Həll Yolu Quran Əxlaqı
“Qəzəbli Soy Qoruyuculuğu”: İrqçilikDünyada baş verən bir çox regional müharibənin, vətəndaş müharibələrinin ya da qarşıdurmaların altında fərqli irqlər arasında davam edən düşməncəsinə hisslər durur. Bir çox ölkədə hələ də davam edən ağ irqin qara irqə qarşı təcavüzkar münasibəti, yaxın tarixlərdə milyonlarla insanın ölümü ilə nəticələnən nasist mənşəli ari irq fikrində ya da Afrikadakı ölkələrdə müşahidə olunan qəbilə qarşıdurmalarında qarşımıza çıxan, məhz bu “soy qoruyuculuğu”dur. Bu anlayışa görə bir irqin digərindən fiziki və ya zəka baxımından üstün olduğu, üstün olanın digərinə hörmət, sevgi, mərhəmət bəsləməsinin lazım olmadığı, hətta ikisinin bir yerdə olmasının belə səhv olacağı düşünülər. Halbuki bu, olduqca səhv və vəhşicəsinə bir yanaşmadır. Çünki bu anlayışa görə fərqli xalqların mövcud olmalarına ehtiyac yoxdur və bütün “fərqli olanlar” aradan götürülməlidirlər. Quran əxlaqında isə fərqli xalqların və qəbilələrin yaradılmasının səbəbi insanların bir-birləriylə tanış olmaları olaraq bildirilir. Bu müxtəliflik Allahın yaradılışındakı bir gözəllikdir. Bir insanın daha uzun boylu, birinin isə qısa boylu olması, bir adamın bədəninin ağ digərinin sarı rəngdə olmasının heç bir əhəmiyyəti yoxdur. Bunlar Allahın təqdiridir və hər bir yaradılışda çox böyük gözəlliklər, hikmətlər və incəliklər qorunub saxlanmışdır. İnanan bir insan yeganə üstünlüyün təqva ilə, yəni Allah qorxusu, Allaha imandakı üstünlüklə olduğunu çox yaxşı bilir. Allah Hucurat surəsində bu həqiqəti bu şəkildə bildirir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.(Hucurat surəsi, 13) Bir vəhşilik olaraq qarşımıza çıxan irqçi anlayışın elmi əsası üzərində dayanmaqda da fayda vardır. Çünki bu dayaq, dünyada hökm sürən bir çox səhv ideologiyalarla eynilik təşkil edir. Materializm, kommunizm və vəhşi kapitalizm də eynilə guya elmi dayağa əsaslanır və onunla güc qazanır. Məhz, bu dırnaq arası elmi dayaq Darvinin təkamül nəzəriyyəsidir. Təkamül nəzəriyyəsinin adını ilk dəfə eşidənlər bunun yalnız biologiyanın diqqət mərkəzinə aid olduğunu və öz həyatları baxımından bir əhəmiyyət daşımadığını düşünə bilərlər. Lakin təkamül nəzəriyyəsi bioloji bir anlayış olmaqdan əlavə, tanınmış kütlələri öz təsiri altına almış bir çox səhv fəlsəfənin əsasını əmələ gətirər. İrqçiliyin “Dırnaq Arası” Elmi DayağıDarvin, nəzəriyyəsini ilk ortaya atdığı vaxt dövrün alimləri arasında məşhur bir nəzəriyyə deyildi. Xüsusilə də paleontoloqlar, onun bu iddiasının təxəyyül məhsulundan başqa bir şey olmadığının fərqində idilər. Ancaq buna baxmayaraq, Darvinin nəzəriyyəsi getdikcə özünə daha çox dəstək tapdı. Çünki Darvin, bu nəzəriyyə ilə, 19-cu əsrin hakim güclərinə əldə edilməyən bir təməl təmin etmiş olurdu. Təkamül fikri, Darvinin Növlərin Mənşəyi adlı kitabıyla geniş şəkildə yayılarkən, avropalılar da digər qitə və mədəniyyətlərə yayılmağı davam etdirirdilər. Başda İngiltərə və Fransa olmaqla, Avropalı dövlətlər Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini, Afrikanın demək olar hamısını və Latın Amerikasının bir hissəsini öz