< <
8 / total: 15

Ehtişam Hər Yerdədir (08/15)

Meduzaların Naməlum Xüsusiyyətləri

Meduzalar hər kəsə məlum olan çox maraqlı canlılardır. Ancaq 95%-i sudan ibarət olan meduzaların bir çox naməlum təəccüblü xüsusiyyətləri var. Məsələn, bəzi növləri işıq saçaraq düşmənlərini yanıldır, bəziləri isə bədənlərində düşmənləri üçün öldürücü zəhər hazırlayır.

Demək olar ki, bütün iqlim qurşaqlarında yaşaya bilən meduzaların bir çox növü canlılar üçün təhlükəlidir. Şəffaf olan bu canlıların bədənlərinin alt hissəsindən uzanan lamisə orqanları var. Bəzi növlrəin lamisə orqanlarında zəhərli maye olur. Meduzalar ovlarını bu zəhəri ifraz edərək tutur, düşmənlərini də bu zəhərlə öldürürlər. Zəhəri olmayan meduza növləri isə, əlbəttə, müdafiəsiz deyillər. Onlardan bəziləri özlərini qorumaq üçün işıq saçma xüsusiyyətlərindən istifadə edirlər. Düşmənləri olan dəniz tısbağalarından, dəniz quşlarından, balıqlar və balinalardan xilas olmaq üçün planlı və metodlu şəkildə hərəkət edirlər. Düşmənlərindən qaçarkən bütün bədənlərinə işıq yanır. Ancaq düşmən onları dişləmək istədikdə zınqırov formalı hissələrindəki işığı söndürür və işıqı yanan lamisə orqanalrını gövdələrindən qoparıb ayırırlar. Beləliklə, düşmənin diqqəti lamisə orqanlarına cəlb edilir. Meduzalar da bu vəziyyətdən istifadə edərək dərhal oradan uzaqlaşırlar.

manzara

Başqa meduza növü olan fizaliyalar (Siphonophora) (yan tərəfdəki səhifədə aşağıdakı şəkil) isə böyük meduzalardır. Aralıq dənizi də daxil olmaqla, bütün tropik və mülayim iqlimlərdə yaşayırlar. Fizaliyaların dəniz səthindən 20 sm-ə qədər yuxarı qalxan mavi yelkənəbənzər orqanları var, onların üzməsinə və hərəkət etməsinə bu orqan kömək edir. Spiralvari lamisə orqanalrında tərkibində iflicedici toksinlər olan kapsullar var. Meduzaların bütün bu xüsusiyyətləri olduqca maraqlıdır. Günəşlə təmasda olduqda qısa müddətdə içində quruyub yox olan, demək olar ki, tamamilə sudan ibarət bi rcanlı bu cür kimyəvi maddəni necə hazırlayır? Düşmənini yanıldan üsulları necə tapır?

Meduzaların düşmənlərini və ya ovlarını görən gözləri, beyinləri yoxdur. Meduzalar sadəcə jeleyəbənzər su kütləsidir, ancaq müxtəlif taktikalar işlədərək qida tapır, düşmənlərindən xilas olmaq üçün cürbəcür şüurlu hərəkətlər edirlər. Bu şüurun, çətinliklərə həll yolu tapan ağlın meduzalara aid olmadığı aydındır. Meduzalar haqqında məlumatlar bu cəhətdən nəzərdən keçirildikdə insanı çox mühüm nəticələrə aparan məlumatlara çevrilir.

Meduzaları və xüsusiyyətlərini, etdiklərni düşünən insan bu canlıların öz-özlərinə heç nə etməyəcəklərini, hər şeyə hakim olan bir güc tərəfindən yönləndirildiklərini anlayacaqdır. Heç bənzəri olmayan bu güc Allaha aiddir. Allah bütün canlıları növbənöv yaradaraq öz üstün ağlını və bənzəri olmayan elmini bu canlılarda təzahür etdirir. Meduzalar bu nümunələrdən biridir.

Qabıqlı Dəniz Canlılarından Dəniz Daraqlarının (Coris Pıcta) Gözləri

manzara

Yan tərəfdəki kiçik şəkildə görünən canlı dəniz darağı adlandırılan qabıqlı dəniz canlısıdır. İndi şəklə diqqətlə baxın. Bu heyvanın qabığının kənarları boyu düzülmüş kiçik parlaq mavi nöqtələri gördünüz? Bəs bu nöqtələrin hər birinin əslində bir göz olduğunu desək, buna təəccüblənərsiniz?

