< <
13 / total: 15

Ehtişam Hər Yerdədir (13/15)

Sümüklərdəki Qəfəs Sistemlərin Möhkəmliyi

kemiklerdeki Kafes Sistemlerin Dayanıklılığı

Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.

Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır.Çünki polad həm möhkəm, həmdə elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadırlar. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. Sümüklərdəki qüsursuz quruluşu dövrümüzün tikililərilə müqayisə etmək də mümkündür. XX əsrin ikinci yarısına qədər böyük və hündür tikililər inşa etmək insan üçün xərc və uzun vaxt tələb edən, çətin bir işi idi. Lakin texnologiyanın inkişafı ilə tikinti sahəsində bir çox üsul işləndi. Bu üsulların ən mühümlərindən biri “qəfəs sistemlər” kimi məlum olan sistemdir. Bu üsula əsasən tikili saxlayan dayaqlar tək hissədən deyil, bir-birinin içinə keçmiş, qəfəs formasındakı dirəklərdən ibarətdir. Kompüterlərdə işlənən mürəkkəb hesablamalar sayəsində bu üsuldan istifadə edilərək tikilən böyük körpülər və sənaye obyektləri daha möhkəm və ucuz başa gəlir.

Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs sisteminə əsasən qurulmuşdur. Bir sümüyü kəsib tədqiq etdikdə daxili quruluşunda olduqca maraqlı sistem görmək olar. Minlərlə kiçik çubuq iç-içə keçərək mürəkkəb sistem əmələ gətirir. Məhz bu forma sümüklərin içində qurulmuş qəfəs sistemidir. Bu sayədə sümüklər həm çox möhkəm, həm də insanın asanlıqla hərəkət etməsinə imkan verəcək qədər yüngüldürlər. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi xarici kimi bərk və tamamilə dolu olsaydı, həm sümüklərin ağırlığından insan hərəkət edə bilməzdi, həm də sümüyün quruluşu bərk olduğundan ən kiçik zərbədən çatlayar və sınardı.

İnsanın dövrümüzün texnologiyası vasitəsilə təqlid etməyə çalışdığı sümüklərdəki quruluş Allahın bənzərsiz yaratma sənətinin nümunələrindən sadəcə biridir. Allahın əksiksiz və bənzərsiz yaratmasındakı ehtişamı hər insan öz bədənində görməli və üzərində düşünərək şükür etməlidir.

Dünyanin Ən Böyük Paylama Şəbəkəsi: Qan Dövrani Sistemi

Gazellerin Vücutlarındaki Özel Soğutma Sistemi

100 trilyon evdən ibarət bir şəhər təsəvvür edək. Sizcə bu şəhərdəki evlərin hər birinin istəklərini bir anda yerinə yetirən bir paylama şirkəti ola bilər? Bir çoxunuz buna “əlbəttə, ola bilməz” cavabını verəcəksiniz. Ancaq buna bənzər bir sistem hər insanın orqanizmində mövcuddur. İnsanın orqanizmindəki evlər hüceyrələrdir, paylama şirkəti isə saysız-hesabsız işçisi olan qan dövranı sistemidir. Qan dövranı sistemi işçiləri insan bədənindəki təxminən 100 trilyon hüceyrəni bir-bir gəzir. Bu sistemin ən vacib işçisi ürəkdir. Ürək çirkli və təmiz qanın bir-birinə qarışmadan orqanizmin müxtəlif yerlərinə pompalanmasını təmin edən dörd fərqli kamerası, təhlükəsizlik vəzifəsini görən qapaqcıqları ilə son dərəcə həssas qurulmuş bir nizama malikdir.

Ürəyi tədqiq etdikdə onun yalnız bir pompadan ibarət olmadığını, həm də bu pompanın vurduğu qanın istiqamətini müəyyən edən “qapaqcıqlar” olduğunu da görərik. Onlar ürək əzələlərinin vurduğu qanın lazımi anda və lazımi istiqamətdə hərəkət etməsini təmin edirlər. Habelə ürək böyük damarlar vasitəsilə bir tərəfdən ağciyərlə, digər tərəfdən də bütün bədənlə əlaqəlidir. Bədənə gedən damar özü də eyni zamanda müxtəlif qollara ayrılır, onlar da daha kiçik damarlara bölünür. Kapilyarlara qədər davam edən bu ayrılmadan sonra bu damarlar böyük damarlara birləşirlər və bütün bunlar yenidən ürəyə qayıdır. Ürəkdən də qanın tərkibindəki karbon-dioksidi vermək və əvəzinə oksigeni almaq üçün ağciyərə ötürülür.

