Dəniz Altındakı Möhtəşəm Dünya
Fəsil 4: Balıqların Üzməyə Uyğun Yaradılmış XüsusiyyətləriBalıqların son 450 milyon il ərzində dənizlərdə üzdükləri məlumdur.(45) Ən kiçik balıqdan ən böyük balinaya qədər bütün dəniz canlıları, üstün bir manevr qabiliyyəti ilə su içində asanlıqla hərəkət edər və bədən ağırlıqlarından məharətlə istifadə edərək ən səmərəli yolla üzərlər. Bunun səbəbi hər bir balıq növünün suda yaşamağa uyğun və özlərinə xas üzmə sistemləriylə yaradılmış olmasıdır. Bütün balıq növlərində üzgəclərin yeri, sayı, forması kimi hər cür incəlik xüsusi olaraq təyin olunmuşdur. Quyruq formaları, qəlsəmə ölçüləri, dərilərindəki girinti və çıxıntılar və növlərinə xas bədən quruluşları, ehtiyaclarını ən mükəmməl şəkildə təmin edəcək xüsusiyyətlərdədir.
Balıqların təzyiq, soyuq, qaranlıq kimi çətin şərtlərdə yaşaya biləcəkləri; qidalanma, tənəffüs, qorunma kimi ehtiyaclarını asanlıqla ödəyə biləcəkləri sistemlər, olduqları mühitin bütün tələblərinə ən uyğun quruluşdadır. Kiçik bir incəlik kimi görünən fərqlərin belə yaradılışında bir hikmət vardır və bütün bunlar bu canlıların həyatları baxımından əhəmiyyət daşıyar. Məsələn, dənizin yuxarı hissələrində üzən balıqların ümumiyyətlə, yuxarı doğru uzanmış çömçə formalı ağız quruluşları vardır; beləcə üzən həşəratları və digər kiçik cisimləri rahatlıqla tutarlar. Suyun orta təbəqəsində üzən balıqların ağız quruluşu, bilavasitə təpədə, burunlarına yaxın bir yerdədir; beləcə yemlərini elə düşdüyü vaxt tuta bilərlər. Orta təbəqədəki balıqların bir qismi də, alaq otlarında otlayacaq şəkildə, aşağı meylli quruluşdadır. Dəniz laylarının alt təbəqəsində yaşayan balıqlarda isə, yastı bədənlərinin altında, torpaqdakı yeməklərlə qidalana biləcəkləri şəkildədir. Çünki bu canlılar, Uca Rəbbimizin möhtəşəm əsərləridir və yaradılışına uyğun olaraq mükəmməllik nümayiş etdirirlər. Uca Allah, bir Quran ayəsində belə bildirir: Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)
Balıqların ağızlarındakı dişlər də müəyyən bir məqsədə görə, müxtəlif formalarda yaradılmışlar. Məsələn, köpək balığı kimi ətyeyən heyvanlar, ovlarını bütöv halda ya da böyük parçalar halında udarkən, tutmaq üçün kəskin dişlərindən istifadə edərlər. Digər tərəfdən skat kimi dib balıqları yedikləri qabıqlı heyvanların qabıqlarını sındıra bilmək üçün, geniş düz dişlərlə təchiz edilmişlər. Ot yeyən balıqların isə, ümumiyyətlə, dişləri yoxdur; amma boğazlarında dişlərə bənzəyən üyüdücü orqanları vardır. Əgər bu balıqlar qidalarını ağızlarının ön hissəsində çeynəməyə çalışsaydılar, boğularaq ölərdilər. Çünki çeynədikləri qida, oksigen əldə etmələri üçün bir zərurət olan qəlsəmələrdən keçən su ilə qarışardı.(46) Bir dişin yerinin belə əhəmiyyət daşıması, balıqların anatomiyasında təsadüfi proseslərinin baş verməsinin qeyri-mümkün olduğunun aydın bir göstəricisidir. Prof. Camal Yıldırım təkamülçü fikirlərə sahib olmasına baxmayaraq, canlılardakı bu xüsusi strukturlar qarşısında bunları dilə gətirir: Canlılarda, üstəlik, müəyyən bir məqsədə xidmət etdiyi görünən bu nizamı, şans ya da təsadüf məhsulu saymaq inandırıcı deyil. (47) Digər tərəfdən sonrakı hissələrdə nümunələrini görəcəyiniz kimi canlıların quruluşlarındakı