< <
8 / total: 14

Dinsiz Cəmiyyətlərdəki Əxlaq Pozğunluğu

İnsanların həyatın həqiqi məqsədindən uzaqlaşmaları, mənəvi dəyərlərini də itirmələri deməkdir. Dünyanı yaşaya biləcək tək yer olaraq görən, həm özlərinin, həm də digər insanların ölümlə birlikdə yox olacaqlarını zənn edən kəslərin mənəvi cəhətdən inkişaf etmiş olmasını da gözləmək olmaz. Dünyada, etdikləri yaxşılıqlar və pisliklərlə sınandıqlarını, bunların ölümdən sonrakı həyatda qarşılarına gətiriləcəyini düşünməyən kəslərin insani istiqamətlərinin inkişafı qeyri-mümkündür.

Belə səhv bir həyat fəlsəfəsinə sahib insanların meydana gətirdikləri cəmiyyətlərin mənəvi cəhətdən böyük bir boşluq içində olması qaçınılmazdır. Cəmiyyəti meydana gətirən insanlar dünyada özləri üçün mümkün olduğu qədər mənfəət əldə etməyə, öz istək və ehtiraslarını təmin etməyə, qısa bir həyat müddətini məsuliyyətsizcə keçirməyə çalışırlar. Əxlaqi cəhətdən bir gözəllik əldə etmək mövzusunda isə səy göstərməzlər. Çünki bunun özləri üçün bir mənfəət təmin etməyəcəyini düşünürlər. Hətta əksinə köməksevər, şəfqətli, mərhəmətli, tolerant, vicdanlı insanları öz səhv dünyagörüşləriylə “saf” insanlar olaraq qiymətləndirərlər. Onların həyat fəlsəfələri, qüvvətli olanın zəif olanı əzməsi, güclü olanın heç kimin haqqını güdmədən insanlara dilədiyi şəkildə zülm etməsi əsasında qurulmuşdur.

Cinayetler

 

Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
(Əhqaf surəsi, 20)

Allah Quranda, axirətə və hesablaşma gününə inanmayan belə insanların günah mövzusunda da sərhəd tanımamalarına diqqət çəkmişdir:

O gün haqqı yalan hesab edənlərin vay halına! O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz. (Mutaffifin surəsi, 10-12)

Dindən uzaq yaşayan bu insanlar həyatları boyunca həmişə daha çox şey əldə etmə ehtirası içində olarlar. Və ətraflarındakı insanlara da bu istiqamətdə təsir edər, onları da Allahın sərhədlərini tanımadan yaşamağa təşviq edərlər.

Məhz içində yaşadığımız dövr, din əxlaqını tamamilə tərk etmiş və ətraflarındakı şəxsləri də belə zülmət bir yola çəkmək istəyən insanların çoxluq təşkil etdiyi bir dövrdür. Bundan ötrü günahda sərhəd tanımamaq, təcavüzkarlıq, mənəvi zəiflik, əxlaqi dəyərlərin itirilməsi, bir ayədə keçən ifadəylə “çirkin əməllərin” yayılması, fahişəliyin, azğın cinsi əlaqələrin, narkotik asılılığının, qumarın, bir sözlə hər cür əxlaqsızlığın təşviq edildiyi bir dövrdür. Sonrakı səhifələrdə, insanların dinsizliyin bir nəticəsi olaraq necə bir əxlaqi çöküntü içinə düşdüklərinə yer veriləcək.

Əxlaqsızlığın Təlqini

Dinsiz və ya Allaha və axirətə olan inancı zəif olan bir insan, Allahın haram buyurduğu fahişəlik, qumar, oğurluq kimi işlər görməkdən, insanların haqlarına təcavüz etməkdən çəkinməz. Çünki dinsizliyin əsasında insanların təsadüflər nəticəsində meydana gəldikləri və buna görə də özlərini bir yaradıcıya qarşı məsuliyyətli hiss etmək məcburiyyətində qalmadıqları inancı vardır. Həmçinin dinsizliyə dəstək olan təkamül nəzəriyyəsinə əsasən də insan inkişaf etmiş bir heyvandır və digər heyvanlar kimi ehtiyaclarını ödəməkdən başqa bir qayğısı olmamalıdır. Eqoist ehtiyaclarını qarşılamaq mövzusunda isə özünə hər hansı bir məhdudiyyət gətirmək məcburiyyətində deyil, eynilə heyvanlar kimi davrana bilər. Bir sözlə dini tanımayan bu cür fəlsəfələr əxlaq qaydalarını da tanımazlar.

