< <
2 / total: 19

Fosil Nedir? (2/2)

Fosillərin Əmələ Gəlməsi

wasp, amber, Fossils

Kəhrəba içində fosilləşmiş 54-28 milyon illik eşşəkarısı.

Bir canlı öldükdən sonra sümükləri, dişləri, qabığı, dırnaqları kimi bərk hissələrinin eynilə qorunması və ya bunların izinin qalması ilə fosillər meydana gəlir. Fosil, əsasən, canlının həmin hissələrinin daşlaşmış formasına deyilir. Ancaq fosil sadəcə daşlaşma ilə meydana gəlmir. Buz kütləsinin içində donmuş mamontlar, ağac şirəsi içində qalmış həşərat və kiçik sürünən növləri kimi canlıların quruluşunun dəyişilmədən dövrümüzə qədər çatdığı fosillər də var.

Bir canlı öldükdə bədənini təşkil edən yumşaq toxumalar bakteriyaların və ətraf mühit amillərinin təsiri ilə çürüməyə başlayır (çox nadir hallarda çürümə baş vermir). Canlının daha möhkəm hissələri (sümüklər, dişlər və qabıq kimi tərkibində minerallar olan hissələr) bəzi fiziki və kimyəvi proseslərdən keçərək uzun müddət dəyişilmir. Bu proseslər fosilləşməyə səbəb olur. Fosilləşən hissələr, əsasən, onurğalıların sümükləri və dişləri, braxiopodların (çiyinayaqlılar) və molyuskların qabıqları, bəzi xərçəngkimilərin və trilobitlərin xarici skeletləri, mərcankimilərin və süngərlərin ümumi quruluşları və bitkilərin oduncaq hissələridir.

midge, amber

20-15 milyon illik mığmığa kəhrəbası.

Canlının yerləşdiyi mühitin və ətraf mühit amillərinin fosilin əmələ gəlməsində böyük rolu var. Canlının yerləşdiyi mühitə görə fosilləşmə baş verib-verməyəcəyini təxmin etmək mümkündür. Məsələn, sualtı mühit quruya nisbətən fosilləşmənin baş verməsi üçün daha əlverişlidir.

Ən çox yayılmış fosilləşmə prosesi minerallaşmadır. Bu prosesdə orqanizmin yerini cəsədin gömüldüyü çöküntüdəki minerallar tutur. Minerallaşma prosesində bu mərhələlər baş verir:

Əvvəlcə, ölən heyvanın bədəni anidən torpaq, lil və ya qumun altında qalaraq hava ilə təması kəsilir. Bundan sonra aylar ərzində heyvanın gömüldüyü yerin üstünü yeni torpaq təbəqələri örtür. Bu təbəqələr heyvanın bədənini xarici amillərdən və fiziki aşınmalardan qoruyan xüsusi qalxan rolunu oynayır. Getdikcə daha çox təbəqə üst-üstə toplanır və bir neçə əsr ərzində canlının bədəni yer səthinin və ya dəniz dibinin bir neçə metr dərinliyində qalır.

dragonfly, evolution, fossil

Palçığa batmış bu iynəcə çox böyük ehtimalla fosilləşəcək və gələcək nəsillərə əsla təkamül baş vermədiyinin dəlili olaraq çatacaq.

Zaman keçdikcə heyvanın sümük, qabıq, pulcuq, qığırdaq kimi toxumaları yavaş-yavaş parçalanır. Parçalanan toxumaların içinə yerin altındakı sular sızır və bu suların tərkibindəki minerallar zaman ərzində toxumalardakı kimyəvi maddələrin yerini tutur. Toxumalardakı kimyəvi maddələrin yerində yerləşən bu minerallar aşınmaya və parçalanmaya qarşı davamlı olan kalsit, pirit, silisium oksidi, dəmir kimi süxurların tərkib hissələridir. Beləliklə, milyon illər ərzində bu minerallar canlının bədənindəki toxumaların yerini tutaraq canlının bir növ daş surətini çıxarır. Nəticədə, fosil orijinal canlı ilə eyni formada qalır, tərkibi isə süxur olur.

Minerallaşma yolu ilə fosilləşmədə müxtəlif hallara rast gəlinir:

◉ Əgər skelet çöküntü ilə tamamilə dolub və daha sonra parçalanmayıbsa, daxili qəlib fosilləşir.

◉ Orijinal skelet tamamilə fərqli mineralla əvəz olunubsa, qabığın tam surəti əmələ gəlir.

◉ Əgər təzyiq nəticəsində skeletin çöküntüdə tam qəlibi çıxıbsa, skeletin xarici səthinin izi əldə edilir.

Bitki fosillərində isə bakteriyaların təsiri ilə karbonlaşma baş verir. Karbonlaşmada oksigen və azotun yerini karbon və hidrogen tutur. Karbonlaşmada bakteriyalar təzyiq və temperatur dəyişiklikləri və ya müxtəlif kimyəvi proseslərin təsiri ilə toxumaların molekullarını parçalayır, ancaq karbon lifləri qalır, zülal və sellüloza quruluşunda kimyəvi dəyişiklik baş verir. Karbon 4-oksid, metan, hidrogen sulfat və su buxarı kimi digər maddələr yox olur. Bu proses nəticəsində Daş kömür dövründə (354–290 milyon il) mövcud olan bataqlıqlardan ibarət meşələrdə təbii kömür yataqları meydana gəlmişdir.

microscopic plankton, Plants, Fossil, Amber

1. Mərcanlar: rif əmələ gətirən əhəngdaşılı dəniz heyvanlarıdır.
2. Şüalılar: silisdən skeleti olan mikroskopik planktondur.
3. İkitaylı molyusk: kalsium karbonat qabıqlı. Bu kimi sərt üzvlər heç bir dəyişikliyə məruz qalmadan mühafizə edilə bilir.
4. Qraptolit: sürü halında yaşayan, üzvi skeletli, ən çox qara şistlərdə izlərinə rast gəlinən fosillərdir.
5. Köpək balığı dişi: sümüklər və dişlər fosfat tərkiblidir, bu səbəbdən bir çox orqanla müqayisədə daha dayanıqlıdır.
6. İz fosilləri: çöküntülərdə rast gəlinən izlərdən ibarət fosillərdir.
7. Ammonit: qabığı dəmir piritləri ilə əvəz olunaraq fosilləşmiş nümunə görünür.
8. Daşlaşaraq fosilləşmiş ağac: ağac hüceyrələri vaxt keçdikcə silislə əvəz olunur və fosilləşir.
9. Kəhrəba: kiçik orqanizmlər ağac şirəsi içində həbs olunaraq fosilləşir.
10. Karbonlaşmış yarpaqlar: bitkilər karbon liflərinə çevrilir.
50 milyon il yaşındakı bu balıq fosili balıqların həmişə balıq kimi mövcud olduqlarının bir dəlilidir.

