< <
6 / total: 15

Ehtişam Hər Yerdədir (06/15)

İşiq Saçan Canlilardaki Ehtişam

manzara

İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri qədər çox işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, heç enerji itirməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında mütləq istilik ayrılır və bu istilik istilik enerjisi kimi çölə çıxır. Ona görə işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur.

Atəşböcəkləri bədənlərinin içində baş verən kimyəvi reaksiyalar nəticəsində yaşıl-sarı işıq verən həşəratlardır. Xəbərləşmək və cütləşmə mesajı vermək üçün bu işıqlardan istifadə edən atəşböcəklərində növə görə parlama uzunluğu fərqlənir. Bundan əlavə bəzi növlərdə dişi atəşböcəyini cəlb etmək üçün əvvəlcə erkək işıldayır, bəzi növlərdə isə dişi atəşböcəyi işıldayaraq xəbər verir. Bəzi növləri isə işıqlarından düşmənlərdən qorunmaq üçün istifadə edirlər. Saçdıqları işıq eyni zamanda düşmənlərinin pis olması mesajını da verir.12

Atəşböcəklərilə yanaşı müxtəlif dəniz canlıları, həşəratlar və bir çox canlı növü də işıq verirlər. Hər birinin işıq vermə formaları, istifadə sahələri, müddətləri və verilən işığın növü kimi xüsusiyyətləri bir-birindən çox fərqlidir.

Bu canlılara istifadə etmək üçün işıq vermə sistemləri verən, bu sistemlərin davamlılığını təmin edən isə, əlbəttə, canlıların özləri deyil. Təsadüflər nəticəsində işıq verə bilən və bu prosesdə canlının özünə heç bir zərər verməyən kompleks orqanların ortaya çıxması mümkün deyil. İşıq saçan canlılar Allahın üstün yaratma sənətinin dəlillərindəndir. Allah sonsuz bilik, ağıl və qüdrətinin dəlillərini yaratdığı canlılar vasitəsilə bizlərə tanıdır.

Bu, Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar. (Loğman surəsi, 11)

İşiq Verən Dəniz Canlilari

manzara

Dəniz canlılarından bir çoxu atəşböcəkləri kimi işıq verən sistemlərə malikdir. Adətən bundan düşmənlərini yanıltmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bunlardan Comb Jelly (Ctenophora) adlı canlı eynilə meduzalar və dəniz anemonları kimi həssas canlılardır. Mikroskopik bitkilər və kiçik dəniz heyvanları ilə qidalanırlar. Bəziləri ovlarını eynilə balıq tilovu kimi suda hərəkət edən yapışqan lamisə orqanları ilə tuturlar. Bu canlının başqa növünün isə çox geniş açılan və digər Comb Jelly canlıları də daxil olmaqla bir çox canlını udan ağızları var. Comb Jelly-nin bədənində sıra ilə düzülmüş incə tüklər var və heyvan bu tüklərini suda özünü irəliyə doğru itələmək üçün istifadə edir. Bunda başqa demək olar ki, bütün Comb Jelly-lərin arxasında eynilə tikiş yerinə bənzəyən zolaqlar formasında işıq verən hüceyrələr yerləşir. Növlərin özlərinin də maraqlı xüsusiyyətləri var. Məsələn, qırmızı Comb Jelly-yə toxunduqda parıldayır. Eyni zamanda suya parıldayan, işıqlı dənəciklər buraxır. Bu düşmənlərindən xilas olmaq üçün istifadə edilən yanıltma üsuludur.13

Dəniz ulduzları, dəniz kirpiləri, tüklü ulduzlar kimi canlılar “tikanlı heyvanlar” adlandırılır. Bu heyvanların bir çoxunun dərisi müdafiə məqsədilə istifadə etdikləri iti tikanlarla örtülüdür. Dəniz sahillərində mərcan qayalıqlarında və dəniz yataqlarında yaşayırlar. Bu canlılar da düşmənlərindən qorunmaq üçün işıq verirlər. Parlaq qollara və ya onurğaya malik olan bu canlılara hücum edildikdə suda işıq buludları əmələ gətirirlər.

Qorunmaq üçün işıq verən canlılara başqa bir misal kimi dəniz ulduzu növünü göstərmək olar. Bu dəniz ulduzu dəniz səthinin təxminən 1000 m dərinliyində yaşayır. Qollarının ucundan parlaq yaşıl-mavi işıqlar saçır. İşıqlı xəbərdarlığı düşmənlərinə dadının pis olduğunu bildirmək üçündür. Başqa bir dəniz ulduzu növü isə hücuma məruz qaldıqda parlamağa başlayır və düşməni uzaqlaşdırmaq üçün qollarından birini düşmənə tərəf atır. Bu, dəniz ulduzunun istifadə etdiyi mühüm müdafiə taktikasıdır. Qopan qolun ağ işıq saçmağa davam etməsi düşmənin diqqətini qola yönləndirir. Dəniz ulduzu da bu arada qaçır.14

Canlılardakı işıq vermə mexanizmləri də, göründüyü kimi, Allahın yaratmasındakı möhtəşəmliyin nümunələrindəndir. Allah yoxdan yaradandır.

... Xeyr, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” -deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 116-117)

Delfinlərdəki Üstün Yaradiliş

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir.15 Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə səthə çıxaraq heyvanın nəfəs almasına nəzarət edir.