Necə ki, məşhur materialistlər və darvinizmin müdafiəçiləri dinsizliyin əxlaqa baxış prizmasını bütün aydınlığı ilə dilə gətirmişlər. Darvinizmin qabaqcıl müasir müdafiəçilərindən və Cornell Universiteti professorlarından Villiam Provine materializmin əxlaqa baxış prizmasını belə ifadə edir:

Müasir elm ortaya qoyur ki, dünya tamamilə və yalnız mexaniki prinsiplərlə işləyir. Təbiətdə heç bir məqsəd və məqsədli prinsip yoxdur. Şüurlu olaraq tapıla biləcək Tanrılar və nizamlayıcı güclər də yoxdur... İkincisi, müasir elm ortaya qoyur ki, bəşəriyyət üçün heç bir “daimi əxlaqi qanun” ya da “mütləq yol göstərici prinsip” yoxdur... Üçüncüsü, bu nəticəyə gəlməliyik ki, öldüyümüz vaxt ölərik və bu bizim mütləq sonumuzdur.(8)

Bu materialist elm adamının da ifadə etdiyi kimi dinsizlikdə axirət inancı yoxdur və insanlar ölümdən sonra yox olacaqlarına inanırlar. Dinsizlərin bu azğın inancları Quranda da belə xəbər verilmişdir:

Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik. (Müminun surəsi, 37)

Öldükdən sonra diriləcəyinə inanmayan insanlarda, sərhəd tanımayan, hər cür ifratçılıqda və əxlaqsızlıqda bir problem görməyən, nəfsinin və ehtiraslarının bütün əmrlərini yerinə yetirən, iradəsindən istifadə etmək üçün bir səbəb görməyən əksinə hər cür iradəsizliyi məqbul sayan bir anlayış inkişaf edər. Buna görə də, dinsizlik əxlaqi pozğunluğun ən əhəmiyyətli səbəbidir. Necə ki, Provinenin yuxarıdakı sözləri də dinsizliyin bu sərhəd tanımazlığına, əxlaq üzərindəki mənfi təsirlərinə bir nümunə təşkil edir. Bu sözlərdə dinsiz bir insanın necə səhv bir düşüncə və əxlaq quruluşuna sahib olduğunu görmək mümkündür.

Bunu da qeyd etmək lazımdır: Əlbəttə ki, əxlaqsızlıq edən hər insan Darvinizmi və ya materializmi düşünərək bunları etməz. Ancaq burada əhəmiyyətli olan bu fikri cərəyanların və dinsizliyin rəhbərlərinin insanlara bu təlqinləri vermələri və bunların nəticəsi olaraq da insanların böyük bir hissəsinin axirətdəki həyatlarını düşünərək yaşamaq əvəzinə bu dünya həyatını sərhəd tanımaz və azğın bir ehtirasla yaşamalarıdır.

Dejenere gençlik

Gözcü Gazetesi, 18/8/99

alkol

Son Çağrı 1/2/97, Gözcü Gazetesi, 23/11/99, Milliyet Gazetesi, 3/11/99

Ahlaksızlık

Gözcü Gazetesi, 9/11/99

Toplumsal cinnet

Milliyet Gazetesi, 5/1/98

Allah korkusunu kalbinde hissetmeyen bir insanın yaşamında hiçbir sınır yoktur. Sınırsızlığın sonucunda da toplumun ahlak yapısında büyük bir çöküş olur.

Məsələn? 60-cı illərdə dünya gəncləri arasında ortaya çıxan azadlıq anlayışı tamamilə bu sərhəd tanımazlığın və ifratçılığın nəticəsi idi. Sərbəst seksuallıq, narkotik vasitələrdən istifadə etmək, özbaşınalıq, üsyankarlıq kimi hər cür əxlaqdan kənar rəftar bu dövrün ən əhəmiyyətli xüsusiyyəti idi. Bu gün bütün dünyada bu dövrün yetişdirdiyi insanlar ya ölkələri idarə edir, ya da məktəblərdə müəllimlik edirlər. Həmçinin dövrümüzdəki gənc nəsli yetişdirmiş olan ata və analar da yenə eyni dövrün insanlarıdır. Bu gün bütün dünyada əxlaqi degenerasiyanın tarixdə müşahidə olunmadığı qədər inkişaf etmiş olmasının bir səbəbi də dinsiz yetişmiş bir nəslin, getdikcə degenerasiya olaraq yetişdirdiyi bir nəslin mövcud olmasıdır. Allah bir ayəsində ataları dini bilmədikləri üçün özləri də “qafil” qalan birlikdən bəhs edir:

ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən. (Yasin surəsi, 6)

Bu ayədə də diqqət çəkildiyi kimi dinsiz insanların yetişdirdikləri nəsillər də özləri kimi dinsiz və “pislikdə sərhəddi aşan”, yəni əxlaqi dəyərlərdən məhrum olmuş insanlar olur.