 

fossil, fish

50 milyon yaşındaki bu balık fosili, balıkların hep balık olarak var olduklarının bir delilidir.

 

Jurassic period, starfish, fossil

Elə olur ki, zərif orqanizmlər də qeyri-adi şərtlərdə fosilləşə bilirlər. Şəkildə görünən Yura dövrünə (206-144 milyon il) aid dəniz ulduzu fosili ilə dövrümüzdə yaşayan nümunəsi arasında heç bir fərq yoxdur.

 

fossil, Triassic Period, fish

Trias dövrünə aid 250-203 milyon illik bu balığın dərisi və pulcuqları ən incə təfərrüatına qədər fosilləşmişdir. Bu nümunə balıqların dövrümüzdən 250 milyon il əvvəl də eyni pulcuq formasına malik olduqlarını göstərir.

Fosillər bəzən kalsiumla zəngin sulara gömülmüş orqanizmlərin travertin kimi minerallarla örtülməsi ilə meydana gəlir. Orqanizm çürüyərkən mineral yataqlarının üstündə izi qalır.

Tethys Ocean, floor, evolution, sponge reef

Dünyanin Ən Böyük Süngər Qayasi

145 milyon illik bu süngər qayası Avropada bir neçə göl xaricində izi qalmayan Tetis dənizinin dibindən dövrümüzə qalan bir izdir. Dövrümüzdə yaşayan süngərlərin bu təpəni meydana gətirən süngərlərdən heç bir fərqi yoxdur. Bu süngərlər təkamül keçirmədiklərini söyləyir.

Canlının yumşaq hissələrinin -saçları, tükləri və ya dərisi də daxil olmaqla- tam fosilləşməsi isə çox nadir rast gəlinən haldır. Kembriyəqədərki dövrə (4,6 milyard – 543 milyon il) aid yumşaq toxumalı canlıların qalıqları çox yaxşı qorunmuşdur. Kembri dövründən (543–490 milyon il) dövrümüzə qədər bir çox canlıların bərk toxuma qalıqları ilə yanaşı, daxili quruluşunun tədqiq olunmasına imkan verən yumşaq toxuma qalıqları da mövcuddur. Kəhrəba və fosil qalıqlarının içində qorunmuş təqribən 150 milyon il əvvələ aid heyvan tükləri və müxtəlif tüklər də fosil qalıqlarının hərtərəfli tədqiq edilməsinə imkan verən nümunələrdəndir. Sibir buzlaqlarının içində qalmış mamontlar və ya Baltik meşələrində ağac şirəsinin içində qalaraq fosilləşən həşəratlar və sürünənlər də yumşaq orqanları ilə birlikdə fosilləşmişdir.

evolution, William Smith, Trias Dönemi, Jura Dönemi, Jeolojik harita

İngilis geologiyasının banisi kimi qəbul edilən Uilyam Smitin çəkdiyi bu geoloji xəritələr müasir geologiya elminin inkişafına böyük töhfələr vermişdir.

1. Üst daş kömür dövrü
2. Alt daş kömür dövrü
3. Trias dövrü

4. Yura dövrü
5. Orta Yura dövrü

Fosillərin ölçüsü də müxtəlifdir. Mikroorqanizmlərin fosillərindən sürü şəklində yaşayan heyvanların böyük fosillərinə qədər çox müxtəlif fosillər əldə edilmişdir. Böyük fosillərin ən təəccüblü nümunələrindən biri İtaliyada böyük təpə şəklindəki süngər rifidir.

Yer üzünün ən böyük canlı zirvəsi olan bu rif 145 milyon illik əhəngli süngərlərdən təşkil olunmuşdur. Qədim Tetis okeanının dibində formalaşan bu süngər rifi tektonik təbəqələrin hərəkəti nəticəsində yüksəlmişdir. Üstündə Trias dövrünə aid süngər riflərində yaşayan canlı nümunələri də var. Kembri dövrünə aid minlərlə canlının fosilləri yerləşən Kanadadakı Börcess Şeyl (Burges Shale) və Çindəki Çentszyan (Chengjiang) fosil yataqları böyük fosil sahələrindəndir. Dominikan Respublikasında və Baltik dənizinin qərb sahillərində yerləşən kəhrəba yataqları mühüm fosil mənbələridir. Amerikanın Vayominq əyalətində yerləşən Qrin-River (Green River) fosil yataqları, Mərkəzi Amerikada yerləşən Uayt-River (White River) fosil yataqları, Almaniyadakı Ayxştatt (Eichstatt) və Livandakı Hacula (Hajoula) fosil yataqları buna misaldır.

Fosillər Neçə Qrupa Bölünür?

Eynilə canlılar aləmi kimi fosillər də aləm adı altında qruplar şəklində tədqiq olunur. Fosillər 19-cu əsrdə bitkilər və heyvanlar olmaqla iki əsas qrupda toplanırdı. Sonrakı tədqiqatlar və əldə edilən fosillər göbələklər və bakteriyalar kimi canlıların da daxil olduğu qrupları meydana gətirdi. 1963-cü ildə tərtib olunan fosil cədvəlinə əsasən, fosillər 5 aləmə bölünərək tədqiq edilməyə başlandı:

  • Animalia – heyvanlar aləmi fosilləri - ən qədim nümunələri 600 milyon ildir.
  • Plantae – bitkilər aləmi fosilləri - ən qədim nümunələri 500 milyon ildir.
  • Monera – nüvəsiz bakteriya hüceyrəsi fosilləri - ən qədim nümunələri 3,9 milyard ildir.
  • İbtidailər – birhüceyrəli canlıların fosilləri - ən qədim nümunələri 1,7 milyard ildir.
  • Göbələklər – çoxhüceyrəli canlıların fosilləri - ən qədim nümunələri 550 milyon ildir.

