< <
2 / total: 11

Mirasimiz

“Türklər irq və millət olmaq heysiyyəti ilə yer üzünün ən şərəfli insanlarıdır.
Çox əsalətli və şəxsiyyətlidirlər...
Əsalətləri alınlarında və əməllərində yazılıdır...

Onların yurdu əsilzadələr diyarıdır, qəhrəmanlar, şəhidlər ölkəsidir.”
(Fransız şair Alfons de Lamartin)

 

Siyasət tarixindən bir az məlumatı olan hər kəsin çox yaxşı bildiyi həqiqət var: tarixini unudan və şəxsiyyətini itirən millətlər əsla güclü və daimi dövlət qura bilməzlər. Keçmişini yaxşı bilən, səhvlərindən dərs çıxarıb uğurlu fəaliyyətlərdən nümunə götürən, bir sözlə, tarixinə sahib çıxan millətlər dünya tarixində həmişə aparıcı rol oynayıblar. Tarixini qəbul etməyən, tarixindən qaçan millətlərin isə gələcəyi olmaz.

 

Türk millətinin dünya tarixinin hər dövründə lider millətlər sırasında olması da millətimizin bu şüura malik olması ilə bağlıdır. Belə ki, Türkiyənin mirası həm coğrafi cəhətdən Adriatik dənizindən Çin səddinə qədər dünyanın ən mühüm strateji ərazisini əhatə edir, həm də türk milləti izləri əsla silinməyən mədəniyyətin varisidir. Türklər hakim olduqları torpaqlarda qurduqları üstün sivilizasiyalara görə hər dövrdə və hər şəraitdə birləşdirici qüvvə olublar. XXI əsrdə türk millətinin yenidən lider millətlər sinfinə daxil edən miras bu güclü və aparıcı sivilizasiyanın mirasıdır.

Bəs sivilizasiyanın mirası dedikdə nə nəzərdə tutulur? Türklərin mirasını bu qədər davamlı edən ünsürlər nələrdir?

Çifte Minare Medresesi Yakutiye Medresesi, Erzurum

Anadolu Selçukluları'nın, Konya ve Kayseri'den sonra üçüncü büyük merkezi olan Sivas'ta 723 yıl önce inşa edilen Çifte Minare Medresesi

Selçuklu dönemine ait Yakutiye Medresesi'nden detay görüntü, Erzurum.

Türklər tarix boyu dövlət idarəçiliyindəki uğurları ilə yadda qalıblar, müasirləri olan digər xalqlarla müqayisədə daha qabaqcıl sivilizasiya qurublar. İslamı qəbul etməzdən əvvəl də böyük sivilizasiyaya malik olan türklər Uzaq Şərqdən Balkan yarımadasına, hətta Mərkəzi Avropaya qədər yayılmışdılar. Çin, Hindistan, İran, Roma və Bizansın sərhədlərini aşan bu ərazilərdə bir çox mühüm siyasi səhnələrdə rol oynadıqları kimi, mədəni cəhətdən də bütün dünya dövlətlərinə nümunə olan miras qoyublar. Bu dövrdə türk dövlətləri kənd təsərrüfatı, ticarət, dağ-mədən sənayesi, heyvandarlıq, silah istehsalı, incəsənət və elm kimi bir çox sahədə birinci olublar. Bu gün sözügedən ərazilərdə aparılan arxeoloji qazıntılar bu həqiqəti açıq şəkildə sübut edir. Bu qazıntılarda əldə edilən türklərə aid bir çox qiymətli sənət əsəri, heykəllər, miniatürlər, çini qablar, parça qalıqları və divar rəsmləri bu gün Berlin, Moskva və Kəlküttə muzeylərini bəzəyir.

TDN_tr_MalazgirtMeydanSavasi

Büyük Selçuklu hükümdarı Alparslan ile Bizans İmparatoru Romanis Diogenes IV arasında 29 Ağustos 1071 yılında gerçekleşen Malazgirt Meydan Savaşı tüm Türk Dünyası için bir dönüm noktası olmuştur. Bu savaşla birlikte Anadolu'nun kapıları Türklere açılmıştır.

Bununla yanaşı, türk millətinin mədəniyyətinə təsir edən ən mühüm ünsür İslamın qəbul edilməsi olmuşdur. Türklər XVIII əsrdə məşhur Talas müharibəsindən sonra kütləvi şəkildə İslamı qəbul etmiş və möhkəm bağlandıqları İslam dininin bayraqdarlığını və rəhbərliyini şərəflə öz üzərlərinə götürmüşlər.

İslamın qəbul edilməsi türk tarixində mühüm amildir. Türklər adət-ənənələrinə uyğun olaraq dürüstlük, mərdlik, cəsarət kimi xislətləri İslama uyğun yaşamağa başladıqdan sonra daha da möhkəmləndirmiş, Quran əxlaqını tanımaqla ədalətli, tolerant, uzaqgörən, vicdanlı idarəçilər yetişdirməyə başlamışlar. Bundan əlavə, İslam bölük-bölük yaşayan türklərin arasında birlik qurulmasına səbəb olmuşdur. İnanc və dil birliyinin təmin olunması ilə daha da güclənmiş, tarix səhnəsində daha sağlam addımlarla irəliləməyə başlamışlar.

