< <
4 / total: 11

Fəsil 3: Təkamül Nəzəriyyəsinin Çürük Əsasları

21-ci əsr təkamül nəzəriyyəsinin dəhşətli şəkildə yıxıldığı dövr olmuşdur. Böyük bir saxtakarlıq və yalan əsasında qurulan nəzəriyyə, 150 illik yalandan sonra qəti elmi dəlillərlə çürüdülmüş və böyük bir məğlubiyyətə uğramışdır. Bunun əsas səbəbi, darvinizmi dəstəkləyən bircə elmi dəlil belə olmaması, əksinə, bütün elmi həqiqətlərin təkamülü yalanlamasıdır. Təkamülü isbat etməli olan xəyali ara keçid formalarından heç biri belə yoxdur və ən əhəmiyyətlisi də, hələ tək bir zülalın meydana gəlməsi -yəni həyatın başlanğıcı- belə darvinistlər tərəfindən izah oluna bilməz. Darvinizm, ən böyük çöküşünü yaşamış və sözün əsl mənasıyla çürüyüb yox olmuşdur.

Kitabın sonrakı hissələrində, həyatın başlanğıcını belə izah edə bilməyən və hər cəhətdən etibarsız hala salınmış təkamül nəzəriyyəsinin dəniz canlıları baxımından necə çökdüyünü görəcəyik. Ancaq canlılardakı mükəmməllikləri araşdırarkən, təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətlərindən ümumi olaraq bəhs etməkdə fayda vardır.

Darvinistlər, canlıların guya mərhələli şəkildə inkişaf edərək var olduqlarını iddia edirlər. Buna görə də bu xəyali ara mərhələlərin izlərinə hər yerdə rast gəlinməlidir. Yəni, bir növdən digərinə keçidi təmsil edən xəyali ara növlər, keçid formalar olmalıdır. Ancaq yer üzündə bu keçid formalarının izi belə yoxdur. İndiyə qədər 300 milyondan çox fosil (daşlaşmış qalıntı) tapılmışdır, necə ki, bunların tək biri belə keçid forma deyil. Fosil qeydləri bütün canlı növlərinin yer təbəqələrində ilk ortaya çıxdıqları andan etibarən hazırkı mükəmməl hallarıyla mövcud olduqlarını göstərir. Yəni, canlılar, milyonlarla il əvvəl, bugünkü hallarıyla yoxdan yaradılmışlar. Tək bir ədəd belə ara fosil tapıla bilməməsi, darvinistlər üçün ən böyük problemlərdən biridir. Yarım funksiyalı, mərhələli inkişaf edən, əskik orqanlı canlılar yalnız darvinistlərin xəyallarını əks etdirir. Üstəlik, bunu da qeyd etmək lazımdır ki, bu, təxəyyül məhsulu qüsurlu quruluşa sahib, natamam inkişaf etmiş, aralıq canlı formalarından mükəmməl canlı qalıqlarına nisbətən minlərlə hətta yüz minlərlə dəfə çox sayda mövcud olmalıdır. Ancaq təkamülçülərin gözlədiklərindən fərqli olaraq yer təbəqələrində mövcud olan qalıqların hamısı fövqəladə nizamlılıqdakı mükəmməl canlılara aiddir.

Kembri dövrü, fosil qeydlərindəki bu mükəmməl və ani ortaya çıxışın ən böyük və ən görkəmli dəlillərindən biridir. "Kembri dövrü" olaraq adlandırılan təxminən 540 milyon il bundan əvvəlki dövrdə, günümüzdəkindən daha çox müxtəliflikdəki canlı növü, heç bir xəyali ataları olmadan, qüsursuz hallarıyla birdən-birə yer təbəqələrində ortaya çıxır. Məhz bu, darvinistlərin ən böyük məyusluqlarından biridir. Necə ki, sırf buna görə, Kembri fosillərini (daşlaşmış qalıntı) ilk tapan darvinist paleontoloq Çarlz Doolittle Walcotty, bu fosilləri 70 il gizləmişdir. (Ətraflı məlumat üçün baxın. Darwin'in Anlayamadığı Kambriyen, Harun Yəhya)

Tanınmış Darvinist Ceyms C. Qauld və Karol Qauld, bu mövzudakı çaşqınlıqlarını belə ifadə edirlər:

...Kembri fosilləri dövrümüzdə yaşayan heyvanlara oxşar bədən modellərinə malik olan heyvanları ehtiva edirdi. Buna görə də fosillər (daşlaşmış qalıntı) qəribə bir sual meydana gətirdi: Bu zəngin, müxtəlif və inkişaf etmiş ilk dəniz heyvanlarının mövcud olmasına səbəb olan qədim formalar harada idi?... (32)

Darvinistlərin qəbul etmək istəmədikləri həqiqət, yaşanmayan bir təkamül prosesinin dəlilini tapmağın qeyri-mümkün olmasıdır. Başqa bir darvinist Prof. Con Maynard Smit isə mövzu ilə əlaqədar bunları deyir:

Daşlaşmış bakteriyalar və mavi-yaşıl dəniz yosunlarının 3 milyard ildir ki, mövcud olduğuna dair çox dəlil var. Lakin müəyyən onurğasız qrupların 600 milyon il əvvəl birdən ortaya çıxmaları hələ də bir izah gözləyir. (33)

Sıçrayışlı təkamül nəzəriyyəsinin müdafiəçisi Stefen Cey Qauld isə Darvinin Kembri dövrünə aid fosil nümunələrindən keçirdiyi narahatlıq hissini belə dilə gətirir:

Fosil (daşlaşmış qalıntı) qeydləri Darvinə xoşbəxtlikdən çox kədər gətirdi. Heç bir şey onu demək olar ki, bütün mürəkkəb dizaynların ortaya çıxdığı Kembri partlamasından daha çox narahat etmədi. Kembri partlaması Darvini o qədər narahat etmişdi ki, Növlərin Mənşəyi adlı çap olunmuş kitabında bunları yazmışdı:

"Bu hadisə hələ izah edilməmişdir və həqiqətən də burada ortaya atılan fikirlərə qarşı etibarlı bir ifadə kimi irəli sürülə bilər”... Yer üzündəki həyatın ən qədim dəlilləri, Kembri dövründəki mürəkkəb onurğalı partlamasına görə idi. Bu qədər həyat forması eyni anda və ən başdan mürəkkəb bir quruluşa sahib olaraq ortaya çıxıbsa, Allahın yaratma anı üçün Kembri dövrünün əvvəlini seçdiyi iddia edilə bilməzdimi? (34)