Geoloji Dövrlər və Paleontologiya

18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində dəmiryolu və tunel inşaatı zamanı yer qabığı haqqında əsas məlumatlar əldə edildi. Məsələn, tunel inşa edən ingilis Uilyam Smit (William Smith) inşaat zamanı Somersetdə yerin altından çıxan Yura dövrünə (206-144 milyon il) aid süxurların bənzərinin Şimal dənizi sahillərində olduğunu da gördü. Ölkənin bir ucundan digərinə qədər topladığı süxur və fosil nümunələri ilə İngiltərənin ilk geoloji xəritəsini tərtib etdi. Habelə əlindəki süxur nümunələrinə əsaslanaraq bəzi bölgələrdə geoloji yeraltı xəritələr də çəkdi. Bu xəritələrin müasir geologiya elminin inkişafında və yer üzünün geoloji dövrlər cədvəlinin tərtib edilməsində böyük rolu oldu. Xəritələrdəki məlumatlar sayəsində süxurların üstü bitki örtüyü ilə örtülü olsa belə, altda hansı təbəqənin yerləşdiyi, tərkibində nələr olduğu (dəmir filizi, kömür və s.) bilinirdi.

geology, Period, Carboniferous, Jurassic, Triassic

Geoloqlar və paleontoloqlar dünya və təbiət tarixinin anlaşılmasını asanlaşdıra bilmək üçün dünya tarixini geoloji dövrlərə ayırıblar. Bu dövrlərin müəyyən olunmasında qayaların formalaşması, yaşları və tərkiblərindəki fosillər mühüm rol oynamışdır.

A. PREKEMBRİ (4,6 milyard – 543 milyon il)
B. PALEOZOY

C. MEZOZOY
D. KAYNOZOY

1. Kembri dövrü (543 – 490 milyon il)
2. Ordovik dövrü (490 – 443 milyon il)
3. Silur dövrü (443 – 417 milyon il)
4. Devon dövrü (417 – 354 milyon il)
5. Daş kömür dövrü (354 – 290 milyon il)
6. Perm dövrü  (290 – 248 milyon il)

7. Trias dövrü  (248 – 206 milyon il)
8 .Yura dövrü (206 – 144 milyon il)
9. Tabaşir dövrü  (144 – 65 milyon il)
10. Üçüncü dövr
11. Dördüncü dövr
12. (65 milyon yıl - günümüz)

Bütün bu məlumatların əldə edilməsində fosillər əhəmiyyətli rol oynamışdı. Bu gün hələ də istifadə edilən Kembriyəqədərki (Arxey və Proterozoy eraları) dövrdən IV dövrə qədər geoloji dövr cədvəli fosil yataqlarının və süxur quruluşlarının işarə etdiyi məlumatlardan istifadə edilərək hazırlanmışdır. Süxurlar üzərində aparılan tədqiqatlar nəticəsində yer üzünün hansı dövrlərdə hansı mərhələlərdən keçdiyi müəyyən edilmiş, süxurlardakı fosillər sayəsində isə müxtəlif dövrlərdə yaşayan canlılar haqqında məlumat əldə edilmişdir. Bu iki məlumat birləşdirilərək cədvəl tərtib olunmuşdur. Bu cədvələ görə, yer qabığının tarixi eonlara, eonlar eralara, eralar da dövrlərə bölünür.

Precambrian Period, Rocks Ediacara Hills, Precambrian

Avstraliyada, Ediakara təpələrində Kembriyəqədərki dövrə aid qayalar mövcuddur. Şəkildə görünən meduza fosilləri də Ediakarada tapılmışdır və 570-543 milyon il əvvələ aiddir. Yüz milyonlarla illik bu fosil qeydləri təkamül mərhələsi iddiasını təkzib edir. Təkamülçülərin elmdən kənar iddialarına görə, fosil qeydləri bizə: 1. Çox sayda keçid forması təqdim etməli; 2. Bu qeydlərdəki dəyişiklik yavaş və mərhələli olmalı, sadədən mürəkkəbə doğru inkişaf görünməli; 3. Xəyali ilk hüceyrə inkişaf etdikcə yeni növlər ortaya çıxmalıdır. Bu növlərin izləri də fosillərdə görünməlidir. Ancaq təkamülçülərin bu iddiaları fosil qeydləri tərəfindən heç vaxt təsdiq edilməmişdir. Fosillər sübut edir ki, canlı növləri özlərinə xas xüsusiyyətləri ilə bir-birlərindən fərqli və ayırd edilə bilən xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər isə zaman içində mərhələli şəkildə qazanılmamışdır və canlı qrupları arasında təkamül əlaqəsi yoxdur. Bu da bütün canlıları sahib olduqları xarakteristik xüsusiyyətlərlə, qüsursuz şəkildə Allahın yaratdığını göstərən mühüm dəlillərdən biridir.

Qrenlandiyadakı Kembriyəqədərki dövrə aid qayalar (4,6 milyard – 543 milyon il)

1. Prekembri (Kembriyəqədərki) tarixi (4,6 milyard – 543 milyon il)

Kembriyəqədərki tarix yerin tarixinin ən qədim və ən uzun mərhələsi hesab edilir. Bu uzun tarix də eralara bölünür. 4,6–3,8 milyard illik mərhələ Hadey eonu adlandırılır. Bu, yer qabığının təzəcə formalaşdığı dövrdür. Kriptozoy eonu 3,8 milyard il – 543 milyon illər arasını əhatə edir. Fosil qeydlərində bu dövrlərə aid birhüceyrəli və çoxhüceyrəli mikroorqanizmlərin müxtəlif izləri var.

