< <
12 / total: 14

Dinsiz Cəmiyyətlərdə Yaşanan Zülm və İğtişaşlar

Əvvəlki hissələrdə araşdırdığımız kimi, dünyanın hər bir yerində, Kosovada, Kəşmirdə, Fələstində, Çeçenistanda və daha bir çox ölkədə müsəlmanlar fasiləsiz və amansız zülmlərə, böyük çətinliklərə məruz qalır. Edilən bu tətbiqlərin bir-birindən müstəqil şəkildə inkişaf etdiyini düşünmək çox səhv bir yanaşmadır. Bu qarşıdurmaların ölkələrin siyasi və coğrafi mövqelərindən qaynaqlandığını düşünmək isə çox məhdud bir dünyagörüşü olacaq. Çünki tarix boyu baş verən bütün müharibələr bizə göstərmişdir ki, harada olursa olsun edilən bu zülmlərin arxasında duranlar və bu döyüşlərdən mənfəət qazananlar vardır. Bütün bunlar müsəlmanlar tərəfindən görülməli, bilinməli və təsbit edilməlidir. Əks təqdirdə inkişaf edən hadisələr sadə və adi səbəblərə əsaslanar və heç kim bunlara bir çıxış yolu tapmaq üçün hər hansı bir təşəbbüs göstərməz.

Xüsusilə də 20-ci əsr bu zülmlərin ən yuxarı səviyyəyə qalxdığı bir əsr olmuşdur. Müharibələrin, zülmlərin arxasında duran cərəyanların içində başda gələn isə materialist fəlsəfəni müdafiə edən, dini, əxlaqı, ailə birliyini köklü surətdə rədd edən kommunizmdir. Kommunizmin tətbiq edildiyi ölkələrdə din olmadıqda nələr baş verəcəyini tarix, sənədləriylə bütün insanlara sübut etmişdir. Bu zorakı sistemi daha yaxşı başa düşə bilmək üçün sadəcə kommunist bir sistemi ölkəsində illərlə zorla tətbiq edən Rusiyanın tarixinə və bu bügünkü vəziyyətinə bir az göz gəzdirmək kifayətdir.

 

 

 

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.
(Nəhl surəsi, 61)

Zulüm ve Kargaşa

Bütün Proqramlarını Dinsizlik Əsasında Quran Kommunizmin Tarixdə Qoyduğu İzlər

Friedrich Engels ve Karl Marx

Friedrich Engels ve Karl Marx

Dialektik materializmin yaradıcıları və kommunizmin baniləri olan Marks və Engels qatı bir ateistdirlər. Kainatdakı bütün inkişafların qarşıdurmalar sayəsində əldə edildiyini iddia etmişdilər. Bu düşüncəyə əsaslanaraq məqsədlərinə ancaq kommunist inqilab həyata keçirməklə çata biləcəkləri qənaətinə gəlmişdilər. Dinə qarşı çox böyük bir düşmənçilik bəsləyən bu iki ideoloq, fikirlərini həyata keçirə bilmək üçün ilk növbədə dinin aradan qaldırılmalı olduğunu müdafiə etmişdilər. Marks və Engelsin bu planlarına görə kommunist tədbirlər əvvəlcə Allah inancı və din maneəsi aradan qaldırılaraq başlaya biləcəkdi. Marks bəlkə də bu fikirlərini həyata keçirə bilməmişdi, ancaq onun ölümündən sonra bu inqilab layihəsini həyata keçirən adam Lenin olmuşdu.

Kommunist xadimlərlə birlikdə həyata keçirdiyi qanlı bir vətəndaş müharibəsindən sonra hakimiyyəti ələ keçirən Lenin, özündən sonra da necə qanlı bir siyasət aparılacağının da işarələrini vermişdi. Özünə və kommunist sistemə qarşı çıxan hər kəsi güllələmiş, ölkə daxilində baş verən vətəndaş müharibələri tam üç il davam etmiş, Rusiya tam bir xarabalığa çevrilmişdi. Lenin bu qanlı müharibənin sonunda dünyanın ilk totalitar tək partiya diktatorluğunu qurmuşdu.