Bütün bu qan dövranı sistemi, yəni ürək, damarlar və ağciyər birlikdə düşünülərsə, ortaya tam kompleks bir sistem çıxar. (Buraya vəzifəsi qanı təmizləmək olan böyrəkləri, qandakı şəkər nisbətini tənzimləyən mədəaltı vəzi, qanın kimyəvi tərkibini nəzarətdə saxlayan qaraciyəri və qandakı müdafiə sisteminin tərkib hissələrini əlavə etdikdə ortaya ehtişamlı bir quruluş çıxır.) Bu kompleks sistemin hissələrinin hamısı bir-birlərilə həmahəngdir və bir-birlərinə çox düzgün bir formada bağlanmışlar. Bir-birlərilə həmahəng olan bütün bu hissələr ortaq məqsədə xidmət edirlər. Əgər bir hissə belə əksik olsa, sistemdə axsamalar meydana gələcəkdir. Bu isə qan dövranı sisteminin sahibi olan insanın ölümü ilə nəticələnəcək hallara səbəb olar.

Heç bir ürək vurduğu qanı təmizləyəcək bir ağciyər olmadan tək başına hər hansı bir bədəni bir dəqiqədən artıq yaşada bilməz. Deməli, qan dövranı sistemi tək bir anda bütün hissələri ilə birlikdə yaradılmışdır. Bu da ürəkdəki və qan dövranı sistemindki qüsursuz yaradılışı göstərir və aləmlərin Rəbbi olan Allahın tayı-bərabəri olmayan yaratma sənətini göstərir.

Ağciyərlərdəki Təsirli Yaradiliş

Hayvan gözlerindeki çeşitlilik

Ağciyərləriniz sizin hərəkətlərinizə görə özünü tənzimləyən orqandır. Qaçdıqda ağciyərləriniz daha çox işləyir və artan oksigen ehtiyacınızı təmin edir, oturduqda isə daha yavaş işləyir, ancaq heç dayanmır. Yaşadığınız müddətdə ağciyərləriniz hava pompası kimi heç dayanmadan orqanizmin içinə hava alıb, sonra bu havanı çölə pompalayır. Bunu edərkən də tənəffüs sisteminin digər işçilərilə birlikdə uyğunluq içində hərəkət edir. Çünki nəfəs almaq üçün təkcə ağciyərin olması kifayət deyil. Ağciyərin işləməsini təmin edəcək kənar gücə də ehtiyac var. Bu güc döş qəfəsinin altındakı diafraqm və qabırğaların aralarındakı əzələlər sayəsində qazanılır.

Nəfəs alıb-verərkən özünüzə baxın. Qabırğalarınızın çölə və yuxarı doğru hərəkət etdiyini görəcəksiniz. Bu zaman ağciyərin altında yerləşən diafraqma əzələsi də aşağıya doğru yastılaşır. Ağciyər nəfəs borusundakı havanı aşağıya çəkir. Nəfəs verildikdə də qabırğalar içəriyə çəkilir. Qabırğanın altında yerləşən diafraqm əzələsi yuxarıya doğru hərəkət edir. Ağciyər sıxıldıqda kiçik kisəciklərdəki hava nəfəs borusundan çölə çıxır.

Qaçmaq, gülmək, yerimək, yatmaq... Siz bunları heç düşünmədən edirsiniz, ancaq bütün bu müxtəlif hərəkətlər əsnasında ağciyərlərinizdə orqanizminizin oksigen ehtiyacını müəyyən edən avtomatik tənəffüsə nəzarət sistemi işləyir. Hərəkət halında ikən bədən hüceyrələrinin fəaliyyətləri artır, hüceyrələr daha çox güc və enerji sərf edir. Ona görə bədəndəki 100 trilyona yaxın hüceyrə normalda olduğundan daha çox oksigenə ehtiyac hiss edir. Oksigen ehtiyacının artması ilə yanaşı hüceyrələrin istehsal etdiyi artıq karbondioksid də orqanizmdən dərhal xaric edilməlidir. Əgər artan oksigen tələbatı təmin edilməsə, bundan bütün orqanizm hüceyrələri zərər görür. Bu səbəbdən tənəffüs sürətlənir, yəni ağciyərlər daha sürətlə işləyirlər.