müstləməkəçilikləri altına salmaqla məşğul olurdular. Şimali Amerikada isə qırmızıdərili qırğını davam edirdi. Bir sözlə 19-cu əsrin ikinci yarısında, Qərb mədəniyyətləri digər mədəniyyətləri qarət edirdi. Heç bir səlahiyyətə sahib olmadıqları halda bir ölkəni zorla ələ keçirir, sonra da bu ölkədəki insanlara təzyiq göstərir və ölkənin təbii ehtiyyatlarını ələ keçirirdilər. Ancaq Qərb, özünü etdiklərini qanuni bir hal kimi göstərə biləcək bir izah tapmaq məcburiyyətində hiss edirdi. Darvinizm bu məqamda imperialistlərə böyük bir fürsət təqdim etdi. Bu nəzəriyyəylə birlikdə istismar edilən xalqların “bir növ heyvan” olduqları düşüncəsinə “dırnaq arası” elmi dayaq göstərmək mümkün hala gəlmişdi. Darvin, nəzəriyyəsinin insan haqqındakı fəslini, 1871-ci ildə nəşr olunan insanın törəməsi adlı kitabında izah etdi. Bu kitabda insanın meymunlarla eyni bir atadan gəldiklərini irəli sürürdü. Ancaq Darvinin maraqlı bir düşüncəsi daha vardı. Ona görə bəzi irqlər digər insanlara görə daha çox təkamülləşmiş və inkişaf etmişdi. Bəzi irqlər isə, demək olar ki, hələ meymunlarla eyni səviyyədə idi.
Darvinin nəzəriyyəsinin ikinci bir əhəmiyyətli istiqaməti də vardı. Darvin, canlıların və insanların inkişafını “həyat mübarizəsi” anlayışına əsaslandırırdı. Ona görə də, təbiətdə mərhəmətsiz bir həyat mübarizəsi, daimi bir qarşıdurma var idi. Güclülər həmişə zəiflərə qalib gəlir və inkişaf da bunun sayəsində mümkün olurdu. Darvin, bu həyat mübarizəsi anlayışının insan irqləri arasında da keçərli olduğunu qarşıya qoydu. Növlərin Mənşəyi kitabına qoyduğu alt başlıq belə, onun insanlara irqçi bir baxımdan baxdığını göstərirdi: “Növlərin mənşəyi, təbii seleksiya və həyat mübarizəsində əlverişli irqlərin qorunması yoluyla”. Darvinə görə əlverişli irqlər, avropalılar idi. Qırmızıdərililər, afrikalılar və digər hər cür yerli xalq isə təkamül müddətində inkişaf cəhətdən geri qalmış irqləri əmələ gətirirdilər. Bu səhv anlayışa görə, insanların meymunları və ya digər heyvanları əhlilləşdirmələri və onlardan istifadə etmələri necə qanunidirsə, bu inkişaf cəhətdən geri qalmış irqləri əhlilləşdirmələri, onları kölə olaraq istifadə etmələri, torpaqlarını ələ keçirmələri, hətta öldürmələri də o qədər qanuniydi. Darvin kitabında bu irqlərlə əlaqədar belə deyirdi: Bəlkə də əsrlər qədər davam etməyəcək yaxın bir gələcəkdə mədəni insan irqləri vəhşi irqləri yer üzündən tamamilə siləcək və onların yerinə keçəcək. Digər tərəfdən insanabənzər meymunlar da, şübhəsiz ki, aradan götürüləcəklər. Beləcə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək.(12) Bu ifadələrindən də aydın olduğu kimi, Darvin tam bir irqçi idi. Avropalıların, dünyanın digər irqlərindən üstün olduğunu və onları vaxt ərzində kölələşdirib yox edəcəklərini düşünürdü. Darvinin irəli sürdüyü təkamül nəzəriyyəsinin cəmiyyətlərə tətbiq olunması ilə inkişaf edən bu nəzəriyyə, sosial darvinizm olaraq adlandırıldı və həm imperializmin ən böyük qanunilik səbəbi, həm də irqçiliyin ən böyük dayağı halına gəldi. Sosial darvinizmin ən böyük populyarlıq qazandığı ölkələrdən biri isə Almaniya oldu.