Delfinlər balıqlar kmi su içində nəfəs alıb-verə bilməzlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır.

Delfinlərin ağızlarındakı dimdiyə bənzərə çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir xüsusiyyətdir. Heyvan bu quruluşu sayəsidnə suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətlə üzür. Müasir gəmilərin burunlarında da delfinlrəin ağzına bənzər çıxıntı var. Bu hidrodinamik quruluş gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır.

manzara

Bundan başqa, delfinlər elm adamlarını təəccübləndirəcək qədər sürətlə üzürlər. Delfinlərin bədənlərinin ətrafında suyun axması qüsursuz şəkildə baş verir. Bunun səbəbi delfinin dərisi üzərində aparılan tədqiqatlar nəticəsində tapılmışdır. Delfinin dərisi üç qatdan ibarətdir. Xarici qat incədir və çox elastikdir; daxili təbəqə qalındır, plastik tüklü fırçaya bənzəyən elastik çubuqlardan ibarətdir. Ortadakı qat isə süngərəbənzər maddədəndir. Beləliklə, çox sürətlə üzən delfinə dəyən sudan girdab əmələ gəlməyə başladıqda xarici dəri qatı bu girdabın səbəb olduğu yüksək təzyiqi daxili qatlara ötürür və daxili qatlar bu yüksək təzyiqi aradan qaldırırlar. Əmələ gələn girdab beləliklə böyüməyə başlamadan itir.16

Heyvanlar içində sadəcə delfinlərə xas olan bu formaların hamısı üstün yaradılışı açıq dəlillərindəndir. Allah hər canlı kimi delfinləri də yaşadıqları şərtlrəə ən uyğun bədən quruluşu ilə birlikdə yaratmışdır.

Dəniz Altinda Yaşayan Maraqli Canli: Nudibrank (Nudibranchia)

manzara

Çox maraqlı dizaynlara və qeyri-adi rənglərə malik olan Nudibrank qabıqsız ilbiz növüdür. Son dərəcə cəlbedici görünüşləri olan bu canlılar dəniz altında yaşayan ən maraqlı canlılardandır. Bu ilbiz çox parlaq rənglərə malikdir və son dərəcə cəlbedicidir. Bundan əlavə olduqca yumşaq bədənə malikdirlər. Özlərini qorumaq üçün qabıqları belə yoxdur. Bu xarici görünüş bir çox canlı üçün cəlbedici olmasına baxmayaraq çox az heyvan Nudibrank ilə qidalanır. Çünki Nudibrankların heyranedici rəngləri düşmənlərinə çox zəhərli olduqlarını xəbər verir.

Bu dəniz ilbizi növünün diqqətçəkən xüsusiyyəti güclü zəhər daşıyan “dalayıcı hüceyrələrə” malik olmasıdır. Nudibranklar məhz bu “dalayıcı hüceyrələri” sayəsində düşmənlərindən asanlıqla qorunurlar. Nudibranklar Hidroid adlanan canlılarla qidalanır və onları həzm sistemlərində həzm etmirlər. Bu heyvanlar Nudibrankın həzm sistemi içərisində qoruyucu seliklə örtülür və dalayıcı hüceyrə kimi onu qoruyurlar.17

Şübhəsiz, Nudibrankın Hyroidlərin zəhərli olduğunu və bu zəhərin ona zərər verməyəcəyini, amma eyni zamanda düşmənlərindən də qorunmasına kömək edəcəyini bilməsi mümkün deyil. Belə bir şeyi təcrübədən keçirərək öyrənməsi də mümkün deyil. Bəs onda Nudibrankın bu maraqlı müdafiə metodunu necə kəşf ediblər?

Elə bu yerdə bütün kainatda açıq-aşkar görünən həqiqət bir daha qarşımıza çıxır. Həm naxış və rəng müxtəlifliyi ilə, həm də zəhərlərini əldə etmə üsulları ilə diqqət çəkən Nudibranklara nə etmək lazım olduğunu ilham edən, bədənlərində Hidroidlərin zəhərini zərərsizləşdirən sistem yaradan bütün kainatın Rəbbi Allahdır. Allah bütün canlıları müxtəlif rənglərdə və çox fərqli xüsusiyyətdə yaradır. Allahın sonsuz gücünü belə nümunələrlə öyrənən insan Allahı təsbih edərək, sadəcə Allahın razı olacağı şəkildə gözəl davranmalıdır. Allah ayələrində belə buyurur:

İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 28)

 

Qeydlər

12- Anita Ganeri, Creatures That Glow in The Dark, Marshall Editions dev., 1995, s. 10-11

13- Anita Ganeri, Creatures That Glow in The Dark, Marshall Editions dev., 1995, s. 28

14- Anita Ganeri, Creatures That Glow in The Dark, Marshall Editions dev., 1995, s. 16

15- Betty Mamane, Le Surdoue du Grand Bleu, Science et Vie Juniour, Ağustos 1998, s.79-84

16- Bilim ve Teknik Dergisi, Sayı:212, Temmuz 1985, s.20

17- The Ocean World of Jacques Cousteau, World Publishing, New York, 1973, s.28

6 / total 15
"Harun Yəhyanın Ehtişam Hər Yerdədir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com