Bu gün Amerikadan Hollandiyaya, Uzaq Şərq ölkələrindən Rusiyaya qədər hakim olan əxlaqi degenerasiyanın ən əhəmiyyətli səbəbi dinsizliyin meydana gətirdiyi özünü özbaşına və məsuliyyətsiz zənn edən insanlardır. Homoseksuallığın sanki “dəb” olmasının, fahişəliyin, kiçik yaşdakı uşaqların fahişəlik üçün satılmalarının, qumarın, fırıldaqçılığın, rüşvətin, şeytani xüsusiyyətlərə sahib olmağı bir üstünlük saymağın, insanların bir-birlərinə hətta “atalarına belə” qətiyyən etibar edə bilməmələrinin, nikahdan əvvəlki yaxınlığın müasirlik zənn edilməsinin, insanların utanma və həya duyğularını itirmələrinin, gözəl əxlaq göstərənləri tənqid etmələrinin və bəlkə də 20 il bundan əvvəl qətiyyən ağıla gəlməyən və böyük bir əxlaqsızlıq olaraq qəbul edilən rəftarlara insanların təşviq edilməsinin arxasında duran səbəb, dinsizliyin bəlkə də tarixdə ilk dəfə bu qədər geniş yayılmasıdır.

Dinsizliyin əxlaqsızlığı gətirdiyi qəti bir həqiqətdir. Ancaq dinsiz olduğu halda əxlaqsız olmadığını, yuxarıda qeyd olunan əxlaqsızlıqların heç birini etmədiyini düşünən insanlar da ola bilər. Həqiqətən dinsiz bir insan həyatı boyunca qətiyyən rüşvət almamış ola bilər və almamaq mövzusunda qəti qərarlı da ola bilər. Ancaq bu onun Qurana uyğun gözəl bir əxlaq sahibi olduğunu göstərməz. Hər şeydən əvvəl Allahdan qorxub çəkindiyi üçün gözəl əxlaq göstərən bir insan hər mövzuda bu əxlaqını davam etdirər. Buna qarşı həyatı boyunca əsla rüşvət almadığını deyən dindən uzaq bir insan mənfəətləri üçün asanlıqla yalan danışa bilər. Və ya oğlunun xəstəxana xərclərini ödəmək üçün pula ehtiyacının olduğu vaxt gözünü belə qırpmadan rüşvət ala bilir, yəni tələblər dəyişdikdə “məcbur qaldığını” deyərək, heç etməyi düşünmədiyi bir şeyi edə bilir. Məsələn, bir insanı öldürməyi əsla düşünə bilməyən dinsiz bir insan, bir gün həddindən artıq əsəbləşdikdə özünü saxlaya bilməyərək cinayət işləyə bilər.

Halbuki gözəl əxlaq səbir və iradə tələb edir. Tələblər nə olursa-olsun gözəl əxlaqdan güzəştə getməmək lazımdır. Bu iradəni və səbri göstərə bilmək üçünsə insanın əhəmiyyətli bir məqsədinin olması vacibdir. Möminlər Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı qarşılarına məqsəd qoyduqları üçün qarşılarına çıxan hər cür şərtdə gözəl bir əxlaq göstərərlər. Amma dinsiz və məqsədsiz bir insanın belə bir iradə və səbir göstərməsi üçün heç bir səbəb yoxdur. Məsələn, fahişəlik yolu ilə pul qazananlar bunu ac qalmamaq üçün etdiklərini deyərlər. Halbuki Allaha və axirət gününə iman etmiş olsalar, belə bir həyasızlıq etməyə əsla cəhd etməzlər. Axirətdə hesabını verə bilməyəcəklərini bildikləri üçün böyük bir qorxu ilə çəkinərlər. Allahın “Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatə edəndir, Biləndir”. (Bəqərə surəsi, 268) ayəsində bildirdiyi kimi insanların böyük bir qismi kasıblıq qorxusuyla hər cür əxlaqsızlığa müraciət edə bilir. Halbuki Allahın rəhmətinə ümid edən adam bunları ağlından belə keçirməz. Allah Quranda möminlərin içlərindəki Allah qorxusundan ötrü gözəl əxlaqlarında qərarlı və səbirli olduqlarını belə bildirir.

O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu… (Rad surəsi, 21-22)

Yaşlı İnsanların Yaşadıkları Sıkıntılar

Adım atacak yer olmayan otobüslerde zorlukla ayakta duran yaşlı kimseler ve bu kişilerle göz göze gelmemeye özen göstererek oturan gençler… Saatlerce kızgın güneş ya da sağanak yağmur altında bekleyen ve sonunda yorgunluğa dayanamayıp bulunduğu yere oturmak zorunda kalan yaşlı insanlar… Sağlık problemleri nedeniyle bakımı zorlaşan ve bu yüzden evlerinden uzaklaştırılmak istenen yaşlı anne, babalar… Fiziksel ve zihinsel gücünü kaybettiği için küçümsenen, değer verilmeyen ve istenmedikleri kendilerine hissettirilen yaşlı erkekler ve kadınlar…

Yaşlılık

Bu görüntüler horlanan ve toplum içinde hak ettikleri saygıyı göremeyen yaşlı insanların günlük yaşamda karşılaştıkları bozuk tavırlardan sadece birkaçıdır.

