< <
3 / total: 11

Dünya İmperiyasi Osmanli

“Osmanlıya iki qitədə hökmranlıq etmək kifayət etməz. Çünki Allahın əzmi iki qitəyə sığmayacaq qədər böyük davadır. Səlcuqluların varisi olduğumuz kimi,
Romanın da varisiyik.”5

osmanlı padişahları

Osmanlı padişahlarının, fethettikleri topraklarda sürdürdükleri adaletli ve hoşgörülü yönetim sayesinde, her dilden ve her dinden insan asırlar boyunca barış içinde birarada yaşadı.

Orxan Qazinin oğlu Murad bəyə nəsihəti

Osman Gazi

Osman Gazi

Səlcuqlu dövlətinin süqutundan sonra ortaya çıxan Anadolu bəyliklərindən biri də Osmanlı bəyliyidir. Osmanlı bəyliyi qısa müddətdə inkişaf etmiş və dövrünün ən mühüm dövlətlərindən birinə çevrilmişdir. Türk-İslam bayrağını ucaltmaq məqsədi güdən bu dövlət çox qısa müddətdə müxtəlif din, dil, irq və məzhəblərə aid millətləri hakimiyyəti altında toplayan dünya dövləti olmuşdur. Məmaliki-Osmaniyyə (Osmanlı ölkələri) üç qədim qitənin birləşdiyi ərazini, yəni Avropanın cənub-qərbini, Afrikanın şimalını və Asiyanın cənub-qərbini əhatə edirdi. Dövlətin torplaqlarının sahəsi ən geniş olduğu dövrdə 24 milyon km2-ə çatırdı. Cənubi Amerika materikinin təqribən 21 milyon km2 olduğunu nəzərə alsaq, Osmanlı imperiyasının ərazisinin genişliyini təsəvvür etmək olar.

Tarix boyu güclü və böyük sivilizasiyaların qurulduğu bu torpaqlardakı ən son və ən uzunömürlü sivilizasiya Osmanlı sivilizasiyasıdır. 600 illlik ömründə 400 il boyu dövlətin ərazi bütövlüyünü saxlayan, tənəzzül dövründəki 200 il boyu o qədər də çox ərazi itirməyən, süqut dövrü olan XX əsrin əvvəllərinə qədər gücünü və nüfuzunu qoruyan Osmanlı “dünya dövləti” ünvanına layiqdir. Şübhəsiz ki, belə böyük dövlətin bu qədər uzunömürlü olmasının səbəbi təkcə hərbi gücü deyil. Osmanlı dövlətini dünya dövləti ünvanına layiq görən ünsürlərin başında güc aldığı mənəvi dəyərlər gəlir. Hər şeydən əvvəl, Osmanlı dövləti banisi Osman Qaziyə Şeyx Ədəbli tərəfindən verilən bu nəsihətlər üzərində bina edilmişdir:

Ey oğlum, artıq bəysən! Bundan sonra bizə qəzəblənsələr, sən üzüyola olmalısan. Bizdən incisələr, sən könül almalısan. Bizi təqsirləndirsələr, sən səbir etməlisən. Bizi aciz vəziyyətdə qoysalar, sən güzəştə getməlisən. Anlaşılmazlıq olsa, sən ədalətin tərəfində olmalısan. Haqsızlıq etsələr, sən bağışlamalısan...

 

Dünya sənin gözlərində gördüyün kimi böyük deyil. Bütün fəth edilməmiş sirlər, naməlum şeylər, görülməyənlər ancaq sənin fəzilətin və yaxşı əməllərinlə gün işığına çıxacaq.6

Türk-İslam əxlaqının ən gözəl nümunələrindən biri olan Şeyx Ədəbalinin bu nəsihətlərindən də göründüyü kimi, Osmanlı dövlətinin fəaliyyət prinsipi Quranda bütün insanlara əmr edilən gözəl əxlaqdır. Bu əxlaq Osmanlını kiçik bəylikdən 3 qitəyə hökm edən dövlətə çevirmişdir. Osmanlının ədalət anlayışı, tolerantlığı və təmin etdiyi uzlaşma mühitinin əsasında İslam əxlaqı dayanır.

Osmanlı Devleti İdaresindeki Toprakların Dünya Geneline Oranı
Osmanlı, yüzölçümü

Ağustos 2000, Tarih ve Düşünce Dergisi

Osmanlının İslam Əxlaqı

Yavuz Sultan Selim

Yavuz Sultan Selim: "Allah'a şükür, saltanat bana nasip oldu. Şanımız ve ismimiz aleme duyuldu. Allah şahidimdir ki, gayem Allah'ın kelamını yükseltmektir... "

