< <
5 / total: 15

Ehtişam Hər Yerdədir (05/15)

Kor Termitlərin Göydələnləri

manzara

Kor fəhlələrin Empire State böyüklüyündə bina inşa etməsi mümkündür? İnsanlar belə şeyi bacarmazlar. Amma kor termitlər həyatları boyu öz boylarına görə Empire State hündürlüyündə yuvalar tikirlər.

Termitlərin qurduqları nəhəng yuvaları insanların tikdikləri binalar ilə müqayisə etməzdən əvvəl termitləri ümumi şəkildə təsvir etmək lazımdır. Termitlərin məlum olan ən mühüm xüsusiyyətlərindən biri insanların belə asanlıqla yıxa bilmədikləri möhkəm yuvalar tikmələridir. Hər növ öz ehtiyacı olan xüsusiyyətlərə görə müxtəlif tipli yuvalar inşa edir. Bəziləri yandırıcı istilikdən qorunmaq üçün, digərləri isə yağışdan qorunmaq üçün yuva tikir. Bu yuvalar ağac içlərində olduqları kimi əksəriyyəti torpağın üstündə və altında da yerləşirlər.

Bir termit yuvasını açdıqda qarşınıza süngərəbənzər görüntü çıxar. Yuva təxminən 2.5sm enidə və ya daha dar saysız-hesabsız hücrədən ibarətdir. Bu hücrələri bir-birlərinə ancaq termitlərin keçəcəyi böyüklükdə dar dəliklər bağlayır. Termitlərin bu gözəl binaları tikərkən istifadə etdikləri xam maddə isə sadəcə torpaq, öz selikləri və tullantılarından ibarətdir. Bu cür bəsit xam maddə ilə bəziləri ancaq dinamitlə yıxılacaq qədər möhkəm olan, üstəlik içində labirintlər, ventilyasiya sistemləri və kanallar kimi hərtərəfli sistemlər olan yuvalar tikirlər.

Görünüş cəhətdən qülləyə bənzəyən ehtişamlı yuvaları tikən termitlərin əsl möcüzəvi xüsusiyyəti isə, daha əvvəl də bəhs etdiyimiz kimi, kor olmalarıdır. Bu son dərəcə təəccüblü vəziyyətdir. Termitlər nə qurduqları tunelləri, nə də ucaltdıqları otaqları görə bilirlər.

Termitlərlə insanların tikdikləri binalar müqayisə edildikdə gördükləri işin qeyri-adiliyi daha aydın şəkildə üzə çıxır. Məhz bu səbəbdən termitlərin tikdikləri göydələnləri daha yaxşı dəyərləndirmək üçün Amerikadakı Empire State binası ilə müqayisə etdik. Bu binanın hündürlüyü 443 metrdir. Termitlər isə 1-2 sm-lik həşəratlardır. Bu kiçik bədənlərinə baxmayaraq 7 metr hündürlüyündə nəhəng yuvalar tikirlər. Əgər termitlərin insanlarla eyni boyda olsaydılar, tikdikləri yuvalar da Empire State binasının hal-hazırki hündürlüyündən 4 dəfə çox olardı. İnsanların görə bilmədiyi bu qeyri-adi işi kor termitlər milyon illərlə, mövcud olduqları andan etibarən görürlər.8

Termitləri bütün xüsusiyyətlərilə birlikdə yaradan Allahdır. Kor termitlərə tikdirdiyi ehtişamlı tikililərlə aləmlərin Rəbbi olan Allah bizə sonsuz qüdrətini və elmini tanıdır.

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! (Zumər surəsi, 62)

Su Hörümçəklərinin (Argyroneta Aquatica) Suya Başvurma Üsulu

manzara

Asiya və Avropanın mülayim iqlimli bölgələrində yaşayan su hörümçəkləri həyatlarının böyük hissəsini su altında keçirirlər. Çünki bu hörümçəklər yuvalarını suyun içində qururlar.

Yuvanın qurarkən hörümçək əvvəlcə su bitkilərinin saplaqlarının və ya yarpaqlarının arasında iplərlə platforma hörür. Bu iplər hörümçəyə həm evinin yolunu göstərən işarə, həm platformanı möhkəmləndirən bağ, həm də ovun yaxınlaşdığını bildirən radar vəzifəsini yerinə yetirir.

Platforma hörüldükdən sonra hörümçək platformanın altına ayaqları və bədənilə hava qabarcıqları daşıyır. Beləliklə, tor yuxarıya doğru şişir və hava əlavə edildikcə zınqırov formasını alır. Bu zınqırov hörümçəyin su altında olduğu müddətdə sığınacağı olan yuvasıdır (yandakı səhifə, solda aşağıdakı şəkil)

Hörümçək gündüzlər yuvasının içində gözləyir. Yaxınlığından hər hansı kiçik bir heyvan, xüsusilə bir həşərat və ya tırtıl keçdikdə çölə çıxaraq onu tutur və yemək üçün yuvasına aparır. Suyun səthinə düşən bir həşərat onu titrədir. Bu titrəmələrdən xəbər tutan hörümçək yuxarı çıxır və həşəratı tutub suyun altına aparır. Hörümçək suyun səthindən sanki bir tor kimi istifadə edir. Suya düşən hərşəratın tora ilişən digər ovlardan fərqi yoxdur.