Nasistlər və darvinizmNeo-Nasistlərin Darvinin təkamül nəzəriyyəsindən ilham almaları bir təsadüf deyil. Çünki darvinizm, əvvəldən bəri nasist ideologiyasının ayrılmaz bir hissəsi olmuşdur. Nasizm, 1-ci dünya müharibəsindən məğlubiyyətlə ayrılan Almaniyada yarandı. Nasist Partiyasının lideri, ehtiraslı və təcavüzkar bir şəxsiyyətə sahib olan Adolf Hitler idi. Hitlerin dünya görüşünün əsasını isə irqçilik təşkil edirdi. Hitler alman millətinin əsl ünsürünü əmələ gətirən Ari irqinin, digər bütün irqlərdən üstün olduğuna və onları idarə etməsinin lazım olduğuna inanmışdı. Ari irqin yaxın gələcəkdə min illik bir dünya imperiyası quracağını xəyal edirdi. Hitlerin bu irqçi nəzəriyyələrinə tapdığı elmi dayaq isə Darvinin təkamül nəzəriyyəsi idi.
Hitlerin fikirlərinə dəyər verən şəxslərdən biri isə, irqçi Alman tarixçi Henrix fon Treitcshke idi. Treitcshke, Darvinin təkamül nəzəriyyəsindən xeyli təsirlənmiş və irqçi fikirlərini də Darvinizmə əsaslandırmışdı. “Xalqlar ancaq Darvinin həyat mübarizəsinə bənzər güclü bir rəqabət aparmaqla inkişaf edə bilər” deyirdi. Treitcshkenin digər bir ifadəsi isə onun digər irqlərə olan münasibətini ifadə edirdi: Sarı xalqlar incəsənət qabiliyyətlərindən və siyasi azadlıq anlayışından məhrumdurlar. Qara irqlərin vəzifələri isə ağlara xidmət etmək və sonsuza qədər ağların nifrətinə hədəf olmaqdır... (çünki) əlaltılar olmadan heç bir mədəniyyət mövcud ola bilməz ... (13) Darvinizmin və nasizmin inkişafında böyük bir rolu olan, bu sosial darvinizmin faşist şərhi, Fridrix Nitsşenin Darvini mənimsəməsiylə ilk əhəmiyyətli addımlarından birini atmışdı. Nitsşe, insanların çoxunu “kölə əxlaqı”na sahib səfillər olaraq görür, ancaq aralarındakı az sayda bir qrupun “üstün-insan” olduğunu düşünürdü. Eyni ayrı-seçkilik irqlər arasında da vardı, irqlərin çoxu səfildi, ancaq biri “üstün irq” idi. Bu xüsusiyyətlərin meydana gələ bilməsi üçün də davamlı bir döyüş və mübarizənin vacibliyinə inanırdı. Döyüşün zəruri olaraq baş verən bir pislik kimi deyil, irqlərin və ya millətlərin inkişafını təmin edən bir yaxşılıq olaraq qəbul edilməsi, Nitsşedən sonra, hər cür irqçiliyin və milliyyətçiliyin də əsas inanclarından biri halına gələcəkdi. Nitsşenin aşağıdakı sözü də bu yanaşmanı çox aydın şəkildə ifadə edir: Vicdandan, mərhəmətdən, bağışlamadan, insanların bu daxili zalımlıqlarından xilas olun, gücsüzlərə təzyiq göstərin, cəsədlərinin üstünə dırmaşın... (14) Bu sözlərdən də aydın olur ki, dinsiz bir sistemin meydana gətirdiyi məntiq pozğunluqları sərhəd tanımır. Bu ifadələrdə, Allah qorxusu olmayan insanların zalımlıqda, insafsızlıqda, eqoizmdə bir sözlə hər cür şeytani xüsusiyyətdə nə qədər irəli gedə biləcəkləri görünür. Hitler də nəzəriyyələrini inkişaf etdirərkən, Darvinin həyat mübarizəsi fikrindən ilham aldı. “Mübarizəm” adlı məşhur kitabının adını, bu həyat mübarizəsi fikrindən ilhamlanaraq müyyənləşdirmişdi. Hitler də, eyni Darvin kimi, Avropalı olmayan irqləri meymunlarla eyni mövqedə hesab edir və belə deyirdi: Şimali Avropa almanlarını bəşəriyyət tarixindən çıxarsanız, geriyə meymun rəqsindən başqa bir şey qalmaz.(15) Nasistlərin təkamülçü fikirlərinin əsasında, “yevgenika” anlayışı dururdu. Yevgenika, şikəst və xəstə insanların ayırd edilməsi və sağlam fərdlərin çoxaldılması yolu ilə bir insan irqinin “islah edilməsi” mənasını verirdi. Bu nəzəriyyəni ortaya atan kəslər də ehtimal edilə biləcəyi kimi darvinistlər, belə ki, Charles Darvinin oğlu Leornard Darvin və əmisi oğlu Francis Galton idi.