Dinden uzak yaşayan toplumlarda yaşlanıp güçten düşen insanlar hem maddi hem de manevi yönden sıkıntı içindedirler. Yaşamak zorunda bırakıldıkları mekanlardan maruz kaldıkları davranışlara kadar pek çok etken bu sıkıntının sebeplerindendir.

Oysa yaşlıların korunması, onlara hürmet edilmesi Kuran ahlakının gerektirdiği davranışlardandır. Allah ayetlerde, yaşlanan anne ve babaya "Öf" bile denmemesini emretmektedir:

Rabbin, O'ndan başkasına kulluk etmemenizi ve anne-babaya iyilikle-davranmayı emretti. Şayet onlardan biri veya ikisi senin yanında yaşlılığa ulaşırsa, onlara: "Öf" bile deme ve onları azarlama; onlara güzel söz söyle. (İsra Suresi, 23)

İşte bu bilinçle hareket eden insanların olduğu bir toplumda ne yoksulların, ne yaşlıların, ne de diğer ihtiyaç içindeki insanların zulüm görmesi, öfke ve merhametsizlikle karşı karşıya kalması mümkün değildir. Yediden yetmişe tüm insanlar için en rahat, en huzurlu, en güzel şartlar ayarlanır. Ve yapılan güzel davranışların karşılığı da yalnızca Allah'tan beklenir.

Ayrıca Kuran ahlakını benimseyen insanlar yaşlı da olsalar, genç de olsalar son derece anlayışlı, merhametli, saygılı olurlar. Dinden uzak toplumlarda yaşlı insanlar kimi zaman alıngan tavırlarla, rahatsız edici davranışlarla çevrelerine sıkıntı verebilirler. Ama Kuran ahlakının yaşandığı bir ortamda yaşlılar da en güzel ahlakı gösterecekleri için, rahatsızlık verici davranışlara maruz kalmazlar.

 

İnsanların əxlaqsızlığa təşviq edilmələri:

İndiki vaxtda “müasirlik”, “müasir olmaq”, “cəsarət” və “azadlıq” pərdəsi altında insanlar, xüsusilə də gənclər əxlaqsızlığa təşviq edilirlər. Bir neçə on il bundan əvvələ qədər insanların ağızlarına belə gətirməyə çəkindikləri anlayışlar bir çox cəmiyyətdə artıq qanuni olaraq qəbul edilir. Televiziyalarda və maqazin jurnallarında hər cür əxlaqsızlıq nümayiş olunur, sui-istifadə edənlər, homoseksual, fahişəliklə dolananlar, qızlarını satışa çıxaranlar, qumarbazlar, iki sözü bir yerə gətirməkdən aciz, cahil kəslər “qibtə ediləcək kəslər”miş kimi nümunə gətirilir və yaşadıqları həyat çox cazibədarmış kimi izah edilir. Etdikləri əxlaqsızlıqların dövrümüzün cəmiyyətindəki sifətləri isə guya cəsarət, mədəniyyət və müasirlikdir.

Məsələn, son illərdə dünyada kişilərin qadına xas davranmaları, qadına xas bir üslubla danışıb, qadına xas geyinmələri bu təlqinin bir nəticəsidir. Cəmiyyətdə bəzi kəslərin göstəricilərini hörmətdən salacaq bu kimi rəftarlara qibtə etmələri də, əlbəttə ki, onların ağılsızlıqlarının bir əlamətidir. İnsanlar dünya şöhrətli bəzi “medyatik” kəslər tərəfindən nikahdankənar əlaqələrə və narkotikdən istifadə etməyə təşviq edilir. Cahil olan insanlar isə bu kəsləri özlərinə nümunə götürüb, onların geyimlərindən mimikalarına, həyat fəlsəfələrindən danışıq üslublarına qədər hər rəftarlarını təqlid edirlər. Halbuki qibtə etdikləri kəslərin böyük bir hissəsi ruhi sarsıntı içində yaşayan, cahil, ətrafındakı insanlar tərəfindən həmişə alçaldılan insanlardır. Ancaq Quran əxlaqından uzaq olan bir çox insan bunları görə bilməyəcək qədər ağıl cəhətdən məhrumdur. Allah iman etməyənlərin ağılsızlıqlarını bir çox ayəsində bildirmişdir. Bir ayədə belə buyurulur:

Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər başa düşmürsünüz? (Qəsas surəsi, 60)

Transeksüeller

Time, Nisan 79 - Günaydın Gazetesi, 11/3/94 - Hürriyet Gazetesi, 15/12/98

1979 yılına ait bu dergiden de anlaşıldığı gibi seneler öncesinden eşcinselliğin doğal bir şey olduğu yalanı topluma aşılanmaya başlanmıştır.