Qış yaxınlaşdıqda isə hörümçək donmamaq üçün qoruyucu tədbirlər görməlidir. Bunun üçün qışın yaxınlaşmasıyla su hörümçəyi göldə daha da aşağı enir. Bu dəfə qış üçün zınqırov hörərək içini hava ilə doldurur. Bəzi hörümçəklər isə suyun dibində su ilbizi qabığına yerləşir. Zınqırovun içində heç tərpənmir və bütün qış boyu demək olar ki, heç enerji sərf etmirlər. Bunun səbəbi artıq enerji itirməmək və oksigen ehtiyacını aradan qaldırmaqdır. Bu tədbir sayəsində yuvaya daşınan hava qabarcığındakı oksigen hörümçəyə qışı keçirəcəyi 4-5 ay ərzində kifayət edir.

Göründüyü kimi, su hörümçəyinin əmələ gətirdiyi qabarcıq və yem ovlama forması bir hörümçəyin suda yaşaması üçün ən ideal şəkildə qurulmuşdur. Təsadüflərlə quruda yaşayan bir canlının suda yaşamaq üçün tədbir görməsi, şübhəsiz, mümkün deyil. Bu canlı əgər suda yaşamaq üçün xüsusiyyətlərə malik deyilsə, suya girən kimi öləcək, təsadüf və ya başqa bir şeyi gözləmək üçün vaxtı da olmayacaq. Ona görə quruda yaşayan canlı olmasına və bu xüsusiyyətləri daşımasına baxmayaraq asanlıqla suda yaşayan canlı xüsusiyyətinə ortaya çıxdığı ilk andan etibarən malikdir. Yəni canlı bütün bu xüsusiyyətləri ilə birlikdə Allah tərəfindən bir andaca yaradılmışdır. Allah su hörümçəklərində olduğu kimi tayı-bərabəri olmayan nümunələr yaradaraq sonsuz elmini və hikmətini bizlərə tanıdır.

Kitin: Mükəmməl Örtük Məmulati

manzara

Həşəratlar dünyada ən çox rast gəlinən canlılardır. Bunun səbəbi bir çox mənfi şərtlərə qarşı dözümlü formada yaradılmalarıdır. Onları bu cür dözümlü edən səbəblərdən biri bədənlərini örtən kitin təbəqəsidir. Kitin adlı maddə son dərəcə yüngül və incədir. Ona görə həşəratlar üçün onu daşımaq çətin deyil. Bu maddə həşəratın bədənini xaricdən örtməklə bərabər skelet funksiyasını yerinə yetirəcək qədər möhkəm, eyni zamanda olduqca elastikdir. Bu təbəqə həşəratın bədəninin içindən ucları özünə bağlı olan əzələlərin yığılıb-açılması ilə hərəkət edir. Bu xüsusiyyət həşəratlara hərəkətlərində cəldlik qazandırdığı kimi kənardan gələn zərbələrin təsirini də azaldır. Kitin təbəqəsinin üzərindəki xüsusi örtük maddəsi sayəsində içəriyə su keçirmir. Bədənin içindəki mayelərin də kənara çıxmasına mane olur.9 Ən çətin şərtlər, məsələn, yüksək temperatur, hətta radiasiya belə ona təsir etmir. Bu təbəqənin bir xüsusiyyəti də yan tərəfdəki şəkillərdən göründüyü kimi çox vaxt ətraf mühitlə ahəngdar rəngdə olmasıdır. Bunun sayəsində həşərat olduğu mühitdə düşmənləri görmədən yaşaya bilir. Bu təbəqənin rəngləri bəzən də ətrafdakı ov axtaran düşmənləri yayındıracaq qədər parlaq olur.

Bir çox həşəratın xarici qabığını təşkil edən kitin maddəsi möhkəmliyi, elastikliyi və izolyasiya gücü ilə hər cəhətdən mükəmməl xammaddədir. Bu qədər diqqətçəkən xüsusiyyətlərə malik olan bir maddə insanın ağlına “Əgər təyyarələr və kosmik gəmilər kitin xüsusiyyətlərinə malik bir maddədən istehsal edilsəydi, necə olardı” sualını gətirəcək. Bu xammaddə aeronavtika mütəxəssislərinin arzu etdiyi xüsusiyyətə malikdir. Ancaq texnoloji irəliləyişlərə baxmayaraq insanlar hələ belə uğur əldə etməmişlər.