2. Fanerozoy eonu (543 milyon il əvvəldən dövrümüzə qədər)

“Fanerozoy” sözünün hərfi mənası görünən və ya aşkar həyat deməkdir. Fanerozoy eonu 3 eraya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy.

2A. PALEOZOY ERASI (543 – 251 milyon il)

Təqribən 300 milyon il davam edən Paleozoy Fanerozoy eonunun ilk və ən uzun erasıdır. Paleozoy erasında iqlim, əsasən, rütubətli və mülayim idi. Vaxtaşırı buzlaşma mərhələləri olmuşdur.

Paleozoy erası Kembri, Ordovik, Silur, Devon, Daş kömür və Perm olmaqla 5 dövrə bölünür.

Kembri dövrü (543 – 490 milyon il)

Cambrian Period

Ordovik dövrünün canlılarını göstərən bir şəkil.

Kembri dövrü dövrümüzdə yaşayan əsas canlı tiplərinin, hətta nəsli kəsilmiş bir çox canlıların ani surətdə üzə çıxdığı geoloji dövrün adıdır. (Tip canlıların təsnifatında aləmdən sonra gələn ən böyük kateqoriyadır. Tiplər canlıların orqanlarının və toxumalarının sayı və müxtəlifliyi, bədən simmetriyası və digər daxili quruluş formalarına görə müəyyən edilir. Dövrümüzdə 35 tip müəyyən edilib. Kembri dövründə isə 50-yə yaxın canlı tipi yaşamışdır.) Kembri dövründə canlı tiplərinin ortaya çıxması o qədər ani olub ki, elm adamları bunu “Kembri partlayışı” adlandırıblar. Təkamülçü paleontoloq Stiven Cey Quld (Stephen Jay Gould) bu hadisəni həyat tarixindəki ən nəzərə çarpan və təəccüblü hadisə adlandırmış, təkamülçü zooloq Tomas S.Rey (Thomas S.Ray) çoxhüceyrəlilərin mənşəyinin həyatın başlanğıcı qədər qeyri-adi olduğunu yazmışdır.

Paleontologiya elminin Kembri partlayışı haqqında verdiyi məlumatlara baxdıqda bu məlumatların açıq-aşkar yaradılışı sübut etdiyini, təkamül nəzəriyyəsini isə təkzib etdiyini görürük. Çünki Kembriyəqədərki dövr, əsasən, birhüceyrəlilərin, nadir hallarda da əsas nəzərə çarpan xüsusiyyətləri və göz, ayaq kimi kompleks orqanları olmayan çoxhüceyrəli canlıların yaşadığı dövrdür. Odur ki, Kembri canlılarının fantastik təkamül prosesini göstərən bir dəlil və ya bu canlıların əcdadı kimi heç bir fosil göstərilə bilmir. Birhüceyrəlilərin yaşadığı bu mühitdə birdən-birə kompleks xüsusiyyətləri ilə heyranedici canlı müxtəlifliyi meydana çıxır. Bu partlayışla bir-birindən nəzərə çarpan xüsusiyyətləri ilə fərqlənən canlılar ortaya çıxmışdır. Bu vəziyyət Kembriyəqədərki dövrdə yaşamış canlılar və Kembridə yaşamış canlılar arasında həm nəsil əlaqəsi cəhətdən, həm də komplekslik cəhətdən dərin boşluqlar meydana gətirmişdir. Bu boşluqlar o qədər diqqətçəkəndir ki, canlı tipləri arasında davamlılıq göstərmək istəyən təkamülçülər bu canlılar arasında nəzəri cəhətdən belə qohumluq əlaqələri qura bilmirlər.

Ordovician Period

Kembri dövrü canlılar tarixinin ilk anından etibarən çox fərqli canlıların olduqca kompleks quruluşları ilə ani surətdə ortaya çıxdığını göstərir ki, bu, yaradılışa işarə edir. Canlıların mükəmməl quruluşlarının mənşəyi Allahın yaratmasıdır. Bu mükəmməl canlılar təsadüfən, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi natamam, yarımçıq, qeyri-funksional mərhələlərlə deyil, qüsursuz şəkildə fosil qeydlərində üzə çıxırlar.

Ordovik dövrü (490 – 443 milyon il)

Bu dövrdə çoxlu sayda müxtəlif onurğasız dəniz canlıları yaşamışdır. Fosil qeydləri Ordovik dövründə zəngin dəniz heyvanları fəsilələrinin olduğunu göstərir. Bu dövrə aid quru bitkilərinin fosilləri də var. Ordovik dövründə baş verən qlobal iqlim dəyişiklikləri bəzi növlərin nəslinin kəsilməsi ilə nəticələnmişdir. Ordovik dövründə baş verən buzlaşmanın səbəb olduğu bu hadisə “Ordovik nəsilkəsilmələri” adlanır.

Ordovik dövründə yaşayan canlıların bəzilərinin dövrümüzdə hələ də nəsli davam edir. Bu canlılardan biri qılıncquyruq xərçəngdir. 450 milyon illik qılıncquyruq xərçəng fosili bu canlıların dövrümüzdən təqribən yarım milyard il əvvəl də eyni xüsusiyyətlərə və kompleks quruluşa malik olduğunu göstərir.

Cambrian, Newfoundland, Ordovician, Period, horseshoe crab

Nyufaundlend adasındakı bu qayalıqlar Kembri dövrü ilə Ordovik dövrü arasındakı keçidi göstərən dağılmamış sahələrdən biridir.

450 milyon illik qılıncquyruq fosili. Bu fosilin şəkildə görünən, dövrümüzdə yaşayan nümunəsindən heç bir fərqi yoxdur.

