Həll Yolu Quran Əxlaqı
Dinsizliyin Səbəb Olduğu Cinayətlərİslam əxlaqından uzaq olmağın gətirdiyi zərərlərdən biri də, insanlar arasında mərhəmətsizliyin, nifrətin, qəzəbin, zülmün hakim olmasıdır. Bu xarakterdəki insanlar, söhbət öz mənfəətlərindən getdikdə və ya hər hansı bir insana qarşı duyduqları qəzəb üzündən asanlıqla cinayət işləyə bilirlər. Haqsız yerə bir insanı öldürən, soyuqqanlılıqla dalbadal cinayətlər işləyən, ani bir qəzəb ya da qısqanclıq nəticəsində ən yaxın qohumunu və ya heç tanımadığı birini öldürən, hətta bu işi pulla edən insanların sayı, dövrümüzdəki cəmiyyətlərdə olduqca çoxdur. Qəzetlərdən və televiziyalardan bir gün belə əskilməyən cinayət xəbərləri cəmiyyətdəki, dinsizlikdən qaynaqlanan degenerasiyanın çox aydın bir əlamətidir. Dünyada hər gün minlərlə insan öldürülür. Bir neçə milyon pul üçün belə gecə, taksisinə mindiyi şoferi haqsızcasına öldürən insanlar da vardır. Və ya dolanışıqlarını heç tanımadıqları insanları öldürərək təmin edən, bunu artıq adi bir hadisə olaraq qiymətləndirən insanların sayı da az hesab olunmayacaq səviyyədədir. Bu insanlardan bu əməlləri barədə soruşduqda isə, öz ağıllarına görə bir izah verərək “o pulu almasaydım mən aclıqdan öləcəkdim” kimi əxlaqsız ifadələrdən istifadə edərlər. Məhz bütün bunlar, Allahın dininə əməl etmədən yaşanan bir həyatın səbəb olduğu zalımlıqlardır.
Həmçinin bunlarla yanaşı yalnız zövq almaq üçün adam öldürən insanlar, dalbadal cinayətlər işləyən qatillər də dünyadakı insanların qorxu və narahatlıq içində yaşamalarına səbəb olurlar. Ailələrini, pullarını ələ keçirə bilmək üçün öldürənlər ya da öldürtdürənlər, qısqanclıqdan ötrü cinayət işləyənlər, nifrətindən ötrü illərlə gözləyib sonra ən yaxınlarını öldürənlər, baxışını bəyənmədiyi üçün küçə ortasında heç tanımadığı halda günahsız bir adamı öldürənlər, qan iddiası uğruna uşaq-muşaq demədən bütün ailəni qətlə yetirənlər, ani bir qəzəb üzündən bir orta məktəbə basqın edib çox sayda uşağı hədəf alanlar... Bu nümunələr o qədər çoxdur ki, xəbərləri qəzetlərdən bir gün belə əskilməz. Bütün bunların yaşanmasının ən əhəmiyyətli səbəblərindən biri isə Allahın aşağıdakı ayəyə diqqət yetirilməməsidir: Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)
Haqsız yerə bir insanı öldürən kəslər böyük bir əzabla təhdid edilmişlər. Allah tək bir adamı öldürməyin, bütün insanları öldürmək qədər ağır bir günah olduğunu xəbər vermişdir. Ancaq indiki vaxtda bu ayələrə diqqət yetirilməməsi və cəmiyyətlərdə Allah qorxusunun olmaması üzündən rahatlıqla dalbadal cinayətlər işlənir. Zalım insanlar axirətə iman etmədikləri, bu etdiklərinin hesabını verəcəklərini anlamazlıqdan gəldikləri üçün belə biganə bir münasibət nümayiş etdirə bilirlər. Allahın hüdudlarını qoruyan bir insanın qəzəblənərək özünü itirmə və bir insana zərər vermə ehtimalı qətiyyən yoxdur. Lakin dini yaşamayan cəmiyyətlərdə Allah qorxusu olmadığından və dünyada olarkən etdikləri hər şeyin hesabını mütləq verəcəklərinə dair inancları olmadığından bütün bu əxlaqsızlıqlar rahatlıqla edilir. Halbuki dünyada bəlkə ədalətdən qaçaraq, cəzadan xilas olacağını zənn edənlər, öldükdən sonra axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Allah bu mövzuya bir ayəsində belə diqqət çəkmişdir: Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri ağrılı-acılı bir əzabla müjdələ. (Ali İmran surəsi, 21)
Dindən Uzaq İnsanlar Zalım Nəsillər YetişdirərBu mövzunun dünyadakı bütün cəmiyyətləri maraqlandıran çox əhəmiyyətli bir istiqaməti daha vardır. Bəhs etdiyimiz növdə olan cinayətlər o qədər yayılmışdır ki, kiçik uşaqların məktəblərdə qırğın törətdiklərinə belə şahid olmaq mümkündür. Bunlarla əlaqədar xəbərlər vaxtaşırı mətbuatda iştirak edir. Əlbəttə ki, bunların bir səbəbi bu uşaqların izlədikləri filmlərdə, televiziya verilişlərində, oxuduqları kitablarda tez-tez işlənən zalımlıq təlqinidir. Xüsusilə də bəzi filmlərdəki öldürmə səhnələrinin kiçik yaşdakı uşaqları bu qorxunc hərəkətlərə təşviq edən bir təsiri vardır. Bu da dinsizliyin qaranlıq üzünü göstərməsi baxımından çox əhəmiyyətli bir nümunədir. İnsanları çox kiçik yaşlarından etibarən belə qaranlıq bir mühitə sürükləyən, zalımlığa istiqamətləndirən isə yenə dindən uzaq yaşayan insanların varlığıdır. Bu insanlar özləri Allahdan qorxmadıqları kimi, yenə Allah qorxusu olmayan zalım nəsillər yetişdirirlər. Uşaqlarına islam əxlaqının əmr etdiyi gözəl əxlaqı, mərhəmətli, şəfqətli, ədalətli, tolerantlı, etidallı, ağıllı xarakter xüsusiyyətlərini deyil, dinsizliyin gətirdiyi pis əxlaqı öyrədirlər. Bu mövzuyla əlaqədar olaraq hz. Nuhun Quranda bildirilən duası, tarixən bütün inkarçıların eyni zalım strukturu nümayiş etdirdiklərini bizə göstərir: Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma! Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər. Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.(Nuh surəsi, 26-28)
|