Bu dövrdə Rusiya iqtisadi baxımdan tamamilə iflic bir vəziyyətə düşmüş, kasıb xalqdan zorla vergi alınır, aclıq və səfalət dərəcəsi getdikcə artırılırdı. İstehsal sahələri, fabriklər, müəssisələr milliləşdirilmiş və bu təşəbbüslərə də heç kim qarşı çıxmamışdı. Qarşı çıxanların aqibətinin necə olacağını hamı çox yaxşı bilirdi.

Tətbiq etdiyi siyasətlərlə yaxınlarının belə nifrətini qazanan Leninin 1924-cü ildəki ölümündən sonra Kommunist Partiyanın başına dünyanın ən qanlı diktatoru sayılan Stalin keçdi.

Lenin

Komünist lider Lenin döneminde yaşanan kıtlık, onbinlerce masum insanın ölümüne sebep oldu. Lenin ve sonra da Stalin döneminde yaşanan bu kıtlıkların nedeni, halkı beslemek için kullanılacak imkanların ideolojik hedefler için harcanmasıydı.

Stalin 30 il davam edən hakimiyyəti ərzində, sanki kommunizmin nə cür mərhəmətsiz bir sistem olduğunu sübut etməyə çalışırmış kimi vəzifəsini davam etdirdi. Qırğınların, cinayətlərin, işgəncələrin ardı arxası kəsilmirdi. Ölkəni “kommunizm layihəsini” həyata keçirmə adı altında aclıq və səfalətə məhkum etmək, zorakı rəhbərlik, kəndlilərin zorla işlədilməsi, dini yaşama hüquqlarının tamamilə əllərindən alınması, bütün bunların hamısı bu qanlı diktatorun dövründə sürətləndirilmişdi. Stalinin ilk vacib işi, Rusiya əhalisinin 80%-ni təşkil edən kəndlilərin torpaqlarını dövlət adı altında ələ keçirmək oldu. Xüsusi mülkiyyəti yox etməyə yönəlmiş bu siyasətin tələbinə uyğun, rus kəndlilərinin bütün məhsulu silahlı şəxslər tərəfindən toplandı. Bunun nəticəsində, çox şiddətli bir aclıq baş verdi. Yeməyə heç bir şey tapa bilməyən milyonlarla qadın, uşaq və yaşlı aclıqdan həyatını itirdi. Qazaxıstan əhalisinin 20 faizi aclıqdan öldü. Qafqazda ölənlərin sayı bir milyonu keçdi.

Stalin, bu siyasətinə müqavimət göstərməyə çalışan yüz minlərlə insanı isə, Sibirdəki iş düşərgələrinə göndərdi. Məhbusların çox ağır şərtlərdə ölənədək işlədildikləri bu düşərgələr, bu insanların çoxuna məzar olacaqdı. Digər tərəfdən on minlərlə insan, Stalinin gizli polisi tərəfindən edam edildi. Aralarında Krım ya da Türküstan türklərinin də olduğu milyonlarla insan, Rusiyanın uzaq bölgələrinə zorla sürgün edildi.

Stalinin bütün bu qanlı siyasəti nəticəsində təxminən 20 milyon insan qətlə yetirildi. Tarixçilərin bildirdiyinə görə, o bu vəhşilikdən xüsusi bir həzz alırdı. Kremldəki iş stolunun arxasında əyləşib, toplama düşərgələrində öldürülən ya da edam edilən insanların sayını göstərən siyahıları yoxlamaqdan böyük həzz alırdı.

Stalinin dövründə anarxiya və terror yalnız sistemi tənqid edənlər və ziyalılara zərər verməklə kifayətlənməmiş, kommunist xadimlərin hücumları elə şiddətlənmişdi ki, hər kəs özünü təhdid altında hiss edirdi. Xalq kütlələr halında “Qulaq” adı verilən toplama düşərgələrinə gətirilir və qətlə yetirilirdi. Stalin terror sayəsində ölkənin bütün əhalisi üzərində mütləq hakimiyyət sahibi oldu. 30 il hakimiyyətdə qalan Stalin öldükdən sonra geridə qalan, kasıb və yazıq bir xalq idi.

Stalin

Stalin, kanlı politikaları sonucunda yaklaşık 20 milyon insanı katletti. Tarihçilerin bildirdiğine göre, bu vahşetten özel bir zevk duyuyordu. Stalin döneminde anarşi ve terör, sadece sistemi eleştirenlere ve aydınlara zarar vermekle kalmamıştı. Ülkede o denli zalim bir korku rejimi kurulmuştu ki, herkes kendini tehdit altında hissediyordu.