Osmanlı dövləti üçün İslamın bayraqdarlığı vəzifəsini yerinə yetirməkdən, İslam ədalətini və əxlaqını dünyaya yaymaqdan daha böyük hədəf yox idi. Buna görə də Osmanlı fəth etdiyi torpaqlarda da Quranda əmr edildiyi kimi heç bir zorakılığa və təzyiqə əl atmadan İslam əxlaqını yaşatdı və hakim etdi. Osmanlı üçün sadəcə müsəlman və türk xalqının deyil, eyni zamanda ona tabe olan hər millətdən və dindən olan insanın rahatlığı və xoşbəxtliyi vacib idi. İslam əxlaqına uyğun olaraq Osmanlı padşahları onlardan kömək istəyən insan inancsız da olsa, ehtiyac içində olana yardım etmiş və buna görə Allah qarşısında məsul olduqlarını bilmişlər. Bu, iman gətirənlərə Quranda bildirilən əmrdir:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır. (Tövbə surəsi, 6)

Osmanlı dövləti üçün fəth etdiyi torpaqların hamısı “vətən torpağı” idi və “Darül-İslam” (İslam yurdu) qəbul edilən bu torpaqlarda yaşayan insanların hamısı İslamın xəlifəsi olan padşaha əmanət idilər. Osmanlı padşahlarının Allah və Peyğəmbər sevgiləri hər işdə etidallı, ədalətli mərhəmətli olmalarına və uğurlu nəticə əldə etmələrinə səbəb olmuşdur. Osmanlı padşahları özlərini xalqın işlərini görmək üçün Allah tərəfindən təyin edilmiş şəxslər kimi görür və xalqa xidmət etməyi əsas vəzifələri hesab edirdilər. Piri Paşanın Yavuz Sultan Səlim haqqında dediyi sözlər bu həqiqəti açıq şəkildə göstərir:

Kanuni, patrik_IIGennadiosSholarios

İstanbul'un fethinden sonra Fatih'in, II. Gennadios Sholarios'a Patriklik beraatını verişini simgeleyen mozaik pano

Özlərini padşah hesab etmirdilər. “Haqq-Təalanın yazıq və yoxsul qullarının və yer üzündəki bütün qullarının təhlükəsizliyini qorumaq üçün göndərdiyi dəyərsiz biriyəm”deyərdilər...7
İslam əxlaqının yaşandığı və hakim olduğu Osmanlı torpaqları eyni zamanda çox böyük alimlərin vətəni idi. Osmanlı idarəçiləri hərbi və mülki şəxslərə olduğu qədər elm əhlinin də fikirlərinə dəyər verir, qərar qəbul edərkən onlarla məsləhətləşirdilər. Ədalətin təmin olunması üçün çox çalışırdılar. Osmanlı padşahları xalqa qarşı dövlətin adından sui-istifadə edən idarəçiləri bu əməllərdən çəkindirmək üçün bir çox qanun hazırlamış, özlərinin şahid olmadıqları məsələlərdə belə xalqın dövlətdən razı qalacağı sistem təsis etmişdilər. Dövlət məmurlarının qanuna və ədalətə zidd davranışlarını qəti qadağan edən bir çox qanunnamədən biri də Səməndərə hakiminə göndərilən bəyannamədir. Padşah bu bəyannamədə xalqın ona Allahın əmanəti olduğunu bildirdikdən sonra qanuna zidd olaraq Sancak bəylərinin və digər məmurların əhalidən artıq şey almasını zülm hesab edir və bunu qəti qadağan edirdi. Bu əmri yerinə yetirməkdə məsuliyyətsizlik edənlərin və etinasız yanaşanların dərhal cəzalandırılmalarını əmr edirdi.8

Türk-İslam əxlaqının gətirdiyi ədalət sistemi Osmanlı dövlətini müasiri olan dövlətlərdən qat-qat üstün edən əsas xüsusiyyətlərdən biri idi. Osmanlıların şərəflə həyatlarına tətbiq etdikləri İslam əxlaqı onlara öz əleyhlərinə belə olsa, ədaləti əmr edirdi. “Nisa” surəsində bildirilən bu əxlaqi xüsusiyyət Osmanlının və bütün müsəlmanların üstün ədalət anlayışının əsasını təşkil edir:

Ey iman gətirənlər! Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin... (Nisa surəsi, 135)

Türklərin ələ keçirdiyi torpaqlarda bu düşüncə və inancla ədalətli, şəfqətli, mərhəmətli, millət və qəbilə təəssübkeşliyindən uzaq siyasət yeritmələri türk idarəçiliyinin bir çox ölkə tərəfindən xilaskar kimi qarşılanmasına səbəb oldu.

Haçova Meydan Muharebesi

Din və vicdan azadlığı bütün türk dövlətlərində olduğu kimi, Osmanlı dövlətində də ciddi cəhdlə qorunurdu. Osmanlı torpaqlarında kilsə, sinaqoq və məscidlər yan-yana idi. Buna görə başda katolik Avropanın sıx təzyiqlərinə məruz qalan pravoslav Balkan xalqları olmaqla, bir çox millət dəfələrlə xristian idarəçilərin deyil, müsəlman türk idarəçilərin hakimiyyəti altında yaşamağa üstünlük vermişdilər. Təkcə xristianlar deyil, XV əsrin sonlarında İspaniyadakı yəhudilər də kütləvi şəkildə ədalətinə və din azadlığına olan hörmətinə güvəndikləri Osmanlı dövlətinə sığındılar.