Silur dövrü (443 – 417 milyon il)

Temperaturun artması ilə buzlaqların əridiyi və bəzi qitələrin su altında qaldığı bu dövrə aid külli miqdarda quru bitkisi fosili var. Bundan əlavə, Silur dövrünə aid dəniz laləsi kimi dərisitikanlıların, dəniz əqrəbləri kimi buğumayaqlıların, çənəsiz balıqlar və zirehli balıqlar kimi bəzi balıq növlərinin, habelə bəzi hörümçək növlərinin müxtəlif fosilləri var. Ən qədim və qüsursuz dəniz hörümçəyi fosili də Silur dövrünə (425 milyon il) aiddir və canlıların milyon illərdir dəyişilmədən qaldığını sübut edir. Bu faktlar darvinistlərin ssenarilərinin əksinə, canlıların heç bir dövrdə təkamül keçirmədiyinin dəlilidir.

Silurian, Period, Crinoid

Silur dövründə yaşamış dəniz lalələri.

Devon dövrü (417 – 354 milyon il)

Bu dövrə aid saysız-hesabsız balıq fosili var. Devon dövründə də kütləvi məhvolma baş vermiş və bəzi növlərin nəsli kəsilmişdir. Bu kütləvi məhvolma mərcan riflərinə təsir etmiş, stromatoporoidlər (rif əmələ gətirən mərcan növləri) rifləri tamamilə məhv olmuşdur.

Devon dövründə yaşamış minlərlə balıq fosilinin dövrümüzdə yaşayan bir çox balıq növlərindən heç bir fərqi yoxdur. Bu isə yüz milyon illərdir canlıların dəyişilmədiyini, mərhələli təkamül prosesinin baş vermədiyini sübut edir.

Daş kömür dövrü (354 – 290 milyon il)

örümcek, örümcek fosili

355-295 milyon illik hörümçək fosili.

Daş kömür dövrü alt və üst Daş kömür dövrlərinə bölünür. Qitə toqquşmaları nəticəsində quru ərazilərin yüksəlib-alçalması və qütb buzlaqlarından asılı olaraq dənizlərin yüksəlib-alçalması bu dövrdə yer üzünü və canlıların həyatını formalaşdıran mühüm hadisələrdir. Daş kömür dövrünə aid çoxlu sayda quru və dəniz canlısı fosili var. Bu fosillərin ən məşhuru selakant (coelacanthus) fosilidir. Uzun illər boyu darvinistlər tərəfindən keçid forma kimi təqdim edilən və daha sonra bu iddialarının doğru olmadığı elə selakant tərəfindən sübut edilən bu canlı dövrümüzdə hələ də yaşayır. Milyon illərdir heç bir dəyişikliyə məruz qalmayıb və əsla təkamül keçirməyib. Selakant darvinistlərin təkamülü dəstəkləyən keçid fosili iddialarının əksinə, təkamülü tamamilə təkzib edən yaşayan fosil nümunəsidir. Təkamülü təkzib edən milyonlarla yaşayan fosil nümunəsi var. Təkamülçülərin keçid fosili kimi təqdim etdikləri selakantın yaşayan fosil kimi ortaya çıxması onlara böyük zərbə olmuşdur.

 

fossil, Coelacanth

Müasir dövrdə dənizlərdə yaşayan selakant.

410 MİLYON İLLİK selakant fosili.

Perm dövrü (290 – 248 milyon il)

Paleozoy erasının son dövrü olan Permin sonunda da böyük kütləvi məhv olma baş vermişdir. Bu kütləvi məhv olma Paleozoy dövrünün də sonu olmuşdur. Fosil qeydləri bu böyük məhv olma zamanı canlı növlərinin 90-95%-inin nəslinin kəsildiyini göstərir. Buna baxmayaraq, Perm dövründən dövrümüzə qədər nəsli davam edən canlılar da var. İynəcə, hörümçək kimi Perm dövrü canlılarının fosil nümunələri heç bir dövrdə təkamülün baş vermədiyini sübut edir.

2B. MEZOZOY ERASI (248 – 65 milyon il)

Mezozoy erası Trias, Yura və Tabaşir dövrlərinə bölünür. Dinozavrlar Mezozoy erasında yaşamış və məhv olmuşlar.

Trias dövrü (248 – 206 milyon il)

Trias dövrü ilə Mezozoy adlanan yeni era başlayır. Trias dövründə yaşayan canlılara aid dünyanın hər tərəfindən çoxlu sayda fosil əldə edilmişdir. Fosil qeydləri bu dövrdə həm quru, həm də dəniz canlılarının böyük müxtəlifliyə malik olduğunu göstərir. Digər dövrlərdə olduğu kimi, bu dövrə aid, təkamülçülərin olmasını umduğu bircə dənə də keçid fosili yoxdur.

Chilean araucaria, Petrified Forest, Triassic Period

Trias dövrünün fosilləri üzərində tədqiqat aparan alimlər.

Trias dövrü bitkilərinə aid ən məşhur tapıntılardan biri də Arizonada tapılan daşlaşmış fosil meşəsidir. Çili araukariyası kimi tanınan ağaclardan meydana gələn bu meşə bitkilərin təkamül keçirmədiyinin sübutlarından biridir. 248-206 milyon il əvvəl yaşayan bu ağacların dövrümüzdəki nümunələrindən fərqi yoxdur.

Yura dövrü (206 – 144 milyon il)

Mezozoy erasının bu dövrü dinozavrların sayca və növ baxımından çox olduğu dövrdür. Yura dövrünün sonunda ammonitlərin, dəniz sürünənlərinin, ikitaylı molyuska və istridyə növlərinin bəzilərinin nəsli kəsilib.

Yura dövründən bəri dəyişilmədən, təkamül keçirmədən nəsillərini davam etdirən bir çox canlılar var. Fosil qeydləri bu canlıların nümunələri ilə doludur. Məsələn, ən qədim timsah fosillərindən birinin təqribən 200 milyon il yaşı var. Hatteriya kərtənkələsinin də 200 milyon il əvvələ aid fosil nümunələri var. Krevetlərin Yura dövrünə aid çoxlu fosilləri var. Bu canlıların dövrümüzdəki mükəmməl sistem və kompleks quruluşları milyon illər əvvəl də eyni idi.

dragonfly fossil, tuatara
 

150 milyon illik iynəcə fosili dövrümüzün iynəcələri ilə eynidir.

