< <
3 / total: 19

Fosil Qeydləri Təkamülü Təkzib Edir

evrim, basın

Darvinistlərin xəyal məhsulu olan hekayələri mediada elmi görüntülərlə davamlı şəkildə nümayiş olunur. Hətta bəzi mətbuat orqanları təkamül nəzəriyyəsinin könüllü müdafiəçiliyini öhdəsinə götürüb. Bu mətbuat orqanlarının vəzifəsi heç bir elmi dəyər daşımayan təkamülü dəstəkləmək üçün irəli sürülən saxta dəlilləri inkaredilməz həqiqət kimi xalqa təqdim etmək və insanları təkamülü qeydsiz-şərtsiz qəbul etmək üçün istiqamətləndirməkdir.

Dünyanın, demək olar ki, bütün məktəblərində tələbələrin oxuduqları biologiya dərslikləri həqiqi olmayan həyat hekayəsini öyrədir. Təkamül nəzəriyyəsi adı altında tamamilə saxta mexanizmlər, saxta dəlillər, saxta şəkil və illüstrasiyalar, saxta fosillər və saxta canlı tarixindən bəhs edilir. Dərs kitablarının mövzusu olan, müəllimlərin dəfələrlə təkrar etdikləri bu nağıl o qədər mənimsənilmiş, o qədər həqiqət kimi qəbul edilmişdir ki, bu təhsili alanlardan heç kim təkamülün doğruluğuna şübhə etmir.

Hər kəs məktəb illərində ona bütün həyatı boyunca ehtiyacı olan təhsilin verildiyini düşünür. Ona görə də həyatın mənasını özündə ehtiva edən bu cür əhəmiyyətli bir mövzuda bütün dünya səviyyəsində bir yalanın olduqca elmi üslubda davamlı öyrədildiyini eşidib, böyük ehtimalla, çox təəccüblənəcəksiniz.

Lakin insanlara bu yalanı zorla qəbul etdirməyə çalışırlar və bunu dünya miqyasında həyata keçirirlər. Demək olar ki, bütün təhsil ocaqlarında xüsusi hazırlanmış yalanlar izah edilir. Mətbuatda saxta dəlillər və canlıların tarixinə aid saxta hekayələr hazırlanır. Öz sahəsində mütəxəssis olan, hətta bəzən Nobel mükafatı almış alimlər bir yalanı müdafiə edir, saxtakarlığın öndərliyini edirlər. Müəllimlərin illərlə izah etdikləri canlıların həyat hekayəsi bir ssenaridir. Dünya səviyyəsində birlik və ittifaq halında həyata keçirilən saxtakarlıq var. Bu, təkamül yalanıdır.

karabatak, karabatak fosili

Yuxarıda görünən 18 milyon illik qarabatdaq fosili qarabatdaqların milyonlarla ildir heç dəyişmədiyinin, yəni təkamül keçirmədiklərinin sübutudur.

Bu ittifaqın güclənməsinin, dərsliklərə hakim olmasının, mediada üstünlük təşkil etməsinin yeganə səbəbi materializm əsaslı olmasıdır. Hazırda dünyaya hakim olan materialist düşüncə tərəfindən dəstəklənən darvinizm bu düşüncənin yardımı ilə gücləndirilib ön plana çıxarılır. (Baxın: “Darvinizm dini”, Harun Yəhya) Bu materialist düşüncə cəmiyyətə saxta dəlil təqdim etməkdən çəkinməmiş, tərəddüd etmədən insanları aldatmışdır. Çünki bu fikir sisteminin və aldatma siyasətinin məqsədi məlumdur: insanları Allah inancından uzaqlaşdırmaq, Allahın varlığını inkar etmək və maddəni yeganə mütləq varlıq kimi göstərmək!