Rusiya nümunəsində də gördüyümüz kimi, dinsizliyin hakim olduğu cəmiyyətlərdə insanların dinclik və xoşbəxtlik tapması, gözəl bir həyat yaşaması qeyri-mümkündür. Çünki dinsizlik insanları öz mənfəətləri üçün hər cür günahı işləməyə, hətta yeri gəldikdə həzz almaq üçün adam öldürməyə, insanlara, uşaqlara zülm etməyə sövq edər. Bugünkü rus cəmiyyətinə baxdıqda isə uzun illər yaşadıqları din əleyhdarı sistemin dağıdıcı təsirləri hələ də müşahidə olunur. Ciddi mənada degenerasiya olmuş, əxlaqi dəyərlərdən uzaqlaşmış insanlar mövcuddur. Məhz bu dağılmış sistemin bərpa edə bilməsi də ancaq İslam əxlaqının öyrədilməsi və bu yolla insanlara mənəvi dəyərlərin qazandırılmasıyla mümkün ola biləcək.

Komünizm

Dinden uzak bir model olan komünizmin uygulandığı toplumlarda, açlık, sefalet, kargaşa, zulüm kaçınılmaz olarak yaşanmaktadır.

Maonun Ölkəsində İllərdən Bəri Davam Edən Zülm

Stalin, kommunist inqilab layihəsini Rusiyada həyata keçirdi və beləliklə də özündən sonra geridə 20 milyon ölmüş insan qoyub getdi. Bundan sonra da başqa bir kommunist rejim də Çində quruldu.

Mao Che Tungun rəhbərliyindəki kommunistlər, uzun illər davam edən bir vətəndaş müharibəsi nəticəsində, 1949-cu ildə, hakimiyyətə gəldilər. Mao, 1949-cu ildən 1976-ci ilə qədər özünə böyük dəstək verən müttəfiqi Stalin kimi, zalım və qanlı bir rejim qurdu. Maocu dövr olaraq məlum olan bu müddətdə Çin, çoxsaylı siyasi edama səhnə oldu. Ordunu, kommunist partiya tərəfindən qurulan qadın və kişilərdən ibarət olan kommunist birliklər meydana gətirirdi. Sonrakı illərdə Maonun “Qırmızı Keşikçilər” deyə adlandırdığı gənc xadimlər, ölkəni tam bir terror mühitinə apardı.

Mao Tse Tung

Mao, döneminde kendini adeta bir ilah gibi gösterecek posterler hazırlattırarak, halkının beynini yıkamaya çalışmıştır.

“Sosialist dəyişmə və bərabərlik hüquqları” adı altında daha əvvəl Rusiyada tətbiq olunan iqtisadi rəzalətin bir surəti Çində də yaşanmağa başlandı. Hekayə yenə eyni idi. “Sinfi mübarizə” adı altında xalqın bütün hüquqları əllərindən alınır və malları dövlətin xeyrinə müsadirə olunurdu. Məhz Çində də, özlərini yoxsulların sığınacağı və xalqın xilaskarı olaraq göstərən kommunist diktator rəhbərliyi, Rusiya nümunəsində olduğu kimi xalqın torpaqlarını, heyvanlarını, məhsullarını və bütün mülklərini ələ keçirdi.

Bütün bunların “sosialist dəyişmə”nin tələbi olduğunu deyib, hər şeyi dövlət mülkiyyətinə keçirdilər. “İctimai ədalət”ləri hakimiyyətdəkiləri və tərəfdarlarını ayaqda tutmağa və varlandırmağa yönələrkən, “hüquqlarının müdafiə olunduğu” iddia edilən xalq isə aclıqdan ölürdü. Ölkədə iqtisadi problemlər get-gedə böyüdü və problemlərin həll edilməsi üçün radikal islahatlar həyata keçirildi. Sınaqdan keçirilən hər islahat ictimai problemi daha da artırdı. Hər müvəffəqiyyətsizliyin nəticəsində yüz minlərlə hətta milyonlarla insan öldü. Sahəsi olduqca geniş olan ölkədə Mao öz xalqına və xüsusilə də etnik azlıqlara qarşı böyük bir soyqırım həyata keçirdi.