Halbuki cəmiyyət, Allahdan qorxub çəkinən, düşünən, ağıl sahibi, vicdanlı, mədəni, dürüst və aydın kəslərdən olmağa təşviq edilsə, əxlaqsızlıqlar pislənərək alçaldılsa, heç kim əxlaqsızlıq yarışına qoşula bilməyəcəkdir. Gənc insanların zehinləri boş mövzular əvəzinə həm özlərini inkişaf etdirəcək, həm də ətraflarındakı insanlara fayda vermələrinə imkan verəcək mövzularla məşğul olsa, şübhəsiz ki, bu insanlar xeyli şüurlu fərdlər olacaqlar. Şüur səviyyəsi yüksək kəslərin də həmişə ətraflarındakı insanlara, içində yaşadıqları cəmiyyətə və hətta bütün dünyaya fayda verəcəkləri aydındır. Əvvəlcə bu insanlar həmişə doğru olanı araşdıran, fikri atmacalardan uzaq, aydın fikirli kəslər olacaqlar. Ətraflarında gördükləri hadisələri dinsizliyin gətirdiyi bəzi ön mühakimələrlə deyil, açıq bir zehinlə qiymətləndirəcək, dünyada olma məqsədlərini fərq edə biləcəklər. Və bu insanlar, özlərini Allahın yaratdığını və Ona qarşı məsul olduqlarını bildikləri üçün, ən gözəl əxlaqı yaşaya biləcəklər. Qurana tabe olduqları üçün də özlərinə yalançı, saxtakar, əxlaqsız, təxribatçı insanları deyil, səmimi, gözəl əxlaqlı, ağıllı, şüurlu insanları nümunə götürəcəklər.

Allah bir ayəsində nümunə götürülməli olan insanları belə bildirmişdir:

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Cəmiyyətdə gözəl əxlaqlı kəslərin ön plana çıxardılmaları, gözəl əxlaqın təriflənərək pis əxlaqın pislənməsi insanların əxlaqsızlığa qibtə etmələrini də tamamilə aradan qaldıracaq.

Dinsiz İradəsizliyin Bir Əlaməti: Narkotik

Uyuşturucu

Uyuşturucu kullananların sayısı günden güne artmaktadır.

Narkotikdən istifadə xüsusilə son 10 ildir ki, böyük bir sürətlə yayılır. Aparılan araşdırmalar gənclərin əhəmiyyətli bir hissəsinin narkotikdən istifadə etdiyini və yenə xeyli sayda insanın narkotikdən asılı olduğunu ortaya qoyur. Məsələn, 1992-ci ildə İngiltərədə aparılan bir araşdırmaya görə gənclərin 50%-nin narkotikdən istifadə etdiyi, 30%-nin isə asılı olduğu ortaya çıxmışdır. Amerikada aparılan digər bir araşdırma isə 1988 və 1995-ci illər arasında amerikalıların narkotik üçün tam olaraq 57.3 milyard dollar xərclədiklərini ortaya qoymuşdur.(9)

Hər cür narkotik maddə, insan sağlamlığına çox böyük ziyan vurar. Narkotik insanın həyatına da mənfi istiqamətdə təsir edir. Əvvəlcə işləyərək pul qazanması və ehtiyaclarını ödəməsi də qeyri-mümkün hala gəlir. Bir tərəfdən də narkotik ala bilmək üçün pul tapması lazım gəlir. Buna görə də narkotikdən istifadə edənlərin əksəriyyəti, oğurluq, fırıldaqçılıq, fahişəlik, narkotik alverçiliyi kimi qeyri-qanuni üsullarla pul qazanma yolunu seçərlər. Hər keçən gün getdikcə daha çox bu bataqlığın içinə girərlər.

Bir insanın özünə göz görə-görə və öz əliylə maddi və mənəvi cəhətdən belə böyük bir zərər verə bilməsi əslində təəccüblüdür. Ağıl və vicdan sahibi bir insan özünü əsla belə bir vəziyyətə salmaz ancaq dinsizliyin səbəb olduğu iradəsizlik bir insanın özünə xeyli böyük zərərlər verməsinə səbəb ola bilir. Allah “Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər”. (Yunis surəsi, 44) ayəsiylə dinsiz insanların bu cəhətini bildirir.

Narkotik mövzusunda dinsizliyin öz təsirini göstərdiyi başqa bir məqam isə gəncləri və insanları narkotikə alışdıranlardır. Vicdan, mərhəmət, şəfqət və yazığı gəlmək duyğularını tamamilə itirən bu insanlar, böyük bir diqqətlə insanları asılı hala gətirməyə və daha çox narkotik sataraq, bunun sayəsində pul qazanmağa çalışarlar. Hətta Latın Amerikası və ya Rusiya kimi bəzi ölkələrdə narkotik ticarəti bir gəlir mənbəyi olaraq görülür və dövlətin əliylə aparılır, edən şəxslərə də göz yumulur. Halbuki iki tərəfdən biri dindar olsa, Allaha və axirət gününə iman etsə bu problem bütün dünyadan qalxar. Məsələn, Allah qorxusu üzündən narkotik ticarəti edən kimsə qalmasa və ya Allah qorxusu ilə narkotik istifadə edən kimsə qalmasa bu problem qəti olaraq həll edilər.