Tanınmış tarixçilərimizdən Prof. Dr. İsmet Miroğlu “Tarix və mədəniyyət” jurnalında dərc olunan bir məqaləsində Osmanlıdakı din və vicdan azadlığına ətraflı yer vermişdir. Miroğlunun bildirdiyi kimi, rus kilsəsinin zülmünə tab gətirməyən kazaklar da din azadlıqlarını Osmanlı hakimiyyətində əldə edən xalqlardandır. Prof. Miroğlu sözügedən məqaləsində Antalya patriki Makariosun pravoslavlara zülm edən katolik polyakları Osmanlı hökuməti ilə müqayisə edən sözlərinə də toxunur:

Eğri Kalesi, minyatür
O imansızların öldürdüyü minlərlə insan, qadın, qız və kişilər üçün ağladıq. Lehlilər (polyaklar) pravoslav adını dünyadan silmək istəyirlər. Allah türklərin dövlətini əbədi etsin. Çünki türklər vergi aldıqdan sonra xristian və yəhudilərin dinlərinə toxunmurlar.10

Osmanlı tarixi sahəsində mütəxəssis olan məşhur tarixçi Artur Gibbonsun “Osmanlı imperiyasının qurulması” adlı əsərindəki osmanlılar haqqındakı bu fikirləri Osmanlının tolerantlığını sübut edir:

“... Bu bir həqiqətdir ki, türklər yeni dövrdə dövlətlərini qurarkən din azadlığı fikrini əsas almış millətdir. Yəhudi və xristianların müntəzəm təzyiqlərinə baxmayaraq, türklərin Balkan yarımadasına girməsindən sonra yerli qeyri-müsəlmanlarla yeni gələn müsəlmanlar əsrlərlə uzlaşma içində yaşayıblar.”11
Osmanlı karşısında ki macar akıncıları temsil eden heykel

Sultan III. Mehmed, Avusturyalıların fethedilmez gözüyle baktıkları Eğri Kalesi'ni 18 günlük bir kuşatmadan sonra aldı. Ama, iki hafta sonra 50 bin düşman askerine karşı gerçekleşen Haçova Meydan Muharebesi III. Mehmed'in asıl büyük  zaferiydi. Bu zafer, Osmanlı'nın Avrupa'da yeniden yükselişini simgeliyordu (1596). Üstte: III. Mehmed Han, Haçova Meydan Muharebesi'nde. Ortada: Eğri Kalesi'nin kuşatılmasından sonraki anı gösteren bir minyatür. Altta: Macar süvarisinin Osmanlı akıncılarıyla giriştiği bir mücadeleyi gösteren kompozisyon.

Tarixçi və tədqiqatçıların da tez-tez vurğuladığı bu ədalət və tolerantlıq anlayışı Osmanlı hökumətinin Türk-İslam əxlaqına xas xüsusiyyətlərindən qaynaqlanır.

Əsrlər boyu şanlı dövlətlər qurmuş, üç qitədə hökmranlıq etmiş millətin sələfləri və XXI əsrdə yeni dünya dövləti qurmağa namizəd olan bir millətin fərdləri kimi bizim üzərimizə Osmanlını Osmanlı edən bütün maddi-mənəvi dəyərlərin əhəmiyyətini doğru anlamaq və tətbiq etmək düşür.

Osmanlı nümunəsi göstərir ki, türk milləti çox geniş coğrafi ərazini asanlıqla idarə edəcək təcrübə, bacarıq və gücə malikdir. Osmanlının təməlində duran dəyərləri yaxşı anlamaq, bunları yenidən müasir dövrə uyğun şəkildə şərh və tətbiq etmək vacibdir.

kilise, havra, camii

Din ve vicdan hürriyeti, bütün Türk devletlerinde olduğu gibi, Osmanlı Devleti'nde de titizlikle uygulandı. Osmanlı topraklarında kilise, havra ve camiler yan yanaydı. Yeni Darülaceze'ye yaptırılan bu cami, havra ve kilise de bu hoşgörünün günümüze bir yansımasıdır.

 

Qeydlər

5 Ramazan Özey, Yiğit Düştüğü Yerden Kalkar, Tarih ve Düşünce, Ağustos 2000, s.30

6 http://www.tevhidweb.f2s.com/ogut/edabali.htm

7 Cela-zade Mustafa, Selim-name, Ankara Kültür Bakanlığı, 1990

8 Prof. Dr. İsmet Miroğlu, Osmanlı Yönetiminde İnsan ve Hukuka Saygı, Tarih ve Medeniyet, Ocak 1999, s.16

9 Prof. Dr. İsmet Miroğlu, Osmanlı Yönetiminde İnsana ve Hukuka Saygı, Tarih ve Medeniyet, Ocak 1999, s.19

10 Osman Turan, Türk Cihan Hakimiyeti Mefkuresi Tarihi, İstanbul 1969, s. 193

11 A. Gibbons, Osmanlı İmparatorluğu'nun Kuruluşu, Çev. Ragıp Hulusi, İst. 1928, s.63

3 / total 11
"Harun Yəhyanın Türkün Dünya Nizamı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top