri yeri tanıyıram. Sonra ayağa qalxaraq belə buyurdu: “Baqir (Yaran), Baqir, Baqir!”  Sonra belə buyurdu: “O (Mehdi) mənim nəslimdən biridir. Hədisləri yaracaq (mənalarını elmi ilə genişləndirəcək)”.

“BAQİR” LƏQƏBİNİN MƏNASI:

Ərəbcə bir söz olan “təbəkkür”ün kökü “təvəssü”nü, yəni genişlik və dərinliyi ifadə edər. Buna görə də “təbəkkür”lə eyni kökdən gələn “baqir”in bir mənası ELMLƏRİ YARAN olduğu kimi digər mənası da ELMLƏRİ GENİŞLƏDƏN deməkdir.

 

HZ. MEHDİ (Ə.S) MÜSƏLMANLAR ARASINDAKI AYRILIQLARI QALDIRACAQ

Abdullah ibn Cəbələ, Əbu Ammar, Əli ibn Əbu Müğəyrə, Abdullah ibn Şərik əl-Əmiri vasitəsilə Ümeyrə binti Nefildən rəvayət edir:

Həsən ibn Əli (əleyhissalam)-ın belə buyurduğunu eşitdim:

“Sizlərdən bir qisiminiz digərlərindən uzaq olmadıqca, bir qisiminiz digərlərini lənətləmədikcə və bəziləriniz digərlərinin küfrünə şahid olmadıqca gözlədiyiniz bu əmr reallaşmayacaq”.

“Xeyir bunun harasındadır?” deyə soruşdum.

Buyurdu ki:

“Bütün xeyir bundadır. Çünki bu sırada Qaim (Mehdi) zühur edib bütün bunları qaldıracaq”.

(Şeyh Tusi, Gaybe (Qum, 1411), səh. 437-438)

 

HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU ŞÜBHƏSİZ REALLAŞACAQ

Əhməd ibn İdris; Əli ibn Məhəmməd ibn Kuteybə, Fadl ibn Şazan, Həsən ibn Məhbub, Əbu Həmzə vasitəsilə es-Sümalidən rəvayət etmişdir:

Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam)-a belə dedim:

“Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam), “Süfyaninin zühuru, səs, Günəşin qərbdən doğuşu mütləq reallaşacaq” buyururdu.

Reallaşması qəti olan başqa bir şey varmı?”

Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam) buyurdu:

“Filan oğullarının ixtilafı, günahsız kimsənin qətli və əl-Qaim (Mehdinin) zühuru şübhəsiz reallaşacaq”.

(Şeyh Tusi, Gaybe (Qum, 1411), səh. 435)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V) İRAQA VƏ SURİYAYA EMBARQO QOYULACAĞINI 1400 İL ƏVVƏL BİLDİRMİŞDİR

Əbu Nadrə (r.ə) dedi: Cabir (r.ə)-in yanında idik, belə dedi:

“Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə məhsul, ya da pul daxil olmayacaq”.

Dedik: “Bu kimə görə olar?”

Dedi: “Əcəmlər (Ərəb olmayanlar) bunu məhrum edərlər”.

Sonra dedi: “Şam əhalisinə məhsul, ya da qida daxil olmayacaq”.

“Bu kimə görə olar” dedik.

“Rumlara görə” dedi.

Sonra dedi: Rəsulullah (s.ə.v) buyurdu: “Ümmətimin son zamanlarda bir xəlifəsi (Mehdi) olar, malı saymadan verər”.

(Gaybet Kitabı, Allame Muhammed Bâkır el-Meclisi, səhifə 158; Et-Tac, Ali Nâsıf el-Hüseyni)

 

PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN AXIRZAMANDA FİTNƏ ÇIXARAN RƏİSLƏRİ VƏ MEHDİ TƏLƏBƏLƏRİNİ XƏBƏR VERMƏSİ

Hz. Hüzeyfə ibn əl-Yəmən (r.ə) belə demişdir:

“Allaha and içirəm, Rəsuli Əkrəm (s.ə.v) dünyanın sonuna qədər gələcək olan fitnələri və o fitnələri çıxaran rəisləri, (ayrıca) ta üç yüzdən çox şəxsi (Mehdinin tələbələrini) bizə adları ilə, atalarının adları ilə və qəbilələrinin adları ilə xəbər verdi”.

(Ebu Davud, Fiten 1, (4243))

 

BİR ÇOX ALİM HZ. MEHDİ (Ə.S)-I AXTARMAQ ÜÇÜN YOLA ÇIXACAQ

“Müxtəlif ölkələrdən bir çox alim, bir-birlərindən xəbərsiz şəkildə Mehdini axtarmaq üçün yola çıxacaq və hər birisini 310 insan müşayiət edəcək. Sonunda hamısı da Məkkədə görüşərlər və bir-birlərinə bura nə üçün gəldiklərini soruşduqlarında hamısı da: “Bu fitnəni önləyəcək və Konstantinapolu fəth edəcək olan Mehdini axtarırıq, çünki biz onun (Mehdinin) atasının, anasının və ordusunun adlarını öyrəndik” şəklində cavab verərlər”.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 52 / El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 42 / Kıyamet Alametleri, səh. 169)

 

HZ. MEHDİ (Ə.S)-IN DOĞRULUĞU VƏ DÜRÜSTLÜYÜ

“Doğrunu yanlışı ayırd edən, aldatmayan və dininə bağlı əmiriniz (Mehdi) Konstantinopolu (mənən) fəth edəcək”.