 

shrimp, fossil

206-144 milyon il əvvələ aid krevet fosili. Dövrümüzün dənizlərində yaşayan krevetlərdən heç bir fərqi yoxdur.

Tabaşir dövrü (144 – 65 milyon il)

Mezozoy erasının son dövrü olan Tabaşir dövrü dinozavrların nəslinin kəsildiyi dövr kimi tanınır. Dinozavrlarla yanaşı, bir çox quruda yaşayan sürünən və bitki növləri də bu dövrdə məhv olmuşdur.

Digər tərəfdən, bu dövrdə yaşayan dəniz ulduzları, yengəclər, bəzi balıq növləri, su əqrəbləri, hörümçəklər, iynəcələr, su tısbağaları, timsahlar kimi bir çox heyvan növləri və müxtəlif bitkilər dövrümüzə qədər nəslini davam etdirmişdir. 135 milyon illik dəniz ulduzu fosili, 140 milyon illik qılıncquyruq fosili, 125 milyon illik ginkqo yarpağı fosili kimi fosil nümunələri bu həqiqəti sübut edən dəlillərdəndir. Milyon illər keçməsinə baxmayaraq, eyni kompleks sistemlərə malik olan bu canlılar darvinistlərin təbiət tarixinə dair iddialarını təkzib edir.

2C. KAYNOZOY ERASI (65 milyon il – dövrümüz)

crocodile, fossil, Germany

56-35 milyon illik bu timsah fosili Almaniyada tapılmışdır.

Tabaşir dövrünün sona çatması ilə dövrümüzə qədərki zamanı əhatə edən Kaynozoy erası başlayır. Geoloq və paleontoloqlar yaxın dövrə qədər Kaynozoy erasını iki alt hissəyə bölüblər: III dövr və IV dövr. III dövr 65 milyon il əvvəldən 1,8 milyon il əvvələ qədərki zamanı əhatə edir. IV dövr isə son 1,8 milyon illik dövrü əhatə edir. Yaxın zamanda isə Kaynozoy erası 3 dövrə bölünərək tədqiq olunmağa başladı. Yeni sistemə görə, Kaynozoy erasının 3 dövrü bunlardır: Paleogen, Neogen və IV dövr.

fish, fossil, bat, France

144-65 milyon illik balıq və yarasa fosili. Fransada tapılmışdır.

Eynilə digər dövrlərdə olduğu kimi, Kaynozoy erasına da xeyli fosil aiddir. Bu fosil nümunələri canlıların bir ortaq əcdaddan törədiyini iddia edən təkamül nəzəriyyəsini təkzib edir.

Bütün bu geoloji dövrlərə aid əldə edilən fosil nümunələrinin ən əsas xüsusiyyətlərindən biri canlıların geoloji dövrlər boyu dəyişilməməsidir. Başqa sözlə, bir canlı növü fosil qeydlərində necə üzə çıxıbsa, nəsli kəsilənə qədər və ya dövrümüzə qədər on milyon, hətta yüz milyon illər boyu heç bir dəyişikliyə məruz qalmamış, quruluşunu qoruyub saxlamışdır. Bu, canlıların təkamül keçirmədiyinin açıq-aydın dəlilidir.

Canlılar tarixi təkamül nəzəriyyəsini qəti şəkildə təkzib edir. Bir-birindən tamamilə fərqli canlı növlərini yoxdan yaradan, yer üzünü canlılar üçün əlverişli edən üstün güc və sonsuz elm sahibi uca Allahdır.

Fosillərə ən çox haralarda rast gəlinir?

Fosillər Yer kürəsinin, demək olar ki, hər yerində var. Bəzi süxur növlərində heç bir fosilə rast gəlinmir, bəzilərində çoxlu sayda fosil olur. Geoloqlar süxurları 3 növə bölürlər:

◉ Maqmatik süxurlar

◉ Çökmə süxurlar

◉ Metamorfik süxurlar

Greenland, rocks, radioactive, minerals

Dünyanın məlum olan ən qədim qayaları Qrenlandiyadadır. Bu qayalar 3,9-3,8 milyard yaşındadır.

Qayaların yaşı radioaktiv izlərin müşahidə edilməsi yolu ilə də müəyyən edilir.

Maqmatik süxurlar yer üzünün dərinliklərində yerləşən və ya vulkanla yer üzünə çıxan lavaların və ərimiş maddələrin soyuması ilə əmələ gələn qranit və ya bazalt tipli süxurlardır. Çökmə süxurlar qum, allüvium və s. suda həll olmuş maddələrin üst-üstə yığılması ilə əmələ gəlir. Metamorfik süxurlar isə yer üzünün alt təbəqələrindəki yüksək temperatur və təzyiq altında quruluşu dəyişikliyə məruz qalan maqmatik və ya çökmə süxurlardır.

Əsasən, maqmatik süxurlarda fosilə rast gəlinmir. Bu süxurlarda olan nadir nümunələr isə bitki və ya heyvanların lava ilə örtülməsi ilə meydana gəlir. Metamorfik süxurları meydana gətirən yüksək temperatur və təzyiq altında da çox az canlı fosilləşir, fosilləşənlər isə ciddi zədələnmiş və ya deformasiyaya məruz qalmış olur. Fosillərin, demək olar ki, hamısı çökmə süxurlarda və ya çöküntülərdə tapılır.

Çökmə süxurların, demək olar ki, hamısı külək və ya su ilə daşınan maddələrdən və ya digər süxurların aşınmasından meydana gəlir. Kömür kimi bəzi süxur növləri də bitki və heyvan qalıqlarından əmələ gəlir. Kiçik qırıntılardan və dənəciklərdən ibarət çökmə süxurlar qırıntı mənşəli çökmə süxurlar adlanır. Qumdaşı, şist qırıntı mənşəli çökmə süxurlara nümunədir. Əgər maddələr suda həll olubsa, kimyəvi mənşəli çökmə süxurlar və ya buxarlanma nəticəsində qırıntısız çökmə süxurlar əmələ gəlir. Əhəngdaşı və dolomit qırıntısız çökmə süxurdur. Əsasən, çökmə süxurlar qırıntı mənşəli və qırıntısız süxurların qarışığından ibarət olur. Fosillər isə ən çox şistlərdə, qumdaşında və kalsium-karbonatdan əmələ gələn əhəngdaşında tapılır.

