< <
11 / total: 15

Ehtişam Hər Yerdədir (11/15)

Uçan Sincablarin Bacariqlari

Kartal

Allah yaratdığı maraqlı xüsusiyyətdəki canlılarla insanlara Özünü tanıdır. İnsanların tanıdıqları canlılar haqqında öyrəndikləri hərtərəfli məlumat heyrətlərini artırır; tanımadıqları canlılar haqqındakı məlumatlar isə zehinlərindəki qəflət pərdəsinin açılmasına kömək edir. Bu xüsusiyyətlər üzərində düşünmək isə hər birindəki qüsursuz yaradılışı görməyə və Allahın sonsuz qüdrətini təqdir etməyə yoldur.

Uçan sincablar da insanların üzərində düşünmə monotonluğunu, alışqanlıq pərdəsini qaldıracaq xüsusiyyətlərə malik olan milyonlarla canlı növündən biridir. Boyları 45-90 sm arasında dəyişən uçan sincablar Avstraliyada yaşayırlar. Bir ağacdan digərinə planer (motorsuz uçan aparat) kimi uçaraq keçən bu canlıların bütün növləri ağaclarda yaşayır. Bu canlılar qollarının arasındakı uçma pərdəsi vasitəsilə uçurlar.

Başqa bir növün uçma pərdəsi qabaq ayaqlardan arxadakılara qədər uzanır; dardır və qotaza bənzər uzun tükləri var. Digər növlərdə isə bu paraşütəbənzər forma kürklü dəridən ibarət pərdədir. Bu pərdə qabaq ayaq topuğuna qədər uzanır. Uçan kuskus adlı növ bir ağacın gövdəsindən atılır və gərilmiş dərinin planerə bənzəyən təsirindən bir dəfədə 30 metrlik məsafəyə tullanır. Böyük uçan sincablar ağaclar arasında planer kimi uçurlar. Bu canlıların ard-arda 6 dəfədə 530 metr məsafə qət etdikləri müşahidə edilmişdir.33

Bu kitabda verilmiş digər nümunələrdən də göründüyü kimi uçan sincablar özlərinə xas xüsusiyyətlər malikdirlər. Yer üzündəki milyonlarla növ canlının malik olduğu bənzərsiz xüsusiyyətlərin necə ortaya çıxdığını düşünən bir insan bunların bircəsinin belə şüursuz hadisəlrə nəticəsində ortaya çıxmayacağını, bir canlının öz-özünə qüsursuz xüsusiyyətlər qazanmayacağnı, bu canlının bir hissəsinin belə təsadüfən əmələ gəlməyəcəyini dərhal anlayacaq. Bütün heyvanlar, bitkilər, insanlar Allah tərəfindən əksiksiz şəkildə yaradılmışlar. Ağıl və vicdanla düşünən insanlar üçün bu çox açıq həqiqətdir.

Bu həqiqəti dərk etmək və bütün həyatını ona görə qurmaq hər insanın xeyrinədir. Çünki insanın dünyadakı vəzifəsi Allahın ehtişamlı yaratmasını görmək və bu yaradılış qarşısında Allahın sonsuz gücünü və elmini təqdir etməkdir.

Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir! (Taha surəsi, 98)

Anqut Quşlarinin Balalarina Şəfqəti

Doğadaki Dokuma Ustaları

Şüursuz bir canlınıın balasını doğduqdan sonra tərk edib getməsi gözlənilir. Ancaq tam əksinə, heyvanlar balalarının bütün məsuliyyətini boyunlarına götürürlər. Belə ki, onları irəlidə qarşılaşacaqlı təhlükələrdən qorumaq üçün tədbir görməyi belə unutmurlar.

Bununla bağlı ən gözəl nümunələrdən biri su quşlarından olan anqutlardır. Anqutlar balalarını arxalarında daşıyırlar. Balalar ana-atalarından birinin arxasına çıxırlar. Ana balalarının üstündən yıxılmaması üçün qanadlarını bir az yuxarı qaldırır və balalarını başını yana doğru uzadaraq dimdiyinə aldığı qida ilə yedirir (yuxarıdakı şəkil).

Lakin anqutarın balalarına verdiyi ilk şey əsl qida deyil. Anqutlar balalarına əvvəlcə suyun üstündən topladıqları və ya sinələrindən qopardıqları tükləri yedirirlər. Hər bala çox miqdarda tük udur. Bəs bu maraqlı yeməyin səbəbi nədir?