(Mehdilik ve İmamiye, səh. 196)

 

HZ. MEHDİ (Ə.S)-IN YANAĞINDAKI XAL HZ. MUSA (Ə.S)-IN YANAĞINDAKI XAL KİMİDİR

“Mehdinin yanağındakı xalı hz. Musa (ə.s)-da olduğu kimi çıxıntılı və ulduz kimi parlaqdır. Dərisi çox parlaqdır”.

(Bihar-ül Envar, 13-cü cild, səhifə 243 (farsca tərcümə))

 

HZ. MEHDİ (Ə.S) HZ. İSA (Ə.S)-A BƏNZƏYƏR VƏ PEYĞƏMBƏRLƏR KİMİ ƏZƏMƏTLİDİR

Abdullah ibn Zamrə, İbni Mati-i Himyeri (Ka'b-ul Ahbar)dan nəql edir: belə dedi:

“Qiyam edəcək (Qaim) olan Mehdi, ... Xeyirdə, görünüşdə və əxlaqda ən çox hz. İsa (ə.s)-a bənzəyən odur (Mehdidir). Allah peyğəmbərlərə verdiyi (əzəməti, heybəti) ona da (Mehdiyə də) verəcək”.

(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 169)

 

HZ. MEHDİ (Ə.S) PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN VƏKİLİDİR

Peyğəmbərimiz (s.ə.v) belə buyurdu: “Həqiqətən, məndən sonrakı vəkillərim və Allahın şahidləri on iki adamdır; bunlardan birincisi Əli və sonuncusu Mehdidir”.

(Kemalud din, səh. 146, və Elam-Assouri səh. 375-8, və Yanabi-el-Mavada, səh. 447)

 

HZ. MEHDİ (Ə.S) İSLAMI BÜTÜN DÜNYAYA HAKİM EDƏCƏK

“İmam Mehdi müxaliflərinin ürəyində qorxu və heyranlıq təlqin etmək üçün kömək alacaq və yer üzü Mehdinin idarəsinə keçəcək və xəzinələri onun üçün ortaya çıxarılacaq. Hakimiyyəti şərqə və qərbə yayılacaq. Hər şeyə qadir olan Allah müşriklər istəməsə də, öz dinini hakim edəcək. Onun (Mehdinin) zamanında quraq torpaqlara əvvəlki gücünü qazandıracaq  və dünya yaşıllıqlarını cücərdəcək, insanlar daha əvvəl bənzəri görülməmiş şəkildə rəhmət altında olacaq”.

(Al Fusulul Muhima Ibne Sabbagh Maliki səh. 248; İmam Mehdi’nin Yaşamı, Bâkır Şerif Kureyşi, Tərcümə edən Saiyid Athar Hüseyn SH Rizvi, səh. 321, Qum, 2006)

Peyğəmbərimiz (s.ə.v) buyurdu: “İmam Mehdi dünyanı idarə edərkən imanın, Allahın birliyinin eşidilmədiyi bir yer qalmayacaq”.

(Kitabul-Mahja Bahrani; Montakhab 3/293)

 

HZ. MEHDİ (Ə.S) BÖYÜK ELMLƏRƏ SAHİB OLACAQ

İmam Sadiqdən:

“Elm iyirmi yeddi parçadan meydana gələr. Bütün peyğəmbərlər və imamlar elmin iki parçasını gətirmişlər və Mehdi gəldiyində digər iyirmi beş parçanı gətirəcək”.

(Muntahi'ul-Aamal, 2:769 (Hazreti Mehdi’nin Özellikleri Hakkında 36-cı nöqtə)

 

HZ. MEHDİ (Ə.S)-IN ÇIXIŞI BİRDƏN OLACAQ

Kumaitdən:

“İmam Baqırdan soruşdum:

“Qaim Məhəmməd (Mehdi) nə vaxt zühur edəcək?” Belə cavab verdi: “Eyni sual Allahın elçisi (s.ə.v)-in qarşısında da soruşulmuşdu və o (s.ə.v) belə demişdi: “Onun (Mehdinin) çıxışı birdən olan yenidən diriliş anına bənzəyər”.

(Muntakhab-ul-Athar: 438, Hədis 21)

 

HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ FİZİKİ VƏ MƏNƏVİ CƏHƏTDƏN ÇOX GÜCLÜDÜRLƏR

Peyğəmbərimiz  (s.ə.v) dedi: “Mənim qardaşlarım (Axırzamanda gələcək olan Mehdinin tələbələri) məni görməmiş olan, amma mənə inananlardır. Onların güclü bir imanı və inancı vardır. Ədalətli olan və ədalətli görünməyən mövzularda sınanıldıqlarında çox diqqətli olarlar. Qurana və Əhli Beytə sadiq qalarlar. Cəsarətləri dəmir kimidir. Hər birində 40 döyüşçünün gücü vardır. Tək gücləri fiziki qüvvətləri deyil, mənəvi gücə və dayanıqlılığa sahibdirlər. Hər biri özünü digərinin yanında görər”.

(Muntakhab-ul-Athar: 486, Hədis 3; Yanabi'ul-Muvadda'dan rəvayət)

2018-05-06 20:53:27

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com