< <
9 / total: 11

Həll Yolu və Nəticə

Buraya qədər qısaca Türkiyənin strateji mirasını nəzərdən keçirdik. Bu miras XXI əsrdə türk millətini XXI əsrdə türk millətini lider ölkələr arasında birinci edəcək çox köklü və şanlı mirasdır. Tarixi və müasir həqiqətlər bizə türkün dünya liderliyinin utopiya olmadığını, əgər cəhd edilərsə, baş verməsi mümkün prinsip olduğunu göstərir.

Əgər Türkiyə böyük mədəni mirasını yaxşı dəyərləndirib gələcəyə ümidlə baxıb keçmişinə də hər cəhətdən sahib çıxarsa qarşısında çox işıqlı gələcək olar. Türkiyə tarixin ən köklü sivilizasiyalarından birinin varisidir. Bu böyük miras doğru dəyərləndirildikdə və maddi-mənəvi əhəmiyyəti dərk edildikdə beynəlxalq arenda ölkəmiz XXI əsrin lider dövlətlərindən biri olacaq.

Beylerbeyi Sarayı

Beylerbeyi Sarayı

Siyasi tarix göstərir ki, dünyaya hakim olmaq istəyən güc, hər şeydən əvvəl, bu gün “Osmanlı hinterlandı” kimi tanınan bölgələrə hakim olmalıdır. Çünki dünya siyasəti əsasən bu coğrafiya ətrafında formalaşır. Ancaq bu coğrafiyada Osmanlı dövlətindən sonra keçən bu qədər vaxt və sınaqdan keçirilən hər cür rejimə baxmayraq rahatlıq və sabitlik əldə edilməmişdir. İstər Balkan yarımadası, istərsə də Yaxın Şərq və Qafqaz qaynar nöqtələrdir. Elə bir gün yoxdur ki, bu torpaqlarda zülm olmasın, göz yaşı axıdılmasın. Bölgə xalqları müharibə və qarşıdurmaların ağır yükü altında əzilir. Yaxın Şərqi müharibə mərkəzinə çevirən xarici qüvvələr dünyada sülhü bərqərar etməkdə aciz olduğunu son 70 ildə dünya xalqlarınının başına gələn hadisələr göstərmişdir.

Dünya idarəçiliyini öhdələrinə götürən və super dövlətlər kimi tanınan bu qüvvələr əllərindəki bütün imkanlara baxmayraq Osmanlının əsrlər boyu bacardığını əldə edə bilməyiblər. Tarixi hadisələr bu cür aktiv bölgənin hər an yenidən strukturunu dəyişməyə meyilli olduğunu göstərir. Osmanlı coğrafiyası da mütləq bir gün hərəkətə keçəcək və onun üçün müəyyən edilmiş orbitdən çıxaraq təbii nizamına qayıdacaq. Etnik və dini müxtəlifliyə malik və çətin idarə edilən bölgələrə nizam verən müsəlman türk milləti bu gün də bu tarixi vəzifəni üzərinə götürməyə hazırdır.

Habelə, Balkan yarımadası, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyanı əhatə edən Avropa Birliyi kimi bir birlik bölgədəki bütün dövlətlər üçün çox mühüm islahat və qazanc olacaq. Bu coğrafiyanın strateji əhəmiyyəti bölgədə yerləşən dövlətlərin güclərini və imkanlarını həm iqtisadi, həm də sosial-mədəni cəhətdən birləşdirməsi ilə daha da artacaq. Avropa Birliyinə bənzər birliyin bu bölgədə formalaşması dünya siyasətinin təkmərkəzli çərçivədən çıxarılmasına da vasitəçi olacaq. Bu cür birlik bölgədəki hər ölkə üçün mühüm istinadgah təşkil edəcək və beləliklə beynəlxalq arenada hər bir dövlət öz xalqının mənfəətlərini sona qədər qoruya biləcək. Bu yolla böyük güclər tərəfindən bölgədə oynanılan oyunlara, haqsızlıq və ədalətsizliklərə son veriləcək, bütün xalqların öz gələcəklərini özlərini müəyyən etdiyi sistem hakim olacaq. Bölgədə yaşayan bütün xalqların haqlarının qorunacağı belə bir sistem, şübhəsiz ki, hər kəs üçün böyük qazanc olacaq.

Bundan əlavə, məlum olduğu kimi, bu torpaqlar bu gün dünyanın ən zəngin yeraltı sərvətlərinə malikdir. Başda Qafqaz və Mərkəzi Asiya olmaqla Osmanlı hinterlandı sənayeləşmələrin əsas xammaddəsini təşkil edən kömür, neft, qaz, dəmir, mis kimi yataqları ilə zəngindir. Müsəlman türklərin liderliyi ilə bu zəngin təbii resurslar ən xeyirli şəkildə istifadə ediləcək. Bununla yanaşı, belə bir ortaqlıq eyni bölgədə yerləşən ölkələri müdafiə xəttində toplayacaq və bu da madafiə xərcələrinin azalmasına kömək edəcək. Bu şəkildə əldə ediləcək əlavə gəlir bölgə xalqlarının dirçəlişinə sərf ediləcək.

Müdafiə, iqtisadiyyat və sosial-mədəni sahədəki əməkdaşlıq bölgənin rifahını və həyat tərzini yaxşılaşdıracaq. Bu cür birliyin təbii lideri isə Türkiyədir.

Türkiyə geo-strateji və geo-iqtisadi cəhətdən bu bölgədə kilid nöqtədə yerləşir. Habelə bütün bu xalqlar Türkiyə ilə mənəvi əlaqələrini hələ də davam etdirirlər. Türkiyəyə mənəvi cəhətdən dərindən bağlanmış bu insanlar onlara uzanan yardım əlini gözləyir və müsəlman türk millətini xilaskar kimi görürlər. Türkiyə albanları, bosnyakları, çeçenləri, çərkəzləri, azərbaycanlıları, gürcüləri və hətta xorvatları, serbləri, romanları və bolqarları belə yeni “Osmanlı Millətlər Birliyi” adı altında birləşdirə bilər. Belə ki, bütün bu xalqların əksəriyyəti hal-hazırda Osmanlı dövründəki sülh və əmin-amanlığı yenidən istəyir və bunun üçün Türkiyəyə ümid gözü ilə baxırlar.

Türkiyə öz strategiyası ilə həm bütün Yaxın Şərq, Balkan yarımadası, Qafqaz və Mərkəzi Asiyada daimi sülhü bərqərar edəcək, həm də bu birlikdən doğan iqtisadi gücü ən ədalətli və doğru şəkildə idarə edəcək tarixi mirasa malikdir. Heç bir güc tarixi istiqamətləndirmiş, bəşəriyyətə sülhü, ədaləti və əmin-amanlığı bəxş etmiş böyük mədəni irsə və təcrübəyə malik, köklü və zəngin sivilizasiyanın qurucusu olan millətin təsirini aradan qaldıra bilməz.

Keçmişdə olduğu kimi, bu gün də müsəlman türk milləti səbri, imanı və gözəl əxlaqı ilə məzlumun yanında, zalımın qarşısında olacaq, müxtəlif milliyyətə və mənşəyə mənsub insanları ədalət və tolerantlıqla birləşdirəcək və bütün dünyanın həsrətini çəkdiyi sülh və əmin-amanlığı bərpa edəcək.

XXI əsr, Allahın izni ilə, bütün müsəlman və türk xalqları üçün aydın dövr olacaq.

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

 

9 / total 11
"Harun Yəhyanın Türkün Dünya Nizamı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top