Nə qədər təəccüblü olsa da, bu mavi nöqtələrin hər biri şəkildə görünən canlıya aid gözdür. Hər biri yalnız 1mm böyüklükdə olan bu gözlər olduqca kiçik olmalarına baxmayaraq bu canlının düşmənlərindən xilas olmasına kömək edir.22

Dəniz daraqlarının bu kiçik gözlrəinin hər birinin bəbəyi və tor qişası var. Bu gözlrədəki bəbəkləri işığı toplayıb fokuslayır. Ancaq bu canlıların beyinlərində görmə mərkəzi yoxdur. Yəni gözləri tərəfindən fokuslanan görüntülər canlının beynində normal bir gözün gördüyü formada şərh edilmir. Dəniz daraqlarının gözləri üzərində araşdırma aparan elm adamalrı bu gözlərin böyük ehtimalla görüntü əmələ gətirmədiyini təxmin edirlər. Əgər elədirsə, bu təəccüb yaradan gözlər nə işə yarayır?

Dəniz daraqları bu gözlrəi aydınlıqla qaranlığı ayırd etmək üçün istifadə edirlər və beləliklə, qumlu sahələrdən yosunlu sahələrə doğru hərəkət edə bilirlər. Bundan əlavə, millimetrik gözləri istridyələrə ətraflarındakı hərəkətləri seçmə hissini də verirlər. İstridyə bu sayədə onu tutmaq istəyənlərdən qaçıb xilas ola bilir.

Dəniz darağının gözlrəi yaşadığı mühitdə ehtiyaclarını təmin edən xüsusiyyətlərə malikdir və bu gözlərin quruluşunda çox açıq yaradılış dəlili var. Gözlər bu canlının xarici aləmi hiss edəcəyi şəkildə sıra ilə qabığın xarici hissəsinə düzülmüşdür. Yəni bu canlıya ehtiyacı olan gözlər lazımi uyğunluqda və nizamla verilmişdir. Dəniz altındakı qabıqlı canlıdan quşlara, ağaclardakı sistemlərdən ulduzlara qədər kainatın hər yerini əhatə edən bu qüsursuz uyğunluq, nizam və planı əlbəttə bir planlayan, Yaradan var. Allah canlılarda yaratdığı bu kimi detallı formalarla bizə Özünü tanıdır. Aöıl sahibi insanların üzərinə düşən vəzifə isə göydən yerə, atomdan qalaktikalara qədər hər yerdə təzahür edən Allahın hüdudsuz gücünü görmək və yalnız Allaha yönəlməkdir.

Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız! (Qəsəs surəsi, 88)

Mikrodünyanın Canlıları: Planktonlar

manzara

Planktonlar dəniz altındakı həyatın zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir metrin milyonda biri olması nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?

Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur.

Fitoplanktonlar bitki əsaslı planktonlardır və əsasən dəniz axınları ilə hərəkət edən tək hüceyrəli mikroskopik orqanizmlərdən ibarətdir. Fitoplanktonlar dənizlrədəki qidalanma zənciririn ilk halqasını təşkil edirlər. Bundan başqa, quruda bitən bitkilərdə olduğu kimi birbaşa günəş enerjisi vasitəsilə fotosintez prosesini həyata keçirir və öz qidalarını hazırlayırlar. Ona görə okeanların əsas üzvi maddə mənbəyi olan bitki əsaslı planktonlar eyni zamanda oksigen dövranında da tarazlayıcı rol oynayırlar.

Fitoplanktonların həyata keçirdiyi fotosintez prosesi əsnasında havadakı karbondioksid udulur və böyük miqdarda oksigen əmələ gəlir, yerdə bitkilərin hər il atmosferə xaric etdiyi 110 milyard tonluq oksigenin 70%-i bu yolla təmin edilir.23

Fitoplanktonu əmələ gətirən tək hüceyrəli su yosunlarına çox sayda misal göstərmək olar. Səthi geometrik formalarla bəzənmiş, silisium oksidindən ibarət kapsulları sayəsində asanlıqla tanınan Diatomlar və iki qamçısının köməyilə yerlərini dəyişdirmə xüsusiyyətinə malik olan Dinoflagellatlar fitoplanktonlara misal göstərilə bilər.