sistemlər, alimləri heyrətləndirəcək, texnologiya möcüzəsi olan keyfiyyətlərə malikdir. İşıq saçan su yosunlarının işıqlandırmanı təmin etmək üçün bədənlərində müxtəlif kimyəvi maddələri bir yerə toplamaları; qütb balıqlarının donma nöqtəsinə gəldikdən sonra yenidən canlanmaları və orqanlarının buzdan ziyan çəkməməsi; mürəkkəb balıqlarının mühitlə tam uyğun olacaq şəkildə, dərilərinin rənglərini, naxışlarını dərhal dəyişdirə bilmələri; dəniz tısbağalarının xəritələri olmadan uzaq məsafələlərə səyahət edə bilmələri; balina və pinqvinlərin oksigen balonundan istifadə etmədən suyun dərinlikərinə baş vura bilmələri kimi hələ bir çox mövzuda canlılar heyrətləndirici xüsusiyyətlərə sahibdirlər. Hal-hazırda yaşayan və yüzlərlə il əvvəl yaşamış olan bütün canlı növləri, Allahın üstün elmini və yaratdığı müxtəlifliyi, böyük bir ehtişamla nümayiş etdirərlər. Bu ehtişamlı yaradılışı görməməzlikdən gələnlər isə, Rəbbimizin gücünü təqdir edə bilməyənlərdir. Allah bu kəsləri Quranda xəbər vermişdir: Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 74) Balıqların Anatomiyasındakı Quruluş Yaradılışın DəlillərindəndirSu mühiti havadan 800 dəfə daha sıx bir məkandır.(48) Buna görə də suda hərəkət etmək də olduqca çətindir və çox enerji sərf etməyi tələb edir. Buna baxmayaraq, balıqlar suyun içində olduqca cəld və sürətlə hərəkət edərlər. Üstəlik, suyun sıxlığı itələmə qüvvəsi yaratmaqla, dənizdə yaşayan canlılara bir üstünlük təmin edər. Beləcə, cazibə qüvvəsiylə çox zəif şəkildə mübarizə aparmalıdırlar və balığın bütün əzələ gücündən, irəliyə doğru hərəkət etmək üçün istifadə edilər. Həmçinin, balığın üzə bilməsi üçün elə də çox hərəkət etməsinə heç bir ehtiyac yoxdur; bunun üçün quyruğunu sağa və sola hərəkət etdirməsi kifayətdir. Ancaq sadə bir quyruq hərəkəti kimi görünən üzmənin arxasında, sanki mühəndislik hesabları və fizika qanunlarıyla nizamlanmış xüsusi strukturlar mövcuddur. Bu strukturlardan bir qismi belədir:
Onurğa Və Əzələ Strukturları:Balıqlar, sabit halda üzərkən qəfildən sürətlərini xeyli artıra bilmək üçün daha çox enerjiyə ehtiyac duyarlar. Qəfildən sürətlə hərəkət etmək onlar üçün çox əhəmiyyətlidir; çünki ovçu heyvanlardan qaça bilmək üçün buna ehtiyacları vardır. Bəzi kiçik balıqlar, durduqları vəziyyətdə, saniyənin 20-də biri qədər qısa bir müddətdə maksimum sürətlərinə çata bilərlər. Bu əsnada əmələ gətirdikləri itələmə qüvvəsi öz ağırlıqlarının 4 misli qədərdir. Son model avtomobillərin belə 0 km-dən 100 km sürətə 4-6 saniyə arasında çata bildikləri nəzərə alınarsa, balıqların nə cür səmərəli üzdükləri daha yaxşı aydın olar.
Həmçinin, balıqlar suyun içində çox vaxt axına qarşı hərəkət etmək məcburiyyətində qalarlar. Suyun mövcud müqavimətinə, bir də güclü axınların meydana gətirdiyi qüvvə əlavə olunduğu halda, balıqlar bu çətinliyin də öhdəsindən gələrək üzməyə davam edərlər. Balıqda belə bir gücün ortaya çıxmasını təmin edən, onurğasının və əzələlərinin xüsusi quruluşlarıdır. Onurğa balığın bədəninin şaquli vəziyyətdə durmasını, həmçinin üzgəclərin və əzələlərin özünə bağlanmasını təmin edəcək bir quruluşa malikdir. Əgər belə olmasaydı, balıqların suda hərəkət etmələri qeyri-mümkün hala gələrdi.