Bu gün narkotik ticarətini və istifadəsini aradan qaldırmaq üçün istifadə edilən üsullar qətiyyən birdəfəlik həllər təqdim etmir. Məsələn, xəstəxanada zorla müalicə görən bir narkotik asılısı, çıxar-çıxmaz yenə eyni mühitə düşərək narkotikə başlayır. Narkotik qaçaqçılığından həbs olunan biri isə həbsxanada narkotik alverinə nəzarət etməyə davam edə bilir. Narkotikdən asılı olan insanı xilas etməyin yeganə yolu o adama iradə aşılanmasıdır. Bir insana sarsılmaz iradə verən yeganə güc isə dindir. Ən iradəli insanın belə iradəsini sarsıda biləcək bir ehtirası mütləq vardır. Ancaq Allah qorxusunun və cəhənnəm əzabından çəkinməyin gətirdiyi iradəni sarsıda biləcək heç bir güc yoxdur.

Çirkin Bir Həyasızlıq: Fahişəlik

Fahişəliklə gəlir əldə etmək yolu bütün dünyada çox böyük bir sürətlə yayılır. Bununla yanaşı fahişəlik ticarəti aparan gənclərin yaş həddi də böyük bir sürətlə azalır. Bu gün dünyanın bir çox ölkəsində uşaq deyiləcək yaşdakı qız və oğlanlar, pul qarşılığında, hətta bəzən şəxsən ailələri tərəfindən satışa çıxarılır. Hələ qorunması və baxılması lazım olan bir yaşda bir əmtəə olaraq satılan bu uşaqları xilas etmək üçün bütün dünyanın ayağa qalxması lazım olduğu halda, Filippin kimi uşaq fahişələrin yayılmış olduğu ölkələr ən məşhur turizm məkanları kimi təqdim edilir, dünyanın bir çox yerindən turistlər yalnız bu məqsədlə bəhsi keçən ərazilərə axışırlar.

National Certified Health Statistics hesablarına əsasən Amerikada uşaqların 32%-i nikahdankənar əlaqələrdən doğulur. Bu, hər il 1.267.383 uşağın evli olmayan ana və atalardan meydana gəlməsi deməkdir.(10) 20-30 il əvvəl ağla gətirilməsi belə qeyri-mümkün olan bir hadisə bu gün artıq normal qarşılanır.

Uyuşturucu

Yeni Şafak Gazetesi, 31/10/99

Uyuşturucu

12/7/98, Yeni Yüzyıl Gazetesi, 27/6/97

Uyuşturucu

Radikal Gazetesi, 19/10/96

Uyuşturucu

Gençlerin gün geçtikçe daha fazla uyuşturucuya rağbet etmesinin altındaki en önemli sebeplerden biri, Kuran ahlakının kazandırdığı akıl ve vicdandan yoksun olmalarıdır.

Fahişəlik nəticəsində meydana gələn maddi və mənəvi zərərlər isə cəmiyyətin strukturuna əhəmiyyətli dərəcədə təsir edir. Nikahdankənar əlaqələrdən doğan uşaqlar və ya hələ uşaq yaşda, üstəlik evli olmadığı halda uşaq sahibi olan anaların meydana gətirdiyi ailə həyatının nə qədər problemli və bərbad olacağı aydındır. Belə bir strukturda yetişən uşaqların da aqibəti bəllidir. Ailə strukturundakı bu degenerasiya 9 mart 1998-ci il tarixində nəşr olunan “A Synopsis of Current World Crisis Reports” (Mövcud dünya böhranı hesabatlarının bir xülasəsi) da belə izah olunur:

1960-cı ildən bəri ailə və əxlaq strukturunda böyük bir zədələnmə başladı. Bu gün ölkəni idarə edən insanlar o vaxtın hippileriydilər. Ən əhəmiyyətli şüarları sərbəst eşq idi. Ancaq heç kim həmişə bəziləriylə mübarizə apardıqlarını və əslində bir-birlərini heç sevmədiklərini fərq edə bilmədi. Onların yaşadıqları sevgi deyil, əxlaqsızlıq və degenerasiya idi.(11)

Fahişəlik Allahın Quranda haram olaraq buyurduğu və qarşılığında cəhənnəm əzabını vəd etdiyi bir əxlaqsızlıqdır.

Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! (İsra surəsi, 32)

Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)

Ancaq dini təlqin əvəzinə əxlaqsızlığın təlqini verildiyi üçün insanların böyük bir hissəsi özlərini cəhənnəmə aparacaq bir hərəkəti “müasir” və “cazibədar” görə bilir.

Fuhuş

Tan Gazetesi, 30.01.1987

Fuhuş

 

Fuhuş

Cumhuriyet Gazetesi, 07.08.1996

Fuhuş

Milliyet Gazetesi, 13.09.1996

Kuran ahlakının kişiye kazandırdığı en büyük güzelliklerden biri olan iffet kavramından habersiz olan gençler, para karşılığında bedenlerini satmakta bir mahsur görmüyorlar.