Lakin darvinistlərin gözdən qaçırdıqları bir nüans var: canlılar yaradılmışdır! Canlı tarixində təkamül deyə bir şey yoxdur. Allah bütün varlıqların yaradıcısı və hakimidir. Maddəni yaradan da, bir varlığa can verən də Odur. Allahdan başqa yaradıcı və güc sahibi yoxdur. Qısası, yer üzündə təkcə yaradılış dəlilləri var. Darvinistlər apardıqları hər bir tədqiqatda bu həqiqətlə qarşılaşırlar. Təkamülü sübut etməyə çalışır, lakin bacara bilmirlər. Çünki təbiətdə təkamüllə bağlı dəlil yoxdur. Tapdıqları yalnızca ani surətdə, kompleks və üstün yaradılışdır. Saxta dəlillər isə saxta nəzəriyyəni dəstəkləmir, əksinə, onu daha da etibarsız və əsassız edir. Darvinistlər isə materializmi yaşatmaq üçün çıxılmaz yola girərək saxtakarlıqlarına davam edirlər. Lakin bunun da bir sonu vardır.

evrim, basın, yaratılış evrim, basın

Nəzəriyyələrini xəyali şəkillər və rekonstruksiyalarla dəstəkləməyə çalışan darvinistlər bu günə qədər heç bir elmi dəlil təqdim edə bilməyiblər. Məsələn, canlıların kiçik dəyişikliklərlə bir-birlərindən törədikləri iddiasını sübut edə biləcək bir dənə belə keçid fosil nümunəsi göstərə bilməyiblər. Bu vəziyyət təkamülün elm qarşısında süqutunun sübutudur.

Təkamülü dəstəkləmək üçün verilən bu sərlövhələrin heç bir elmi dəyəri yoxdur. Təkamül başda paleontologiya olmaqla, bütün elm sahələri qarşısında məğlub olmuşdur.

Artıq bu son çatmışdır. Təkamül saysız-hesabsız dəlillərlə təkzib edilmişdir. Bunun ən böyük dəlillərindən biri isə yer üzündəki yaşayan fosillərdir. Bir canlının 150 milyon il ərzində eyni formada qalması, 300 milyon il ərzində dəyişməməsi təkamül ssenarisini tamamilə ortadan qaldırır. Haqqında saysız-hesabsız hekayələr hazırlanan milyonlarla canlının təkamül keçirmədiyini göstərir.

Yengeç ve fosili

Təxminən 300 milyon illik dəniz kirpisi fosili bu canlıların mürəkkəb quruluşları ilə yüz milyonlarla ildir mövcud olduqlarını göstərir. Bu zaman ərzində quruluşlarında heç bir dəyişiklik olmamış, hər hansı bir keçid mərhələdən keçməmişdirlər.

Darvinistlərə görə, təkamül keçirən canlı olmalıdır. Lakin canlı nümayiş etdirdiyi fosil nümunəsi ilə təkamül keçirmədiyini sübut edir. Yaşayan fosillər darvinistlərin bütün iddialarını təkzib etmişdir. Bunlar bütün dərsliklərdəki təkamül cəfəngiyatını ortadan qaldıracaq, bütün təkamül muzeylərindəki saxta keçid formalarını yox edəcək, bütün darvinist kitab və məqalələrdəki xəyali təkamül ssenarilərinin yalan olduğunu göstərəcək qədər böyük dəlillərdir. Təkamülçülərin bunları görməzlikdən gəlmələri bu açıq dəlilləri ortadan qaldırmır. Hər gün daha da artan yaşayan fosil nümunələri təkamül iddiasını çoxdan ortadan qaldırmışdır.

hayali çizim, evrim, yaratılış
XƏYALİ ŞƏKİLLƏR

Əlinizdəki kitabda bu dəlillərə və darvinistlərin həmin dəlillər qarşısındakı çırpınışlarına şahid olacaqsınız. Nəzəriyyəni ortaya atan Çarlz Darvindən etibarən bu yalanın, əslində, necə çökdüyünü görəcəksiniz. Kitabdakı yaşayan fosil nümunələri isə bu böyük saxtakarlığın əsassızlığını göstərən saysız-hesabsız dəlillərdən yalnız bir neçəsidir. Bütün fosil təbəqələrindən yaşayan fosil nümunələri çıxarılır. Lakin bu nümunələrdən təkcə biri belə darvinizmi aradan qaldırmaq üçün kifayətdir. Allahın qanunu inkarçıların hiyləsini yerlə bir edir:

Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır. Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər. Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. (Tur surəsi, 42-46)

Yengeç ve fosili

Şəkildə görünən yengəc fosili Miosen dövrünə (23-5 milyon il) aid fosildir və dövrümüzdəki yengəclərdən heç bir fərqi yoxdur.

 

3 / total 19
"Harun Yəhyanın Fosillər Darvinizmi Təkzib Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top