Üzən bir balıq, bədənini örtmək üçün skeletə, qüvvə üçün əzələlərə, itələmə qüvvəsi və istiqamət vermə üçün üzgəclərə ehtiyac duyar. Balığın skeletində nisbətən daha sabit olan kəllə, bədənin bir dayaq nöqtəsi olaraq öz vəzifəsini yerinə yetirər. Onurğa, balığın hərəkəti üçün çalışan bir ling kimi fəaliyyət göstərərkən, əzələlər üzmək üçün güc təmin edir. Balığın bədəninin 80%-ni meydana gətirən əzələlər, balığın hər istiqamətə hərəkət edə bilməsi üçün müxtəlif formalarda təşkil edilmişdir. Beləcə, əzələ gücü baş qismindən quyruğa qədər bir dalğa formasında çatdırılar və bədənin bir-biriylə əlaqəli bir şəkildə fəaliyyət göstərməsi təmin edilər. Hava Kisələri:Balığın təkcə onurğasının xüsusi bir quruluşa sahib olması, üzə bilməsi üçün kifayət deyil. Çünki balıq suyun içində təkcə irəli-geri hərəkət etməz; əgər bir balıq suyun içində aşağıya və yuxarıya doğru da hərəkət edə bilməzsə, yaşaya bilməz. Balıq suyla eyni sıxlığa sahibdirsə eyni dərinlikdə qalmağı bacara bilər, ancaq sıxlığı daha az olarsa, səthə doğru qalxar; daha çox olduqda isə dərinliyə doğru enər. Bir çox balığın bədənində bu təsirə nəzarət edəcək hava kisələri vardır. Balıqlar bədənlərindəki bu kisələri hava ilə dolduraraq qısa müddətdə suyun dərinlikərinə enə bilər və ya havanı boşaldaraq suyun səthinə doğru çıxa bilərlər. Balıq suyun dərinlikərinə endikdə, suyun balıq üzərindəki fiziki təsirləri də dəyişər və hava kisələrinin ikinci bir həyati əhəmiyyəti də ortaya çıxar. Dəyişən şərtlərə hava kisəsindəki qazın azaldılıb, çoxaldılmasıyla uyğunlaşma təmin edilər. Bu kisə sayəsində balıq hər səviyyədə öz tarazlığını təmin etmək imkanı əldə edər.
Bəzi balıqlarda üzmə kisəsi başqa vəzifələr də yerinə yetirər. Bu kisə, balığın çıxardığı səsi çoxalda bilər, qulağın eşitmə qabiliyyətini inkişaf etdirə bilər. Qulağa birləşən üzmə kisəsi, həkimlərin istifadə etdikləri stetoskop kimi, mexaniki səs gücləndirici kimi bir funksiya yerinə yetirər. Üzgəclər:Balıqların ağırlıq mərkəzləri, ümumiyyətlə, hava kisələrindən keçəcək şəkildə yaradılmışdır. Hava kisəsinin şişirdilib boşaldılması vaxtı, bədən tarazlığı pozulsa, üzgəclərin çox kiçik hərəkətləriylə, balıq yenidən tarazlığını təmin edə bilər və ya istədiyi vəziyyətdə dura bilər. Üzgəclər, araları nazik pərdə formasında olan toxumalarla hörülmüş çıxıntılardır; bunlar çox kiçik əzələlərin köməyiylə bükülə və ya uzana bilərlər. Bunların hər birinin bədəndəki bölgüsü, müəyyən bir tarazlıq və əmr gücü təmin edəcək şəkildə nizamlıdır. Məsələn, quyruqdakı üzgəc sükan vəzifəsi yerinə yetirər və balığın suyun içində öz istiqamətini dəyişdirməsini təmin edər. Bədənin iki tərəfindəki növbəylə büzülən əzələ zolaqları vasitəsilə, quyruq bir tərəfdən digər yana, sürətlə, qamçı kimi sallana bilər. Beləcə, balıq bədəninin tarazlığını itirərək, suyun içində hərəkətverici qüvvə əmələ gətirər.
Balığın sürəti də quyruq sallama sıxlığı ilə düz mütənasibdir. Bir balıq quyruğunu nə qədər çox sallasa, sürəti də bir o qədər artar. Kembric Universitetindən Prof. Riçard Beynbric, 32 sm uzunluğundakı bir balığın uzun bir müddət saatda 13 km sürətlə hərəkət edə bildiyini aşkar etmişdir. (49)
Şaquli üzgəclər əsasən sabit durmaq üçün lazımdır. Kürək və arxa üzgəcləri balığın şaquli vəziyyətdə durmasını və suyun içində istiqamətini dəyişdirməsini təmin edər. Balıq suda dayandığı vaxt cüt halda olan sinə və ləyən üzgəclərindən əsasən tarazlığını saxlamaq üçün istifadə edər; bəzən də qabağa tərəf sürətlə hərəkət etmək üçün də istifadə edə bilər. Balıq, bu ikitərəfli üzgəclər vasitəsilə də manevrlər edə bilər. Qarın bölgəsindəki üzgəclər, balığın qol qıçı kimidir; suyun içində irəli-geri hərəkət etməsini və sudakı səviyyəsini müəyyənləşdirməsini təmin edər. Balıq bu üzgəclərindən birini digərinin əksi istiqamətində hərəkət etdirsə öz ətrafında fırlana bilər, həmçinin, üzgəclər əyləc vəzifəsi də yerinə yetirər. Balıq bunların hər ikisini, bir anda qabağa tərəf ataraq bədənini hərəkətsiz hala gətirə bilər.