Balaların yedikləri bu tüklər həzm olunmur, ancaq balaların mədəsində toplanır. Bir hissəsi bağırsağa açılan yerdə yığılır. Balıqların qılçıqları və digər qidaların həzm olunmayan hissələri burada toplanır. Beləliklə, sivri balıq qılçıqlarının və ya həşəratların bərk hissəsinin balaların mədəsindən keçərkənbağırsaqların nazik divarlarını zədələməsinin qarşısı alınır. Bu tük yemə təcrübəsi quşun bütün həyatı davam edir. Ancaq ilk dəfə yedirilən tüklər balaların sağlamlığı üçün görülən mühüm tədbirdir.34

Anqutlar kimi balalarının ehtiyaclarını hər cəhətdən təmin etməyə və qorumağa yönələn davranılşları bütün canlılarda görmək mümkündür. Təbiətdəki canlıların hər biri balaları böyüyənə qədər onların qayğısına qalır, ehtiyaclarını tam təmin edirlər.

Təbiətdəki canlılar arasında müşahidə edilən bu davranışlar təkamülçülərin “təbiət döyüş meydanıdır, xudbin olan, öz mənfəətini güdən üstün gələr” iddialarını tamamilə əsassız edir. Canlılardakı bu kiimi davranışların mənbəyinin isə onların öz ağlından qaynaqlanmadığı, bir quşun, pələngin və ya başqa hər hansı heyvanın, başqa canlının ehtiyaclarını düşünərək, incəlikləri nəzərə alaraq hərəkət etməyəcəyi aydındır. Bu canlılar Allahın ilhamı ilə hərəkət edirlər. Allah canlılarn hər birinə davranışlarını ilham edir və onlar da bunu əksizsiz şəkildə yerinə yetirirlər. Hər biri özünü Yaradan Allaha boyun əymişdir. Quranda bu həqiqət belə bildirilir:

Göylərdə və yerdə olanlar Onundur. Hamısı Ona boyun əyər! (Rum surəsi, 26)

Uçma Mexanizmləri: Circiramalar

Kartal

Cırcırama uçuşu hansı sürətdə və hansı istiqamətdə olsa da, ani surətdə dayanıb tərs istiqamətdə uçmağa başlayacaq qədər qüsursuz uçma bacarığına malikdir. Bundan başqa, havada sabit dayanıb ovuna hücum etmək üçün uyğun mövqe tuta bilir. Həmçinin bu vəziyyətdə ikən olduğu yerdə cəld dönərək ovuna yönələ bilir. Bunlar cırcıramanın dövrümüzün qabaqcıl texnologiasının məhsulu olan vertolyotlara ilham mənbəyi olan manevr qabiliyyətlərindən bir neçəsidir.

Cırcıramanın bədəni metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən bordo rənginə (tünd qırmızı) qədər müxtəlif rənglərə malik olan cırcıramanın belində biri qabaqda, digəri arxada olmaqla iki cür qanad var. Qanadlar əks zamanlı işləyir. Yəni qabaqdakı iki qanad yuxarı qalxarkən arxadakı iki qanad aşağı enir. Qanadların hərəkəti iki qarşı-qarşıya əzələ qrupunun hərəkətilə təmin edilir. Əzələlərin bir ucu gövdənin içindəki ling formalı uzantılara bağlıdır. Bir əzələ qrupu yığılaraq bir cüt qanadın yuxarı qalxmasını təmin edərkən digər əzələ qrupu da eyni dərəcədə dartılaraq ikinci cüt qanadın aşağı enməsinə kömək edir. Dövrümüzdə cırcırımalardan nümunə götürülərək istehsal edilən vertolyonlar da eyni üsulla yuxarı-aşağı hərəkət edirlər. Cırcıramaların qüsursuz uçuşu bir-birindən asılı olmayan bu 4 böyük qanadın bədənin ağırlığını daşıması ilə mümkün olur. Bu xüsusiyyət həşərata ani manevrlər etmə, sürətini anidən artırma və saniyədə 10 metrə çatan sürətlə uçma imkanı verir.35

Çox yüksək sürətlə uçarkən ani manevrlər edən cırcıramannın görmə qabiliyyəti də qüsursuzdur. Cırcıramanın gözü elmi kütlələrdə dünyanın ən yaxşı görən həşərat gözü kimi qəbul edilir. Hər biri 30.000-ə qədər xırda gözdən ibarət olan bir cüt gözə malikdir. İki yarımkürəyə bənzəyən və başının yarısını tutan gözlər həşərata çox geniş sahəni görmə imkanı verir. Cırcırama gözləri sayəsində demək olar ki, arxasında baş verənləri beə görə bilir.36

Göründüyü kimi cırcırama hər biri tək-tək mükəmməl quruluşa malik sistemlər bütünüdür. Bu sistemlərin hər hansı birindəki kiçik bir əksiklik digər sistemlərin işə yaramamasına yol açar. Amma sistemlərin hamısı mükəmməl şəkildə yaradılmış və bu sayədə canlı həyatına davam edir.Cırcıramadakı bu bənzərsiz yaradılış Allaha aiddir. Allah hər cür yaratmağı biləndir.