Hər cür səlahiyyəti öz əlində saxlayan kommunist partiya iyerarxiyası və diktator lider Mao, ölkəni tamamilə içə bağlayaraq, kütləvi informasiya və rabitə azadlığını öz əlinə keçirdi. Ən kiçik bir tənqid və ya hökumətin apardığı siyasətə qarşı həyata keçirilən şifahi bir etiraz nümayişinin qarşılığı isə edam oldu. Etnik azlıqların mədəniyyətini, tarixini, dil zənginliyini izah edən və yazan yazıçılar, rəssamlar və alimlər bu qanlı diktator tərəfindən kütləvi halda məhv edildilər. Hələ də kommunist Çində baş verən hadisələri BMT daxilindəki heç bir təşkilat və partiya doğru və əskiksiz bir şəkildə öyrənə bilmir. Bu mövzudakı ən əhəmiyyətli nümunə əvvəlki hissələrdə bəhs etdiyimiz Şərqi Türküstandakı uyğur türklərinə qarşı həyata keçirilən soyqırımdır.

Dini inancların yox edilməsi hər kommunist rejimin əsas hədəfidir. Bunun üçün sistemli bir təzyiq və təbliğat üsulu tətbiq olunur. Dini inancların yerini ilahlaşdırılmış liderlərin yaratdıqları fəlsəfələr alır. Məhz Uzaq Şərqin ən əhəmiyyətli islam əleyhdarı güclərindən biri olan Çində də Mao dövründən etibarən insanlar din və vicdan azadlıqlarından məhrum oldular. Din xadimləri qorxunc işgəncələrə məruz qaldılar, məscidlər və ibadətgahlar bağlanıldı. Materialist sistemin qarşısında ən böyük və yıxılmaz mane olaraq duran dinin izah edilməsi qadağan edildi.

Marksizim

Yeni nesil, Marksist devletin uyguladığı millet, din, kültür ve tarih düşmanlıklarıyla yetişmekte.

Hər yerdə izah edilən və danışılan yeganə şey totalitar və zülmkar liderin yanılmazlığı və üstünlükləri oldu. Məktəblərdə şagirdlərə Maonun azğın fəlsəfəsini izah edən “Qırmızı kitab” oxuduldu. Əxlaq anlayışını insanın inkişafında ən zərərli şey kimi görən materialist fəlsəfə gənclərə və uşaqlara təlqin olundu. Kommunist sistemin mənfəəti üçün hər cür əxlaqsızlığın edilə biləcəyi, hətta anası belə olsa şəxsi mənfəət üçün cinayət işləyə biləcəyi öyrədildi.

Kommunist ideologiya ailə anlayışını da ölkəyə ümumi mənada zərər verən bir şey kimi görmüşdür. Bu da Çində milyonlarla ailənin dağılmasıyla nəticələnmişdir. Guya dövlət iqtisadiyyatının ehtiyacları ön planda olduğu üçün ailələr bölünmüş, uşaqlar körpələr evində böyüdülmüş və ailələr ildə ancaq bir dəfə bir yerə toplanmışdırlar.

Əslində bütün bunlar hər insan üçün əhəmiyyətli ibrətlər daşıyır. Çünki bu gün dünyanın dörd hər bir yerində hələ də kommunizmin yayılması üçün səylər həyata keçirilir. Kommunizmin yarandığı bir ölkənin düçar olacağı aqibət isə Rusiyadan və ya Çindən fərqli olmayacaq. Bir milləti qırğınların, zülmlərin, aclığın və anti humanistliyin hakim olduğu bu sistemdən qorumağın tək yolu isə, xüsusilə də gənclərin din mövzusunda məlumatlandırılmalarıdır. Həqiqi dini bilməyən və buna görə də dinin gətirdiyi əxlaqdan məhrum olan dinsiz insanlar kommunizmi asanlıqla mənimsəyə bilər. Buna görə də, materialistlər dini qarşılarındakı ən əhəmiyyətli və təsirli güc olaraq görürlər. Xurafatlardan təmizlənmiş həqiqi dinin izah olunmasıyla yanaşı, kommunizmin fundamental fəlsəfəsinin səhvləri və necə səhv bir təməl üzərinə qurulduğunun dəlilləriylə birlikdə izah olunması da bir milləti belə bir fəlakətdən qoruyacaq tədbirlər arasındadır.