Balıq üzmək üçün quyruğunu salladığı vaxt, normal şərtlərdə balığın ön tərəfi, arxa tərəfinin əksi istiqamətində və eyni dərəcədə sovrulmalıdır. Ancaq balıq belə sarsıdıcı bir təsirlə qarşılaşmaz; çünki balıqların bədənlərinin ön tərəfi bu sərt təsiri aradan qaldıracaq bir tarazlıq sistemiylə yaradılmışdır. Həmçinin su, hərəkət vaxtı baş tərəfə şaquli bir qüvvə ilə təsir edər. Bütün bunlar baş hissənin quyruq hissəyə nisbətən daha az suya daxil edilməsinə səbəb olar. İki tərəf arasındakı bu fərqlilik, balığın suyun içində balanslı şəkildə hərəkət etməsini təmin edər. Balığın irəliyə tərəf hərəkət sürəti, üzgəclərin sağ və sol tərəflərə gediş-gəliş sürətiylə də bilavasitə əlaqədardır. Üzgəclər onurğa sütununa yaxınlaşanda sürət artar, uzaqlaşdıqlarında isə azalar. Bunun sayəsində su altında sakit vəziyyətdə duran bir balıq təhlükə anında, birdən müdhiş bir sürətlə hərəkət halına keçə bilər. Məsələn, kiçik bir şirin su balığı hərəkətsiz halda olarkən, 1 saniyə ərzində bədəninin uzunluğunun 10 misli qədər qabağa atıla bilər. 20 sm uzunluğundakı bir balıq isə saatda 8 kilometr sürətlə hərəkət edə bilər.(50) Darvinistlər, insan texnologiyasının bir bənzərinə belə çata bilmədiyi üzgəclərdəki quruluş və funksiyanın guya təsadüfi yollarla əmələ gəldiyini iddia edirlər. Bu iddiaya görə təsadüflər, heç bir istisna olmadan hər balıqda tamamilə bir-birinə simmetrik üzgəclər yaradacaq, onlara bir-birinə uyğun funksiyalar verəcək və canlının həyatı üçün olduqca lazım olan bu strukturları səhvsiz və qüsursuz olaraq yoxdan var edəcək. Təsadüflərin belə bir gücünün olmadığı isə çox aydındır. Darvinistlərin Allah inancını rədd edə bilmək, Yaradılış həqiqətinə qarşı çıxa bilmək üçün şüursuz və düşüncəsiz təsadüfi hadisələrə istinad etdikləri vəzifə, məhz onları bu qədər alçaldır. Müdafiə Məqsədiylə Istifadə Edilən ÜzgəclərBəzi balıqlar üzgəclərindən özlərini müdafiə etmək məqsədiylə istifadə edərlər. Məsələn, Çotira balıqları (triggerfish) kürək üzgəclərini şaquli bir vəziyyətdə bir-birinə birləşdirərək, düşmənlərindən qorunurlar. Çotira, böyük bel üzgəcini şaquli vəziyyətə gətirdikdə, daha kiçik olanı da özüylə birlikdə yuxarı çəkilər. Beləcə, kiçik üzgəc, böyük üzgəcin şaquli vəziyyətdə durmasını təmin edər. Balığa, bu hərəkət mexanizmindən ötrü ingiliscə "triggerfish" deyilir. Çotiralar bir düşmən tərəfindən təhdid edildikdə, sürətlə bir yarığa girərlər və qarın üzgəclərini şaquli vəziyyətdə bağlayarlar. Böyük üzgəc, kiçik üzgəc çəkilmədiyi müddətcə aşağıya tərəf bükülə bilməz. Əgər bircə dəfə bağlansa, nə qədər çətinlik çəkirsə çəksin bunu oynatmaq mümkün olmaz.(51) Bu müdafiə mexanizmi Allahın Çotira balıqlarında yaratdığı bir yaradılış möcüzəsidir. Bütün varlıqların Yaradıcısı və sahibi olan Rəbbimiz,"...hər şeyi hifz edir..." (Hud surəsi, 57) və "O, göyləri və yeri icad edəndir..." (Ənam surəsi, 101) Aslan balığının uzun tikanlı üzgəcləri effektli bir müdafiə vasitəsidir. Hind okeanı və Sakit okeandakı mərcan qayalıqlarında yaşayan bu balıq parlaq göz oxşayan bir görünüşə sahib olmaqla yanaşı olduqca zəhərlidir. Üst hissələrdəki iynələrlə təmas olunduğu təqdirdə bir neçə gün davam edən yanma, tərləmə və tənəffüs çətinliyi müşahidə oluna bilər. Üzərində olan qırmızı və ağ cizgilər ovçular üçün sanki bir həyəcan siqnalıdır. Bu cizgiləri görən digər balıqlar aslan balığına yaxınlaşmazlar. Uca Allahın yaratdığı hər canlı və bütün bu canlılara aid hər