XXI əsrin texnologiyası ilə bənzəri hazırlanmağa çalışdıqları kitin maddəsi həşəratlar ilk dəfə mövcud olduqların andan etibarən var və bu maddə yuxarıda da bildirdiyimiz kimi, bir həşərat üçün ən ideal örtük məmulatıdır. Canlını hər cür təhlükədən qoruyan xüsusiyyətlərə malik olan bu maddənin təsadüfən ortaya çıxması isə, əlbəttə,mümkün deyil. Heç bir həşərat öz iradəsilə qərar verib özü üçün bu cür ideal qoruma vasitəsi əmələ gətirə bilməz. Xüsusi quruluşa malik olan bu maddə təbiətdəki daşın, torpağın qərarı ilə də ortaya çıxmamışdır. Bu maddə üstünü örtdüyü həşəratların bütün qeyri-adi xüsusiyyətləri ilə birlikdə tam uyğunluq içində Allah tərəfindən yaradılmışdır.

Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir! (Şura surəsi, 29)

Qarişqa Otelləri

Bir canlı başqa bir canlıya kömək edirsə, onun rahat olacağı mühiti hazırlayaraq ehtiyaclarını ödəyirsə, bu birliyin təsadüfən əmələ gəlməsi, əlbəttə, iddia edilə bilməz. Şüuru olmayan canlıların bir-birinə yaxınlıq göstərmələri, bir-birlərinə fayda qazandıracaq şəkildə davranmaları bu canlılardakı üstün yaradılışı sübut edir. Birlikdə yaşayan canlılar bir Yaradan, yəni Allah tərəfindən bir-birlərinə uyğun şəkildəki xüsusiyyətlərlə yaradılmışlar. Bu cür canlılara ən bariz nümunlərdən biri kimi bitkiləri və qarışqaları göstərmək olar.

Bəzi bitkilərdə bioloji dillə “domatia” adı verilən dərin oyuqlar vardır. Bu oyuqların tək funksiyası qarışqalara sığınacaq verməkdir. Bu bitkilərdə qarışqaların asanlıqla bitkinin içərisinə girib-çıxmalarını təmin edən dəliklər və ya toxumalardan ibarət zərif pərdələr vardır. Bu bölmələrdə də qarışqalar tərəfindən toplanaraq yeyilməsi üçün bitkinin xüsusi olaraq hazırladığı qida vardır. Bu qidaların tək funksiyası da yenə qarışqaları yedirməkdir. Bitkinin özünə fayda verən funksiyası yoxdur.10

Beləliklə, “domatia”lar qarışqaların həyatı üçün yaradılmış xüsusi formalardır. Temperatur və nəmin miqdarı və tarazlığı qarışqalar üçün ideal mühit hazırlayır. Qarışqalar özləri üçün hazırlanmış bu mühitdə insanların lüks otellərdə dincəldikləri kimi rahatlıq hiss edirlər.

manzara

Şüphesiz, mü'minler için göklerde ve yerde ayetler vardır. Sizin yaratılışınızda ve türetip-yaydığı canlılarda kesin bilgiyle inanan bir kavim için ayetler vardır.
(Casiye 3, 4)

Başqa bir misal kimi bir qarışqa növü olan Philidris ilə onun ev sahibi bitkisi olan Dischidia major-u göstərə bilərik. Bu canlılar bütün həyatları boyu ortaq “kimyəvi fəaliyyət”göstərirlər. Bu bitkinin torpağa işləyən kökləri yoxdur və buna görə digər bitkilərə sarmaşaraq uzanır. Bitki karbon və azot almaq üçün çox maraqlı üsuldan istifadə edir. Qarışqaların bu bitkinin içində balalarını yerləşdirmək və “üzvi artıqlar” (ölü qarışqalar, böcək hissələri və s.) gizlətdikləri “qarışqa yarpağı” adlandırılan anbarları var. Bitki bu artıqlardan azot mənbəyi kimi istifadə edir. Bundan başqa yarpaq boşluqlarının daxili səthləri də qarışqa tərəfindən xaric edilən karbon-oksidi sorur və beləliklə, məsamələrdən çıxan su itkisini azaldır.11 Bu bitki tropik iqlimdə bitməsinə baxmayaraq, su itkisinin qarşısını almaq onun üçün çox vacibdir. Çünki bu cür bitkilərin kökləri olmadığına görə torpaqdakı suya heç vaxt çata bilmirlər. Beləliklə, qarışqalar onlar üçün sığınacaq verən bu bitkiyə əvəzində onun iki ehtiyacını ödəyir.

Hər iki misalda görünən quruluşların təsadüfən meydana gəldiklərini, təsadüfən qarışqalara uyğun qida hazırladıqlarını və onlara uyğun formalara düşdüklərini əsla iddia etmək olmaz. Qarışqa-bitki əlaqələri yer üzündə tək Yaradan, yəni Allah tərəfindən yaradılan möhtəşəm tarazlığın dəlillərindən biridir.

 

Qeydlər

8- Harikalar Dünyası, National Geographic, İstanbul,1999,s.190

9- Ali Demirsoy, Yaşamın Temel Kuralları, Omurgasızlar, Böcekler, Entomoloji, Ankara, Meteksan A.Ş. Cilt II, Kısım II, 1992, s.18-22

10- Bert Hölldobler-Edrward O. Wilson, The Ants, Harvard University Press, 1990, s.522-523

11- Geo Dergisi, Ekim 1995, s.186

5 / total 15
"Harun Yəhyanın Ehtişam Hər Yerdədir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com