Canlıların fosil təbəqələrində birdən mükəmməl formalarıyla ortaya çıxmaları, şübhəsiz ki, yaradılışın çox aydın bir dəlilidir. Darvinistlərin narahatlığının səbəbi də bu həqiqətin fərqində olmaları və iddia etdikləri kimi mərhələli şəkildə inkişaf edən canlıların fosil təbəqələrində iştirak etməməsidir. Necə ki, "Kembri partlayışı" ilə əlaqədar olaraq Darvin, Növlərin Mənşəyində "Avropadakı təbəqələrdə fərqli növlərə aid canlı qruplarının birdən meydana çıxması; və indiki vaxtda məlum olduğu kimi, Kembri laylarının altındakı zəngin fosil yataqlarının demək olar heç tapılmaması, şübhəsiz ki, ən ciddi problemlərdən biridir." (35) deyə yazmasına səbəb olmuşdu. Bir canlının saxta atası olmadan yer təbəqələrində mükəmməl halıyla ortaya çıxması və tək bir keçid formanın belə olmaması bu canlının təkamül keçirmədiyinin ən bariz dəlilidir. Dəniz bioloqu darvinist Riçard Ellis də, təkamülçü fikirlərə sahib olmasına baxmayaraq Darvinin mövzu ilə əlaqədar bir etirafına AquaGenesis (Suda başlanğıc) adlı kitabında belə yer verir:

Darvin, həyatın necə başladığı haqqında heç bir fikrinin olmadığını qəbul etmişdir. Həmçinin, Növlərin Mənşəyi adlı kitabında, mürəkkəb canlıların Kembri dövründə, özlərindən əvvəlki həyat formalarına aid hər hansı bir dəlil olmadan, necə ortaya çıxdığını başa düşə bilmədiyini də etiraf etmişdir.

"...Bundan daha ciddi bir problem var. Heyvanlar aləmində müəyyən bir neçə qrupa daxil olan növlərin, məlum olan daşlaşmış süxurların ən alt təbəqələrində, necə birdən ortaya çıxdıqlarından bəhs edirəm. Eyni qrupa aid mövcud növlərin hamısının tək bir atadan gəldikləri mövzusunda məni razı salan iddiaların çoxu, eyni qaydada məlum olan ən qədim növlərə də tətbiq oluna bilər. Məsələn, Kembri və Silur trilobitlərinin hamısının, Kembri dövründən xeyli əvvəl yaşamış olması lazım olan və məlum olan bütün heyvanlardan çox güman ki, fərqli bir qabıqlı heyvandan əmələ gəldiklərindən şübhə edilə bilməz... Bu nəzərdə tutduğumuz qədim dövrlərə aid zəngin fosilləşmiş yataqları niyə tapa bilmədiyimiz sualına gəlincə isə, qane edici bir cavab verə bilmirəm."(36)

Canlıların qüsursuz hallarına aid milyonlarla fosil qalığı olmasına baxmayaraq, təkamülçülərin fərz etdikləri əskik, qüsurlu xəyali keçid formaların heç cür tapıla bilməməsi təkamülçüləri aciz hala salmışdır. Əslində hər biri, təsadüflərin hər hansı bir şey meydana gətirə bilməyəcəyinin, yer üzündəki möhtəşəm həyatın fövqəladə bir Yaradılış möcüzəsi olduğunun və təkamülün böyük bir saxtakarlıq olduğunun açıq şəkildə fərqindədir. Bu həqiqəti qəbul etməmələrinin səbəbi, saxta nəzəriyyələrini bir gün sübut edəcəklərinə dair inancları deyil, materialist fəlsəfəyə olan ideoloji bağlılıqlarıdır.

Canlılar üçün bir çox orqan və sistem həyati əhəmiyyət daşıyır. Başqa sözlə, canlının, bunların mərhələli şəkildə inkişaf etməsini gözləyəcək bir vaxtı yoxdur. Onsuz da bəhsi keçən orqan və strukturların da öz-özlərinə, mərhələli şəkildə meydana gələ bilmələri qeyri-mümkündür. Bu orqanların bir çoxu, ancaq bütöv bir şəkildə -əskiksizcə- var olduqları təqdirdə istifadəyə yararlı olarlar. Qaldı ki, təkamülün mərhələli şəkildə reallaşa biləcəyi şərtlər mövcud olsaydı belə, təbii seleksiya ilə bütün bu aralıq mərhələlərdəki yararsız orqanların, sistemlərin, canlıların qüsursuz hallarına gələ bilmədən xeyli əvvəl aradan götürülmələri, yox olmaları lazım idi. Belə xəyali bir seçmə sisteminin niyə işləmədiyi də darvinistlər tərəfindən izah edilməmişdir.

Canlıların yer təbəqələrində bir anda ortaya çıxışına təkamülçü bir izah gətirə bilməyən darvinistlərin bir qismi də, "canlılar təsadüf nəticəsində kosmosdan gəldi" kimi heç bir elmi tapıntıya əsaslanmayan möhtəkir iddialara müraciət edərlər. Bəhsi keçən iddianın ən böyük tərəfdarı, Darvinin Rottweiler'ı olaraq tanınan və Darvinin pərəstişkarı olduğunu hər fürsətdə dilə gətirən ateist təkamülçü Riçard Doukinsdir. İllərlə, eynilə Darvin kimi, həyatın başlanğıcının təsadüfən palçıqlı bir suda meydana gəldiyini iddia edən Doukins, 21-ci əsrin gətirdiyi elmi nəticələr qarşısında bu iddiasından imtina etmək məcburiyyətində qalmışdır. Bunun əvəzinə, saxta ideologiyası uğrunda, "canlıların təsadüfən kosmosdan gəldiyi" kimi həddindən artıq axmaq bir iddianı müdafiə ettmişdir. Ancaq, əlbəttə ki, Doukins, amin turşusu, zülal kimi hüceyrənin ən fundamental strukturlarının kosmosda necə meydana gəldiyi mövzusunda da yenə eyni şəkildə verəcək bir cavab tapa bilməmişdir.