incəlik möhtəşəm bir sənət əsəridir. Yer üzü bu təfərrüatlarla təchiz edilmiş sonsuz iman həqiqətiylə doludur. Allah hər şəkli, hər surəti, hər incəliyi, hər sistemi yoxdan yaratmağa qadirdir. Qəlsəmələr:Balığın yaşadığı suda az miqdarda həll olunmuş oksigen vardır. Məsələn, səthə yaxın sularda bir litr dəniz suyunda təxminən 5 ml oksigen vardır. İnsanın tənəffüs etdiyi havada isə bu nisbət, 1 litrdə 210 ml oksigendir. Müqayisə etsək, əgər insan hər hansı bir yolla suyun altında nəfəs ala bilsəydi, ciyərlərinə kifayət qədər oksigen ala bilmək üçün dəqiqədə 450 dəfə nəfəs alması lazım gələrdi.(52) Məhz bu əhəmiyyətli fərqə görə balıq, fizioloji ehtiyaclarını ödəyə bilmək üçün, sudakı az miqdardakı oksigeni toplaya biləcək xüsusi bir sistemdən istifadə edir. Qəlsəmələr, minlərlə qəlsəmə lifindən meydana gələr. Hər bir qəlsəmə kəmərinin içi oyuqdur və nazik qan damarlarıyla doludur. Bu damar lifləri isə, daha kiçik damarlara ayrılır. Qəlsəmələrin bu ikiqat quruluşu, oksigen daşıyan damar şəbəkəsinin səthinin sahəsini artırır. Beləcə, qəlsəmələrin səthinin sahəsi, normal heyvanlarınkından 10 dəfə çox ola bilir. Balıqların sudan çıxdıqda boğulmalarının əsl səbəbi də, havadakı oksigeni qəbul edə bilməmələrindən çox, qəlsəmə kəmərlərinin içə tərəf çökərək, oksigen udma üçün kifayət qədər səth sahəsinin qalmamasıdır.
Balıqlarda qəlsəmələr, ağciyər vəzifəsi yerinə yetirir. Ancaq məməlilərin ağciyərlərindəki kimi oksigen birbaşa ağ ciyərlərinə daxil olmaz. Bunun əvəzinə qəlsəmələr, oksigeni süzərək qana qarışdırarlar. Qanın balığın bədənindəki dövranı da məməlilərdəkindən çox fərqlidir. Məsələn, insanda dörd kameralı ürək olduğu halda, balıqlarda iki kameralı ürək mövcuddur. Bunun səbəbi, balıqların yalnız tək istiqamətdə qan nasoslamalarıdır. Qan ürəyə tək bir damar yolu ilə daxil olar və qəlsəmələrə doğru tək istiqamətdən çölə çıxar. Qəlsəmələr damarlardakı qana ətrafdakı sulardan oksigen toplayar və oksigeni buradan bütün bədənə daşıyarlar. İstifadə edilən oksigen də ürəyə geri qayıdar.
Qan qəlsəmə liflərinin arasından keçəndə, suyun keçdiyi istiqamətin əksinə hərəkət edər. Bu sudan alına biləcək bütün oksigenin qana çatdırılması üçün çox əhəmiyyətlidir. Əgər qan su ilə eyni istiqamətdə hərəkət etsəydi; onda qan, sudakı oksigenin ancaq yarısını ala bilərdi. Qan və su oksigen tərkibi baxımından müəyyən bir tarazlığa çatdıqda, daha çox oksigen udma prosesi reallaşmayacaqdı. Ancaq qan və suyun əks istiqamətlərdə axması sayəsində oksigen udma prosesi həmişə mükəmməl bir nizam içində reallaşar: Suda qandakından daha çox oksigen var və sudakı oksigenin 50%-indən çoxu qana qarışdıqdan sonra da oksigen nəqli davam edər. Bu sistem sayəsində balıq 80-90% daha çox səmərəylə oksigen əldə edə bilər. Balıq Dərisi:İnsan suyun içində müəyyən bir müddət qaldıqdan sonra, dəri mənfi təsirlərə məruz qalmağa başlayar və suda qalma müddəti uzandıqca dərisində əmələ gələn zədə də artar. Halbuki, balıqlar həmişə su içində olmalarına baxmayaraq, dəriləri heç bir zərər görməz. Üst dərilərindəki sərt parlaq təbəqə vasitəsilə, suyun balığın bədəninə daxil olması və dərisinin mənfi təsirlərə məruz qalmasının qarşısı alınmış olar. Balıqların bir çoxunun bədənlərini örtən möhkəm dəri, alt və üst olmaqla iki təbəqədən meydana gələr. Üst dəri içərisində selik ifraz edən vəzilər var. Selik sürüşkən və ya yapışqan bir quruluşda olub, balığın su içərisindəki hərəkəti zamanı sürtünməni ən aşağı səviyyəyə endirməyə kömək edər. Bu sürüşkənlik xüsusiyyətiylə balıq həm daha sürətli hərəkət edər, həm də balığın düşmənləri tərəfindən tutulması çətinləşər. Seliyin başqa bir xüsusiyyəti isə balığı xəstəlik törədən orqanizmlərdən qorumasıdır. (53) Balıq dərilərindən nümunələr