Meliksah

Melikşah

İslam dövlətçilik anlayışında mühüm dəyişikliklərə səbəb olmuş, türk tarixində ilk dəfə qısamüddətli dövlətlərin yerini uzunömürlü dövlətlər tutmağa başlamışdır. Türklər artıq 10-20 illik qısaömürlü deyil, məqsədi İslamı yaymaq və yaşatmaq olan 150-200 illik dövlətlər qurmağa başlamışlar. Böyük dövlət olan Qaraxanlıları köklü mədəniyyətə malik Səlcuqlular əvəz etmişdir.

Anadoluda hökmranlıq etdikləri müddət ərzində istər Böyük Səlcuq İmperiyası, istərsə də Anadolu Səlcuq İmperiyası türk-İslam dövlətinin hansı quruluşda olmasına və necə idarə olunmasına dair ən gözəl nümunələrdir. Çoxsaylı xristian xalqları və müxtəlif mədəniyyətlərin qarışdığı Anadolu xalqlarını hakimiyyəti altında saxlayan Səlcuq sultanları türk adət-ənənəsinə və İslam əxlaqına uyğun olaraq hər cür düşüncə tərzinə malik insana tolerant yanaşmışdır. Məşhur erməni tarixçisi Urfali Mathiu Böyük Səlcuq İmperiyasının güclü xaqanlarından Məlikşahın siyasət anlayışından belə bəhs edir:

Məlikşahın səltənəti Allahın lütfü ilə şərəfləndi. Hakimiyyəti uzaq ölkələrə qədər yayıldı və ermənilərə rahatlıq qazandırdı. Qəlbi xristianlara şəfqətlə dolu idi. Keçdiyi ölkələrin xalqlarına qarşı ata kimi davrandı. Bir çox şəhərlər və vilayətlər öz arzuları ilə onun hakimiyyəti altına girdi, bütün Rum və erməni əraziləri onun qanunlarını tanıdı.4

Şübhəsiz, Səlcuqlu sultanlarının bu geniş tolerantlıq anlayışlarının əsasında İslam tərbiyəsi dayanır. Belə ki, Allah Quranda inananların ən əsas vəzifələrindən birinin yaxşılığı əmr edib pislikdən çəkindirmək olduğunu bildirir. Müsəlmanlar sadəcə doğru olanı izah etməklə məsuldur, hidayəti verən isə Allahdır. Ona görə Quranda insanların dinini dəyişdirməsi və ya İslama üz tutması üçün təzyiq göstərmək və zorakılıq etmək qadağan edilmişdir. Bəqərə surəsində belə buyurulur:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

Beləcə, qəhramanlıqları dastanlara çevrilmiş Səlcuq liderləri yeritdikləri əxlaqlı və inanclı siyasət nəticəsində minlərlə insanın könlündə taxt qurmuş, bu xüsusiyyətləri ilə tarixə düşmüşlər. Belə ki, Yusuf Xas Hacib, Əhməd Yəsəvi, Əlişir Nəvai, Yunus Əmrə, Cəlaləddin Rumi, İbn Ərəbi, Sədrəddin Konevi kimi dünya səviyyəsində tanınmış alimlərin yetişdiyi dövrdən dünya tarixinə təsir edən köklü mədəniyyət miras qalmışdır.

Səlcuqlulardan sonra qurulan Osmanlı dövləti isə 600 ildən artıq çox geniş coğrafi ərazidə hökmranlıq etmiş, dünya siyasətinə istiqamət verən liderlərdən biri olmuşdur. Osmanlı imperiyası üç dinə və müxtəlif məzhəblərə mənsub, müxtəlif dilə, mədəniyyətə, irqlərə malik, dünyagörüşlərinə və inanclarına görə bir-birlərindən tamamilə fərqlənən milyonlarla insanı və çox geniş ərazini altı əsr boyu idarə etmişdir. Habelə bu idarəçilik zorakılığa və təzyiqə deyil, tolerantlığa və sosial uzlaşmaya əsaslanmışdır. Osmanlı imperiyasını bu cür şöhrətləndirən səbəblərdən başlıcası bu dövləti idarə edən hökmdarların və bürokratiyanın İslamla qazandığı ədalət anlayışı və “İla-i Kəlimətullah” (Allahın Sözünü yaymaq) idealıdır.

anadolu, Türk devletleri

Gerek Büyük Selçuklu ımparatorluğu, gerekse Anadolu Selçuklu İmparatorluğu Anadolu'da hüküm sürdükleri dönem boyunca, Türk örfünün ve ıslam ahlaıının getirdiği hoşgörünün en güzel uygulamalarını göstermiş ve bir Türk-İslam devletinin nasıl bir yapıda olacağının en çarpıcı örneklerini sunmuşlardır.

 

Qeydlər

4. Türk Dünya Nizamının Milli, İslami ve İnsani Esasları, İstanbul Turan Neşriyat ve Matbaacılık, 1969, cilt 1, s. 182

2 / total 11
"Harun Yəhyanın Türkün Dünya Nizamı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top