< <
14 / total: 15

Ehtişam Hər Yerdədir (14/15)

İnsan Bədənindəki Xəbərçi: Hormonal Sistem

Hormonal Sistem

1. Hipotalamus
2. HipofizBezi

Siz bu səhifəni oxuyarkən heç bir şey hiss etmədən və heç bir qarışıqlıq olmadan orqanizminizdə çox sayda proses baş verir. Ürəyinizin bir dəqiqədə neçə dəfə vuracağı, sümüklərinizdə toplanan kalsium faizi, qanınızdakı şəkərin miqdarı, böyrəklərinizin bir dəqiqədə süzdüyü su miqdarı və bunlara bənzər minlərlə proses bədəninizdəki hüceyrələrin uyğun fəaliyyəti sayəsində həyata keçir. Bədəninizdə 100 deyil, 1000 və ya bir milyard deyil, təxminən 100 trilyon hüceyrə var. Bəs bu qədər çox sayda hüceyrənin uyğunluğunu təmin edən nədir? Məhz bu uyğunluğu təmin edən orqanizminizdəki hormonal sistemdir.

Yaşıl noxud dənəsi böyüklükdə hipofiz vəzi hormonları idarə edən və nizamlayandır. Beyinin “hipotalamus” adlı bölgəsinin nəzarəti altında işləyir. Kiçik ət parçası kimi görünən hipofiz vəzi hipotalamusdan gələn məlumatlar sayəsində sizin hansı şərtlərdə nəyə ehtiyacınız olduğunu. Bu ehtiyacı təmin etmək üçün hansı orqanınızdakı hansı hüceyrələrin işləməli olduğunu, bu hüceyrələrin kimyəvi mexanizmlərini, fiziki quruluşlarını, hazırlanmalı maddələri və bu hazırlanmanın nə vaxt dayandırılmasını bilir. Bundan başqa, çox xüsusi xəbərləşmə sistemi sayəsində bu ehtiyacların təmin edilməsi üçün lazımlı yerlərə bütün əmrləri verir.

İnsan orqanizmi yetkinlik dövrünün sonuna qədər inkişaf edir. Trilyonlarla hüceyrə bölünərək çoxalır, beləliklə, toxuma və orqanların böyüməsi təmin edilir. Müəyyən ölçüyə çatdıqda toxumalarda böyümə fəaliyyəti dayanır. Nə qədər böyüməniz lazım olduğunu bilən və bu ölçüyə çatdıqda böyümənizi dayandıran hipofiz adlanan vəzdir. Hipofiz eyni zamanda bədəninizdəki karbonhidrat və yağ mübadiləsini də tənzimləyir. Lazım gəldikdə heceyrələrindəki zülal hazırlanmasını da artırır.

Siz sadəcə baş hərlənməsi və ya narahatlıq hiss edirsiniz və bunun üçün bir müddət istirahət edirsiniz və narahatlığınız keçir. Əgər bu narahatlığn səbəbi qan təzyiqinizin aşağı düşməsidirsə, hipofiz vəzi dərhal işə başlayır. Hipofizin ifraz etdiyi molekullar damarların ətrafındakı əzələlərin büzülməsini təmin edir. Milyonlarla əzələnin büzülməsi və damarların daralması qan təzyiqini artırır, siz də özünüzü yaxşı hiss etməyə başlayırsınız.

Hipofiz vəzi hormonların külli miqdarda ifraz edildiyi vəzlərdən biridir. Bundan əlavə, böyrəküstü vəz, mədəaltı vəz, cinsiyyət vəzləri, qalxanabənzər vəzləri kimi vəzlərdə də həyatın davamlılığı üçün olduqca əhəmiyyətli hormonlar ifraz edilir. Bu vəzlərdən hər hansı birinin zədələnməsi və normal işləməməsi həyat üçün təhlükəlidir. İnsan orqanizmindəki digər sistemlər kimi hormonal sistem də bütünlük içində işləyir. Bu bütünlüyü təmine dən insan orqanizmindəki qüsursuz xəbərləşmə sistemini yaradan, heç şübhəsiz, Uca Allahdır.

Diqqətli Nəzarətçi: Hüceyrə Qilafi

Hücre Zarı

1. Hücre Zarı Detayı

Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Çöldən heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətinin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər. Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? İndiki texnologiya ilə belə bir uğurun baş tutması mümkün deyil. Ancaq bu o demək deyil ki, belə bir sistemin dünyada yoxdur. İlk dəfə eşitdikdə mümkünsüz kimi görünən qeyri-adi sistem insan ilk ortaya çıxdığından bəri mövcuddur. Hal-hazırda yer üzündəki bütün insanların orqanizmini təşkil edən təqribən 100 trilyon hüceyrənin hər birinin qılafında belə bir sistem mövcuddur.