Səhradaki Həyat

Doğadaki Dokuma Ustaları

Gündüz həddindən artıq isti, gecə isə dondurucu soyuq, həftələr, hətta aylar boyu davam edən quraqlıq, qida çatışmazlığı... Bütün bunlar səhralardakı mühitin bir hissəsidir. Bu çətin şərtlər altında yaşamaq, əlbəttə, asan deyil. Ancaq bütün bu çətin görünən şərtlərə baxmayaraq səhrada yaşayan bir çox canlı var. Bu canlılara baxdıqda hər hərəkətlərinin, bədən quruluşlarının burda yaşamağa uyğun xüsusiyyətdə yaradıldığını görürük. Allah bu canlıları onlara xas şəkildə yaratdığı üsullarla istidən qoruyur. Nümunələri nəzərdən keçirdikdə bu canlıların malik olduqları xüsusiyyətlərin təsadüfən ortaya çıxmadıqları, ancaq üstün güc sahibi olan bir Yaradan tərəfindən yaradıldıqları aydın olacaq.

Qum təpələrində yaşayan səhra gürzələri (Cerates vipera) qumların altında yaşayır. Gürzə quma yanakı titrəmələrlə baş vurur.Quyruğu soldan sağa doğru sürətlə hərəkət edir, sonra bu hərəkət ilan tamamilə quma gömülənə qədər üç qıvrım halında olan bütün gövdəsinə yayılır. Heyvan bəzən bir, bəzən də iki gözünü də çöldə qoyur. Bu sayədə ovlama imkanı əldə edir.

Qum fırtınalarının ani surətdə başladığı belə bir mühitdə gözlərini çöldə qoymaq əslində ilana zərər verə bilər. Ancaq gürzənin gözündəki quruluş ilə bu təhlükə tamamilə aradan qaldırılmışdır. Gürzənin gözləri quma qarşı şəffaf qabıqdan olan “eynək” ilə qorunur.

Səhrada yaşayan canlılardan biri də ən kiçik tülkü olan Fennec tülküsüdür. Onun çox böyük qulaqları var. Bu tülkülər Afrika və Ərəbistanın qumlu çöllərində yaşayırar. Enli qulaqları sadəcə ovunun yerini müəyyən etməyə kömək etmir; eyni zamanda çox istilənməyin qarşısını alaraq heyvanın sərin qalmasını da təmin edir (ortadakı kiçik şəkil).

Səhralarda yaşayan çömçə burunlu kərtənkələ isə quyruğunu və ayaqlarını sərinlətmək üçün isti qumun üzərində rəqs edirmiş kimi hərəkət edir. Sonra quyruğunun dəstəyilə çarpaz şəkildə bir qabaq, bir arxa ayağını havaya qaldırır (ən yuxarıdakı şəkil). Bir neçə saniyə sonra ayaqlar dəyişir. Kərtənkələ aerodinamik formalı burnu və bədəni sayəsində qum təpəciklərinin içində sanki üzür. Böyük ayaqları qumların arasında çox sürətlə qaçmasına kömək edir.37

Avstraliyada yaşayan səhra qurbağaları isə sanki su anbarıdırlar. Bədənlərindəki kisələri yağış yağdıqda su ilə doldururlar. Daha sonra qumun altına girir və yağacaq yağışları gözləməyə başlayırlar. Digər səhra heyvanları da susadıqda bu qurbağaları tapırlar, qumdan çıxararaq qurbağadakı suyu içirlər.38

 

Qeydlər

33- C.B.P.C. Publishing Ltd., Hayvanlar Ansiklopedisi, s.88

34- David Attenborough, The Life of Birds, s.256

35- Science et Vie, No.931, s.5

36- David Attenborough, Yaşadığımız Dünya, İstanbul:İnkılap Kitabevi, 1982, s.52

37- Int. Wildlife, Kasım-Aralık 1997, No.6, s.53

38- Dr. Maurice Burton-Robert Burton, Sürüngenler ve Kurbağalar, s.48

11 / total 15
"Harun Yəhyanın Ehtişam Hər Yerdədir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com