Yevgenikanı Almaniyada ilk mənimsəyən və yayan adam isə, məşhur təkamülçü bioloq Ernest Hekkel oldu. Hekkel, Darvinin yaxın bir dostuydu və ona həmişə fikirlər verirdi. Bunlardan biri də şikəst körpələrin vaxt itirilmədən öldürülməsi, beləcə təkamülünün sürətləndirilməsiydi. Hekkelin başqa bir fikri cüzam xəstələrinin, xərçəng xəstələrinin və ruhi xəstələrin ağrısız bir şəkildə öldürülmələrinin vacibliyi idi. Əgər bu insanlar öldürülməsələr cəmiyyətə yük olmaları qaçınılmaz idi. Hitler hakimiyyətə gəldikdən sonra Hekkelin fikirlərini öz rəsmi siyasəti halına gətirdi. Ruhi xəstələr, şikəstlər, anadangəlmə korlar və irsi xəstəliklərə sahib olanlar, xüsusi mərkəzlərdə toplandılar. Bu səhv anlayışa görə, Alman irqinin xalisliyini və “guya” təkamülün inkişafını pozan bu kəslərə parazitlər kimi baxılırdı. Necə ki, bir müddət sonra cəmiyyətdən təcrid olunan bu insanlar, Hitlerdən gələn gizli bir təlimatla öldürülməyə başlandı. 2-ci Dünya müharibəsində məğlub olan nasist imperiyası, arxasında milyonlarla günahsız insanın qanını qoyaraq tarixə basdırıldı. Amma nasist ideologiyasına zəmin hazırlayan sosial darvinizm düşüncəsi, yaşamağa davam etdi. Burada izah edilənlər bir çox insanın bildiyi mövzulardır. Ancaq tarixdə baş verən və dövrümüzə qədər öz təsirini davam etdirən bu hadisələrdən ibrət alan insanların sayı isə çox azdır. İnsanların yalnız müxtəlif bir irqə mənsub olduqları və ya fiziki bir qüsura sahib olduqları üçün vəhşicəsinə və mərhəmətsiz üsullarla qətlə yetirilməsi, bunu edən insanların sahib olduqları xəstə və azğın ruhun ən aydın dəlilidir. İnsanların xəstə və azğın bir ruha sahib olmalarının səbəbi isə dinsizlikdir. Dinsizlik olduğu müddətcə insanlardan hər cür anormallıq, mərhəmətsizlik, azğınlıq gözlənilməlidir. Belə insanların arxasınca gedən və qeyd-şərtsiz bu “xəstə” düşüncəli insanlara itaət edən milyonlarla insanın mövcud olması da dinsizliyin başqa bir göstəricisidir. Allahdan qorxub çəkinən və bütün gücün Allaha aid olduğunu bilərək, Ona təvəkkül edən bir insan əsla belə zalımlıqlara və azğınlıqlara boyun əyməz. Digər insanları da bu cür insanların boyunduruğundan xilas etmək, onlara doğru olanı göstərərək onları oyandırmaq üçün cəsarətli və təsirli bir səy göstərər. Məsələn? hz. Musa, Hitler və Mussolini ilə eyni irqçi və zalım diktator zehniyyətinə sahib olan Firona qarşı tək başına mübarizə aparmış və İsrail oğullarını onun zülmündən xilas etmişdir. Hz. Musaya bu gücü verən onun Allaha olan güclü imanı və bu imanın ona qazandırdığı üstün əxlaqı və vicdanıdır. Hz. Musanın Fironun qarşısına çıxdıqda dedikləri onun Allaha olan imanını və təslimiyyətini aydın şəkildə göstərir: Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu. Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər”. (Əraf surəsi, 103-105)
“İrqçiliyin” Afrika Qitəsinə Gətirdiyi Şiddət Dolu İllər