Əxlaqi degenerasiyanın son həddində yaşandığı başqa bir mövzu da homoseksuallıqdır. Yaxın bir vaxta qədər “əxlaqsızlıq” olaraq xarakterizə edilən homoseksuallıq bu gün bir çox cəmiyyətdə normal qarşılanır və sürətlə yayılır. Artıq indiki vaxtda bəzi ölkələrdə homoseksuallar evlənə bilir, kirayəlik analar vasitəçiliyi ilə körpə sahibi ola bilir, homoseksual partiyalar və klublar qura bilir, homoseksual konqreslər təşkil edə bilirlər. Bir çox jurnal və ya nəşrdə bu cür əlaqələrin rəvacda olduğuna dair təlqinlər edilir. “İnsan cinsiyyətini müəyyənləşdirməkdə sərbəstdir” kimi sözlərlə “aydınlıq” və “etibarlılıq” qazandırılmağa çalışılan homoseksuallıq əslində aydın bir pozğunluqdur.

Diqqət yetirilsə homoseksualların və fahişələrin həmçinin digər əxlaqi cəhətləri də zədələnmişdir. Təcavüzkar, söyüşkən, söz başa düşməyən, evləri və bədənləri pislik içində olan, yoluxucu xəstəliyini gözünü qırpmadan digər insanlara keçirə biləcək qədər insanlara qarşı kin və nifrət duyan, heç bir mövzuda sərhəd tanımayan, namus və şərəfini tamamilə itirmiş insanlardır. Sahib olduqları psixoloji pozğunluqlar üzündən intihara və cinayətə də olduqca meylli bir xarakterləri vardır. Bu insanların cəmiyyətə heç bir faydaları toxunmaz, əksinə yalnız narahatlıq, gərginlik, xəstəlik və əxlaqsızlıq gətirərlər. Bu insanların həmişə gündəmdə tutulmalarının məqsədi, insanları xeyli degenerasiya edərək, hətta bunu maksimum səviyyəyə gətirərək, vaxt ərzində əxlaq qaydalarının xeyli zəiflədiyi bir cəmiyyət yaratmaqdır.

Göklerin, yerin ve ikisi arasında bulunanların mülkü Kendisi'nin olan (Allah) ne yücedir. Kıyamet-saatinin ilmi O'nun Katındadır ve O'na döndürüleceksiniz.
(Zuhruf Suresi, 85)

Əxlaqi cəhətdən degenerasiya olmuş bir cəmiyyətin ən diqqətə çarpan xüsusiyyəti isə dinsizliyidir. Homoseksuallıq Allahın dünyada və axirətdə əzaba çəkməyə səbəb olaraq bildirdiyi bir pozğunluqdur. Allah Quranda, Lut qövmünü yerə batırdığını və tarixə keçən bir əzabla cəzalandırdığını bildirmişdir. Hz. Lut qövmünü bu azğınlığı tərk etmələri mövzusunda xəbərdar etmiş ancaq qövmü ona azğınlıqla cavab vermişdir. Bunun nəticəsində isə Allah bu qövmü həlak etmişdir:

Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”. Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!” O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!” Biz onu və onun bütün ailəsini xilas etdik. Geridə qalanlar arasındakı yaşlı qadından başqa. Sonra da o birilərini darmadağın etdik. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş! Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. (Şuəra surəsi, 165-174)

Əsl düşündürücü olan isə ictimai təşkilatların və ya mövzuyla əlaqədar olan adam və təşkilatların bu problemə yanaşma tərzləridir.

Heç bir təşkilatda bu azğınlığın Allah Qatında bəyənilməyən və dünyada və axirətdə əzabla qarşılıq görəcəyi bildirilən bir günah olduğunun üstündə dayanılmır. Halbuki bu azğınlığı işləyən insanların cəmiyyətə verdikləri zərər qədər, bu insanların içində olduqları vəziyyətdən xilas olmaları da əhəmiyyətlidir. Bu gün bütün dünyada milyonlarla insan sapqınlıq və azğınlıq içində yaşayır. Bu kəslər aldıqları təlqinlər nəticəsində çirkinliyi, əxlaqsızlığı, itaətsizliyi və üsyankarlığı gözəl görməyə başlamışlar.

Dindar bir cəmiyyət isə insanları həmişə ən gözəl olana, ən estetik olana, ən doğruya, ən dürüst olanına, ən həssas və şərəfli olan həyata, ən ağıllı olan rəftara təşviq edər. Allah bir ayəsində imanı gözəl və əxlaqsızlığı isə çirkin görənlərin doğru yolda olduqlarını bildirir:

…Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. (Hucurat surəsi, 7)

İnsanları pisliklərdən və sapqınlıqlardan uzaq tutacaq, gözəl əxlaqı insanlar arasında hakim edə biləcək yeganə güc dindir. Allah bir ayəsində belə bildirir:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

Qumarın Zərərləri

İndiki vaxtda qumar, bütün dünyada olduqca məşhur olan, hətta bir çox adam üçün bir növ əyləncə hesab edilən bir sektor halına gəlmişdir. İnsanlar qumara çox böyük məbləğlərdə pul sərf edirlər. Belə ki, sırf zövq almaq üçün sərf edilən bu pullar, bir çox möhtac insanın rifaha qovuşmasına çatacaq məbləğdədir.