Fosillər necə tapılır və çıxarılır?

Fosil axtarışında geoloqlar süxur növləri toplamaq üçün çəkic, mala, müxtəlif kəsici alətlər, kompas, fırça, süzgəc kimi sadə alətlərdən istifadə edirlər.

Fosillər bəzən ətrafdakı yumşaq süxur təbəqəsindən sıyrılaraq səthə çıxır. Belə hallarda fosili təkcə fırça ilə təmizləmək kifayətdir. Ancaq çox vaxt fosillərin toplanması bu qədər asan olmur. Fosilin gömüldüyü süxur, adətən, bərk olur və süxurdan fosili ayırmaq saatlar aparır. Əvvəla, fosil axtarılacaq sahədə süxurun hansı nöqtədən qırılacağı müəyyən edilməlidir. Süxurun üfüqi lay səthinə görə qırılma nöqtələri müəyyən edilir. Hər süxur növü müxtəlif şəkildə parçalanır. Məsələn, şistlərin qırılma nöqtəsi müəyyən edilən üfüqi laylı səthi var. Tabaşir süxurlarının isə səthi belə deyil. Bu zaman fosilin zədələnməməsi üçün qırılan nöqtələrdəki rəng dəyişikliyi və ya toxuma fərqi kimi işarələri düzgün izləmək lazımdır.

collecting, fossils

Fosil çıxarılmasında müvafiq qaya və daş parçalarının yığılması və içində fosil olduğu təxmin edilən qayaların ehtiyatla qırılması ən mühüm mərhələlərdən biridir.

Fosil süxurdan çıxarıldıqdan sonra müxtəlif proseslərdən keçir. Əvvəlcə, fosil çıxarıldığı sahədən laboratoriyaya aparılmaq üçün qorunmalı və möhkəmləndirilməlidir. Bunun üçün istifadə olunan metodlardan biri kimyəvi yapışqanlarla fosili stabilləşdirməkdir. Böyük fosillərdə isə gips qəliblərdən istifadə olunur. Fosil daşınarkən risk altında olan hissələri nəm kağıza bükülür və sonra gipsə batırılır.

collecting, fossils

Turşularla Fosil Təmizləmə

Fosilin bütövlükdə üzə çıxması üçün istifadə edilən təmizləmə üsullarından biri də turşulu təmizləmədir. Fosili əhatə edən qayanın fosilə zərər vermədən təmizlənməsi üçün effektiv üsuldur.

  • Fosili əhatə edən qaya fosilin kiçik bir qismi üzə çıxana qədər müvafiq turşuya batırılır.
  • Fosilin üzə çıxan qismi yuyulur və turşuya qarşı müqavimətli bir maddə ilə örtülür.
  • Fosil təkrar turşuya batırılır və bu proseslər uzun müddət ərzində bir neçə dəfə təkrarlanır.
  • Fosilin zərər görməməsi üçün görünən qisminə tez-tez qoruyucu sürtülməlidir.
  • Axırda fosil özünü əhatə edən qayadan tamamilə xilas olur. İstifadə edilən kimyəvi maddənin və qoruyucunun tamamilə təmizlənməsi üçün fosil təkrar yuyulur.

Bundan sonra fosilin bütün detallarının tam üzə çıxması üçün fosil təmizlənməlidir. Əgər fosil onu əhatə edən daşdan bərkdirsə, təmizləmə prosesi daha asan olur. Fosil daha yumşaq quruluşdadırsa, təmizlənmə üçün kimyəvi maddələrdən istifadə edilməlidir. Ən çox istifadə edilən metodlardan biri isə fosilin turşu ilə təmizlənməsidir. Beləliklə, fosilin bütün detalları üzə çıxır. Bəzi hallarda, xüsusilə, fosil çox həssas olduqda və onu əhatə edən süxurla eyni quruluşda olduqda rentgen şüaları və kompüter tomoqrafiyası cihazları vasitəsilə tədqiq olunur. Beləliklə, fosil yerindən çıxarılmadan əvvəl quruluşunun necə olduğu müəyyən edilir.

Fosillərin göstərdiyi həqiqət: yaradılış

Charles Darwin

Çarlz Darvin

Bu günə qədər əldə edilən fosil qeydlərinin iki əsas xüsusiyyəti var və hər iki xüsusiyyət təkamül nəzəriyyəsinin iddialarına ziddir:

◉ Sabitlik. Növlər yer üzündə mövcud olduqları müddət ərzində heç bir dəyişikliyə məruz qalmamışdır. Fosil qeydlərində ortaya çıxdıqları anda quruluşları necə olubsa, yox olduqları anda da quruluşları eynidir. Morfoloji (quruluşca) dəyişiklik, əsasən, məhduddur və müəyyən istiqaməti yoxdur.

◉ Ani surətdə üzə çıxma. Hər hansı bölgədə bir növ əcdadlarından mərhələli dəyişikliyə məruz qalaraq ortaya çıxmır, bir anda və “tamamilə formalaşmış” şəkildə üzə çıxır.