Neçə illərdən bəri Afrika qitəsinin adı həmişə qarşıdurmalar, müharibələr, aclıq və səfalətlə bir çəkilmişdir. Haqq dinin yaşanmamasından, batil fikirlərin ardınca gedilməsindən qaynaqlanan mənfəət qarşıdurmaları üzündən bölgədəki iğtişaşlar sona çatmır. Bu qitənin insanları, 1950-ci illərə qədər müstəmləkəçi ölkələrin hər cür zülmü və irqçi münasibətləriylə üz-üzə qalmışdılar. 1950-ci illərdə Afrikada yalnız 4 rəsmi müstəqil ölkə vardı. 1962-ci ildə isə bu göstərici otuza yüksəlmişdi. 1977-ci ildə isə bir neçə ölkədən başqa bütün qitə müstəqil idi. Ancaq bu müstəqillik yalnız görünüşdəydi, xüsusilə də xalq baxımından belə idi. Çünki keçmiş müstəmləkəçi rəhbərliklərin çıxıb getməsinə baxmayaraq, ölkənin idarəsi yenə də xalqın əlində deyildi. Bir çox Afrika ölkəsi olduqca avtoritar, repressiv və zalım diktatorların idarəçiliyi altına daxil olmuşdu. Bu diktatorların hamısı keçmiş müstəmləkəçi güclərə, yəni qərbli böyük dövlətlərə bağlı idilər. Buna görə də müstəqillik əldə etmək ölkələrə azadlıq gətirməmiş, əksinə hərbi repressiv rəhbərliklərlə üz-üzə gəlmişdi. Bununla da bu diktator rəhbərliklərə qarşı birləşən xalqlarla rəhbərliklər arasında döyüşlər başladı. Ancaq bu rəhbərliklər də bu vaxt boş durmur, xalqın içindəki etnik azlıqları qızışdıraraq onların arasında bir müharibə yaratmağı hədəfləyirdilər. Zairdə iki qəbilə arasında baş verən müharibə, 20-ci əsrdə irqlər arasında baş verən qarşıdurmalara çox əhəmiyyətli bir nümunədir. 1997-ci ilin yaz aylarında 5 böyük ölkəni, Zair, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bir bölgəyə təsir edən bu müharibə iki böyük qəbilə olan Hutu və Tutsi qəbilələri arasında baş verdi. Çox böyük bir səfalətin yaşandığı bölgədə 1960-cı illərdə müstəqillik elan edilmiş, lakin ölkə müstəmləkəçi qərbli dövlətlərin boyunduruğundan bir cür xilas ola bilməmişdi. 1964-cü ildə Amerikanın dəstəyiylə hakimiyyətə gələn Polkovnik Cozef Mobutu isə ölkəsinin əlindəki bütün mineral ehtiyatları qərbli ölkələrə xüsusilə də ABŞ-ın üzünə açdı. Ölkənin sosial sabitliyi üçün heç bir şey etməyən Mobutu illərlə öz sərvətini artırdı və diktator sistemiylə xalqın bütün tələblərini və yüksələn səslərini basdırdı. Ölkədəki inflyasiyanın 6000%-i keçdiyi bir dövrdə isə bölgəni əmələ gətirən iki qəbilə arasında çox böyük bir qarşıdurma başladı. Bu qəbilə müharibələri çox böyük bir soyqırıma da səhnə oldu. Bir milyona yaxın insan öldü. Köç edən on minlərlə insan meşələrdə aclıqla, səfalətlə, epidemik xəstəliklərlə mübarizə apardı və çox böyük bir hissəsi öldü. Vəhşicəsinə qırğınlar baş verdi. Belə ki, kiçik uşaqlar, körpələr belə başqa bir qəbilədən olduqları üçün öldürüldülər.
Etnik irqlər arasında baş verən müharibələr, yəni “soy qoruyuculuğu”, bir çox ölkə daxilində vəhşi səhnələrin yaşanmasıyla nəticələndi. Allah Quranda dindən uzaq cahiliyyə insanlarının bu nifrət dolu soy qoruyuculuqlarına belə diqqət çəkmişdir: Kafirlər öz qəlbində təkəbbürlüyə – cahilik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26) İstər burada nümunələrini gördüyümüz Afrika ölkələrində, istərsə də dünyanın dörd hər bir yerində yaşanan irqçi cərəyanlar, məhz dinsizliyin bu qaranlıq üzünü ortaya çıxarır. Bu qaranlıq üzün yox edilməsi isə ancaq haqq dinin dünyada yaşanması və yaşadılması ilə mümkün ola bilər.
|