Darvinistlər hələ həyatın başlanğıcı mövzusunda aciz qaldıqları halda, Kembri onlar üçün, əlbəttə ki, bir digər çıxılmaz vəziyyət olaraq ortaya çıxır. Məhz buna görə də darvinistlər, əllərində elmi bir dəlil də olmadığından, ümumiyyətlə, bu əhəmiyyətli mərhələləri "hekayələrə çevirməyi" seçərlər. Elmi terminlərlə bəzədilən bu aldadıcı hekayələr, bir uşaq kitabını xatırladır. Darvinist nəşrlərdən birində sanki bir nağıl üslubu ilə izah edilən bu ssenarinin bir nümunəsi belədir:

Təxmini olaraq, 540 milyon il əvvəl yer üzündə həyat böyük bir müxtəlifliklə yarandı. Dəniz qatında bəzi canlılar sərt qabıqlara malik oldular və dövrümüzdəki heyvanların ataları olaraq birdən ortaya çıxdılar. Bu əsnada kosmik qaya parçaları planetimizlə artan bir sürətlə toqquşmağa başlamışdılar. Tədqiqatçıların proqnozlarına görə, çox böyük miqdarlarda Yer kürəsinə düşən meteoritlər həyat üçün çox əhəmiyyətli olan təbii birləşmələri yer üzünə gətirmişdilər ya da bu şəkildə Yer kürəsiylə toqquşmaları orqanizmlərin yeni bir mühitə uyğunlaşmasına səbəb olduğu üçün yer üzündə müxtəliflik meydana gəlmişdi... Artan toqquşma sürəti, keçən 550 milyon il ərzində Dünyanı suyla və həyat üçün zəruri olan digər birləşmələrlə doldurmuşdu. Bunun nəticəsində heyvan həyatının böyük qisminin meydana gəldiyi qısa bir dövr olan Kembri dövrü baş vermişdi. Daha çox xammal təmin edildikdə isə həyatın sürətli bir şəkildə təkamülləşməsi üçün böyük bir tələb yaranacaqdı. (37)

 

Bu xəyali izahlardan sonra, darvinistlərə bu suallar verilməlidir: Təsadüflər necə bir partlayış həyata keçirmişdir ki, tək bir hüceyrəsinin tək bir zülalı üzərinə minlərlə kitab yazılacaq, buna baxmayaraq hələ tam olaraq aydın ola bilməyəcək mürəkkəblikdə, mükəmməl nizama sahib canlılar əmələ gətirmişdilər? Ya da təsadüf nəticəsində toqquşan meteoritlər yer üzünə həyat gətirəcək təbii molekulları haradan tapmışdırlar? Alimlər, canlıların orqanizminin əməliyyat sistemlərini də hələ tam olaraq izah edə bilməkdə aciz qaldıqları halda, laboratoriyadakı şüurlu şərtlər altında belə tək bir zülal yarada bilmədikləri halda, təsadüflər necə olur ki, sonsuz müxtəliflikdəki bu bənzərsiz Yaradılış möcüzələrini yüz milyonlarla ildir ki, guya qüsursuzca yaradır? Əlbəttə ki, belə bir şey qeyri-mümkündür. Məhz bu iddialar Uca Allahın varlığını və Onun yaratmasındakı mükəmməllikləri qəsdən görməməzlikdən gələnlərin, nə qədər axmaq nağıllara müraciət etdiklərinin əhəmiyyətli bir nümunəsidir.

Ancaq biz, təkamülçülərin düşünmək istəmədikləri və qəsdən nəzərə almadıqları problemləri, yəni yaradılış dəlillərini dəniz canlıları baxımından qısaca olaraq xatırlayaq:

Quru canlıları ilə dəniz canlıları bir-birlərindən tamamilə ayrı anatomik xüsusiyyətlərə sahibdirlər. Suyun daxilində və havada yaşamaq bütün təfərrüatlarıyla tam fərqli canlılar olmağı tələb edir. Lakin darvinistlərin iddiası, canlıların vaxt ərzində mühitə adaptasiya olmaq üçün, tələblərinə uyğun təsadüf nəticəsində yeni orqan və sistemlər qazanaraq guya başqa canlılara çevrildikləridir. Məhz bu iddia, elmi olaraq qeyri-mümkündür, bir yalandır. Çünki iki fərqli mühitin canlıları arasında keçilməz fizioloji və anatomik maneələr vardır. Başqa sözlə, dənizdən quruya keçid və ya qurudan dənizə geri qayıdış kimi əfsanəvi izahatların elmi bir əsası yoxdur.

Təkamül Nəzəriyyəsini Çıxılmaz Vəziyyətə Salan Keçilməz Maneələr

 

Quru və dəniz canlıları arasındakı fizioloji fərqlər, darvinist izahlardakı səthi izahatlarla sovuşdurulacaq kimi əhəmiyyətsiz təfərrüatlar deyil. Bunlar, bir canlının sağ qalmasını təmin edən, ilk növbədə əhəmiyyət daşıyan və bütün bədən quruluşuna təsir edən böyük fərqlərdir. Başqa sözlə, suda yaşayan bir canlının quruda yaşaya biləcək hala gəlməsi ya da quruda yaşayan bir canlının dərin sularda yaşayacaq xüsusiyyətləri mərhələli şəkildə qazanması, bu qeyri-mümkün çevrilməyə əsasən düşünülə bilməz.

Quru və dəniz canlıları arasındakı mərhələli şəkildə dəyişmə iddiaları, ən başdan canlının ölməsi deməkdir. Bir balıq suyun olmadığı mühitə çıxarılarsa, nə qədər qısa müddət yaşayacağını hər kəs görə bilər. Balığın, havada nəfəs almasını təmin edəcək bir sistemin vaxt ərzində meydana gəlməsini gözləmək kimi bir alternativi yoxdur. Qaldı ki, bir balığı məməli heyvan etmək üçün lazım olan dəyişikliklər bununla da məhdudlaşmır. Bu canlının qan dövranı sistemi, ifrazat sistemi, bədəndəki maddələr mübadiləsi, skelet quruluşu kimi daha bir çox dəyişiklik də eyni anda reallaşmalıdır. Bu dəyişikliklər suyun altında reallaşsa, guya məməli heyvan olma yolundakı balıq, əlbəttə ki, öləcək. Əgər darvinist iddialara görə canlıdakı bu xəyali dəyişikliklər quruya çıxdıqda meydana gələcəksə, bu vəziyyətdə canlıdakı maddələr mübadiləsi və onun fiziologiyası tamamilə suya uyğun tənzimləndiyi üçün bu mühitdə də canlının gözləyəcək vaxtı yoxdur. Çox vaxt darvinistlər indiki vaxtda mövcudluğunu davam etdirən həm quruda, həm də suda yaşaya bilən canlıları (qurbağalar) iddialarını dəstəkləmək üçün istifadə edərlər. Halbuki, bu da böyük bir yalandır. Bu canlılar, hər iki mühitə uyğun, tamamilə fərqli bir maddələr mübadiləsi ilə yaradılmışlar. Suda yaşayan bir canlı quruya çıxdıqda və ya yaşadığı mühitdə, bir məməli heyvana çevrilə bilməyəcəyi kimi, bir qurbağa da çevrilə bilməz