Hüceyrə qılafı şüurlu canlının yəni insanın əsas xüsusiyyətlərindən olan qərar vermə, xatırlama, qiymətləndirmə kimi xüsusiyyətlərə malikdir. Qonşu hüceyrələrlə əlaqəni təmin edir, hüceyrəyə giriş-çıxışlara çox həssas şəkildə nəzarət edir. Malik olduğu bu üstün qərar vermə qabiliyyəti, hafizəsi və nümayiş etdirdiyi ağlı səbəbilə hüceyrə qılafı hüceyrənin beyni kimi qəbul edilir.

Ancaq burada şüurlu hərəkətindən bəhs etdiyimiz hüceyrə qılafı o qədər incədir ki, ancaq elektron mikroskopu ilə görmək olur. Qılaf cüt tərəfli, ucsuz-bucaqsız divara bənzəyir. Bu divar hüceyrəyə girişi və çıxışı təmin edən qapılar və qılafın xarici mühiti tanımasını təmin edən reseptorlarla zəngindir. Bunlar hüceyrə divarının üzərində yerləşir və hüceyrəyə giriş və çıxışların hamısına dəqiqliklə nəzarət edir.

Hüceyrə qılafının ilk vəzifəsi hüceyrənin orqanoidlərini əhatə edərək birlikdə saxlamaqdır. Bundan başqa, bu orqanoidlərdəki proseslərin davam etməsi üçün lazımlı maddələri xarici mühitdən qəbul edir. Bunu edərkən hüceyrə qılafı çox qənaətcildir; hüceyrənin ehtiyacı olduğundan çoxunu əsla içəri qəbul etmir. Bir tərəfdən də hüceyrənin içindəki zərərli maddələri dərhal müəyyən edir və vaxt itirmədən onları hüceyrədən çıxarır. Hüceyrə qılafının vəzifəsi həyat üçün olduqca vacibdir. Ən kiçik bir xətanı qəbul etməz. Çünki hər hansı bir xəta və ya çatışmazlıq hüceyrənin ölümünə səbəb olar.

Yağ və zülal molekullarından meydana gəlmiş təbəqə olan hüceyrə qılafının bu cür ağıllı hərəkətlərinin və şüurlu qərarlarının özündən qaynaqlanmadığı açıqdır. Təsadüfən belə bir sistemin ortaya çıxmadığını ağıl və vicdan sahibi hə rinsan asanlıqla anlayar. Hüceyrə də, onu əhatə edən qılaf da üstün elmin sahibi olan Allahın əsəridir və onları qüsursuz şəkildə yaradan Allahın təyin etdiyi vəzifələri yerinə yetirirlər.

Miniatür Məlumat Banki: DNT

DNA

DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır. İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər əksiksiz plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.

DNT hüceyrənin ortasında yerləşən nüvədə ciddi şəkildə qorunur. İnsan orqanizmində sayı 100 trilyona çatan hüceyrələrin diametrinin təxminən “millimetrin yüzdə biri” olduğu nəzərə alınsa, nə qədər kiçik yerdən bəhs edildiyi daha yaxşı başa düşülər. Bu möcüzəvi molekul Allahın yaratma sənətindəki mükəmməllik və fövqəltəbiiliyin açıq dəlilidir.

DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir. Eyni zamanda hüceyrə və orqanizmdəki minlərlə müxtəlif hadisə və sistemə də nəzarət edir. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması belə DNT-dəki məlumatlarla əlaqədardır.

Elm adamları insanın genetik quruluşu ilə bağlı məlumatların çoxluğunu vurğulamaq üçün fərqli ölçü vahidlərini ortaya qoyurlar. DNT-də qeyd olunmuş məlumatlar o qədər çoxdur ki, bunları kitab halında düşünsək və bu kitabları üst-üstə qoyduğumuzu fərz etsək, 70 metr hündürlükdə kitab yığını alınar. Elm adamları insanın gen xəritəsini makinada yazmağın müddətini də hesablaşmışlar və dəqiqədə 60 söz yazan bir şəxsin gündə səkkiz saat yazaraq bunu ancaq 50 ildə bitirəcəyini də qeyd etmişlər. Həm də qeyd etmişlər ki, DNT-dəki məlumatlarla 200-ə yaxın 500 səhifəlik telefon dəftərini doldurmaq olar.

Gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda biri qədər olan, atomların yan-yana düzülməsilə əmələ gəlmiş bir zəncirin belə bir məlumata və hafizəyə malik olması və bir canlının bütün həyat funksiyalarının bu məlumat əsasında baş verməsi açıq-aydın yaradılış həqiqətidir. Allah DNT-yə yerləşdirdiyi məlumatlarla gücünün hüdudsuz olduğunu və yaratmada heç bir ortağı olmadığını bir daha göstərir. Allahın elminin hüdudsuz olmaması bir ayədə belə bir bənzətmə ilə bildirilir:

De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!” (Kəhf surəsi, 109)

Ləzzət Və Gözəlliyin Naməlum Mənbəyi: Molekullar

Hücre Zarı

Eğer Allah'ın nimetini saymaya kalkışacak olursanız, onu bir genelleme yaparak bile sayamazsınız. Gerçekten Allah, bağışlayandır, esirgeyendir.
(Nahl Suresi, 18)

Bir çox maddə eyni atomlardan təşkil olunmasına baxmayaraq fərqli görünür və fərqli xüsusiyyətləri daşıyır. Sizin fikrinizcə, ətrafınızda gördüyünüz cisimləri bir-birindən fərqli edən şey nədir? Rənglərini, formalarını, qoxularını, dadlarını bir-birindən fərqləndirən, yumşaq və ya bərk edən nədir? Bütün bunların səbəbi məhz atomların molekulları əmələ gətirmək üçün öz aralarında qurduqları fərqli kimyəvi əlaqələrdir.

Maddəni təşkil edən ilk pillə olan atomlardan sonra ikinci pillə molekullardır. Molekullar maddənin kimyəvi xüsusiyyətlərini müəyyən edən ən kiçin vahidlərdir. Bu kiçik formalar iki və ya daha çox atomdan, bəziləri də minlərlə atom qrupundan ibarət olur. Molekulların müxtəlif formalarda birləşmələri nəticəsində də ətrafımızda gödüyümüz müxtəliflik ortaya çıxır. Buna dad və qoxu hisslərimizdən misal çəkərək baxaq.

“Dad” və “qoxu” dediyimiz anlayışlar əslində bir-birindən fərqli molekulların duyğu orqanlarımızda yaratdığı hisslərdən başqa bir şey deyil. Yeməklərin, içkilərin, müxtəlif meyvə və çiçək qoxularının hamısı yan tərəfdəki kiçik şəkildə bir nümunəsini gördüyümüz uçucu molekullardan ibarətdir. Atomlar bir tərəfdən canlı və cansız maddəni əmələ gətirir, digər tərəfdən də maddəyə ləzzət və gözəllik qatırlar. Bəs bu necə baş verir?

Vanil qoxusu, lalə qoxusu kimi uçucu molekullar burunun epiteli adlandırılan hissəsindəki titrək tüklərdəki reseptorlara gəlir və bu reseptorlarla qarşılıqlı əlaqəyə girir. Bu qarşılıqlı əlaqə beynimizdə qoxu kimi şərh edilir. Eyni şəkildə insanın dilinin ön tərəfində də dörd fərqli tipdə kimyəvi reseptor var. Bunlar da duzlu, şirin, turş və acı dadlarına hiss edir. Bütün duyğu orqanlarımızın reseptorlarına gələn bu molekullar beynimiz tərəfindən kimyəvi siqnallar kimi qəbul edilir.

Dövrümüzdə dad və qoxunun necə hiss edilməsi, necə əmələ gəlməsi məsələsi məlum olmuşdur, ancaq elm adamları nə üçün bəzi maddələrin çox, bəzi maddələrin az qoxu verməsi, nə üçün bəzəilərinin dadının xoş, bəzilərinin də pis olması ilə bağlı ortaq qənaətə gələ bilməyiblər.

Dad və qoxunun olması insanlar üçün əsas ehtiyac deyil. Ancaq qəhvəyi rəng və özünəməxsus qoxusu olan torpaqdan yüzlərlə növdə, xoş qoxulu və ləzzətli meyvə, tərəvəz və minlərlə rəng, forma və qoxuda çiçək bitir və bütün bunlar möhtəşəm sənətin məhsulu kimi dünyaya tamamilə başqa gözəllik verir.

Bu baxımdan rəng və qoxu da digər bütün nemətlər kimi sonsuz lütf və ikram sahibi Allahın insana qarşılıqsız bəxş etdiyi gözəlliklərdəndir. Ancaq bu iki hissin mövcud olmaması belə insanın həyatını çox dadsızlaşdırmağa kifayət olardı. Ona verilən bütün bu nemətlərin əvəzində insanın üzərinə düşən, şübhəsiz, özünü hər tərəfdən əhatə etmiş bu cür sonsuz ikram qarşısında Rəbbimizin istədiyi kimi qul olmağa çalışmaqdır.

 

14 / total 15
"Harun Yəhyanın Ehtişam Hər Yerdədir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com