Həmçinin, balıqların üst dərisində keratin (dərinin alt təbəqələrindəki yaşlı hüceyrələrin ölmələri və yerlərini gənc hüceyrələrə vermələri nəticəsində yaranan sərt və möhkəm maddə) bənzəri bir təbəqə də mövcuddur. Bu təbəqə suyun bədənə daxil olmasının qarşısını alaraq, balığın bədənindəki daxili təzyiqlə xarici mühitdəki təzyiqi tarazlayar. Əgər bu təbəqə olmasaydı, içəri nəzarətsiz daxil olan sudan ötrü, balığın bədənindəki təzyiq tarazlığı pozulacaq və balıq öləcəkdi. Göründüyü kimi balıqların sudakı hərəkətini asanlaşdıran bir çox sistem vardır və bunlardan biri olmadan digəri işə yaramaz və beləliklə də, sistemin bir parçasındakı əskiklik canlının ölümü ilə nəticələnir. Selik mayesinin sürüşkən, yapışqan və həmçinin mikrob öldürücü xüsusiyyətlərinin bir yerdə olması, balıq üçün bir zərurətdir. Bütün bu şərtlərin nəhəng kimyəvi zavodlarda deyil, balığın dərisinin altındakı bir neçə millimetrlik təbəqədə istehsal olunması canlıları bütün ehtiyaclarını ödəyəcək xüsusiyyətlərlə yaradan Rəbbimizin varlığının dəlillərindən biridir. Darvinizm, canlı varlıqlardakı hər cür möhtəşəm quruluş qarşısında çökmüş vəziyyətdədir. Yer üzündəki bütün balıq növləri yuxarıda sadalanan xüsusiyyətlərin hamısına əskiksiz olaraq sahibdir. Balıqlar milyonlarla ildir ki, heç dəyişmədən, həmişə bu mükəmməl xüsusiyyətlərə sahib olmuşlar. Bunu, milyonlarla il əvvəl yaşamış balıqların dövrümüzə qədər gəlib çatan qalıqlarından görmək mümkündür. İndiki vaxtda tapılmış 350 milyondan çox fosil qalığı bizə milyonlarla dəniz canlısının nümunəsini vermişdir. Bunların tarixi təxminən 540 milyon il əvvəlki Kembri partlayışına qədər gedib çıxır. Bu qalıqların böyük bir hissəsi dəniz canlılarının milyonlarla il əvvəl də dövrümüzdəki bədən quruluşlarıyla eyni olduqlarını, yəni heç bir dəyişiklik keçirmədiklərini ortaya qoyur. Bu vəziyyət bizə balıqların təkamül prosesi keçirmədiklərini, mükəmməl hallarıyla yaradıldıqlarını göstərir. Rəbbimizin üstün güc və qüdrəti Quran ayələrində belə bildirilir: ...göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 116-117) Dəniz AtlarıAt başına bənzəyən bir başı, uzanaraq xortum formasını almış burnu, kiçik ağzı, bir-birindən ayrı hərəkət edən gözləri, sümük lövhələrlə örtülmüş bədəni, qarşıya tərəf qıvrılan tutucu quyruğu və üzgəcləriylə dəniz atları, digər balıq növlərindən çox fərqli bir canlı növü kimi dənizlərdə həyatını davam etdirir. Bu möcüzəvi canlılar kamuflyaj xüsusiyyətinə də sahibdirlər. Buqələmundan daha yaxşı rəng dəyişdirmə qabiliyyətləri vardır. Dəniz atlarının cütləşmə mövsümündə dişi və erkək bir yerə gələr və xüsusi bir rəqs edərlər. Bu qarşılıqlı rəqs günlərlə çəkə bilər. Erkək dəniz atları, qarınlarında xüsusi bir yumurta daşıyıcı kisəyə sahibdirlər. Cütləşmə dövründə dişi dəniz atı yumurtaları diqqətli bir şəkildə bu kisəyə qoyar. Qoyulan yumurtaların sayı 1500-ə çatır. Mayalanmadan dərhal sonra kisənin içi dəniz suyuna bənzər bir quruluşla örtülər və beləliklə də balalar doğulduqdan sonra yaşayacaqları mühitə hazırlanarlar. Bu fərqli canlılar, müdhiş gözəllikdəki dəniz altı aləmində tamamilə ayrı bir zinət olaraq yaradılmışlar.