Yuxarıdakı iki maddə bunu göstərir: hər hansı təkamül prosesi və keçid mərhələsi keçməyən canlılar yaradılıblar. Xüsusiyyətlərini sonradan qazanmamış, yaradıldıqları gündən etibarən bu xüsusiyyətlərə malik olublar.

sincap

Fosil qeydlərinin təkamül nəzəriyyəsini təkzib etməsi Darvinin də bildiyi, ancaq təkamülçülərin qəbul etmək istəmədiyi həqiqətdir. Darvin fosil qeydlərini təkamül nəzəriyyəsi ilə açıqlamağın qeyri-mümkün olduğunu “Növlərin mənşəyi” kitabında “Nəzəriyyənin çətinlikləri” başlığı altında etiraf etmişdir:

“Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici dəyişikliklərlə törəmişsə, nə üçün hər yerdə saysız-hesabsız keçid formalar görmürük? Nə üçün bütün təbiət qarma-qarışıqlıq içində deyil, bunun əvəzinə, gördüyümüz kimi tam nizamlanmış növlər vardır? ... Keçmişdə yer üzündə yaşamış keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”. (Charles Darwin, “The Origin of Species”, 1-ci nəşr, səh. 171, 280)

ginkgo tree, Triassic, Period, Jurassic

Trias dövründən (248-206 milyon il) bəri quruluşlarında heç bir dəyişiklik olmamış bir çox bitki növü vardır. Bunlardan biri də ginqko ağacıdır. Şəkildə görünən fosil isə Yura dövrünə (206-144 milyon il) aiddir.

Dövrümüzdə yaşayan ginkqo ağacının budağı

Keçid forma fosillərinin olmamasına qarşı Darvinin 140 il əvvəl gətirdiyi “keçid formalar hazırda yoxdur, ancaq yeni tədqiqatlarda tapıla bilər” arqumenti isə bu gün artıq qüvvədə deyil. Dövrümüzdəki paleontoloji faktlar fosil qeydlərinin çox zəngin olduğunu göstərir. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi əsasında 250 min fərqli canlı növü müəyyən edilmişdir. Bu növlər hal-hazırda yaşayan təqribən 1,5 milyon növə çox bənzəyir. Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir keçid forma tapılmayıb, yeni qazıntılarda da keçid formalar tapılmır.

Fosil qeydlərində təkamülçülər üçün dəlil olan heç bir keçid forma yoxdur, əksinə, təkamül nəzəriyyəsini təkzib edən milyonlarla nümunə var. Bunlardan ən mühümü yaşayan fosillərdir. Dövrümüzdə canlı nümunələri olan, fosil qeydlərində isə müxtəlif geoloji dövrlərdə yaşadığı görünən və “yaşayan fosillər” deyə adlandırılan bu fosillər təkamülsüzlük dəlilləridir. Yüz milyon illər əvvəl yaşamış canlıların fosilləri ilə dövrümüzdəki nümunələri arasında heç bir fərq yoxdur. Darvinistlər bu vəziyyət qarşısında çarəsizdirlər.

Təkamülçü Nils Eldric (Niles Eldredge) yaşayan fosillərlə bağlı darvinistlərin heç bir açıqlaması olmadığını belə etiraf edir:

“Yaşayan canlı ilə uzaq geoloji keçmişdəki fosilləşmiş əcdadları arasında -müqayisə edəcəyimiz hər hansı qalıqda- demək olar ki, heç bir dəyişiklik yoxdur. Yaşayan fosillər təkamül sabitliyinin ən konkret nümunələridir... Yaşayan fosillərin sirrini tam aça bilməmişik”. (Niles Eldredge, “Fossils”, 1991, səh. 101, 108)

fossil, Cambrian, Jurassic, Period

Şəkildə görünən ilbiz növünün məlum olan ən qədim fosil nümunələri Yura dövrünə (206-144 milyon il) aiddir. Bu növün daxil olduğu sinfin ilk nümunələri isə Kembri dövründən (543-490 milyon il) etibarən varlıqlarını davam etdirir. Yüz milyonlarla ildir eyni qalan ilbizlər təkamülün yanlış olduğunu göstərir.

54-37 milyon illik arı fosili.

Nils Eldricin açmağa çalışdığı sirr, əslində, aşkar həqiqətdir. Yaşayan fosillər canlıların təkamül keçirmədiyini, yaradıldığını sübut edir. Ancaq darvinistlər ideologiyalarına görə bu həqiqəti görmək istəmir, 150 il əvvəlki doqmalarına dəstək vermək üçün müqavimət göstərirlər. Halbuki indi həqiqətlər Darvinin dövründən daha çox göz qarşısındadır. Həqiqətləri görən və həqiqətə inanmağı seçən insanların sayı artır, nağıllara inanıb bunları sorğu-sual etmədən qəbul edən insanların sayı isə azalır. Həqiqətlər artıq Darvinin dövründəki kimi gizlədilə bilmir. Genetika, mikrobiologiya, paleontologiya, geologiya və digər elm sahələri Darvinin və onun tərəfdarlarının istəmədiyi, bəlkə də, heç gözləmədiyi həqiqəti aşkar etmişdir. Bu həqiqət yaradılış həqiqətidir.

sahte çizimler, evrim
SAXTA

Fosil qeydlərində bütün canlılar həmişə ən mükəmməl halı ilə və tam şəkildə mövcuddurlar. Məsələn, timsahların və sincabların ilkin vaxtlarına aid yer üzü təbəqələrində bir az timsahı xatırladan, bir az sincaba bənzəyən, lakin bir tərəfdən də başqa canlılara aid yarım xüsusiyyətlər daşıyan, qəribə canlıların fosilləri qətiyyən yoxdur. Sincablar həmişə sincab, timsahlar həmişə timsah olaraq mövcud olublar. Bütün bu həqiqətlər bizə göstərir ki, təkamül nəzəriyyəsinin milyonlarla il ərzində mərhələ-mərhələ inkişaf edən canlılar iddiası tamamilə xəyal məhsuludur.

Darvinistlərin ortaya atdığı ağılsız, elmdənkənar iddialar, cəmiyyəti aldatmaq üçün etdikləri saxtakarlıqlar, insanları istiqamətləndirmək üçün istifadə etdikləri təbliğat üsulları ümidsiz çırpınışlarını göstərir. Gələcək nəsillər insanların bir vaxtlar darvinizm nağılına necə inandığını heyrətlə qarşılayacaq. Çünki bütün elmi kəşflər təkamülün heç vaxt baş vermədiyini, kainatı və bütün canlıları Allahın yaratdığını göstərir.

Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. Lakin onlar şəkkə qapılıb əylənirlər. (Duxan surəsi, 7-9)

tigers, parrots, gazelles, birds, animals

 

2 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top