< <
9 / total: 15

Ehtişam Hər Yerdədir (09/15)

Dənizin Gözqamaşdıran Cəvahiratı: İncilər

manzara

İnsan dünyada hara baxsa, ehtişamlı yaradılış, qüsursuz dizayn və heyrətamiz xüsusiyyətlərlə qarşılaşır. Bu kitab boyu verdiyimiz nümunələr bu ehtişamın yalnız bir neçə kiçik detalıdır. Allah insanlar üçün yer üzündə görünüşü son dərəcə gözəl olan bir çox bitki və heyvan növü yaratmışdır. Təbiətdəki hər detalı insana zövq verən şəkildə yaratmışdır. Bütün bunlarla yanaşı yer üzündə bir çox bəzək əşyası da Allah tərəfindən yaradılaraq insanlara təqdim edilmişdir. Bu bəzək əşyalarından biri olan incilər ehtişamlı gözəlliklərilə bərabər hər cəhətdən maraqlı xüsusiyyətlərə malikdirlər.

İncilərin əmələ gəlmə mərhələləri heyranedicidir. İnciləri adətən inci istridiyəsi adlanan və bir çox növü olan istridiyələr hazırlayırlar. Bu istridiyəərin qabıqlarının çox möhkəmdir. Açmaq çox çətin olan xarici qabıqlarının kalsium-karbonat əsasl tərkibləri bir çox düşmən üçün də təhlükəlidir. Kalsium-karbonat maddəsi eyni zamanda istridiyənin incini əmələ gətirməsində də mühüm rol oynayır.

İstridiyələr içlərinə qum, çınqıl və ya zərərli parazitlər girdikdə bundan narahat olurlar. Bu cür hallarda qoruma üsulu kimi bu dəvətsiz qonağı izolyasiya edirlər və üzərini sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi incinin əmələ gəlməsindəki ilk mərhələdir. İstridiyənin içinə girən yad cisimlər incilərin əmələ gəlməsi üçün çəyirdək rolu oynayırlar. İllər boyu bu çəyirdək maddənin üstü incə üst-üstə kalsium-karbonat təbəqələrilə örtüləcəkdir.

Bəs istridiyənin içində sədəf maddəsi necə əmələ gəlir? İstridiyənin daxili dərisindəki qatlarda sədəfi əmələ gətirən iki əsas maddə olur. Bir qatda incini meydana gətirən və “araqonit” adlandırılan, kalsium-karbonat tərkibli mineral, digərində isə incidəki bu araqonit maddəsinin birləşdirən yapışqana bənzər “konxiolin” maddəsi olur. Araqonit yarımşəffaf maddə olduğu üçün inciyə parıltı verir. Bu iki maddənin istridiyə (əslində beyni belə olmayan ət parçası) tərəfindən hazırlanması, sonra bunların birləşdirilərək toz dənəciyini örtərək inci kimi gözəl cismi əmlə gətirməsi, əlbəttə, düşündürücüdür. İstridiyənin qorunma məqsədilə əmələ gətirdiyi inci insanlar üçün estetik bəzək əşyası kimi yaradılır.

Allah Rəhman surəsindəki “Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.” (Rəhman surəsi, 22) ayəsilə incilərə diqqət çəkmişdir. Bundan başqa, Quranda dünyadan insanlara bir gözəllik nümunəsi kimi bəxş edilən incilərdən cənnətdəki bəzək əşyalarından biri kimi də bəhs edilir.

Canlılardakı Mükəmməl Simmetriya

manzara

Güzgüdə üzünüzə baxın, mükəmməl simmetriyanın olduğunu görəcəksiniz. Əlinizə bir jurnal alın və səhifələrini çevirin. Çevirdiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, çölə baxdıqda gördüyünüz quşlar, çiçəklər, kəpənəklər də eyni simmetriyaya malikdirlər.

Simmetriya kainatdakı uyğunluğu təmin edən məsələlərdən biridir. Bütün canlılar simmetrik quruluşa malikdirlər.

Dəniz canlılarına baxın, eyni simmetriyanı görərsiniz. Balıqlar, xərçənglər, krevetlər, qabıqlı dəniz canlıları... Əlinizə yan tərəfdəki şəkillərə bənzəyən bir cüt dəniz qabığı alın və simmetrik şəkildə bu qabıqları qarşı-qarşıya qoyun. Cizgilərinin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında da qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyini görəcəksiniz. Kainatdakı hər şeyin öz-özünə inkişaf edən təsadüflər nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin tərəfdarları təbiətdə nümayiş etdirilən bu rəng müxtəlifliyi, simmetriya və nizam qarşısında bir açıqlama verə bilmirlər. Bu cür qüsursuz nizamın öz-özünə, kor təsadüflər, şüursuz hadisələr ilə açıqlana bilməyəcəyi aydındır. Təkamülçülürəin irəli sürdükləri iddialar ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın əmələ gəlməsini açıqlamaları heç cür mümkün deyil. Bu ağıl sahibi hər insanın dərhal fərqinə varacağı açıq-aydın həqiqətdir. Belə ki, nəzəriyyənin banisi olmasına baxmayaraq Çarlz Darvin də bu həqiqəti etiraf etməyə məcbur olmuşdur:

“Parlaq rənglər, erkək balıqların bala çıxarması, parlaq dişi kəpənəklər... bu gözəlliyin təbii seçmənin nəzarətilə əmələ gəldiyini düşünə bilmirəm.”25

Əlbəttə, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəllik nümunələrinin, rəngarəng kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, gilasların, cəlbedici rənglərilə tutuquşuların, tovuzquşlarının, bəbirlərin, qısaca desək, bütün ehtişamı ilə yer üzünün təsadüflərlə əmələ gəldiyini ağl və məntiq sahibi heç bir insan iddia etməz. Canlılar bu xüsusiyyətlərə malik şəkildə Allah tərəfindən yaradılmışlar. Allahın elmi hər yeri əhatə etmişdir. Ondan başqa tanrı yoxdur.

Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?! (Bəqərə surəsi, 107)

Kəpənəklərin Heyranedici Xüsusiyyətləri

manzara

Yan tərəfdəki şəkildə görünən kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi nəzərdən keçirin. Belə qüsursuz estetika, ən kiçik səhvə yol verilməmiş simmetriya, cəlbedici rənglər və naxışlar qarşısında mütləq heyran qalacaqsınız. İndi də bir parça düşünün. Bu kəpənək naxışlarından ilham alaraq toxunmuş, olduqca estetik və keyfiyyətli parça. Belə bir parçanı mağazanın vitrinində gördükdə nə düşünərsiniz? Şübhəsiz, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarından nümunə götürən bir sənətkarın varlığı ağlınıza gələr və onun sənətini bəyənib qiymətləndirərsiniz. Elə isə bu həqiqəti də təqdir etməlisiniz: heyran olduğunuz bu sənət kəpənəklərdən nümunə götürərək parçanın naxışını çəkənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz yaratmış Allaha aiddir.

Kəpənəklərin rəngli və müxtəlif naxışlara malik qanadları Allahın rəng sənətinin ehtişamlı təzahürüdür. Necə ki, bir parça naxışı öz-özünə, təsadüfən ortaya çıxa bilməz, qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüflərlə əmələ gəlməyəcək qədər mükəmməldir.

Bundan başqa, yan tərəfdə şəkillərini gördüyünüz kəpənəklərin heyranedici xüsusiyyətləri təkcə möhtəşəm qanadlarından ibarət deyil. Kəpənəklərin bədən quruluşu da hər cəhətdən qüsursuzdur. Kəpənəklər çiçəklərdəki nektarı soraraq qidalanırlar. Bəzən dərinliklərdə olan nektarı sormaq üçün kəpənəklərin bir çoxunda Proboscis adlandırılan uzun orqanv ar. Proboscis çiçəkrlədəki nektar kmi maye qidaları sormaq və ya su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər bu uzun dillərindən istifadə etmədikdə içəri sarıyırlar. Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur.

Kəpənəklərin də digərə həşəratlarda olduğu kimi bədənlərinin ətrafını əhatə edən skeletləri var. Bu xarici skelet yumşaq toxuma ilə bağlı olan bərk təbəqələrdən ibarətdir və zirehli paltara bənzəyir. Bu bərk təbəqə “kitin” maddəsindən ibarətdir. Bu təbəqənin əmələ gəlməsi son dərəcə maraqlı proses nəticəsində baş verir. Məlumdur ki, kəpənək tırtılları çox hərtərəfli metamorfoz prosesi keçir. Tırtıl əvvəlcə pup olur, daha sonra kəpənəyə çevrilir. Bu dəyişmə prosesi boyu qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri, qanadlar kimi fərqli mərkəzlərdəki hüceyrələr dəyişikliyin hər mərhələsində özlərini bir daha nizama salırlar. Bundan başqa bu dəyişikliklərlə birlikdə bədəndəki hər sistem də- həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi- dəyişiklik keçirir.26

Kəpənəklərin eynilə qanadlarındakı kimi malik olduqları bu rəng və naxış müxtəlifliyi üstün güc sahibi Allaha aiddir. Allah hər canlıya ehtiyacı olan xüsusiyyətləri verəndir.

Quş Tüklərindəki İncə Yaradılış

manzara

Bir çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı tüklrəin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş kimi görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi dizayn qarşısında təəccübü daha da artardı.

Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa havadan uçuş üçün ən əlverişli şəkildə istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin üzərində “tükcük” deyilən və gözlə görünməyəcək qədər kiçik olan tüklər var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi yapışır.

Durnanın tüklərinin təkcə birinin üzərində tük borusunun hər iki tərəfində uzanan 650 dənə incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük var. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə keçmişdir. Qarmaqlarla ilişmiş bu tükcüklər o qədər bitişikdir ki, tüstü üfürdükdə belə aralarından keçməz. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha ağır hallarda dimdiyilə tüklərini düzəltməsi tüklərin əvvəlki halına düşməsi üçün kifayətdir. Quş tüküknün bu quruluşu uçuş üçün son dərəcə vacibdir; qanadların havanı keçirməməsi sayəsində quş uça bilir.

Quş tüklərindəi bu incə dizaynla yanaşı zəngin rəng müxtəlifliyi də olduqca diqqətçəkəndir. Bu müxtəliflik tüklərin içərisində yerləşən və tükün ilk əmələ gəlməsi əsnasında toplanan piqmentlərlə və ya işıq hərəkətlərilə əlaqədar meydana gəlir. Keratin maddəsindən meydana gələn tüklər ətraf mühit şərtləri səbəbindən qısa müddətdə köhnəldiyi üçün müəyyən fasilələrlə təzələnir. Amma quş hər dəfə rəngarəng tüklərinə yenidən qovuşur. Çünki quşların tükləri lazımi uzunluğu, quş növünün rəng və naxış xüsusiyyətlərini tam əldə edənə qədər inkişaf edir.

Quş tüklərindəki saysız-hesabsız rəng və naxış müxtəlifliyi ilə birgə qanadlardakı incə quruluşlar da Allahın yaratmasındakı üstün sənəti və elmi bizə göstərən dəlillərdəndir.

 

Qeydlər

25-Francis Darwin, Life and the Letters, Vol. II, s.305

26- Thomas C. Emmel, Florida's Fabulous Butterflies, s.4)

9 / total 15
"Harun Yəhyanın Ehtişam Hər Yerdədir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com