Kızıl Kmerlerin Kamboçya'da gerçekleştirdikleri katliam, komünizmin nasıl bir vahşet saçtığını anlatmaya yeterlidir.

Kızıl Kmerlerin Kamboçya'da gerçekleştirdikleri katliam, komünizmin nasıl bir vahşet saçtığını anlatmaya yeterlidir.

“Həqiqi qurtuluşa aparacaq yeganə yol” yalanıyla hərəkət edən kommunist rejim, “fasilə vermədən və dayanmadan kommunizmə çatmaq” hədəfi üçün qeyri-insani işgəncələr verildi, xalqı amansızcasına zülmə məruz qoydu. Etnik cəmiyyətlərə, xüsusilə də Çinin sərhədləri daxilində yaşayan müsəlman azlıqlara qarşı hələ də davam edən işgəncələr, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən araşdırılır və məlumatlar toplanır. Həbs olunanlar özlərini müdafiə edə bilmir, əsgərlər tərəfindən başlarını həmişə əyilmiş vəziyyətdə saxlamağa məcbur edilirlər. Müsəlmanları kütləvi cəzalandırma paradları və məhbusları edamdan əvvəl paraddan keçirmək kimi zalımcasına və qeyri-insani tədbirlər həyata keçirilir.

Din Əleyhdarı Kommunist Sistemin İnsanlara Verdiyi Zərərlər

1. Əxlaq və vicdanın üstün gəldiyi hər cür anlayış aradan qaldırılıb, yerinə hüquq və azadlıqları əlindən alınmış, repressiv və totalitar rejim altında əzilən bir cəmiyyət yaradılmışdır. Əxlaq anlayışı köklü surətdə rədd edilmiş, praqmatizm məntiqi meydana gəlmişdir. Mövcud dinsiz sistemin mənfəətinə uyğun gəlməyən heç bir fəaliyyətə icazə verilməmişdir.

2. Hakimiyyətdəki diktatorun əsla səhv etməyəcəyi və həmişə doğru qərarlar verəcəyi istiqamətində təlqinlər edilmişdir. Bütün din əleyhdarı rejimlərdə (faşizm, kommunizm) başda olan liderin ilahlaşdırılması azğınlığı kommunist sistemdə ən üst səviyyədə mövcuddur.

3. Düşüncə və din azadlığı tamamilə aradan qaldırılmışdır. İbadət yerlərinə girişlər və dini izahatlar tamamilə qadağan edilmişdir. Hətta din ilə mübarizə aparmaq üçün dövlət büdcəsindən əhəmiyyətli bir vəsait ayrılmışdır.(16)

4. İqtisadiyyat tamamilə dövlətin nəzarəti altına keçmiş, investisiyalar dayanmış, fabriklər, istehsal sahələri, müəssisələr, banklar milliləşdirilmişdir.

5. Xüsusi mülkiyyətə kommunist əsgərlər tərəfindən müsadirə olunmuş, xalqın torpaqları, qazancları, məhsulları “ölkənin mənfəətləri” adı altında milliləşdirilmişdir.

6. Aclıq və qıtlıqdan milyonlarla yaşlı, qadın, kişi, uşaq qıvrılaraq ölmüş, çörək əldə etmək istəyənlər talondan asılı hala salınaraq, çox uzun növbələrdə günlərlə gözlədilmişdir.

7. İnsanlar düşərgələrdə toplanmış, kütləvi halda qətlə yetirilmiş, öldürülməyənlər də çox çətin şərtlərdə işlədilmişdir. Hətta işin tələblərinə tabe olmayan kəslər Sibir düşərgələrinə sürgün edilmişdir.

8. Daxili üsyanlar qanlı şəkildə kommunist hərbiçilər tərəfindən yatırılmış, üsyankarlar xalqın gözü qabağında güllələnmişlər.

9. Sistemi tənqid edənlər, əks istiqamətdə fikir bildirənlər istər siyasətçi, istər qabaqcıl şəxslər, istərsə də mütəfəkkir olsun asılaraq öldürülmüşdürlər.