Şar BalığıDüşmənləriylə üzləşmədikləri vaxtlarda sadə bir balıq kimi görünən şar balıqlarının bədənlərinin ətrafında iri tikanlar mövcuddur. Bu tikanlar balıq normal halda olarkən dərisinə yapışıq bir formadadır. Balıq düşmənlə üz-üzə gəldikdə isə, düşməninin çənə zərbələrindən özünü qorumaq məqsədiylə bədənini sürətlə suyla doldurmağa başlayar. Balıq şişər və bədənindəki tikanlar da şaquli vəziyyətə gələr. Tikanlar şaquli vəziyyətə gəldikdə, olduqca iti bir hal alar və düşmənlərindən gələ biləcək zərbələrə qarşı bir maneə meydana gətirərlər. Şar balıqları, özlərindən xeyli böyük bir düşmən tərəfindən udulsa belə, tikanlar onların qoruyucusudur. Tikanlardan narahat olan ovçu, balığı udduğu kimi ağzından çölə çıxarar. Şar balıqlarına məxsus olan bu sistem, mükəmməl bir qorunma təmin edər. Balıq, bu böyük sistemi harada ən təsirli yolla istifadə etməli olduğunu çox yaxşı bilir. Hər canlı üçün fərqli müdafiə mexanizmləri yaradan Uca Allah bu misalla misilsiz və bənzərsiz yaratma gücünü göstərir. Bütün varlıqlar, Allahın əsəridir və O hər bir şeyi qoruyur və hər şeydən xəbərdardır. Duzlu Suyun Balıqlar Üzərindəki TəsiriQuruda olan bitkilər və heyvanlar, öz yaşayışını təmin etmək üçün şirin suya ehtiyac duyarlar. Dəniz canlıları isə duzlu suda yaşayarlar. Ancaq duzlu su onlar üçün aradan qaldırılması lazım olan bir çox problem meydana gətirər. Dənizlərdəki balıqların qanındakı duzun sıxlığı, ətraflarındakı suyun duz sıxlığından daha azdır. Bu sıxlıq fərqi, balıqların toxumalarının su sızdırmasına (ozmos) səbəb olar. Su itkisini bərpa edə bilmək üçün də, bu balıqlar həmişə su içməlidirlər. Beləcə, duzlu su balıqları, bədənlərinə çox su alıb, az miqdarda bədənlərindən xaric edərək bu ehtiyaclarını tənzimləyərlər.(54) Şirin su balıqlarında isə vəziyyət bunun əksidir. Bu balıqların qan sıxlıqları, yaşadıqları suya görə daha çoxdur. Buna görə də şirin su balıqlarının bədənləri həmişə su udar. Başqa sözlə, bədənlərinin partlamasının qarşısını almaq üçün, bu balıqlar da bədənlərindən daima bol miqdarda su xaric edərlər. Hər gün bədəndən xaric edilən su miqdarı, təxmini olaraq öz ağırlıqlarının on misli qədərdir.(55)
Uca Allah yaratdığı hər canlı növü üçün, bədənlərində ayrı bir nizam qurmuşdur. Bu nizam sayəsində də, canlılar normalda həyatları üçün maneə təşkil edirmiş kimi görünən şərtlərdə belə yaşaya bilərlər. Çünki onları var edən, yoxdan yaradan Uca Allahın qoruması altındadırlar. Quranda belə bildirilir: Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4) Sürət Çempionu Tuna Balıqları
Tuna balığının uzunluğu üç metrə və çəkisi də 390 kiloqrama çatır; ancaq yenə də ən sürətli və hərəkətli balıqlardandır.(56) Qısamüddətli hücumlarında saatda 90 kilometrə çatan sürətlə üzə bilərlər. Sabit üzmə sürətləri isə saatda təxminən 9 ilə 18 km arasında dəyişir. (57) Tuna balıqları daima üzərlər, heç istirahət etməzlər. Başqa heç bir sümüklü balıq açıq dənizdə bu qədər geniş miqyasda yer dəyişdirməz. Bunun səbəbi onları su üstündə saxlayan qaz kisəsinin olmamasıdır. Buna görə də batmamaq üçün daima üzərlər. İntensiv hərəkət edən tuna balıqları, buna görə də daha çox qidaya ehtiyac duyarlar. Gündəlik olaraq bədən ağırlıqlarının onda biri qədər qidalanarlar. (58) Tuna balığının aerodinamik bədən quruluşu sürət tələb edən və uzun məsafələrə səyahət edə biləcək şəkildə yaradılmışdır. Tuna balığının sürtünməni azaldan bədəni, sanki bir cizgi formasındadır. Bədənləri nisbətən sərtdir və quyruqları da digər balıqlar kimi elastik deyil. Bu güclü quyruqlarını yanlara doğru hərəkət etdirərək olduqca sürətli üzə bilərlər.(59) Əlbəttə ki, Allah diləmədikcə, bu canlının bu xüsusiyyətlərə sahib ola bilməsi, dərin dənizlərdə asanlıqla yaşaya bilməsi qeyri-mümkündür. Tuna balıqlarını suyun içində fasiləsiz hərəkət edəcək və sürətlə üzə biləcək möhtəşəm xüsusiyyətlərlə yaradan Uca Rəbbimiz Allahdır. Rəbbimiz bir ayədə belə bildirir: Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman surəsi, 11) Sandıqbalıqların Su Müqavimətini Ən Aşağı Səviyyəyə Endirən Forması, Alimlərə Model Olur