Bütün bu imkansızlıqlarla yanaşı, bu xəyali çevrilmə üçün lazım olan xüsusiyyətlərin hamısı canlının genlərində qüsursuzca təşkil edilməli, bununla birlikdə fövqəladə mürəkkəbliklərə sahib gen hovuzuna da əlavə edilməli və üstəlik sonrakı nəsillərə köçürülə bilməsi üçün çoxalma, genlərində baş verməlidir. Təsadüflərdən gözlənilən bu çətin vəzifə, açıq-aşkar bir xəyaldır. Gen üzərində baş verəcək hər hansı bir təsadüfi müdaxilənin bu fövqəladə mürəkkəb sistemə zərər vermə ehtimalı elmi olaraq 99%, təsirsiz qalma ehtimalı isə1%-dir. Belə olduğu halda təsadüfləri bir qəhrəman, hətta bir yaradıcı güc (Allahı tənzih edirik) kimi təqdim etməyə çalışmaq böyük bir məntiq məğlubiyyətidir, hərtərəfli bir yalandır. Aydındır ki, canlıların yarandıqları mühitə uyğun, mükəmməl strukturlarını, darvinist hekayələrlə izah etmək qeyri-mümkündür

nehir manzarası

Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz.
(Həcc surəsi, 71)

Əgər təbiətdə həqiqətən də bir təkamül prosesi baş versəydi, bu təkamül prosesinin dəlillərini tapmaq olduqca asan olardı. Hal-hazırda bizlərə milyardlarla nümunə təqdim edən fosillər, belə bir təkamül prosesinin varlığını göstərən yenə milyardlarla ara fosil nümunələriylə dolu olardı. Ara canlılar, yarı inkişaf etmiş canlılar, mutasiyasını tamamlaya bilməmiş qəribə varlıqlar, məğlub olanlar, qalib gələnlər, yeni inkişaf edən orqanlar, korlanan orqanlar, bir sözlə, bu inkişaf dövrünü göstərən bütün qəribə əcaib varlıqların fosillərini tapılmalıydı. Üstəlik, bu qalıqların sayı tam inkişaf etmiş mükəmməl canlılara nisbətən xeyli çox olmalıydı. Əlbəttə ki, bütün canlılar bu xəyali hekayəyə əsasən dayanmadan təkamül prosesi keçirdiklərindən, bəhsi keçən fosil qalıqlarında yaşayan mükəmməl canlıların qalıqlarına də rast gəlinməməliydi. Dövrümüzdəki bir canlı, 400 milyon əvvəl də eynilə indiki kimi olmamalıydı. Əlbəttə ki, fosillər belə məntiqdən kənar bir ssenarini göstərmir.

Hal-hazırda 350 milyondan çox fosil tapılmışdır. Bütün fosillərdə, bütün heyvanların, tam inkişaf etmiş və tam istifadəyə yararlı bədən xüsusiyyətlərinin olduğunu müşahidə olunmuşdur. Nə olduğu müəyyənləşdirilə bilməyən, yarı inkişaf etmiş orqanlarla dolu ara canlıların fosillərindən isə əsər-əlamət yoxdur. Fosil qalıqlarında tək bir ədəd belə olsa keçid forma tapılmamışdır. Tapılan fosillərin olduqca böyük bir qismi indiki vaxtda yaşayan canlılara aiddir. Qeyd olunan vəziyyət, canlıların milyonlarla il əvvəl də, bugünkü kimi olduqlarını göstərmişdir. Başqa sözlə, eynilə genetik, molekulyar biologiya, zoologiya, biologiya, mikrobiologiya və digər bütün elm sahələrinin ortaya qoyduğu kimi, paleontologiya da canlıların heç bir təkamül prosesi keçirmədiklərini isbat edir.

Bütün yer üzü gözəlliklərlə doludur; quruda yaşayan canlılar, havada uçan quşlar və dəniz altındakı balıqlar tam olaraq yaşadıqları mühitlərə uyğun sistemlərlə yaradılmışlar. Onların sahib olduğu bu heyrətləndirici sistem Uca, Ulu və Üstün Yaradanımız olan aləmlərin Rəbbi olan Allahın əsəridir.

Təkamül yalanını göz qabağına gətirən bu əhəmiyyətli məlumatdan sonra, quru və dəniz canlılarındaki kəskin fərqlərin darvinistlərin hiyləgər iddialarını necə etibarsız hala saldığını görək.

Təkamülü qeyri-mümkün edən, quru və dəniz canlıları arasındakı əsas fərqləri belə sıralaya bilərik:

- Su və hava mühitində bədənin oksigen ehtiyacının qarşılanması tamamilə fərqli strukturlar tələb edir: Bir canlının yaşaması üçün əhəmiyyətli olan yalnız mühitdə oksigenin olması deyil. Havadakı oksigenin miqdarı sudakı oksigendən çoxdur. Ancaq balıqların tənəffüs fiziologiyası havadakı oksigeni qəbul etməyə uyğun deyil. Ümumiyyətlə, qəlsəmələr sudan kənardakı mühitdə yığılır; nazik və elastik strukturları su altında yaşamağa uyğundur. Quruda yaşayan canlılar sahib olduqları ağciyər sistemiylə ancaq nəfəs almaqla havadakı oksigeni qəbul edirlər. Məməlilərdəki ağciyər isə, üstün bir mühəndislik möcüzəsi nümayiş etdirən mikroskopik hava kisəciklərindən ibarətdir. Bunlar, ağciyərin içinə maksimum miqdardakı oksigeni qana nəql edəcək lakin minimum yer örtəcək şəkildə yerləşdirilmişdirlər. Məsələn, böyüklüyü bir insan əlindən çox olmayan insanın ağciyərindəki hava kisəciklərinin daxili divarlarının bütün səthi, bir tennis meydançasının sahəsi qədərdir. Balıqlar isə suda ərimiş halda olan oksigeni qəlsəmələriylə qəbul edərlər. Tənəffüs sistemləri quruda yaşamağa qətiyyən uyğun deyil. Sudan kənarda bir neçə dəqiqədən çox yaşaya bilməzlər.