10. Hakimiyyətdəkilər varlanmış, çox rahat bir həyat yaşamış, xalq isə səfalət içində yaşamışdır. Məsələn, kommunist rejimin hakimiyyəti dövründə sovet ittifaqında normal bir işçinin gəliri ilə yüksək bir məmurun gəliri arasında orta hesabla 25.000-30.000 rubl arası fərq olduğu məlumdur. Kommunist partiyası üzvləri 25.000 rubldan 100.000 rubla qədər maaş alırdılar. Xalqın böyük bir qisminin maaşı isə yalnız 150 rubl idi. Həmçinin bundan başqa partiya üzvləri qəsr, avtomobil, sanatoriya kimi hər cür pulsuz imkana da sahib idilər. Halbuki həqiqətdə əmək sərf edən, işləyən xalqa bu imkanlardan heç biri verilməmişdir.(17)

11. Repressiv rejimin polisləri ölkə daxilində çox böyük qorxu yaratmışdır. Xalq hər an başına bir bəla gələcəyi qorxusu içində yaşamaq məcburiyyətində qalmışdı.

12. Ölkədə qarşıdurmaların, döyüşlərin, iğtişaşların ardı arası kəsilməmişdir.

13. Məktəblərdə repressiv və totalitar təhsil yaradılmışdır. Təhsilin “bitərəf, obyektiv və siyasətdən kənar ola bilməyəcəyi” Lenin tərəfindən hər fürsətdə vurğulanırdı. 25 Avqust 1918-ci ildə təşkil edilən Sovet təhsilinin birinci konqresində dedikləri bunu aydın şəkildə ortaya qoyur: “Məktəb sahəsində fəaliyyətimizin əsl məqsədi burjuaziyanı yox etməkdir. Biz aydın şəkildə elan edirik ki, siyasətdən kənar məktəb yoxdur. Əksini iddia etmək yalan və iki üzlülükdür”. (18) Məqsəd kommunist sistemə xidmət edən, bu yolda mübarizədən başqa bir şey düşünməyən, başları keyləşdirilmiş, inancsız və əxlaqsız nəsillər yetişdirməkdir.

14. Gənclərin beyinləri dinsizliklə yuyulmuş, sülhsevər bir nəsil əvəzinə döyüşçü xadimlər yetişdirilmişdir.

15. Ailə anlayışı tamamilə aradan qaldırılmış, yeni doğulan uşaqlar ailələrindən alınıb körpələr evində böyüdülmüş, kommunist düşüncəyə və “dövlət mənfəətlərinə” zidd olan ailə anlayışı aradan qaldırılmışdır. Hətta kommunist partiyanın bir çox konfransında, “ailə əlaqələri və ailə anlayışları mövcud olduğu müddətcə inqilab gücsüz qalacaq” şəklində və buna bənzər səhv məntiqlər aydın şəkildə ifadə edilmişdir.(19)

16. İncəsənət və elmdə heç bir inkişaf baş verməmiş, pullar silahlanmağa və insan öldürməyə qoyulmuşdur.

17. Heç bir məqsəd və qayəsi olmayan gənc nəsil narkotik və alkoqol asılısı halına gətirilmiş, intihar səviyyəsi yüksəlmişdir.

18. Mətbuat nəşr azadlığı tamamilə ortadan qalxmış, nəşrlərin sistemi və lideri tərifləyən şəkildə olması zəruri hala gətirilmişdir. Əks təqdirdə nəşriyyatçılar mütləq susdurulmuşdur.

Komünist Liderlerin Katliamları
Troçki

Troçki komutasındaki Bolşeviklerin Beyazordu mensuplarını kurşuna dizmesi (üstte solda);

Stalin

Kanlı Pazar olarak anılan katliam günü (orta solda); Stalin rejiminde katledilen masum insanlar (üstte sağda);
Paris Komünü’nde kurşuna dizilen din adamları (üstte solda)

 

Komünist Ülkelerdeki Halkın Sefaleti
Komünist Ülkelerdeki Halkın Sefaleti
Komünist Ülkelerdeki Halkın Sefaleti

Komünist toplumlarda insanların günlük hayatları da büyük bir sıkıntı, zorluk içinde geçmiştir. Örneğin yukarıdaki resimde solda görülen çocuk içecek su bulamadığı için çamurlu suyu içmeye çalışmaktadır. Diğer resimlerde de dinsizliğin getirmiş olduğu sefalet açıkça gözler önüne serilmektedir.

 

12 / total 14
"Harun Yəhyanın Həll Yolu Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top