Həyat üçün çox vacib olan bu hal yenə möcüzəli sistem sayəsində həll olunur. Beyin sapı adlandırılan hissədə qandakı karbondioksid faizinə davamlı surətdə nəzarət edən reseptorlar var. Bu reseptorların bağlı olduğu mərkəzlər içinə düşdükləri vəziyyətə görə ağciyərlərin işləməsini təmin edən əzələlərə lazımi əmrlər göndərir. Beyin sapından başqa ağciyərlərin xarici səthində yerləşən təzyiqə qarşı həssas reseptorlar da ağciyər həddindən artıq gərildikdə beyin sapına tənəffüs dərinliyinin azaldılması üçün lazımi əmrlər göndərirlər. Bu proseslər hər gün, hər saniyə, hər an heç dayanmadan təkrarlanır.

Bir-birini tamamlayan bir çox tarazlıqdan ibarət bu sistemin öz-özünə kor təsadüflər nəticəsində əmələ gəlməsini iddia etmək, əlbəttə, mümkün deyil. İnsan bədənindəki tənəffüs sistemi Allahın yaratma sənətinin nümunələrindən sadəcə biridir.

Əmr Mərkəzi: Beyin

Gazellerin Vücutlarındaki Özel Soğutma Sistemi

Yeryüzünde kesin bir bilgiyle inanacak olanlar için ayetler vardır. Ve kendi nefislerinizde de. Yine de görmüyor musunuz?
(Zariyat Suresi, 20 - 21)

İnsan beyni bir çox işi yeni anda görən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobilini sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilir. Bir çox işi eyni anda görməsinə baxmayaraq qarşısındakı avtomobillər və ya piyadalarla toqquşmur. Eyni anda ayaqları ilə qaz pedalını idarə edir. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayır. Söhbətinə qaldığı yerdən davam edir və hər ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edir. Qısaca desək, insan beyninin qeyri-adi qabiliyyəti sayəsində eyni anda bir çox işi görə bilir. Bu uyğunluğu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birlərilə əlaqəsidir.

Xarici aləmdəki cisimlərdən beyinə gələn və milyonlar, hətta milyardlara ifadə edilən siqnallar böyük uyğunluq içində beyində analiz edilir, daha sonra dəyərləndirilir və hər birinə lazımi qiymətlər verilir. Bu qarışıq sistemin işləməsi heç dayanmadan, həyat boyu davam edir. Biz də bu sayədə görür, eşidir, hiss edir, qısacası, yaşayırıq.

Beyindəki bu qüsursuz sistemi əmələ gətirən ən mühüm ünsürlərdən biri sayı 10 milyarda çatan sinir hüceyrələridir. Beyindəki sinir hüceyrələri digər bütün hüceyrələrdən fərqli olaraq elektrik axınarı ilə işləyir və bu elektrik axınları sayəsində məlumat mübadiləsi edir, məlumat saxlayırlar.

Sinir hüceyrələrinin bir-birlərilə əlaqəsini, dolayısı ilə beyindəki ahəngi təmin edən sinir hüceyrələrindəki xüsusi quruluşdur. Beyindəki 10 milyard hüceyrənin 120 trilyona yaxın əlaqəsi var və bu 120 trilyon əlaqənin hamısı doğru yerdədir. Əgər bu əlaqələrdən hər hansı biri səhv yerdə olsaydı, nəticəsi çox ağır olardı. Hətta insanların həyati funksiyalarını yerinə yetirməsi mümkün olmazdı. Ancaq belə bir şey baş vermir və bəzi xəstəliklər istisna olmaqla bütün insanlar onlar üçün təbii olan, amma əslində ardında trilyonlarla möcüzəvi prosesin baş verdiyi həyat yaşayırlar.

Beyindəki bir-birilə əlaqədar işləyən bu quruluş da insan bədənindəki digər bütün sistemlər kimi hər mərhələsində mükəmməl xüsusiyyətlərə malikdir. Beyinin milyonlarla funksiyasını tam səhvsiz, qarışıqlıq salmadan yerinə yetirməsinin səbəbi isə sonsuz ağla malik olan Allahın onları bu xüsusiyyətlərlə birlikdə yaratmasıdır.

Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir! (Şura surəsi, 29)

 

13 / total 15
"Harun Yəhyanın Ehtişam Hər Yerdədir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com