- Su və hava mühitində bədən ağırlığının daşınması üçün zəruri olan fizioloji xüsusiyyətlər bir-birindən çox fərqlidir: Su havadan daha sıx və daha ağırdır; buna görə də içində hərəkət etmək müəyyən bir güc tələb edir. Lakin suyun sıxlığı üzməyə imkan verməklə dənizdə yaşayan canlılara bir üstünlük təmin edər. Cazibə qüvvəsinə qarşı çox azacıq bir mübarizə aparmaq və bir balıq tərəfindən əzələlərə aid bütün enerjidən irəli hərəkət etmək üçün istifadə olunur. Başqa sözlə, dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Həmçinin, balıqlardakı sümüklər, canlının onurğasına bağlı olmadıqları üçün ağırlıq daşımaq kimi bir fəaliyyət də göstərməzlər. Halbuki, quruda yaşayan canlıların sümükləri birbaşa onurğaya bağlıdır və enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edərlər. Buna görə də iki fərqli mühitin canlıları olduqları mühitdə yaşaya biləcəkləri fərqli əzələ və skelet quruluşuna malik olmalıdırlar.

- Su və hava mühitində bədən temperaturunun qorunması üçün lazım olan maddələr mübadiləsi bir-birindən çox fərqlidir: Suyun elektrik keçiriciliyi havadan 25 dəfə çoxdur; Buna görə də su mühitində temperatur itirilməsi hava mühitinə nisbətən 25 dəfə daha sürətli baş verir. Müəyyən bir miqdardakı suyu qızdırmaq üçün lazım olan istilik miqdarı, eyni həcmdəki havanı qızdırmaq üçün lazım olan miqdardan 1000 dəfə çoxdur. (38) Buna görə də soyuqqanlı balıqlar özlərini əhatə edən suyun temperaturuyla ahəngdar şəkildə yaşayarlar və temperatur itkisinin qarşısını almaq üçün demək olar ki, heç kalori sərf etməzlər. Digər tərəfdən dənizlərdə temperatur çox az dəyişir və bu dəyişmə qurudakı qədər böyük fərqlər meydana gətirməz. Halbuki, quruda temperatur çox tez və çox böyük fərqlərlə dəyişir. Bir məməli heyvanın bu kəskin temperatur dəyişikliklərinə uyğunlaşmasını təmin edəcək bir maddələr mübadiləsi vardır. Buna görə də dənizlərdəki sabit temperatura uyğun bir bədən sisteminə sahib olan bir canlı ilə qurudakı temperatur dəyişməsinə uyğunlaşma təmin edəcək müdafiə sisteminə malik bir canlı tamamilə fərqli fizioloji xüsusiyyətlərə malikdir.

- Suda və quruda yaşayan canlıların su ehtiyaclarını ödəyəcək sistemlər bir-birindən fərqlənir: Canlılar üçün qaçılmaz bir ehtiyac olması, quruda yaşayan bir canlı üçün sudan, hətta rütubətdən balanslı istifadə edilməsini zəruri edər. Məsələn, dəri su itkisinin və buxarlanmanın qarşısını alacaq şəkildə olmalıdır. Həmçinin, canlı susamaq hissinə malik olmalıdır. Halbuki, suda yaşayan canlılarda susamaq hissi yoxdur və dəriləri də susuz bir mühitdə yaşamağa uyğun deyil.

- Suda və quruda yaşayan canlıların ifrazat sistemləri tamamilə fərqli şəkildə işləyir: Suda yaşayan canlılar, başda ammonyak olmaqla bədənlərində toplanan artıq maddələri olduqları mühitdə su bol olduğunda görə dərhal süzərək bədənlərindən xaric edə bilərlər. Məsələn, şirin su balığında azot tərkibli tullantıların çoxu (yüksək miqdarda ammonyak (NH3) daxil olmaqla) qəlsəmələrdən yayılma yolu ilə xaric edilər. Böyrəklər, ifrazat sisteminin bir orqanı olmaqdan çox heyvanın su balansını qorumağa fayda verər. Dəniz balıqlarının iki növü vardır. Bunlardan birinci növə aid olan köpək balıqları, çömçəbalığı və pişik balıqları qanlarında xeyli miqdarda sidik cövhəri daşıya bilərlər. Köpək balıqlarının qanı digər onurğalılarda 0,01-0,03% olan nisbətə qarşı 2,5% sidik cövhəri daşıya bilər. Digər növə aid olanlarda, məsələn, sümüklü balıqlarda isə vəziyyət xeyli fərqlidir. Daima su itirərlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri suyu bərpa edərlər. Bədənlərindəki tullantı maddələrini xaric etmək üçün quruda yaşayan onurğalılardakından fərqli sistemlərə sahibdirlər. Başqa sözlə, bir məməli heyvan üçün mühüm əhəmiyyətə malik olan böyrək tamamilə fərqli bir sistemdir.

Bütün bu əsas fizioloji dəyişikliklərin eyni canlıda və eyni anda təsadüflər nəticəsində meydana gəlməsi, əlbəttə ki, qeyri-mümkündür. Balıqların quruya çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür mürəkkəb sistemlərə bir anda sahib olduqlarını irəli sürmək ağlasığmaz dərəcədə axmaqdır. Çünki qeyd olunan hərtərəfli dəyişikliklər saniyələr ərzində canlının genlərində qüsursuzca və əskiksizcə kodlanmalıdır. Kiçik bir əksiklik, bir səhv, bir qarışıqlıq və ya təxirə salma ciddi şikəstliklərə, ölümcül nəticələrə səbəb olacaq. 99%-nin zərərli olduğunu ifadə etdiyimiz mutasiyalar son nəticədə canlıya məhz bu qaçılmaz nəticəni gətirəcək. Burada, həmçinin bunu da qeyd etmək lazımdır ki, genetik quruluşda genlərin bir hissəsində meydana gələcək dəyişiklik çox fərqli sistemlərə təsir edə bilir. Başqa sözlə, faydalı kimi görünən bir gen düzülüşü digər tərəfdən başqa bir sistemə mənfi təsir göstərə bilər. Bütün bunlar təkamülçülərin fərz etdikləri xəyali dəyişikliklərin nə qədər inanılmaz olduğunu daha da açıq şəkildə ortaya qoyur. Bir təkamülçü olan bioloq və genetik Prof. Con Maynard Smit bu həqiqəti belə ifadə edir:

Öz funksiyasını məhsuldar şəkildə reallaşdıran mükəmməl bir orqanın bir ya da bir neçə mutasiya ilə əmələ gəlməyəcək qədər mürəkkəb olduğu görülər, həmçinin orqanın mövcud olmadığı və tamamilə inkişaf etmiş olduğu vəziyyətlər arasındakı hər hansı bir ara-keçid mərhələsinin bu funksiyanı yerinə yetirmə qabiliyyəti olmayacaq. (39)

Heç bir canlı öz bədəni üzərində bir dəyişiklik etmə qənaətinə sahib deyil. Ağıl və şüur sahibi varlıqlar olaraq insanların belə, bədənlərinə ehtiyacları istiqamətində hər hansı yeni bir orqan və ya sistem daxil etmələri qeyri-mümkündür. İlk yaradıldığı andan etibarən insan bədəni eynidir; insan nə uça bilmiş, nə dəniz altında yaşaya bilmiş, nə də yaradılış xüsusiyyətlərindən fərqli ayrı bir orqan və ya sistem yarada bilmişdir. Canlılardakı qüsursuz sistemləri ən qabaqcıl texnologiyalarla müəyyənləşdirə bilən insan heç birini öz bədəninə tətbiq etmək imkanına sahib ola bilməmişdir. Bu, insanın da, bütün canlıların da Uca Allah qarşısındakı acizliyini göstərər. Əlbəttə ki, canlılar Allaha qarşısında acizdirlər. Çünki hər varlıq özünü yaradan Allaha möhtacdır; ancaq Onun özü üçün müəyyənləşdirdiyi bir həyat tərzi daxilində yaşaya bilər. Bu canlıların hamısı Rəbbimizin "Ol" əmrinə əsasən var olmuş, yoxdan yaradılmışlar. Məhz bu həqiqətə görə, canlıların mərhələli şəkildə inkişaf etdiyinə dair aldadıcı iddialar daim, hər cəhətdən, hərtərəfli və açıq bir məğlubiyyətə uğrayır. Rəbbimiz bir Quran ayəsində belə bildirir:

Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər. (Furqan surəsi, 3)

Çarlz Darvinin Xəyalpərəstliyi Və DNT-Nin Kəşfi

Darvin 1,5 əsr bundan əvvəl cəhalət içində, canlılıqla əlaqədar olan hər şeyi olduqca sadə görürdü. 20-ci hətta 21-ci əsrin əvvəllərindəki təkamül düşüncəsi, hələ diyircəkli qələmin belə ixtira olunmadığı bir dövrdə, elektron mikroskopun məlum olmadığı elm mühitində, hüceyrəni yalnız su dolu bir şar zənn edən Darvinin elm anlayışıyla ortaya çıxdı. Halbuki, dövrümüzdəki elm, tək hüceyrəli bir canlının belə, məlum olan ən inkişaf etmiş texnologiyadan üstün sistemlərə sahib olduğunu ortaya çıxarmışdır. Üstəlik, dövrümüzdəki elm, laboratoriyalarda tək bir zülalı belə yarada bilməmiş və həyatın başlanğıcına təsadüf deyən təkamül fikrini köklü surətdə aradan qaldırmışdır.

Darvinin bu kitabın mövzusu olan dəniz canlılarına aid dünyagörüşündəki yanlışlıq sözlərində belə əks olunmuşdur:

Xarici mühitdəki bir dəyişikliyin, bir orqanın tamamilə köhnəlməsinə və növün tarixində heç vaxt görülməmiş yeni bir orqanın yaranmasına səbəb ola biləcəyini, şübhəsiz bir şəkildə fərz etsək, nə qədər çaşdırıcı və axmaq görünsə də, əlimizdəki fərziyyədən məntiqi bir şəkildə bu təklifin əldə olunduğu ortaya atılır... "Beləcə su samurları, qunduzlar, su quşları, çanaqlı bağalar üzsünlər deyə pərdəli ayaqlı yaradılmamışlar, amma ehtiyac onları ov edə bilmək üçün suya cəlb etmiş və su səthində sürətlə hərəkət edə bilmək üçün ayaqlarını uzadıb ayaq barmaqlarıyla suyu çırpmağa başlamışlar. Bu daimi uzatma üzündən, barmaqları dibdə saxlayan dəri bir uzatmaq vərdişi qazanmış və vaxt ərzində ucları bir-birinə bağlayan geniş pərdələr meydana gəlmişdir."(40)

 

Darvinin özünün də axmaq olaraq ifadə etdiyi bu izahı, həqiqi bir gözlə təkrar araşdıraq: Siz bir şeyə ehtiyac duyduğunuzu müəyyənləşdirdiniz və bunun həyatınıza çox əhəmiyyətli bir asanlıq gətirəcəyini düşündünüz. Bunun planlarını da ən qüsursuz şəkildə qurdunuz. İndi belə sual verək: Nə qədər çalışırsınızsa çalışın, bədəninizdə yeni bir orqan və ya sistem meydana gətirə bilərsinizmi? Üstəlik, bu yeni orqan bədəninizin digər hissələri ilə əlaqələndirilmiş şəkildə işləyəcək, səhv etmədən, unutmadan vəzifələrini görəcək və bədəninizin anadangəlmə bir parçası kimi öz funksiyasını yerinə yetirəcək... Belə bir şey mümkün ola bilərmi? Həmçinin, bəhsi keçən orqanla əlaqədar hər cür təfərrüatın genetik şifrələr halında, səhvsiz olaraq DNT-nizdə kodlanmasını təmin edə bilərsinizmi?

Bunu nə qədər istəsəniz, bunun üçün nə qədər çox çalışsanız da öz bədəninizdə yeni bir orqan meydana gətirə bilməzsiniz. Bəs sizin bunu bacarmağınız qeyri-mümkün olduğu halda, bir heyvanın-Darvinin nümunə göstərdiyi kimi bir qunduzun-öz-özünə ehtiyacını ödəməsi, sırf ehtiyac duyduğu üçün ayaqlarını çırparaq pərdəli ayaqlar meydana gətirməsini necə düşünmək olar? Bu, ancaq Darvinin primitiv elm anlayışına uyğun gələn cəhaləti əks etdirən bir iddiadır. Darvin kitabında, dəniz canlıları ilə əlaqədar elmdənkənar, primitiv hekayələrinə belə davam etmişdir:

...Əsrlər boyu təsadüf nəticəsində ortaya çıxmış və hər hansı bir şəkildə hər hansı bir növə aid fərdlərə üstünlük təmin etmiş və onların dəyişən şərtlərə daha yaxşı adaptasiya olmalarına səbəb olmuş hər bir əhəmiyyətsiz dəyişiklik mühafizə olunmağa meyl edəcək; və bunun sayəsində təbii seleksiya yaxşılaşdırma işləri üçün sərbəst fəaliyyət göstərəcək. (41)

Darvin təsadüfi dəyişikliklərin bir yerə gələrək canlıları yaşadıqları mühitə daha uyğun hala gətirdiyinə inanmaq istəmişdir. Ancaq gen xəritələrinin çıxarıldığı indiki vaxtda şüursuz hüceyrələrin öz genetik strukturlarında mükəmməl tənzimləmələr yerinə yetirdiyini iddia etməyin qəbul edilə biləcək bir istiqaməti yoxdur.