Halbuki qumarın insanlara nə qədər böyük zərərlər verdiyini hər gün qəzetlərdə və televizorda, görmək mümkündür. Qumar borcu üzündən intihar edən, hər şeyini itirdiyi üçün ailəsi dağılan, illərlə işləyib qazandığı mal-dövlətini bir neçə saat ərzində tamamilə itirib depressiyaya məruz qalan, bundan ötrü gözünü belə qırpmadan cinayət işləyə bilən insanların xəbərləri hər gün qarşımıza çıxır. Dağılan ailələrin, məhv olan nigahların, nahaq yolla qazanılan pulların əsasında qurulan bu sektor, əxlaqi degenerasiyanın çox əhəmiyyətli bir nümunəsidir.

Kumar

Sabah Gazetesi, 27/7/99

Kuşkusuz ki, kumar batağına saplanan tek ülke Amerika değildir. Bugün pek çok ülkede, senelerce çalışarak kazandıkları paraları birkaç saat içinde kumarda kaybederek, ailelerini yoksul bir hayata mahkum eden insanlar yaşamaktadır.

İctimai struktura və ailə əlaqələrinə olduqca zərər verməsinə baxmayaraq, insanların qumara bu şəkildə təşviq edilməsi isə təəccüblüdür. Bunun ticarətini apararaq pul qazanmağa çalışmaq, qumarı qanuni bir hal olaraq qəbul etmək isə, şübhəsiz ki, olduqca böyük bir vicdansızlıqdır.

Ey iman edenler, içki, kumar, dikili taşlar ve fal okları ancak şeytanın işlerinden olan pisliklerdir. Öyleyse bun(lar)dan kaçının; umulur ki kurtuluşa erersiniz.
(Maide Suresi, 90)

Bütün bu zərərləri görməməzlikdən gələrək belə çirkin və haram bir hərəkətin yayılmasına izn verənlər, özləri də qumardan zərər çəkdikdə nə qədər böyük bir səhv etdiklərini başa düşərlər. Amma onlar belə bir hadisəylə üzləşənə qədər bir çox insanı, hətta cəmiyyətləri zülmətə sövq edərlər. Belə bir vicdansızlığın əsaslı surətdə aradan qaldırılması isə Allahın əmr etdiyi Quran əxlaqına tabe olmaqdır. Allah Quranda qumarı “şeytan əməlindən olan bir iş” olaraq təqdim etmiş və insanları bundan uzaq durmağa çağırmışdır:

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? (Maidə surəsi, 90-91)

İmanlı və vicdanlı insanlara düşən vəzifə də, qumarın insan və cəmiyyət həyatına gətirdiyi zərərləri göz qabağına gətirmək, insanları bu “pislik”dən çəkinməyə dəvət etməkdir.

Satanizm

Hürriyet Gazetesi,23/9/99

Satanizm

Sabah Gazetesi, 21/9/99 - Hürriyet Gazetesi,23/9/99

Satanizm

Hürriyet Gazetesi,21/9/99

Satanizm

Akit Gazetesi, 10/10/99

Satanizm
 
Satanizm

Eylül 1999'da Türkiye'de gerçekleşen bir olay tüm insanlarımızı son derece şaşırttı. Bu daha önce ülkemizde benzerine şahit olunmayan bir olay idi. Kendilerine satanist diyen gençlerin işledikleri korkunç bir cinayetin ortaya çıkarılması, gençlerin içinde oldukları durumu gözler önüne sermişti. Bu olayın ardından gazetelerde, televizyonlarda birçok haber çıktı. Herkes kendine göre pek çok yorum yaptı, birtakım çözümler, gençleri bu tehlikeden koruyacak yollar önerildi. Ancak bu çözümlerin hiçbirinin köklü ve kalıcı çözümler olamayacağını, insanların böyle sapkın bir yoldan korunmasının tek bir yolu olduğunu hatırlatmakta fayda görüyoruz. Bu yol ise, Allah'a iman etmek, O'nun varlığının ve kudretinin delillerini takdir etmek, Allah'tan korkmak, Kuran ahlakına uygun bir yaşam sürmek ve gençleri de bu yönde eğitmektir. Bunların dışında önerilen hiçbir yol, insanları bu tehlikeden uzak tutmaya yetmeyecektir.

 

Iqtıbaslar

8. Philip Johnson, Darwin On Trial, 2.b. Illionis: Intervarsity Press, 1993, s. 126

9.http://www.nida.nih.gov/Infofax/costs. html

8 / total 14
"Harun Yəhyanın Həll Yolu Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top