Heyvan əsaslı planktonlar da əsasən tək hüceyrəli canlılardan ibarət olur, amma bu qrupda çox hüceyrəli heyvanlar da olur. Demək olar ki, məlum olan bütün dəniz canlıları qruplarının plankton formaları var. Məsələn, onurğasız heyvanlar sürfə halında ikən, balıqlar da inkişaf mərhələlərinin başlanğıcında dənizlərdəki müvəqqəti planktonları əmələ gətirir.

Plantktonların həm çox müxtəlif növləri, həmdə hər növün özünə xas xüsusiyyətləri var. Burada izah edilən çox az nümunələrdən də göründüyü kimi bu mikroskopik canlılarda həm görünüş, həm də ümumi quruluş cəhətdən qüsursuzluq müşahidə edilir. Bu canlılar yerdəki bir çox tarazlığın təmin edilməsinə kömək edirlər. Allahın gücü sonsuzdur, istədiyini istədiyi formada yaradır. Allah hər şeyə gücü çatandır.

Su Altındakı Sığınacaqlar: Mərcanlar

manzara

Mərcanlar tropik suların dayaz yerlərində yaşayan canlılardır. Ölü mərcanların əhəngdaşına çevrilən skeletlərinin zaman ərzində toplanması nəticəsində bir çox canlının birlikdə yaşadığı mərcan rifləri əmələ gəlir. Riflər olduqca böyük sahəyə malik olurlar. Elm adamları mərcan riflərini içlərində yaşayan canlı müxtəlifliyi baxımından yağış meşələri ilə müqayisə edirlər. Çünki mərcan riflərində 2000-dən çox balıq, 5000 növdə molyusk, 200 növdə mərcan və saysız-hesabsız xərçəng növü, dəniz kirpisi, dəniz ulduzu, dəniz ilbizi növləri var.

Poliplər də mərcan riflərində yaşayan canlı növüdür və toxumalarının daxili səthindəki hücrələrdə yaşayan dəniz yosunları ilə ortaq həyat sürürlər. Dəniz yosunlarının xlorofil hüceyrələri var, bu sayədə fotosintez prososesini həyata keçirirlər. Dəniz yosunu oksigen cəhətdən zəngin, lakin qidadan məhrumdurlar. Digər bitkilər kimi dəniz yosununun da nitrat və fosfata ehtiyacı var. Məhz burada iki canlı arasındakı ortaq həyatın əhəmiyyəti ortaya çıxır. Tək başına yaşaya bilməyən bu canlılar birlikdə yaşamaları sayəsində çatışmazlıqlarını ortadan qaldıraraq həyatlarına davam edirlər.

Polip toxumalarında yaşayan dəniz yosunu həaytları üçün lazımlı azot kim maddələri poliplərdən əldə edirlər. Eyni zamanda təhlükəsiz sığınacaqda yerləşərək düşmənlərindən də qorunurlar. Poliplər də dəniz yosununun fotosintezlə hazırladıqları qidanın bir hissəsini alırlar. Bu yolla poliplər əhəngdaşından ibarət skeletlərini qurmaq üçün ehtiyacları olan lazımi enerjini əldə edirlər. 24

Digər ortaq yaşayan bütün canlılarda olduğu kimi poliplərlə dəniz yosunu arasındakı arasındakı ortaq həyatda da hər iki canlının bütün ehtiyacları ən asan şəkildə təmin edilir. Bu canlıları birləşdirən, hər ikisinin də ehtiyaclarından xəbərdar olan tək Yaradıcının olması aydındır. Bu canlılar bir-birlərini tamamlayan, bir-birlərinin ehtiyaclarını təmin edən şəkildə Allah tərəfindən yaradılmışlar.

Allah dəniz altında yaratdığı növbənöv canlı və bu canlılardakı bənzərsiz quruluşlar, heyrətamiz xüsusiyyətlər ilə bizə sonsuz həyatını və hüdudsuz elmini tanıdır.

(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükür edəsiniz! (Bütün bunlar) Onun lütfünü aramanız və şükür etməyiniz üçündür! (Nəhl surəsi, 13-14)

 

Qeydlər

22- N.J.Berril, The Life of the Ocean, s.8

23- Thema Larousse, Tematik Ansiklopedi, s.133

24- Mitchell Beazley, Oceans, Mitchell Beazley Pub., 1991, UK, s.68

8 / total 15
"Harun Yəhyanın Ehtişam Hər Yerdədir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com