DNT molekulları hər bir canlının necə yaradılacağını və necə fəaliyyət göstərəcəyini ən incə təfərrüatına qədər müəyyənləşdirən şablonlar və çertyojlardan ibarətdir. Bu gün inkişaf edən elm və texnologiya əsasında alimlər bir canlının inkişafı ilə əlaqədar bütün məlumatların valideynlərin DNT-sində kodlandığı məlumatına malikdir. Başqa sözlə, canlılardakı müxtəlifliyin, məsələn, bir çox köpək balığı növlərinin köpək balıqlarının genetik quruluşlarındakı bəzi şaxələnmələrdən (variasiya) qaynaqlandığı; bir köpək balığının heç vaxt başqa növə çevrilməyəcəyi ən əsas məlumatlardandır. Necə ki, darvinistlər də təbii seleksiyanın heç bir şəkildə qane edici bir izah vermədiyini bildikləri üçün bu boşluğu canlılardakı genetik koda təsir edən mutasiya iddialarıyla doldurmağı düşünmüşlər.

 

Burada əvvəlcə bunu ifadə etmək lazımdır ki, mutasiyaların genlər üzərində olduqca zərərli təsirləri var. Genlərdə canlıların bədən quruluşlarına və xüsusiyyətlərinə aid hər cür məlumat şifrəli halda mövcuddur. Başqa sözlə, radioaktiv şüa kimi zərərli ünsürlərin bir növü başqa bir növə çevirəcək təsirlərə malik olmasından söhbət belə gedə bilməz. Buna baxmayaraq, darvinistlər israrla bunun canlıların yaranmasında çox əhəmiyyətli rol oynadıqlarını iddia edirlər. Bunun ağılsız və və məntiqsiz bir iddia olduğunu özləri də çox yaxşı bilmələrinə baxmayaraq, mutasiyalardan istifadə etmələrinin səbəbi isə aydındır. Darvinistlər genetika elminin baş verməsinin qeyri-mümkün olduğunu göstərdiyi təkamül prosesinə məntiqsiz də olsa bir izahat təqdim etmək məcburiyyətindədirlər. Ancaq məğlub olduqlarını qəbul etmək əvəzinə elmə və məntiqə zidd də olsa saxta iddialarla insanları aldatmaqdan çəkinməzlər.

Tanınmış darvinist Riçard Doukins xilasedici kimi gördüyü mutasiyaların mənfi təsirlərindən bəzilərini şəxsən özü belə izah etmişdir:

Diqqət yetirin, mutasiya təzyiqi, X şüalarında olduğu kimi sistemli şəkildə inkişaf etmək istiqamətində baş verməz. Tam əksinə, mutasiyaların böyük bir hissəsi hansısa səbəbə görə, xüsusiyyəti nəzərə alaraq təsadüfidirlər və bu da o deməkdir ki, ümumiyyətlə, mutasiyalar zərərlidirlər, çünki zərərli olanı əldə etmək üçün faydalı olanı əldə etməkdən daha çox yol vardır.(42)

Əslində qeyd olunan izah da mutasiyalarla əlaqədar həqiqəti tam olaraq izah etmir. Mutasiyalarla faydalı olanı əldə edə bilmək kimi bir ehtimal qətiyyən yoxdur. Mutasiya mütləq mövcud fəaliyyəti və sistemi çökdürmək və yox etmək məqsədiylə fəaliyyət göstərər. Çünki mutasiya, fövqəladə mürəkkəblikdə və molekulyar səviyyədə fövqəladə həssaslıqdakı möhtəşəm bir quruluşa, şüursuzca, təsadüfi edilən qaydasız müdaxilələrdən başqa bir şey deyil.

Darvinistlərin, "təsadüfi şəkildə əldə edilən xüsusiyyətlərin sonrakı nəslə köçürülməsi" iddialarının qeyri-mümkün olduğunu göstərən başqa bir həqiqət də, baş verən mutasiyaların yalnız kişidə olan sperma və ya dişidə olan yumurta hüceyrəsi kimi çoxalma hüceyrələrində olması şərtidir. Digər bədən hüceyrələrində hər hansı bir dəyişikliyin baş verdiyini fərz etdikdə, bunun sonrakı bir nəslə ötürülməsi qeyri-mümkündür. Başqa sözlə, genetik quruluşdakı təsadüfi dəyişikliklərin faydalı bir xüsusiyyət qazandırdığı iddiası, bu orqana aid məlumatların sonrakı bir nəslə təsadüflər nəticəsində köçürülməsinin mümkün olmadığına görə də qeyri-mümkündür.

Canlıların bədən planları hüceyrə nüvələrindəki DNT molekullarında gizlənmişdir və bu molekullar, bir kosmik gəminin təsvirləriylə belə müqayisə edilə bilməyəcək qədər mürəkkəbdir. Bir canlının, özündə olmayan yeni bir orqan qazanması üçün, ancaq DNT molekuluna yeni məlumatlar əlavə edilməlidir. Belə böyük bir əməliyyatın, köçürülmə səhvləri və ya radiasiya bombardmanları kimi müdaxilələrlə həyata keçdiyini iddia etmək inanılmazdır. DNT, heyrətləndirici bir mürəkkəbliyə və demək olar ki, heç bir mürəkkəb quruluş ilə müqayisə oluna bilməyəcək həssaslığa malikdir. Belə bir quruluşu xətaların və ya radioaktiv təsirlərin "inkişaf etdirdiyini" iddia etmək, ağılı, məntiqi və elmi yox hesab etməkdir. Mutasiyalar, nümunəsini Hiroşimaya atılan atom bombası kimi radioaktiv hadisələrdə gördüyümüz şəkildə, çox geniş və qorxuducu miqyaslarda bir dağınıqlıq əmələ gətirər. Mutasiyalarla yeni bir orqanın meydana gələ bilməyəcəyini Ohio Universitetindən Prof. Valter Starkey, Cambrian Explosion (Kembri Partlayışı) kitabında belə izah edir:

...(Mutasiyaların) daimi bir təsirə sahib ola bilmələri üçün, milyardlarla atom sonrakı bir nəsli meydana gətirəcək xüsusi bir hüceyrə tapmalıdır. Bu təsadüfən baş verə bilərmi? Həqiqətən də, atomların bu yolla daşınmasının və yerləşdirilməsinin təsadüfən baş verəcəyini düşünürsünüzmü? Bu atomların havadan torpağa, sonra da dənizdən və havadan canlının DNT-sinə daxil olub yerləşmələri necə mümkün ola bilər?... Yeni xüsusiyyətlərin ancaq mövcud DNT-yə yeni atomlar əlavə edilməsi yoluyla qazanıla biləcəyini başa düşdüysəniz, necə bütün bunların təsadüflər nəticəsində baş verə biləcəyinə inana bilərsiniz? Hər yeni və daha mürəkkəb canlının daha sadə canlılardan yaranması üçün minlərlə yeni atom DNT-yə əlavə edilməlidir. Bu atomların yer üzündəki olduqları mühitdən hansı yolla canlının DNT-sinə köçürülə biləcəyini izah edərsinizmi? Atom əlavə edən mutasiyalar qətiyyən təsadüfən yeni xüsusiyyətlər və ya yeni növlər yarada bilməzlər. (43)

Kaliforniya Universiteti professorlarından Filip Consonun da ifadə etdiyi kimi "Təsadüfən meydana gələn mutasiyanın nəticəsində, parçaların ahəngdar bir şəkildə dəyişməsini düşünmək qeyri-mümkündür." 44

Təsadüfi Mutasiyalar Canlilari Yox Edər

◉ Darvinistlərin iddiasına görə, mutasiyalar, bədənin hər yerində mütənasib və bir-birinə uyğun dəyişikliklər aparmaq məcburiyyətindədir. Məsələn, təkamülçülərin iddia etdikləri şəkildə təsadüfi mutasiyalarla sağ tərəfdə bir qulaq əmələ gəldisə, həmin mutasiyalar sol tərəfdə də tam simmetrik quruluşda, eyni şəkildə eşidən ikinci bir qulaq da əmələ gətirməlidirlər. Orta qulaqdakı zindan, çəkic, üzəngi sümüklərinin hər biri, hər iki tərəfdə də eyni olaraq əmələ gəlməlidir.

◉ Həmçinin göz, qaş, qol, qıç, ağciyər, böyrək kimi bir çox quruluşda, sümük, əzələ, sinir, damar kimi bütün təfərrüatlarda bu simmetriya mükəmməlliyi olmalıdır.

◉ Yoxsa bir qulağı tərs, bir qolu sümüksüz, damarsız, tək gözü alnında, tək gözü burnunda olan qəribə strukturlar əmələ gəlməlidir. Halbuki, canlılarda belə bir ziddiyət yoxdur; tam əksinə bütün bədəndə mükəmməl simmetriya hakimdir.

◉ Darvinistlərin iddiasına görə mutasiyalar hər şeyi simmetrik və uyğun şəkildə əmələ gətirməlidir. Lakin 99%-i zərərli, 1%-i təsirsiz olan mutasiyaların faydalı olması; bir-biriylə uyğun, simmetrik orqanları, sanki bir memar, mühəndis kimi üstəlik də eyni anda əmələ gətirməsi qeyri-mümkündür.

◉ Mutasiyaların təsiri nizamlı bir quruluşa sanki pulemyotla atəş açmaq kimidir. Sağlam bir şeyin üzərinə atəş açılması o quruluşu tamamilə aradan qaldırar. Güllələrin birinin təsirsiz qalması və ya bədəndəki mövcud bir infeksiyanı yandıraraq yaxşılaşdırması heç bir şeyi dəyişdirməz, çünki orqanizm onsuz da özünə dəyən 99 güllə nəticəsində məhv olmuşdur.

Buna görə də darvinistlərin mutasiyalarla əlaqədar iddiaları ciddi bir məntiq məğlubiyyətidir.

Kitabın sonrakı səhifələrində şahid olacağınız dəniz canlılarına aid bir-birindən mükəmməl hisslər, sistemlər və ya orqanlar təkamül nəzəriyyəsinin çürük məntiqləri ilə izah edilə bilməz. Uca Allah bir Quran ayəsində canlılardakı müxtəlifliklə əlaqədar belə bildirir:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

 

Qeydlər

32 James L. Gould-Carol Grant Gould, Olağandışı Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitapları, 2. baskı, Ankara, 1997, s. 37

33 John Maynard Smith, The Theory of Evolution, Cambridge University Press, 2000, s. 120.

34 Stephen Jay Gould, Darwin ve Sonrası: Doğa Tarihi Üzerine Düşünceler, TÜBİTAK, Ankara, 1977, s. 120.

35 Richard Ellis, Aquagenesis: The Origin and Evolution of Life in the Sea, Penguin Books, 2001, s. 41.

36 Richard Ellis, Aquagenesis: The Origin and Evolution of Life in the Sea, Penguin Books, 2001, s. 25.

37 http://www.sciencenews.org/20000311/fob3.asp; News, March 11, 2000, vol. 157, no. 11

38 Üner Beköz, Ömer Baklavacı, Figen Sarıgül, Sualtı Teorisi, TurkDive, Dalış ve Deniz Araştırmaları Merkezi, 2001, 2. baskı, s. 3-

39 John Maynard Smith, The Theory of Evolution, Cambridge University Press, 2000, s. 303.

40 Charles Darwin, Darwin Kuramı Seçme Yazılar-Eleştiriler, Çeviren: Cem Taylan, Pan Yayınevi, 2. baskı, 2000. Sayfa 51-52

41 http://www.faculty.umb.edu/adam_beresford/courses/phil_281_11/reading_origin_of_species.pdf (Charles Darwin, The Origin of Species, Chapter 4, s. 5)

42 Richard Dawkins, Climbing Mount Improbable, W. W. Norton & Company, USA, 1996, ss. 80-81

43 Walter l. Starkey, The Cambrian Explosion, First Printing, 1999, ss. 159-160.

44 Phillip E. Johnson, Darwin on Trial, InterVarsity Press, 2nd ed., USA, 1993, s. 32

4 / total 11
"Harun Yəhyanın Dəniz Altındakı Möhtəşəm Dünya kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top