Quranda Dua

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
4 / total: 10

Duanin Qəbul Ediləcəyindən Əmin Olaraq Dua Etmək

İnsanın həyatı boyunca almış olduğu təlqinlər zamanla həyatın axışı içərisindəki inanılmaz möcüzələri gözardı etməsinə səbəb olar. Buna görə bir çox insan, dünyadakı hadisələrin məqsədsiz və təsadüfi bir şəkildə baş verdiyini zaman keçdikcə özünə inandırar. Əslində, Allahın varlığına inanmır. Dünyanın Allahdan müstəqil olaraq işlədiyini, Onun hadisələrin axışına heç bir müdaxiləsinin olmadığını, yaxud "möcüzələr" vasitəsilə min ildən bir müdaxilə etdiyini düşünər.

Allahı lazım olduğu kimi təqdir edə bilməyən bu insan təbii olaraq Allahın dualara cavab verən sifətini də qavraya bilməz. Dua etsə belə Allahın duasına cavab verəcəyindən şübhə içindədir.

Halbuki, mömin dua etdiyi zaman Allahın özünü eşitdiyini və duasına hər nə şəkildə olursa olsun cavab verəcəyini bilir. Çünki hadisələrin məqsədsiz və təsadüfi bir şəkildə deyil, Allahın təyin etdiyi qədərə (tale) görə irəlilədiyinin, Onun dilədiyi şəkildə getdiyinin fərqindədir. Bu səbəblə, duasına qarşılıq görməmək kimi bir şübhəsi yoxdur. Bu səmimi ruh halıyla dua edənin duasını da Allah məqbul görər və qəbul edər.

Allah Quranda belə buyurur:

Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə, onlar da Mənim çağırışıma cavab versinlər və Mənə iman gətirsinlər. Ola bilsin ki, irşad (doğru yolu tapmış) olarlar.(Bəqərə Surəsi, 186)

Allah, başqa ayələrdə də "... çətinlik və ehtiyac içində olana, Ona dua etdiyi zaman razılıq edən ..." (Nəml surəsi, 61-62) olaraq bildirilir ki, bu da yenə səmimi duaların Allah qatında mütləq qarşılıq görəcəyinin ifadəsidir.

Bu səbəbdən duanı Allahın köməyindən şübhəyə düşmədən, qəbul olacağına qəti olaraq iman edərək dilə gətirmək lazımdır. Əksinə düşünən, yəni Allahın razılığına qarşı şübhə ilə yaxınlaşan adam isə daha başlanğıcda Quran məntiqi ilə ziddiyət təşkil etmişdir.

Bu səbəblə, dua edən adamın sahib olması lazım olan ən əsas iki xüsusiyyət, Allaha qarşı səmimiyyət və güvəndir. Allah qullarının Özünə yaxın olmasını istəyər. Səmimi bir ruh halı içində istənilən gözəl şeylərə cavab verər. İnsanı yalnız bir su damlasından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı bir adamın duasına cavab vermək çox asandır. Edilməsi lazım olan tək şey inancla və səbirlə istəməkdir.

Dua mövzusunda bəlkə də ən böyük təhlükə, qəbul olmayacağı narahatlığıyla dua etməkdən imtina etməkdir. Bu bir çox istiqamətdən səhv, hətta cahil şəkildə bir davranışdır. Əvvəlcə qeyd etmək lazımdır ki, ayələrdə vurğulanan "duaya razılıq" bir şeyin "eynilə reallaşması" mənasını verməz. Çünki insan, daha əvvəl də ifadə etdiyimiz kimi bəzən özü üçün zərərli olan bir şeyi Allahdan tələb etmiş ola bilər. "İnsan xeyirə dua etdiyi kimi, şərə də dua edir. İnsan çox hövsələsizdir." (İsra Surəsi, 11) ayəsi, bu vəziyyəti açıqlamaqdadır.

Duada istənilən şeyin gecikdirilərək verilməsinin və ya tamamilə fərqli bir şəkildə cavab verilməsinin bir səbəbi Allahın insanları imtahan etməsi də ola bilər. Allah qullarının səbrini sınamaq və onlar üçün verəcəyi nemətləri müəyyən bir hikmətə görə müəyyən müddətin sonunda verə bilər.

Bu və oxşar səbəblərdən ötəri duada istənilən hər şeyin dərhal, tam istənildiyi kimi reallaşmasını gözləyə bilmərik. Böyük İslam alimi Bədiüzzamanın ifadə etdiyi kimi, Allah, dua mövzusu olan şeyin daha azını verə bilər, bəlkə də mükafat olaraq daha çoxunu verə bilər və ya yuxarıda saydığımız səbəblərdən ötəri heç verməyə bilər. Ancaq hər vəziyyətdə də Allah Özünə dua edənin duasına cavab vermişdir.

Peyğəmbərimiz (s.ə.v) bir hədisində razılıqdan əmin olaraq dua etmək ilə əlaqədar olaraq belə buyurmuşdur:

Razılıqdan əmin olaraq Allaha dua edin.(Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Nəşrləri, Ankara, səh. 327)

 

4 / total 10
"Harun Yəhyanın Quranda Dua kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com