Bir avtomobil firması "Biyonik" adlı layihəsini hazırlayarkən, sandıqbalığının bədən formasını model kimi qəbul etdi. Çünki aparılan araşdırmalarda bu balığın, su içində hərəkət edərkən suyun müqavimətini ən aşağı səviyyəyə endirən bir bədən formasına malik olduğu aydın oldu. Ümumiyyətlə, su damcısına bənzəyən formalarda müqavimət minimuma endiyi üçün, balığın qutu formasındakı quruluşunun uyğun olmayacağı düşünülürdü. Ancaq daha ətraflı araşdırmalar nəticəsində, sandıqbalığının bir su damcısı ilə aerodinamik baxımdan eyni uyğunluqda olduğu aşkar olundu.(60) * Dövrümüzdəki bir çox avtomobildə sürtünmə əmsalı 0,30 olduğu halda sandıqbalığından ilham alınaraq hazırlanan avtomobildə bu rəqəm 0,19-a düşmüşdür. Sürtünmə əmsalının azalması hava müqavimətinin də azalması mənasına gəlir. Üzərindəki hava müqavimətinin azalması, avtomobilin yanacaq istehlakını da 100 km-də 4,3 litrə qədər azaldaraq olduqca səmərəli olmasını təmin etmişdir.(61)
* Balığın bədən quruluşu diqqətlə araşdırıldıqda, dərisinin sonsuz altıbucaqlıya bənzər sümük lövhələrlə örtüldüyü görülmüşdür. Bu da balığa ən az ağırlıqda ən möhkəm bədən quruluşu xüsusiyyətini təmin edir. * Daha sonra balığın altıbucaqlıya bənzər sümük lövhələrlə örtülmüş dərisinə diqqət yetirməklə istehsal olunan avtomobil layihələrində, avtomobil qapılarının xarici panellərində 40% daha çox möhkəmlik əldə edilmişdir. Bununla yanaşı, avtomobilin bütün quruluşu bu texnikaya əsaslanaraq istehsal olunduqda, qəza təhlükəsizliyinin heç azalmamasına baxmayaraq avtomobilin çəkisi 30% yüngülləşmişdir.
Nəticə etibarilə, sandıqbalığının xüsusi quruluşu əsas götürülərək öz böyüklüyündə, dünyanın ən aerodinamik avtomobili istehsal olunmuşdur. Əlbəttə ki, bu avtomobilin əsas üstünlüyü əhəmiyyətli bir yanacaq qənaəti təmin etmiş olmasıdır. Sandıqbalığının avtomobil sektoruna istiqamət verən xüsusiyyətləri bunu göstərir ki, bu canlının bədənindəki üstün strukturlar və bədəninin forması Allahın bənzərsiz yaratma sənətinin bir nümunəsidir. Uca Allah, "O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, “şəkil və surət” verəndir..." (Həşr surəsi, 24) ayəsində olduğu kimi, yaradılışdakı bu bənzərsizliyi və mükəmməlliyi insanlara bildirərək sonsuz gücə sahib olduğunu göstərir.
Qeydlər45 Richard Ellis, Aquagenesis: The Origin and Evolution of Life in the Sea, Penguin Books, 2001, s. 96. 46 Fascinating Facts About Fish, The Northeast Fisheries Science Center; http://www.nefsc.noaa.gov/ 47 Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, Bilgi Yayınevi, Ocak 1989, s.108 48 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 40. 49 "How Fish Swim?", Sir James Gray, Animal Engineering, Readings from Scientific American with Introductions by Donald Griffin, The Rockefeller University W. H. Freeman Com., San Francisco, ss.66- 50 "How Fish Swim?", Sir James Gray, Animal Engineering, Readings from Scientific American with Introductions by Donald Griffin, The Rockefeller University W. H. Freeman Com., San Francisco, ss.66- 51 http://www.mauioceancenter.com/marinepdf/triggerfish.pdf 52 http://oceanlink.info/biodiversity/ask/fishy.html 53 Bilim ve Teknik Dergisi, "Hırçın Erkekleri, Barışçıl Dişileri ile Kemikli Balıklar", Gülgün Akbaba, Ekim 1995, no. 335, ss. 74-77 54 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 10. 55 Dick Mills, Akvaryum Bakımı, İnkilap Kitabevi, İstanbul, 1994, s. 20. 56 Sally Morgan, Pauline Lalor, Ocean Life, PRC Publishing, 2001, London, s. 173. 57 Fascinating Facts About Fish, The Northeast Fisheries Science Center; http://www.nefsc.noaa.gov/ 58 The Ocean World Of Jacques Cousteau, Quest for Food, s.40 59 John Downer, Supernature, Sterling Publishing Co., Inc., New York, 1999, s. 40. 60 http://news.mongabay.com/2005/0710-DaimlerChrysler.html 61 http://www.greencarcongress.com/2005/06/daimlerchrysler_1.html |